Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   86


 
 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI BİZNES UNİVERSİTETİ 
 
                      
İ.M.HÜSEYNOVA   
 
 
 
 
Dərs vəsaiti Bakı Biznes Universitetinin 
20 illik yubileyinə bir töhfədir 
 
 
 
 
MÜƏSSİSƏNİN İQTİSADİYYATI 
 
(Dərs vəsaiti) 
 
 
 
 
 
Dərs vəsaiti Azərbaycan Respub-
likası  Təhsil  Nazirinin  18.01.2013-
cü  il  tarixli  57  saylı  əmri  ilə  təsdiq 
edilmişdir

 
 
 
 
 
Bakı – 2013 


 
 

Tərtib edən:                     BBU-nin “Sənayenin təşkili və bələdiyyə  
                                           idarəetməsi” kafedrasının müəllimi,  
                                           i.e.n., dos. Hüseynova İ.M. 
 
Redaktor:                          BBU-nin prorektoru,                                            
                                           i.e.n., dos. Sadıqov R.F. 
 
Rəyçilər:                            İ.e.dok., prof. Əbdülsəlimzadə Q.Y. 
 
                                           İ.e.n., dos. İsgəndərov R.Ə. 
 
                                      İ.e.n., dos. Əzizov A.Ə.
 
                                     
 
                                      İ.e.n., dos. Səfərova V.T. 
 
 
İ.M.Hüseyinova 
“Müəssisənin iqtisadiyyatı” Dərs vəsaiti –
 
Bakı, 2013. 304 səh. 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.04.2010–cu il-
də  təsdiq  edilmiş  “Müəssisənin  iqtisadiyyatı”  proqramı  əsasında 
yazılmış bu dərs vəsaitində kursun predmeti və obyektləri, mahiyyəti 
və  vəzifələri, müəssisələrin hüquqi-təşkilati formaları, onların quru-
luşu,  fəaliyyət  xüsusiyyətləri,  iqtisadi-sosial  səmərəliliyi  məsələləri 
işiqlandırılmışdır. 
 
 
 
 
 
 
 
 
 
                    
 
                                         “Bakı Biznes Universiteti” nəşriyyatı
 
 
 


 
 

G İ R İ Ş 
 
“Müəssisənin  iqtisadiyyatı”  adlı  dərs  vəsaiti  Bakı 
Biznes Universitetinin  tədris proqramına  uyğun olaraq  60 
saatlıq (30 saatı mühazirə və 30 saat məşğələ) dərs yükünə 
uyğun hazırlanmışdır.  
Dərs vəsaitində bazar münasibətləri iqtisadi şəraitin-
də  müəssisələrin  və  şirkətlərin  fəaliyyətinin  ən  aktual 
problemlərini, məsələlərini özündə əks etdirir.  
Burada  “Müəssisənin  iqtisadiyyatı”  kursunun  pred-
meti  və  obyektləri,  mahiyyəti  və  vəzifələri,  iqtisadi  məz-
munu, hüquqi təşkilati formaları, quruluşu verilmişdir. Ey-
ni zamanda dərs vəsaitində sahibkarlıq fəaliyyətinin müx-
təlif forma və növləri, hər bir istehsalın son məqsədi sayı-
lan  sosial  –  iqtisadi  səmərəliliyi,  planlaşdırma  və  onun 
növləri, müəssisənin kadrlarla təmin olunması, əmək məh-
suldarlığı və əmək haqqı məsələlərinə diqqət yetirilmişdir.  
Dərs  vəsaitində  xüsusilə  müəssisələrin  əsas  fondları 
və istehsal gücü, əsas və dövriyyə istehsal fondlarının isti-
fadə  göstəriciləri,  müəssisələrə  investisiya  qoyuluşlarının 
istiqamətləri, habelə müəssisələrin istehsal xərcləri, hazır-
ladıqları məhsulların maya dəyəri, müəssisələrin bütövlük-
də maliyyə resursları, mənfəət, ondan istifadə qaydaları və 
istehsalın  rentabelliyi  müasir  tələblər  baxımından  işıqlan-
dırılmışdır.  
Gələcəkdə kitabın təkmilləşdirilməsi üçün irəli sürü-
lən  tənqidi  fikirlər  və  işgüzar  məsləhətlər  müəllif  tərəfin-
dən minnətdarlıqla qəbul olunacaqdır.  
 
 
 


 
 

FƏSİL1. FƏNNİN OBYEKTİ VƏ VƏZİFƏLƏRİ 
 
1.1.
 
Fənnin obyekti və predmeti 
 
İnsan  fəaliyyəti  –  istehsal  amilləri  əsasında  həyata 
keçirilir.  İnsan  fəaliyyəti  elmin  inkişafı  ilə  təkmilləşir  və 
elmin  nailiyyətləri    istifadə  olunur,  onun  obyektiv  nəzəri 
biliklərin  işlənməsi  və  istifadəsi  xüsusi  yer  tutur.  Elm 
məhsuldar qüvvələrinin əsası kimi çıxış edir və əmək vasi-
tələri, əmək predmeti və iş qüvvəsinin birgə ünsür statusu-
nu qazanmışdır. 
Elm – həqiqətlərin, hadisə və proseslərin praktiki cə-
hətdən  dərk  edilmə  üsullarının  ayrılmaz  tərkib  hissəsi  ol-
maqla o, həm də biliklər istehsalçısı kimi insan fəaliyyəti-
nin özünə məxsus formalarındandır. 
Əgər  maddi  istehsalın  həm  miqyasca  (kəmiyyətcə) 
genişləndirilməsində  və  həm  də  səmərəliliyinin  (keyfiy-
yətcə) yüksəldilməsində biliklər bir vasitə kimi ifadə edil-
ərsə, bunlara nail olmaq üçün mütərəqqi texnoloji proses-
lərin,  maşın  və  avadanlıqların  layihələndirilməsi,  istehsa-
lın  mükəmməl  təşkilini  nəzəri  cəhətdən  əsaslandırılması 
isə elmin bilavasitə məqsədidir. 
Elm bütövlükdə, şərti olaraq, üç böyük təbiət, ictimai 
və texniki qrupa bölünür. 
Təbiət  elmləri  –  insan  və  təbiət  arasında  prosesləri 
öyrənir, onun tədqiqat obyekti – maddi münasibətlərdir. 
Texniki  elmlər  –  istehsal  prosesində  istifadə  edilən 
əmək cisimlərinin  və əmək vasitələrini, hazırlanma texno-
logiyasını, onların istifadə üsullarını, əmək cisimlərinin fi-
ziki  və  kimyəvi  dəyişikliklərini,  hazır  məhsulun  istehlak 
xassələrini və s. öyrənir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə