Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə230/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   233
Bazar 1

15.3.
 
Menecmentin iqtisadi mexanizminin prinsipləri, 
funksiyaları və metodları 
İlk  dəfə  XIX  əsrin  sonunda  biznesmen  Q.Taun  tərəfindən 
işlədilən,  dünyanın  bazar  sistemli  ölkələrində  istifadə  olunan  və 
heç  bir  dilə  tərcümə  olunmayan  Amerika  mənşəli  menecment 
(«management»)  termini,  bazar  şəraitində  idarəetmə  mənasını 
daşıyır.  İqtisadi  fəaliyyətin  firma  səviyyəsində  həyata 
keçirilməsində müstəqil xarakter daşımaqla menecment: 

 
firmanın  hər  hansı  fəaliyyətinin  peşəkarlıqla  idarə 
olunmasını; 

 
maddi, əmək, maliyyə resurslarından daha səmərəli istifadə 
olunmasını əks etdirir. 
Bu  baxımdan  firma  səviyyəsində  menecmentin  mərkəzi 
probleminə aid edilir: 

 
əmək məhsuldarlığının yük.səldilməsi; 

 
idarəetmənin texnika və texnologiyanın təkmilləşdirilməsi

 
əməyin  təşkilinin  və  stimullaşdırılmasının  mütərəqqi 
formalarının tətbiq olunması; 

 
istehsal  olunan  əmtəələrin  keyfiyyətinin  yaxşılaşdırılması 
və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi. 
Menecerlər əməyi və istehsalı elə təşkil etməlidirlər ki, hər 
bir  işçi  müstəqil  qərarların  qəbulunda  fəallıq  göstərə  bilsinlər. 
Yüksək  nüfuzlu  menecerlər  o  şəxslər  hesab  olunurlar  ki,  onlar 
nəinki qabaqcıl beynəlxalq təcrübəni bilməlidirlər, həm də dünya 
bazarında onların firmalarının rəqabətqabi- liyyətliliyini təmin edə 
bilirlər.  Bununla  əlaqədar  keçən  əsrin  90-cı  illərində  «Soni» 
firmasının  baş  meneceri  olmuş  MariUo  Akinonun  bir  jurnalistin 
ona  müraciətində,  «necə  olur  ki,  sizin  firmanız  dünyanın  hər 
yerində belə nüfuza rnalikdir» so 
388 


ruşanda,  o  cavabında  demişdir  ki,  «biz  hər  zaman  yaxşı  məhsul 
istehsal edirik» - demişdir. 
Ümumiyyətlə,  menecment,  idarəetmə  sahəsində  elmi  və 
praktiki fəaliyyəti özündə cəmləşdirir. İdarəetmənin elmi əsası kimi 
elə  bilgi  sistemi  nəzərdə  tutulur  ki,  onlar  idarəetmə  praktikasının 
nəzəri  əsasını  təşkil  edir  və  əməli  istiqamətli  qərarların  qəbul 
olunmasına imkan yaradır. 
Menecerlik fəaliyyəti bilavasitə firmanın idarə olunmasında 
daha  səmərəli  və  optimal  hesab  olunan  qərarların  qəbuluna 
əsaslanan təşkilati prosesdir. 
Toşkilati  proses  dedikdə,  sərəncamda  olan  resursların 
müəyyən olunmuş məqsəd əsasında, onların qarşılıqlı əlaqəsinə və 
idarə  olunmasına  əsaslanan  açıq  sistem  nəzərdə  tutulur. 
Sərəncamda  olan  resurslara  əmək,  maddi-texniki,  maliyyə, 
informasiya  resursları  daxildir.  Bu  resurslardan  yaranan  hər  yeni 
şəraitə  uyğun  təşkilati  tədbirlər  əsasında  həyata  keçirilməsi 
firmanın idarə olunmasında əsas yer tutur. Bu baxımdan təşkil: 

 
formal şəkildə, yəni əvvəlcədən müəyyən edilmiş idarəetmə 
strukturu ilə həyata keçirilir; 

 
formal  olmayan  şəkildə,  yəni  özü-özünə,  şəxsi  əlaqələr 
əsasında həyata keçirilir. Ümumiyyətlə, menecment nəzəriyyəsində 
müxtəlif idarəetmə məktəbləri fəaliyyət göstərir

 
İdarəetmənin klassik və ya ənənəvi məktəbi: burada fəhlələr 
mənfəətin  maksimumlaşdırılması  üçün  əmək  aləti  kimi  nəzərdə 
tutulur; 

 
İdarəetmənin  emprik  məktəbi:  burada  iri  biznesmenlərin, 
menecerlərin  idarəetmə  praktikalarında  əldə  etdikləri  müəyyən 
nəticələr əsas götürülür; 

 
İnsani münasibətlər nəzəriyyəsi: işçinin psixoloji amilləri, 
onun hissiyyatı, emosiyası, kollektivlə qarşılıqlı əlaqəsi önə çəkilir; 

 
Sosial  sistemlər  məktəbi:  burada  insanın  kollektivlə 
münasibəti, fəhlə qrupunun formalaşma prosesi, əmək məh 
389 


suldarlığı  ilə  elnik,  psixoloji,  yaş,  cins  amillərinin  əlaqəsi  tədqiq 
edilir; 

 
İdarəetmənin  yeni  məktəbi:  riyazi  metodlara,  hesablama 
texnikasına, kompyuter şəbəkəsinə əsaslanan sistemdir. 
Menecment nəzəriyyəsində idarəetmədə bir neçə yanaşmalar 
məlumdur: 

 
proseslə bağlı yanaşma: burada idarəetmə planlaşma, təşkil, 
motivasiya, nəzarət bir proses kimi nəzərə alınır; 

 
sistemli  yanaşma;  əyani  şəkildə  məqsəd  və  vəzifələr 
müəyyən  edildikdən  sonra  onlar  yarımsistcmlər  üzrə  ayrılaraq, 
bölmələr üzrə təşkil olunur; 

 
vəziyyətə  görə  yanaşma:  müxtəlif  vəziyyətlərə  görə 
ləşkilati  fəaliyyətin  nəticəsi  təhlil  olunmaqla,  onların  dəyişilməsi 
dinamikası tədqiq edilir. 
Menecment  nəzəriyyəsində  mövcud  olan  məktəb  və 
yanaşmaları  aydınla-şdırdıqdan  sonra,  firmanın  idarə  olunması 
üçün əsas prinsipləri müəyyən etmək vacibdir: 

 
məqsədin müəyyən edilməsi, vəzifələrin formalaşdırılması 
və  onların  bilavasitə  həyata  keçirənlərə  çatdırılması  və  onların 
yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi; 

 
adamların işləməsinin təşkili ilə bağlı idarəetmə üsulunun 
müəyyən edilməsi. İdarəetmə üsulu dedikdə menecerin manevrəsi 
və davranışı nəzərdə tutulur. İdarəetmə üsulu, əmək kollektivində 
rəhbərliyin metodunu, formasını və mahiyyətini əks etdirir

 
rəhbərliyin  bütün  səviyyələrində  dəqiq  qarşılıqlı  təsirinin 
mövcud olması. Bu o deməkdir ki, firmanın idarəetməsində iştirak 
edən  aşağı,  orta  və  yuxarı  halqaların  səviyyəsində  iştirak  edən 
rəhbərlər  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərməklə  nüfuz  və 
qabiliyyətlərini ümumi işin gedişatında ortalığa qoyurlar. 
Menecmentin  mühüm  elementlərindən  biri  firmanın  idarə 
olunma strukturunun müəyyənləşdirilməsidir. 
İdarəetmə strukturunun müxtəlif tipləri mövcuddur: 
390 



 
idarəetmənin  xətti  strukturu;  burada  tabeçilik  aşağıdan 
yuxarıya  gedərək,  adətən  kiçik  və  yekcins  məhsul  istehsal  edən 
firmalarda mövcud olur; 

 
xətti-ştab struktur; burada hər xətti idarəetmə rəhbəri üçün 
xüsusi ixtisaslaşmış xidmət ştabı yaradılır:!) yeni məhsul buraxılışı; 
2)  innovasiya  layihələrinin  reallaşdırılması;  3)  keyfiyyətin 
yüksəldilməsi  strategiyasının  reallaşdırılması  istiqamətləri  əsas 
götürülür. 

 
xətti-funksional  struktur;  bu  xətti-ştab  strukturunun 
modifikasiyasıdır.  Fərq  ondadır  ki,  xətti-ştab  strukturunda  əgər 
qərarlar məsləhət - icra vasitəsilə həyata keçirilirsə, burada qərarlar 
rəhbərlik tərəfindən qəbul edilir; 

 
divizionlu struktur; burada hərbi hissəyə bənzər xarakterli 
idarəetmə həyata keçirilir. Məhsullar, bazarlar və ya istehlakçılara 
xidmət bölmələri üzrə həyata keçirilir. Bu da reallaşdırma, mənfəət 
əldə etmə, investisiyalaşdırma mərkəzləri kimi əks olunur

 
ana struktur; bu daimi xidmət göstərən orqanlardan ibarət 
olan  strukturdur.  Yeni  məhsul  və  layihələrin  hazırlanması  ilə 
məşğul olur; 

 
mürəkkəb  struktur;  burada  eyni  vaxtda  idarəetmənin 
müxtəlif təşkilati strukturundan istifadə olunur. 
İdarəetmənin  təşkilati  strukturu  tələbin  səviyyəsinin 
dəyişilməsi  ilə,  rəqib  firmaların  fəaliyyəti  ilə  əlaqədar  olaraq 
istehsalın  manevrə  edilməsini  təmin  elməklə,  qiymətin  aşağı 
salınması,  bazardakı  payının  dəqiqləşdirilməsi,  yeni  məhsul 
növünün buraxılması üzrə fəaliyyət mexanizmini həyata keçirir. 
Bir  qayda  olaraq  idarəetmə  strukturunun  seçilməsinə  təsir 
göstərir: 

 
qarşıya qoyulmuş vəzifələr; 

 
sərəncamda olan resursların həcmi; 
»  xarici  mühit;  burada  mal  göndərənlər,  rəqib  firmalar, 
texnoloji imkanlar və s. nəzərdə tutulur. 
Menecmentdə  mühüm  yerlərdən  birini,  əməyə  olan 
münasibətdə motivasiyanın təmin olunması tutur. İstehsalın 
391 


və  xidmətin  təşkili  ilə  yanaşı  işçilərin  motivasiyasını,  işə  olan 
həvəslərinin artırılmasını əlaqəli şəkildə həyata keçirən menecerlər 
həmişə  uğur  qazanırlar.  Bunun  üçün  işçilərdə  həvəs-  ləndirməni, 
inamı  artırmaq,  onların  göstərdikləri  səylərinin  nəticədən  asılı 
olaraq qiymətləndiriləcəyinin nəzərə alınacağı hissinin oyadılması 
vacib hesab olunur. 
Sərf  edilmiş  səy  konsepsiyası,  «Porter  Laulera  modeli» 
vasitəsilə həyata keçirilir ki, burada mükafatlandırmanın müxtəlif 
üsullarından istifadəsinə əsaslanır: 

 
xarici üsulundan, mütləq ödənişin olacağı; 

 
daxili üsulundan, tərifdən, xidməti prosesdə irəli çəkilməsi 
və s. 

 
əmək prosesində işçinin öz yerini görməsi; 
“ işçinin qabiliyyətinin,  xarakterinin, xüsusiyyətinin nəzərə 
alınmasına üstünlük verilir. 
İnsanın  əməyə  olan  münasibətinin  dəyişilməsi  ilə  şəxsi 
inkişafında da müəyyən irəliləyişlərin baş verməsinə səbəb olur ki, 
bu da onun bir qrupdan digər qrupa keçməsinə əsas verir. Ona görə 
do çox hallarda qrup üzvlərinin 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə