10
Ənənə -
özünəməxsus xalq yaddaşıdır. Hər bir xalqın qida
mədəniyyəti onun ənənələri ilə birbaşa bağlıdır. Bu ənənələr
min illər boyu yaranmışdır. Bu gün kulinariya təkcə qida səna-
yesində çalışan mütəxəssislərin maraq obyekti deyil, eyni za-
manda
tarixçilərin, etnoqrafların, sosioloqların və həkimlərin,
arxeoloqların da tədqiqat obyektinə çevrilib. Bu mütəxəssislə-
rin əməyi nəticəsində keçmişdə bizim əjdadlarımızın necə ya-
hansı ocaqda bişirməsi, bu zaman hansı qablardan istifadə
etməsi haqqında məlumat alırıq. Hal-hazırda bütün dünyada ən
qlobal məsələ qida təhlükəsizliyi məsələsidir. Bu səbəbdən
insanların sağlamlığını qorumaq
üçün mətbəx sənətinə xüsusi
baxışlar, maraqlar meydana gəlib. Bununla əlaqədar olaraq in-
sanların yeməyin hazırlanması ilə bağlı onun tarixinə, nəzəriy-
yəsinə, təcrübəsinə maraq daha da artıb.
Ənənə
-
bir cəmiyyət və qrup içərisində müəyyən keçmişə
sahib olan, nəsildən-nəslə ötürülərək vərdiş, məlumat, davranış
və inanc toplusudur. Ənənələr insan varlığını idarə etmək və
onun davranışını tənzimləmək yollarından biridir. Bizim bütün
həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Bu
həmin adət-ənənələrdir ki, uşaqlıqdan bəri onu özümüz üçün
aydınlaşdırmağa çalışırıq. Təbii ki, bu mənada hər bir ölkənin,
hər bir xalqın ənənələrindən nümunə göstərmək olar.
Ənənə
məişətin idarə edilməsi və tənzimlənməsi yollarından biridir.
Ənənə eyni hərəkətin və ya fəaliyyətin təkrarlanmasıdır. Adət
və ənənənin nə olduğunu başa düşmək üçün onun əsas xüsu-
siyyətlərinə nəzər salmaq lazımdır:
- mənəvi-əxlaqi dəyərlərdən fərqli olaraq, adət-ənənə
ictimai şüurda avtomatik olaraq daha dərin kök salır;
- kortəbii şəkildə ortaya çıxır;
- çoxsaylı təkrarlanmalar nəticəsində inkişaf edir;
- münasibətlərin konkret modelini təqdim edir;
- cəmiyyətin vərdişləri
və rəyi ilə təmin olunur;
- geniş təsir dairəsinə malikdir (əraziyə görə).
11
Çox zaman adət-ənənələr başqa sosial qaydaların bir for-
ması kimi çıxış edir. Məsələn, mənəvi-əxlaqi normalar, siyasi,
hüquqi, gigiyenik və s. Sosial normalar bir ənənə halına gəlir
və fərdi mexanizmini itirir.
Dostları ilə paylaş: