Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə82/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   86

 
 
276 
- əlavə maliyyələşdirmə mənbələrinin ümumi şəkildə 
təhlili və qiymətləndirilməsi
- maliyyə resurslarının vəziyyətinə və səmərəli istifa-
dəsinə nəzarət sisteminin qiymətləndirilməsi. 
İkinci  funksiya  çərçivəsində  müəssisənin  maliyyə 
xidməti  aşağıdakı  məsələlərin  dəqiq  qiymətləndirilməsini 
həyata keçirirlər: 
- tələb olunan maliyyə resurslarının həcmi; 
-  həmin  maliyyə  resurslarının  əldə  edilməsi  formaları 
(uzunmüddətli yaxud qısamüddətli kredit, nağd vəsaitlər); 
-  resursların  əldə  oluna  bilmə  dərəcəsi  və  verilməsi 
müddətləri (maliyyə resurslarının əldə oluna bilmə dərəcəsi 
müqavilə şərtləri ilə müəyyən edilə bilər; maliyyə resursları 
zəruri həcmlərdə və lazımı zaman anında alınmalıdır); 
-
 
konkret resurs növlərinin əldə olunmasının qiymə-
ti (faiz dərəcələri, bu və ya başqa vəsait mənbəyinin veril-
məsinin formal və qeyri-formal şərtləri); 
-
 
bu  və  ya  digər  vəsait  mənbəyi  ilə  əlaqədar  riskin 
dərəcəsi  (məsələn,  vəsait  mənbəyi  kimi  müddətli  bank 
ssudalarına nisbətən mülkiyyətçinin öz kapitalından istifa-
də riski daha azdır). 
Müəssisənin  maliyyə  xidmətinin  üçüncü  funksiyası 
investisiya xarakteri uzunmüddətli və qısamüddətli qərar-
ların  təhlilini  və  qiymətləndirilməsini  nəzərdə  tutur.  Bu 
zaman  təhlil  olunan  və  qiymətləndirilən  məsələlər  aşağı-
dakılardır: 
-
 
maliyyə  resurslarının  digər  növ  (material,  əmək, 
pulresurslara transformasiyasının optimallığı; 
-
 
əsas fondlara qoyuluşların (əsaslı tikintinin) məqsə-
dəuyğunluğu və səmərəliliyi, bunların tərkibi və quruluşu; 
-
 
dövriyyə vəsaitlərinin optimallığı; 
-
 
maliyyə qoyuluşlarının səmərəliliyi və s. 


 
 
277 
10.3.  Mənfəət və ondan istifadə istiqamətləri 
 
Müəssisənin  istehsal  fəaliyyətinin  əsas  göstəricisi 
mənfəətdir,  onu  qazanmaq  naminə  o,  bütün  imkanlarını 
onun alınmasına yönəldir. 
Mənfəət müəssisənin istehsal – təsərrüfat fəaliyyətini 
xarakterizə  edən  ümumiləşdirici  göstəricilərindən  biri 
olub,  onun  xalis  gəliri  formasında  çıxış  edir.  Mənfəət 
əmtəəlik  məhsulu  (işin,  xidmətin)  satışından  əldə  edilən 
ümumi gəlirin bir hissəsidir; istehsala çəkilən bütün xərc-
ləri həmin gəlirdən çıxdıqdan sonra əmələ gəlir. Ona görə 
də  eyni  istehsal  şəraitində  satılan  məhsulunun  həcmi  art-
dıqca, bazar topdansatış qiyməti yüksəldikcə və maya də-
yəri  aşağı  düşdükcə  müəssisənin  də  mənfəətinin  məbləği 
artacaqdır. 
Mövcud  qaydaya  əsasən  müəssisənin  əldə  etdiyi 
mənfəətin  bir  hissəsi  gəlir  vergisi  formasında  dövlət  büd-
cəsinə ödənilir, qalan hisə isə müəssisənin tam sərəncamı-
na keçərək ondan sərbəst surətdə istifadə edilir. 
 Bazar  iqtisadiyyatı  şəraitində  mənfəətin  əldə  olun-
ması müəssisənin yaradılması və fəaliyyətinin əsas məqsə-
didir. Mənfəət müəssisəsinin  mövcudluğu və  gələcək fəa-
liyyəti üçün müəyyən təminat yaradır. 
Bazarda  müəssisə  əmtəə  istehsalçısı  kimi çıxış edir. 
Müəssisə  məhsula  qiymət  müəyyən  edərək,  onu  istehlak-
çılara satır və nəticədə müəssisədə pul mədaxili baş verir. 
Bu zaman mənfəət də əldə olunur. Maliyyə nəticəsini əldə 
etmək  üçün  mədaxillə  məhsulun  maya  dəyərini  müqayisə 
etmək lazımdır. Əgər mədaxil maya dəyərindən çoxdursa, 
bu  mənfəətin  alınmasını  göstərir.  Müəssisə  həmişə  çalışır 


 
 
278 
ki,  mənfəət  əldə  etsin.  Əgər  mədaxil  maya  dəyərindən  az 
olursa, müəssisə zərərə düşür, iflasa uğrayır. 
Mənfəətin  mövcudluğu  istehsalın  səmərəliliyini, 
müəssisənin maliyyə vəziyyətinin yaxşı olduğunu göstərir. 
Müəssisənin balans, hesablaşma və əmtəəlik məhsul isteh-
salından əldə edilən mənfəət növləri fərqləndirilir. 
Balans  mənfəəti  müəssisənin  bütün  istehsal-təsərrü-
fat  fəaliyyətinin  nəticəsindən,  istehsal  və  qeyri-istehsal 
fəaliyyətinin  bütün  növləri,  o  cümlədən  realizədən  kənar 
gəlir və  itkiləri saldosu üzrə mənfəətin ümumi məbləğin-
dən ibarətdir. 
Müəssisənin  hesablaşma  mənfəəti  gəlir  vergisi    və 
bank kreditlərinin həcmi qədər balans mənfəətindən azdır. 
Əmtəəlik məhsul istehsalından əldə edilən mənfəətin 
məbləği məhsulun bazar topdansatış qiyməti ilə onun tam 
maya dəyəri arasındakı fərqi xarakterizə edir. Ondan məh-
sul vahidinin rentabellik səviyyəsini müəyyən etdikdə isti-
fadə edilir. 
Məhsulun həcminin artırılması, maya dəyərinin aşağı 
salınması,  strukturunun təkmilləşdirilməsi və  keyfiyyətinin 
yaxşılaşdırılması, qeyri-məhsuldar xərclərin və hər cür itki-
lərin  aradan    qaldırılması,  istehsalın  rentabellik  səviyyəsi-
nin  yüksəldilməsi,  maddi-enerji  resurslarına  çəkilən  xərc-
lərin azaldılması, yeni texnika və texnologiyanın istehsalata 
tətbiq  edilməsi  və  bunun  da  əsasında  onun  səmərəliliyinin 
yüksəldilməsi mənfəətin artırılması amilləridir. 
Məhsulun  keyfiyyətinin  yüksəldilməsi  iqtisadi  artı-
mın ən mühüm amili, istehsalın intensivləşdirilməsinin va-
cib  şərtidir.  Bazar  iqtisadiyyatı  şəraitində  məhsulun  key-
fiyyətinin  yüksəldilməsi,  qeyd  etdiyimiz  kimi,  mühüm 
iqtisadi  və  siyasi  vəzifə  kimi  çıxış  edir,  çünki  məhsulun 


 
 
279 
keyfiyyəti onun qiymətinə təsir edir. Məhsulun keyfiyyəti-
nin yüksəldilməsi nəticəsində müəssisənin əldə edəcəyi il-
lik  mənfəətin  məbləğini  hesablamaq  üçün  bazis    və  plan 
illərində məhsul vahidinin topdansatış qiymətləri arasında-
kı  fərqi  cari  ildə  buraxılacaq  məhsulların  sayına  vuraraq 
müəyyən edilir. 
İstehsalın rentabellik səviyyəsi müəyyən vaxt (məsə-
lən,  rüb,  il)  dövründə  müəssisənin  istehsal-təsərrüfat  fəa-
liyyətinin  mənfəətliliyini  (yaxud  ziyanlığını)  xarakterizə 
edir. İstehsalın rentabellik səviyyəsinin yüksəldilməsi nəti-
cəsində müəssisənin əldə edəcəyi illik mənfəətin məbləği-
ni təyin etmək üçün plan ilində buraxılacaq məhsulun həc-
mini istehsalın plan və bazis  rentabellik səviyyəsinin fər-
qinə vuraraq, 100%-lə  bölərək tapırlar. 
Maddi-enerji ehtiyatlardan səmərəli istifadə  istehsa-
lın  mənfəətliliyinin  təmin  olunmasında  mühüm  rol  oyna-
yır.  İstehsalın  özünəməxsus  xüsusiyyətlərindən  asılı  ola-
raq,  istehsal  xərclərində  maddi-enerji  ehtiyatlarının  bu  və 
ya  digər  növlərinin  xüsusi  çəkisi  xeyli  fərqlənir,  sənaye 
müəssisələri  isə  müvafiq  olaraq,  material  tutumlu,  enerji 
tutumlu, yanacaq tutumlu olur və s. Maddi-enerji resursla-
rından  səmərəli  istifadə  edilməsi  nəticəsində  müəssisənin 
əldə edəcəyi illik mənfəətin məbləği tapılır. 
İstehsal  xərcləri  –  məhsulun  hazırlanmasına  çəkilən 
canlı  və  maddiləşmiş  əmək  məsrəflərinin  məcmusunu  xa-
rakterizə  edir.  İstehsal  xərclərinin  azaldılması  hesabına 
müəssisənin əldə edəcəyi illik mənfəətin məbləğini hesab-
lamaq üçün bazis və plan illərindəki məhsul vahidinin məs-
rəf  norması  (kq-la)  material  vahidinin  topdansatış  qiymə-
tinə və plan ilinə nəzərdə tutulan məhsulun sərfinə vurulur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə