Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 112 -
-
Riyazi;
-
Cədvəl.
Şagirdlərə izah edilməlidir ki, eyni bir obyektin
modelini müxtəlif formalarda vermək olar. Məsələn,
yerin xəritəsinin müxtəlif növləri var: fiziki xəritə,
siyasi xəritə, iqlim xəritəsi və s.  Və yaxud, eyni bir
modeldən müxtəlif obyektlərin izahı üçün istifadə
etmək olar: mexanikada maddi nöqtənin hərəkət
tənliyi avtomobilin, qatarın, daşın, planetlərin və s.
hərəkətini izah edə bilər.
Tamamlanmış səviyyədə aşağıdakı anlayışlar
nəzərdən keçirilir: “sistem”, “qraf”, “şəbəkə”, “sistem
analizi”. Bu məqsədlə müəllim şagirdlərdə
sistemləşdirmə anlayışını inkişaf etdirməlidir. Bunun
üçün isə qraflardan, cədvəldən istfadə edilməlidir.
Məsələn, şagirdlərə öz şəcərələrini tərtib etmələrini
tapşırmaq olar.
İnformasiya modelləri və formallaşdırmanın
öyrədilməsi metodikası.
Formallaşdırma anlayışını
nəzərdən keçirərkən müəllim qeyd etməlidir ki,
informasiya modellərini qurmaq üçün müxtəlif üsul
və alətlərdən istifadə etmək olar. Bu məqsədlə təbii
dillərdən və şəkillərdən istifadə edilir. Lakin bu halda
həmin proseslərin kəmiyyət xarakteristikalarına
baxılmır. Ona görə də, riyaziyyatçılar, fiziklər,


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 113 -
kimyaçılar obyekt, hadisə və prosesin riyazi
modellərini hazırlayırlar. Bu modellərdə düsturlardan,
həndəsi fiqurlardan, başqa sözlə formal dildən istifadə
olunur. Buna misal olaraq kimyəvi reaksiyaların
düsturlarını, notlarla yazılmış musiqini, hətta
smaylikləri göstərmək olar.
Bundan sonra formallaşdırmaya tərif verilir.
Formallaşdırma – formal dillərin köməyilə infor-
masiya modelinin qurulması prosesidir. Alqoritmlərin
qurulması da formallaşdırmanın bir növüdür.
Alqoritmləşdirmə istiqamətində tədrisin
məzmunu. Alqoritm anlayışının daxil edilməsi
zamanı  şagirdlərin diqqətini ona yönəltmək lazımdır
ki, alqoritm tərtib edərkən əsas obyekt olaraq
alqoritmin icraçısı götürülür. İcraçı elə bir obyekt və
ya subyektdir ki, alqoritm onun üçün qurulur. İcraçı
sözünün mənasını başa salmaq üçün müəllim uşaqlara
belə suallarla müraciət edə bilər:
- Ananız sizi mağazaya göndərərkən sizə nə
almaq haqqında dəqiq tapşırıqlar verir: Nə
almalısınız? Nə qədər miqdarda almalısınız? və sairə.
Bu halda siz ananızın qurduğu alqoritmin icraçısı
olursunuz.
Daha sonra alqoritmin icrası anlayışını daxil
edərkən şagirdlərin diqqətini belə bir istiqamətə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 114 -
yönəltmək lazımdır: alqoritmi icra etmək üçün
icraçıya nələr lazımdır (ilkin verilənlər – pul, ərzaq,
ədədlər və s.). Məsələn, riyazi məsələni həll etmək
üçün icraçı  ədədlərdən istifadə edir. Sizə lazım olan
insanın telefon nömrəsini tapmaq üçün isə onun adı,
soyadı, ata adı, ünvanı, telefon kitabçası və s. kimi
ilkin verilənlər lazımdır. Bütün bu məlumatları daxil
etdikdən sonra müəllim şagirdlərə alqoritmin nə
olduğunu və daha sonrakı dərslərdə alqoritmin
xassələrini, növlərini, qurulmasını, blok –sxemlərlə
təsvirini və s. öyrədir. [18, s.271-277]
Alqoritm – qarşıya qoyulan məsələni həll etmək
üçün yerinə  yetirilən əməliyyatlar ardıcıllığıdır.
Latınca – qayda-qanun deməkdir. Alqoritm 780-850-
ci illərdə Xarəzmdə yaşamış məşhur özbək alimi
Məhəmməd ibn Musa əl-Xarəzminin adının latın
hərflərilə olan yazılışıyla bağlıdır. Əl-Xarəzminin
yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə
olunması sayəsində avropalılar mövqeli say sistemi ilə
tanış olmuş, onluq say sistemini və bu say sistemində
hesab qaydalarını alqoritm adlandırmışlar.
Alqoritm məzmun xəttinin tədrisində şagirdlər 3-
cü sinifdən xətti, budaqlanan və dövri alqoritmləri
blok-sxemlər vasitəsilə təsvir etməyi öyrənir, onlara
aid müxtəlif məzmunlu tapşırıqları yerinə yetirirlər.
Məsələn, riyaziyyat dərsindən evə verilmiş misalların


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 115 -
həlli, yemək yeyilməsi, dağılmış  əşyaların yerdən
yığılması, telefonla dostuna zəng etmək, krossvordun
həll edilməsi və s. kimi proseslərdə şagirdlər dövrləri
– yəni təkrarlanan hərəkətləri ayırd etməyi öyrənirlər.
Bu proseslərin hər biri üçün təkrarlanan hərəkətlər  və
bu hərəkətlərin sayı tapılır. Misalların həlli prosesində
bir misalın həlli təkrarlanan hərəkət, misalların sayı
isə bu hərəkətlərin sayıdır. Bunun kimi, krossvordun
həllində sözlərin tapılması təkrarlanan hərəkət,
tapılmalı sözlərin sayı isə təkrarlanan hərəkətlərin
sayıdır. Suyun bir qabdan digərinə tökülməsi, qum
saatı ilə vaxtın ölçülməsi məsələləri də alqoritm
anlayışının öyrədilməsində istifadə oluna bilər.
Müəllim  “5  və  8  litrlik  iki  qabdan  istifadə  etməklə  6
litr suyu krandan boş qaba necə tökmək olar?”, “7 və
11 dəqiqəlik qum saatları ilə 15 dəqiqə vaxtı necə
qeyd etmək olar?“  tipli məsələlərdən istifadə edə
bilər.  Bu tip məsələlərin həllini aşağıdakı kimi
cədvəllər vasitəsilə göstərmək əlverişlidir:
tutum
Əməliyyat
5
8
6
1-ci addım
0
8
0
2-ci addım
5
3
0


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 116 -
3-cü addım
5
0
3
4-cü addım
0
5
3
5-ci addım
0
8
3
6-cı addım
5
3
3
7-ci addım
5
0
6
İkinci məsələnin həlli: Qum saatlarının hər
ikisini eyni vaxtda boşalmağa qoyuruq. 7 dəqiqəlik
saatın qumu tökülüb qurtardıqda 11 dəqiqəlik saatı
çeviririk. Onun qumu isə 11-7=4 dəqiqəyə tökülər.
Ardınca 11 dəqiqəlik saatı bir də qoysaq, 4+11=15
dəqiqəlik vaxtı ölçə bilərik.
“İcraçı bu əməliyyatları yerinə yetirir: 2-yə
vurma və 1 əlavə etmə. Bu üsulla 1 ədədindən 30
ədədinin alınması alqoritmini yazın.” tipli məsələlər
də alqoritmin icraçısı anlayışının düzgün
mənimsədilməsi üçün uyğun məsələlərdir.
Alqoritm anlayışının daxil edilməsi
metodikası.
Alqoritmləşdirməni tədris edərkən
aşağıdakı addımlar yerinə yetirilməlidir:
Məsələnin riyazi qoyuluşu izah edilməlidir:


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə