Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə24/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 117 -
·
Nə verilir – ilkin verilənlərin sadalanması;
·
Nə tələb olunur – nəticələrin sadalanması;
·
İlkin verilənlərin məhdudiyyət şərtləri (riyazi
model – nəticələri almaq üçün lazım olan bütün qayda
və qanunlar, həll metodu – riyazi modelin optimal
şəkildə istifadə olunması).
2-ci sinifdə alqoritm t. v. ümumi şəkildə -
hadisələr və hərəkətlər ardıcıllığı mövzusu ilə
öyrədilir. Şagirdlər: [8]
- “Doğru” və “yalan” mülahizələri fərqləndirir;
- Sadə mühakimələrin inkarını qurur;
- Təqdim olunanlar arasından mümkün hərəkət
variantlarını göstərir;
- Hadisələr, hərəkətlər ardıcıllığına aid nümunələr
göstərir;
- Sadə hərəkəti, hadisəni ardıcıllıq baxımından
hissələrə ayırır;
- Sadə hərəkətlər ardıcıllığını nümunələr əsasında izah
edir. [8]
“Əvvəl-sonra” - Dərsin də  əsas məqsədi baş
verən hadisə və hərəkətləri ardıcıl olaraq addımlara
ayırmaq bacarığının formalaşdırılmasıdır. Bunun üçün
şagirdlər obyektin vəziyyətinin necə dəyişdiyini
müəyyən etməlidirlər. Başqa sözlə, məqsəd obyektin
əvvəlki vəziyyətindən sonrakı vəziyyətə keçməsinə
səbəb olan hərəkət və hadisələrin müəyyən edilməsi


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 118 -
və onların addımlara ayrılmasıdır. Bu isə gələcəkdə
alqoritmin addımlar ardıcıllığının düzgün müəyyən
olunması üçün vacib bacarıqdır. [8]
“Hadisələr ardıcıllığı” - Hər bir hadisəyə
müəyyən vaxt intervalında
müxtəlif obyektlərin
hərəkətlər toplusu kimi də baxmaq olar. Azyaşlı
məktəblilər nağıllarda və  ətraflarında baş verən
hadisələri bir-biri ilə səbəb-nəticə münasibətində olan
sadə hadisələr, hərəkətlər ardıcıllığı kimi danışmağı
bacarmalıdırlar. Hadisəyə səbəb olan hərəkətləri
müəyyən etmək bacarığı yuxarı siniflərdə bu
hadisənin alqoritmini tərtib etmək və onu addımlarla
yazmaq bacarığının reallaşmasına zəmin yaradır.
Yuxarı siniflərdə obyektyönümlü proqramlaşdırmanı
öyrənərkən düymənin basılmasına bir hadisə kimi
baxılır və onda hadisə anlayışına daha dəqiq izahat
veriləcək. Hadisəyə obyektə xas olan hərəkətlərin
ardıcıllığı kimi də baxıla bilər. Məsələn, siz səhər
yuxudan duranda zəngli saatdan istifadə edirsiniz. Bir
obyekt kimi saat müəyyən xassələrə və hərəkətlərə
malikdir. Saatı qurduqdan sonra o, qurulmuş vaxta
kimi sizin müdaxiləniz olmadan işləyir. Həmin vaxt
gəlib çatdıqda isə saat zəng çalır. Saatın zəng
çalmasına bir hadisə kimi baxmaq olar. Buna səbəb
isə saatın qurulması və əqrəblərinin hərəkətidir. [8]
III  sinifdə  “Alqoritm”  t.v.  iki  əsas  bölmə  üzrə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 119 -
tədris edilir: qruplaşdırma və hərəkətlər ardıcıllığı.
Şagirdlər alqoritmin xətti, budaqlanan növləri ilə tanış
edilir, təkrarlanan hərəkətlər vasitəsilə yaranan dövri
alqoritmlər haqqında müəyyən məlumata yiyələnirlər.
Şagirdlər öyrənirlər ki, təkrarlanan hərəkətlər
ardıcıllığı dövr adlanır. Təkrarlanan hərəkətlərdən
ibarət olan alqoritm isə dövri alqoritm adlanır.
Müəllim şagirdlərin diqqətini ona yönəltməlidir ki,
dövri alqoritmlər də  şərt blokunun köməyilə
yazıldığına baxmayaraq, onların fərqli cəhəti var. Belə
ki, dövri alqoritmlərdə  şərtin bir oxu dövrün
başlanğıcına, digəri isə sonrakı addıma keçir,
təkrarlanan hərəkətlər şərt ödənilənə kimi davam
etdirilir. Şagirdlərin alqoritmlərin blok-sxemlərlə
təsviri ilə tanışlığı 3-4-cü siniflərdə başlanır.
Aşağıdakı şəkildə göstərilən alqoritm dövri alqoritmin
təsviri ola bilər: [7; 5]]


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 120 -
Şagirdlər xətti, budaqlanan və dövri alqo-
ritmlərin hər birinin xüsusiyyətlərini bilməli, ətraf
aləmdən onlara aid misallar göstərməli və bu alqo-
ritmlərin blok-sxemlərini qurmağı bacarmalıdırlar. Bu
məqsədlə  şagirdlərə aşağıdakı kimi sxemlərin təqdim
edilməsi məqsədəuyğundur:
Elm və texnikanın müasir inkişaf səviyyəsi
şagirdlərin təhsilin ilk pillələrindən başlayaraq
modelləşdirmə və alqoritmləşdirmə elementlərindən
istifadə etməsi zərurətini yaratmışdır. Bunun üçün
şagirdlərdə  ətraf ələmdə - məişət avadanlıqlarından
istifadədə, yol hərəkəti qaydalarında və s. alqoritmləri
görmək və onların mənasını dərk etmək vərdişləri
yaradılmalıdır.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 121 -
XIII.
İbtidai siniflərdə məntiq elementlərinin
öyrədilməsi metodikası
1.
Riyazi məntiqin əsas elementləri.
2.
Əsas məntiqi kəmiyyətlərin öyrədilməsi
metodikası – 1-ci, 2-ci, 3-cü və 4-cü siniflər üzrə.
Riyazi məntiqin əsas elementləri. Məntiq
elminin əsası b.e.ə. IV əsrdə qədim yunan filosofu
Aristotel tərəfindən qoyulmuşdur. XIX əsrə qədər
Aristotel məntiqi mülahizələrin doğru və ya yalan
qiymətinin müəyyən edilməsinə 
əsaslanırdı
(silloqizm).  XIX  əsrdə  C.Bul,  O.  De  Morqan  və  s.
tərəfindən riyazi məntiqin əsasları qoyuldu. Bu yeni
məntiq sayəsində o vaxta qədər olan bütün məntiq
elementləri riyazi dildə ifadə olunmağa başladı. Məhz
məntiq elmi informatika üçün riyazi fundament rolunu
oynayır. Belə ki, informatika kursunda məntiq
bölməsi xüsusi əhəmiyyət kəsb edən və alqoritm-
ləşdirmə, proqramlaşdırma və modelləşdirmə məzmun
xəttində nəzərdə tutulan bilik, bacarıq və vərdişlərin
öyrədilməsinə xidmət edən çox vacib bölmədir.
Məntiq elminin əsas anlayışları bunlardır: [15,
s.154-158]
Mülahizələr – təsdiq və ya inkar hökmü olan


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə