Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


strategiya  və  taktikasının



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə229/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   233
Bazar 1

strategiya 
və 
taktikasının 
müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 
Marketinqin  strategiyası  dedikdə,  burada  müəssisənin 
uzunmüddətli fəaliyyət  göstərməsinin imkanlarının təhlili prosesi 
nəzərdə tutulur. Əsas diqqət: 

 
məqsədin seçilməsinə

 
planların işlənməsinə və formalaşdırmasına; 

 
marketinq tədbirlərinin həyata keçirilməsinə

 
nəzərdə  tutulan  tədbirlərin  həyata  keçirilməsinə  nəzarət 
edilməsinə verilir. 
Strategiyanın çoxnövlü olmasından asılı olmayaraq, başlıca 
məqsəd  kimi,  hər  bir  bazar  üçün  uyğun  əmtəənin  seçilməsi 
üstünlük  təşkil  edir.  Müasir  elmi-texniki  nailiyyətlərin  əldə 
olunduğu  şəraitdə  strateji  istiqamətdə  marketinq  fəaliyyətində 
ciddi  tədbirlərin  görülməsini  zəruriləşdirir.  Daimi  axtarışlara, 
çevikliyə  manevr  etməyə  səbəb  olur.  Ona  görə  də  marketinq 
strategiyasının bir neçə növü fərqləndirilir: 

 
təşkilati strukturun təkmilləşdirilməsi

 
yeni  bazarlara  daxil  olmaq  üçün  işgüzar  fəaliyyətin 
artırılması; 

 
nəzərdə  tutulan  mənfəətin  əldə  olunmasına  görə 
işgüzarlığın azaldılması, bir sıra bazarlardan uzaqlaşması; 

 
ölkə  daxilində  və  xaricində  müştərək  firmaların 
yaradılması; 

 
xarici firmalarla kooperasiya əlaqələrinin gücləndirilməsi. 
386 


Marketinqin  taktikası  dedikdə  cari  dövr  ərzində  hər  bir 
bazarda, hər bir əmtəə üzrə qısamüddətli fəaliyyət nəzərdə tutulur. 
Marketinqin  strategiyasından  onun  taktikası  onunla  fərqlənir  ki, 
burada  fəaliyyət  həm  qısamüddətli  xarakter  daşımaqla  bazar 
konyukturası və formalaşması prinsipləri əsas götürülür. 
Marketinqin taktikasına daxildir: 
® əmtəələrin hərəkətinin çevik və sürətli xarakter alması; 

 
istehlakçılarla birbaşa əlaqənin yaradılması; 

 
satış yerlərində nümayəndə heyətinin yaradılması; 
» yarmarka və .sərgilərdə fəal iştirakın olması; 

 
servisin səmərəliliyinin yüksəldilməsi
» əmtəələrin spesifik tələbatlara uzlaşdırılması; 

 
alıcıların  irad  və  tövsiyələrinə  uyğun  tədbirlərin  həyala 
keçirilməsi. 
Marketinq  taktikası  başlıca  olaraq  mənfəətin  davamlı 
xarakter  alınmasına,  bazarda  kommersiya  xidmətinin  fəallığının 
yüksəldilməsinə,  bazar  situasiyasının  dəyişilməsinə  diqqətin 
artırılmasına,  rəqiblərin  fəaliyyətinə  uyğun  vaxtında  tədbirlərin 
görülməsinə,  alıcıların  dəyişilən  tələbatlarının  nəzərə  alınmasına 
yönəldilir. 
Bütövlükdə marketinqin strategiyası və taktikası özündə bir 
sıra istiqamətləri birləşdirir ki, bu da onların daima tədqiqat və təhlil 
yönümlü xarakter daşımasına səbəb olur. Bu istiqamətlərə daxildir: 
" bazarın tədqiqi; 

 
bazarın .satış baxımından kompleks tədqiqi; 
» əmtəənin istehlak xüsusiyyətinin tədqiqi

 
motivasiyah təhlil; 
" iqtisadi təhlil. 
Bu  istiqamətlər  vasitəsilə  marketinq  fəaliyyətində  zəruri 
informasiya əldə olunur ki, bu da .səmərəli qərarların qəbulunda və 
idarə olunmasında müstəsna əhəmiyyət daşıyır. Bu günləri demək 
olar ki, dünyanın aparıcı ölkələrində fəa- 
>87 


liyyot göstoron firmaların böyük bir hissosi marketinqdən istifadə 
edirlər. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə