Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Marketinqin elementlərinə



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə228/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   233
Bazar 1

Marketinqin elementlərinə 
daxildir:
 

 
əmtəə portfelinin formalaşması; 

 
qiymətin, məsrəfin, rəqibin müəyyənləşdirilməsi; 

 
məhsulun satışının, bölgüsünün, nişanının təyin edilməsi; 

 
satışın,  qablaşdırmanın,  xidmətin,  göndərmənin  və 
informasiyanın  əldə  olunmasının  stimullaşdırılmasımn  müxtəlif 
metodlarının tətbiq olunması. 
Marketinqin  strukturuna, 
idarəetmə sisteminə daxil olan 
elementlər  aid  edilir.  Marketinqin  strukturu  həm  də  bir  neçə 
istiqamətdə yönəldiyindən onlar fərqləndirilir: 

 
Funksional yönümlü struktur

 
Əmtəə yönümlü struktur; 

 
Regional yönümlü struktur; 

 
Seqment üzrə təşkilati struktur. 
Bu  strukturlara  uyğun  olaraq  hər  bir  xidmət  növünün 
özünəməxsus  vəzifə  və  məsuliyyət  səlahiyyətləri  mövcuddur. 
Bundan əlavə, marketinqin bir sıra növləri də mövcuddur ki, onlar 
müəssisədə  mövcud  təkrar  istehsalın  bütün  fazalarına  təsir 
göstərmək qabiliyyətinə malikdirlər. Bunlara aiddir: 

 
strateji  marketinq,  onun  məqsədi  müəssisənin  gələcək 
inkişafına  səbəb  olan  daxili  və  xarici  amillərin  öyrənilməsindən 
ibarətdir

 
stimullaşdırıcı  marketinq,  onun  mahiyyəti,  alıcıların 
diqqətinin  az  cəlb  edən  məhsullara  olan  tələbin  fəallığının 
yaradılmasından ibarətdir; 

 
Qiymət marketinqi, məqsədi məhsula olan qiymətin əmələ 
gəlməsinin müəyyənləşdirilməsindən ibarətdir; 

 
diversifikasiya  marketinqi,  məqsədi  bazarın  bir  sıra 
seqmentlərindən istifadə olunmasından ibarətdir; 

 
təmərküzləşmiş  marketinq,  məqsədi  ayrı-ayrı  konkret 
bazarlarda möhkəmlənməsindən ibarətdir; 
384 



 
məqsədli  marketinq,  bazarın  müəyyən  seqmentinə 
istiqamətin yönəldilməsindən ibarətdir; 

 
sinxronlaşdırılmış  marketinq,  məqsədi  əmtəələrə  olan 
tələbin  tərəddüdü  şəraitində,  həmçinin  tələblə  təklifin  tarazlığının 
pozulmasının yumşaldılmasmdan ibarətdir; 

 
kütləvi marketinq, məqsədi kütləvi əmtəə tələbatının həyata 
keçirilməsindən ibarətdir; 

 
konversiyalı  marketinq,  məqsədi  mənfi  xarakterli  tələbin 
aradan qaldırılmasından ibarətdir; 

 
inkişaf  edən  marketinq,  məqsədi  istehsalda  və  bazarda 
olmayan  məhsula  olan  tələbin  alıcılar  tərəfindən  potensial 
vəziyyətindən real vəziyyət alınmasından ibarətdir. 
Marketinq  fəaliyyətinin  əsas  xüsusiyyəti  bazarın  inkişaf 
meylini  və  istiqamətini  müəyyənləşdirməklə,  istehsalın  həcm  və 
strukturunun,  mövcud  resurslardan  daha  məqsədyönlü  manevrə 
etməklə,  müəssisənin  mənfəətliliyinin  təmin  olunması  ilə 
əlaqədardır.  Bununla  əlaqədar  ABŞ-da  «Boston  məsləhətləşmə 
qrupunun matrisası» adlanan metod özünə geniş yer tapmışdır. Bu 
metod əmtəə təsərrüfatının dörd əsas qrupunu ön plana çəkir: 

 
«Ulduzlar» qrupu. Burada o məhsullar göstərilir ki, onlara 
olan  tələb  yüksək  sürətlə  artır.  Ona  görə  də  onların  istehsalı 
genişləndirilməli və iri investisiya tətbiq olunmalıdır. 

 
«Sağmal inəklər» qrupu. Burada o məhsullar qrupu nəzərdə 
tutulur ki, hazırda onlar firmanın əsas gəlir mənbəyini təşkil edirlər. 
Lakin  perspektivdə  onların  artırılması  yüksək  tələbin  olmaması 
üzündən, 
inkişafına 
yönəldiləcək 
investisiyaların 
məqsədyönlüyünü azaldır. 

 
«Vəhşi pişiklər» qrupu. Bu elə məhsul qrupudur ki, onların 
satışı  artır,  lakin  istehsalçı  bazarda  onun  az  bir  miqdar  payına 
.sahibdir.  Ona  görə  də  müvafiq  investisiyanın  tətbiqi  ilə  «vəhşi 
pişiklərin», 
«ulduzlara» 
çevrilməsi 
imkanlarını 
müəyyənləşdirməlidir. 

 
«Saman üzərində itlər». O məhsullar qrupu nəzərdə tutulur 
ki, onların istehsalı qeyri-perspektivlidir, əmtəə döv- 
385 


riyyosindo payı  aşağıdır vo satış artımı məhdud xarakter daşıyır. 
Ona  görə  do  belə  məhsulların  gələcəkdə  ziyan  gətirə  biləcəyinə 
görə, onların istehsalının dayandırılmasını zəruriləş- dirir. 
Əməli  fəaliyyətdə  qeyd  olunan  bu  qrupların  diqqət 
mərkəzində  saxlanılması  nəticədə  investisiyanın  tətbiqinə, 
resurslardan məqsədyönlü istifadə olunmasına, müəssisənin daima 
gəlirliliyinə təminat verər. ' 
Marketinq  fəaliyyətində  onun 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə