Dərs vəsaiti Bakı Qida Sənayesi Kollecinin Metodiki



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə4/113
tarix11.12.2023
ölçüsü2,32 Mb.
#147065
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113
MƏDƏNİYYƏT 
Aydındır ki, qidalanma mədəniyyətin bir tərkib hissəsidir. 
İnsan dünyaya gəldiyi gündən öz mövcudluğunu, varlığını 
qorumaq üçün, yaşam tərzini təmin etmək üçün mübarizə 
aparmışdır. Bəs, mədəniyyət nədir? Mədəniyyət latıncada 
ehtiram, becərmə, tərbiyə, təhsil deməkdir. Cəmiyyətin və 
insanın tarixi inkişaf səviyyəsini əks etdirir. Eyni zamanda 
maddi və mənəvi dəyərlərin insanlar tərəfindən yaradılmasıdır. 
Böyük Roma natiqi Mark Tuli Siserona görə mədəniyyət “İn-
san zəkasının reallaşmasının özünəməxsus təzahürüdür.” Kənd-
lilər torpağı becərib, ona qulluq edib məhsul yığdıqları kimi in-
sanlar da beyinlərini hərəkətə gətirərək, ruhunu təkmilləşdirə-
rək əsil mədəniyyət yaradırlar. Mənəvi mədəniyyət isə mənəvi 
istehsal sahəsinə aid edilir. Bu, özünü yaşayış yerlərində, me-
beldə, ayaqqabıda, geyimdə, məişət əşyalarında, qida məhsulla-
rında, yeməkdə və s. öz əksini tapır. Mədəniyyət bir qayda 
olaraq öz məzmununu bütün tarixi dövrlərdə mövcud olan əx-
laq normalarında, dəyərlərdə, dini təsəvvürlərdə, elmdə ortaya 
qoyur. Hər bir sivilizasiyada cəmiyyət qarşısında əsas məqsəd 
və vəzifə insanların rifahını və mədəniyyətin inkişafını təmin 
etməkdir. İnsanların qidalanma mədəniyyəti min illər boyu 
yaranmışdır. Tarixin süzgəcindən keçərək dövrümüzə qədər 
gəlib çıxan qidalanma ilə bağlı adət-ənənələrdə insanlar onlar 



üçün nəyin xeyirli, nəyin zərərli olduğunu özləri üçün müəyyən 
etmişdilər. XIX əsrdən başlayaraq Avropada texniki inqilab baş 
verir. Təbii ki, bu mədəniyyətin bütün sahələrində olduğu kimi, 
qida sahəsinə də öz təsirini göstərməyə bilməzdi. Texnikanın 
inkişafı, qida məhsullarının texniki yolla emal edilməsi təkcə 
insanın və bütünlüklə cəmiyyətin tələblərinin təmin edilməsi 
deyil, burada eyni zamanda insan mənəviyyatı, yaradıcılıq fəa-
liyyəti də əks olunur. Eyni zamanda mədəniyyət həmişə tarixlə 
bağlıdır. İnsan cəmiyyətinin mənəvi, intellektual və maddi 
həyatının davamlılığını nəzərdə tutur. Mədəniyyət təkcə bilik 
və davranış deyil, eyni zamanda hər bir insanın mənəvi bir 
başlanğıcıdır. Aparılan tədqiqatlar göstərir ki, insan təkcə təbiətin 
tərkib hissəsi olmamış, o həm də mədəniyyət vasitəsilə özünü 
formalaşdırmış və kamilləşdirmişdir. Ona görə də mədəniy-
yətdən söhbət gedəndə əlbəttə ki, qida mədəniyyəti də bura aid 
edilir. Bu mənada qida xammalının növləri, onların emalı, ye-
məklərin hazırlanması qaydaları, masanın bəzədilməsi, onların 
estetik qavranılması qidalanma mədəniyyətinə aid edilir. Hər 
bir xalqın qida mədəniyyəti müxtəlifdir. Bu müxtəlifliyin, rən-
garəngliyin yaradıcısı kimi iqlimi, təbii resursları və s. göstər-
mək olar. Bunu eyni zamanda müxtəlif yeməklərin bişirilmə-
sində, onların milli üslubda servis edilməsində görmək olar. Bir 
sıra xalqlar var ki, onların milli mətbəxinə aid olan yeməklər 
artıq demək olar ki, bütün dünya xalqlarının mətbəxinə daxil 
olub. Slavyan xalqlarının borş yeməyi, İtalyanların spaqetti və 
pittsaları, yaponların suşi kimi balıq yeməkləri, Asiya xalqla-
rının düyü yeməklərini buna misal göstərmək olar. Tarixin bü-
tün inkişaf mərhələlərində qida mədəniyyətinə böyük əhəmiy-
yət verilirdi. Onun hazırlanması, hansı məişət qablarında bişi-
rilməsi, süfrəyə təqdim edərkən həzmə kömək edən qidalandı-
rıcılardan istifadə edilməsi, adi günlərdə və təntənəli günlərdə 
necə qidalanmalı olduğu kimi vacib məsələlər diqqət mərkə-
zində olurdu. Dünya elmi inkişaf etdikcə qidalanma mədəniy-
yəti ilə bağlı elmi nəzəriyyələr yaranmağa başladı. Bu elmi nə-



zəriyyələr bu gün də insanların sağlam, gümrah olması, xəstə-
liklərdən qorunması üçün çox önəmlidir.
Мədəniyyətin tərkib hissəsi olan məişət adətləri, ənənələr, 
mərasimlər, ayinlər də xalqın milli mənəvi sərvəti, eyni zamanda 
şüuraltı xəritəsi və yaddaşı hesab olunur, qədim insanların ilk tə-
fəkkürü kimi nəzərdən keçirilir. Təbii ki, onlar bizə bir çox xalq-
ların qidalanması ilə bağlı böyük informasiya mənbəyidir. 

Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə