17
ətraf mühitə uyğunlaşır. Həqiqətdə bu belədir. Müxtəlif iqlim
və coğrafi zonalarda bir-birindən xarakter və cizgilərə görə
fərqlənən müxtəlif etnoslar var. Onların hər birinin yaşadıqları
coğrafi məkandan asılı olaraq qidalanmayla bağlı öz həyat
tərzləri var. Bu onu sübut edir ki, qidalanarkən gündəlik həyat-
da insanların onlara lazım olan
və ya arzu olunmayan qida
seçimi daha çox instinkdən deyil, əksinə zövqdən, adət-ənənə-
lərdən, iqtisadi imkanlardan və s. səbəblərdən asılıdır. Qida və
qidalanma hər bir insanın həyatında mühüm yer tutmaqla yana-
şı, həm də onların sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda qidalanmada pəhriz ömrün uzunluğuna təsir
edən ən vacib amildir. Keçmişdən qalma belə bir məsəl var:
”Xəstəliyin atası məlum olmasa da, anası həmişə qidalanma
olur”. Sağlam yaşamağın sirri ilk növbədə bizim nə dərəcədə
sağlam qidalanmağımızla bağlıdır.
Bizim yediyimiz qidalar
gün ərzində vitaminlərə, zülallara, minerallara olan tələbatımızı
ödəməlidir. Əlbəttə ki, qəbul edilən hər bir qida normadan artıq
olmamalıdır. Təsadüfi deyildir ki, bizim böyük klassikimiz
Nizami Gəncəvi də çox gözəl demişdir:
“Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da”
Yəni hər bir qidanın normadan artıq qəbul edilməsi,
təbii
ki, xoşagəlməz halların yaranmasına gətirib çıxarır. İngiltərə-
dəki Lids Universiteti qidalanma ilə insan ömrü arasında əla-
qəni tədqiq edib. Tədqiqat nəticəsində məlum olub ki, insanın
gündəlik qidası ilə onun ömrü arasında çox sıx əlaqə var. Belə
ki, təbii və sağlam qidalanma insanı bu gün dünyada ən çox ya-
yılmış və hətta cavanlaşmış xəstəliklərdən (şəkər, infarkt, xər-
çəng, təzyiq və s.) qoruya bilər.
Odur ki, sağlam qidalanmayla bağlı bir neçə qızıl qaydaya
əməl etmək lazımdır. Məsələn, qəbul etdiyimiz qidalar çoxçe-
şidli olmalıdır. Hər gün eyni qidanı yemək məqsədəuyğun de-
yil. Bu insanda iştahı pozur və qidalanma vərdişinə mənfi təsir
göstərir. Çoxçeşidli meyvə və tərəvəzlər, ət məhsulları, süd və
ağartı məhsullarından istifadə edilməlidir. Təbii ki, meyvə və
18
tərəvəzləri öz mövsümündə yemək məqsədəuyğundur. Bu gün
bazarlarda, marketlərdə mövsümə
aid olmayan meyvə-tərə-
vəzlərə rast gəlinir. Lakin yadda saxlamaq lazımdır ki, Allah
hər şeyi nizamla tənzimləyib. Ona görə bizim qidalanmayla
bağlı maariflənməyimiz əsas şərtdir. Daha çox təbii məhsul-
lardan istifadə etmək lazımdır. Süni şəkildə yetişdirilən, kim-
yəvi maddələr, qatqılar əlavə olunan qidalara üstünlük vermək
məsləhət deyil. Çünki onlarda vitamin və minerallar az olur.
Hər bir insanın qida rasionunda meyvə-tərəvəz olmalıdır. Çün-
ki tərəvəzin kalorisi azdır, asan həzm olunur.
Əlbəttə mədə-
bağırsaq problemi olan insanlar meyvə-tərəvəzdən istifadə
edərkən diqqətli olmalıdır. Qəbul edilən qidanın kalorisinə də
nəzarət edilməlidir. Həddən artıq kalori istehlak edilməsi bə-
dəndə artıq piyin yaranmasına gətirib çıxarır. Bu isə gələcəkdə
bir çox xəstəliklərin, o
cümlədən ürək- damar, qan dövranı, təz-
yiq və s. xəstəliklərin əsasını qoyur. Hər bir insan öz həyat tər-
zinə, iş rejiminə görə qidalanmalıdır. Bütün günü aktiv həyat
tərzi sürənlər, daha çox hərəkətdə olan insanlar çox kalori itirir-
lər. Bunun əksinə olaraq oturaq həyat tərzi rejimi olan insanlar
isə kalori almamaq üçün düzgün qidalanmalıdırlar. Orqanizmin
lazım olan zülallarla təmin edilməsi,
bol maye qəbulu, təmiz
havada gəzmək, günəş vannası qəbul etmək, pis vərdişlərdən
uzaqlaşmaq və s. bütün bunlar insan sağlamlığı üçün ən vacib
faktorlardır. Bununla bağlı çox danışmaq olar. Lakin bir şeyi
unutmamaq lazımdır ki: hər şey qədərində istifadə olunmalıdır.
Beləliklə, qida və qidalanma insanın
cəmiyyətdəki maddi
varlığının ən vacib şərtlərindən biridir.
Dostları ilə paylaş: