Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   86

 
 
284 
nin  bu  dövr  ərzində  əldə  etdiyi  məcmu  (ümumi)  iqtisadi 
fayda, götürdüyü xeyirdir. 
Müəssisənin  gəliri  özündə  onun  illik  mənfəətini  və 
digər  fəaliyyət  növlərindən  (məsələn,  kommersiya  fəaliy-
yətindən, mənzil-kommunal təsərrüfat fəaliyyətindən, yar-
dımçı  təsərrüfatlardan,  əmək  kollektivinə  pullu  xidmətlə-
rin göstərilməsindən və s.) əldə edilən vəsaitləri əks etdi-
rir. Gəlirin əsas hissəsini müəssisənin mənfəəti təşkil edir. 
Deməli,  müəssisənin  gəliri  kəmiyyətcə  yalnız  onun  isteh-
sal-təsərrüfat fəaliyyətindən əldə edilən vəsaiti deyil, eyni 
zamanda  onun  qeyri-istehsal  sahələrindən  əldə  edilən  və-
saitləri özündə birləşdirir. 
Müəssisənin gəlirlərinin mahiyyətini, məzmununu və 
əmələ  gəlməsi  prosesi,  onun  yaranması,  hansı  mənbələr-
dən formalaşmasını bilmək vacibdir. 
Gəlirlərin yaranmasına görə, təyinatına, yerinə yetir-
diyi funksiyalara müvafiq olaraq, onlar müəyyən xüsusiy-
yətlərə malikdirlər. 
Hesablaşma mərhələsi kimi pul vəsaitlərinin nağd və 
nağd olmayan formalarda müəssisənin hesablaşma hesabı-
na daxil edilməsi aktlarıdır. 
Gəlirlərə daxil olan vəsaitlər, əsasən, ilk əvvəl məh-
sulun  satışından  daxil  olan  məbləğdir.  İstehsal  prosesində 
məhsulun  satışından  pul  vəsaitləri  il  ərzində  müəssisənin 
xalis əmlakını artıran pul formasında dəyərlərin mədaxili-
dir. Onun hesabına daxil olan pul vəsaitlərinin heç də ha-
mısı onun xalis əmlakını artıra bilmirlər və elə buna görə 
də onlar gəlir hesab oluna bilməzlər.  
Burada vəsaitin çatışmaması hallarda müəssisə bank-
dan kredit götürür, onu vacib istiqamətlərə yönəldir, lakin 
o  müəyyən  müddətdən  sonra  bu  borcu    qaytarmalıdır  və 


 
 
285 
onun vəsaitindən çıxmalıdır. Bu səbəbdən bu kredit müəs-
sisənin  xalis  əmlakının  dəyər  məbləğini  dəyişdirmir. 
Müəssisənin  gəlirinə  aid  olmayan  vəsaitlərə  təsisçilərin 
qoyduqları əmanətlər. Baxmayaraq ki, onlar kapitalın həc-
mini  artırırlar,  onlar  ilk  təsərrüfatçılığın  yaranmasına  və 
fəaliyyətinə yönəldilir. Bundan başqa, gəlirlərin əldə edil-
məsi pul vəsaitlərinin, aktivlərin və digər əmlakın daxil ol-
ması ilə əlaqədar olduğundan müəssisənin üçüncü şəxsdən 
(hüquqi və  ya fiziki) aldığı ixracatdan  gömrük rüsumları, 
əlavə dəyər vergisi, aksizlər – sonradan büdcəyə köçürül-
düyündən – müəssisə üçün gəlir sayılmır. 
Müəssisənin gəlirləri onların xarakteri, istiqamətləri, 
alınma şərtlərinə və özünün yaranma mənşəyinə görə aşa-
ğıda göstərilən fəaliyyət növləri ilə bağlı olurlar: 
-
 
müəssisənin adi (əsas) fəaliyyətindən daxil olan gə-
lirlər; 
-
 
müəssisənin icra etdiyi əməliyyatlardan gələn gəlirlər. 
-
 
məhsulların, göstərilən xidmətlərin və görülən işlə-
rin satılması ilə bağlı olmayan gəlirlər
-
 
fövqəladə hallarla əlaqədar daxil olan gəlirlər. 
Yuxarıda  göstərilənlərdən  yalnız  birincisi  müəssisə-
nin əsas (adi) fəaliyyəti ilə, qalanları isə sair daxilolmalar-
dan əldə edilən gəlirlər hesab edilir. 
Gəlir  növlərinin  təsnifləşdirilməsində  onların  daha 
iki əlaməti əsas kimi götürülür: 
a)
 
gəlirlərin əldə olunmasının daimiliyi – mütəmadi 
və təsadüfi. 
Gəlirlərin  daimiliyi,  fasiləsizliyi  baxımından  istisna 
təşkil  edən  “fövqəladə  hallarla  bağlı”  gəlirlərdir.  Bunlar 
gözləniləndirlər,  lakin  zəruri,  arzu  olunan  deyildirlər;  bu 


 
 
286 
gəlirlər təsadüf mahiyyətli, vaxtaşırı mahiyyət daşıyan gə-
lirlərdir.  
b)
 
hesabat  dövrünə  aidiyyətinə  görə  –  cari  gəlirlər 
və gələcək dövrün gəlirləri. 
Gəlirlərin təsnifləşdirilməsində istifadə olunan başqa 
bir əlamət də cari gəlirlərin müəssisənin xərcləri ilə qarşı-
lıqlı əlaqəsidir. Bu əlaqələrdən birincisi cari hesabat döv-
rünün xərcləri ilə əlaqədar olan cari hesabat dövrünün gə-
lirləridir.  İkincisi  isə  yaranması  cari  hesabat  dövrünün 
xərcləri ilə əlaqədar olmayan gəlirlərdir.  
Müəssisəyə  daxil  olan  gəlir  növlərinin  iqtisadi  məz-
mununa görə səviyyələri aşağıda təsvir olunduqları kimidir.  
Müəssisənin  adi  fəaliyyətindən  daxil  olan  gəlirlərin 
rolu böyükdür. Bu qəbildən olan gəlirlərə artıq qeyd olun-
duğu kimi istehsal edilmiş məhsulun, göstərilmiş xidmətin  
və görülmüş işin satılmasından əldə edilən gəlirlər aid olu-
nurlar. Başqa sözlə, bu növ gəlirlər müəssisənin təsis olun-
ması məqsədilə birbaşa bağlı olan gəlirlərdir. 
Müəssisənin gəliri, əsasən, həcmi satılmış məhsulun 
miqdarından  və  qiymətindən  asılı  olaraq,  satışdan  daxil 
olan pul vəsaiti vasitəsilə formalaşır. Deməli, satışdan gə-
lən  pul  vəsaitinin  məbləğini  müəyyən  etmək  üçün  satılan 
hər  bir  növ  məhsulun  bazar  qiyməti  onun  sayına  vurula-
raq, cəmlənir.  
Qeyd  etmək  lazımdır  ki,  əgər  müəssisənin  gəliri 
onun istehsal etdiyi məhsulun satışından məcmu pul vəsa-
itlərinin  məbləğidirsə,  mənfəəti  həmin  məcmu  pul  vəsait-
lərinin məbləği ilə məcmu istehsal xərclərinin fərqidir. 
Müəssisənin  icra  etdiyi  əməliyyatlardan  daxil  olan 
gəlirlər. Bu qəbildən olan gəlirlərə aşağıdakıları aid edirlər: 


 
 
287 
-
 
müəssisənin kənar təşkilata müvəqqəti istifadə üçün 
verdiyi aktivlərə görə ödəniş haqqı kimi daxil olan gəlirlər
-
 
kəşflərə görə patent, sənaye məhsulu nümunələri və 
digər intellektual mülkiyyət növlərindən istifadə hüququna 
görə daxil olan gəlirlər
-
 
başqa  təşkilatların  nizamnamə  kapitalında  iştirak 
etməkdən  (faizlər  də  daxil  olmaqla  qiymətli  kağızlardan) 
daxil olan gəlirlər
-
 
müəssisənin  başqa  təşkilatlarla  müştərək  işgüzar 
əməkdaşlığından əldə olunan gəlirlər; 
-
 
banklar tərəfindən müəssisəyə mənsub pul vəsaitlə-
rindən istifadəyə görə ödədiyi faizlər; 
-
 
istehsal  əsas  fondları  və  digər  aktivlərin  başqa  təş-
kilatlara satışından daxil olan gəlirlər aid edilirlər. 
Yuxarıda sadalanan gəlirlər – əgər onların əldə olun-
ması təşkilat üçün əsas fəaliyyət növü ilə bağlıdırsa – “adi 
fəaliyyət  növlərindən  gəlirlər”  hesab  olunurlar.  Bu  qəbil-
dən olmayan təşkilatlar üçün isə belə gəlirlər “müəssisənin 
icra etdiyi əməliyyatlardan gələn gəlirlər”–ə aid olunurlar. 
Müəssisənin  gəlir  növlərindən  biri  də  “məhsulların, 
göstərilən xidmətlərin və görülən işlərin satılması ilə bağlı 
olmayan gəlirlərdir”. Bu gəlirlərə müqavilə şərtlərini poz-
duqlarına görə “müqabil tərəflərin” öhdəlikləri, cərimələr, 
dəbbələmə pulu, peniyalar; təmənnasız, o cümlədən müqa-
vilə  əsasında  bəxşiş  kimi  verilmiş  aktivlər;  başqa  təşkilat 
tərəfindən müəssisəyə vurulmuş ziyanın ödənilən məbləği; 
keçən  dövrə  aid  olan,  lakin  hesabat  ilində  aşkar  edilmiş 
mənfəət;  iddia  (isk)  vaxtı  keçmiş  kreditor  və  deponent 
borcların qaytarılmasından gələn gəlirlər aid olunurlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə