269
liyyətinə, resursların əmələ gəlməsi, bölüşdürülməsi və
istifadəsinə manatla maliyyə nəzarətini həyata keçirir.
Bazar iqtisadiyyatı şəraitində bütövlükdə müəssisə-
nin, onun təsisçilərinin və işçilərin maliyyə müvəffəqiyyə-
ti maliyyə resurslarının əsas və dövriyyə vasitələrinə, ha-
belə iş qüvvəsinin stimullaşdırılması vasitələrinə nə dərə-
cədə səmərəli və məqsədəuyğun transformasiyasında asılı
olur. İdarəetmənin bütün səviyyələrində (strateji, taktiki,
operativ) maliyyə resurslarının rolu bu və ya digər dərəcə-
də vacibdir, inkişaf planında bunlar xüsusi ilə mühüm
əhəmiyyət kəsb edirlər.
İstehsal müəssisələrin maliyyəsi digər funksiyaları
da yerinə yetirir:
- müəssisənin istehsal potensialının formalaşdırılması
və artırılması, onun optimal strukturunun təmin edilməsi;
- cari maliyyə-təsərrüfat və kommersiya fəaliyyətinin
təmin edilməsi;
- sosial siyasətin həyata keçirilməsində və əhalinin
rifah halının yüksəldilməsində təsərrüfat subyektinin isti-
rakının təmin edilməsi.
İndiki şəraitdə növlərinə və miqyaslarına, təşkilati-
hüquqi formalarına, fəaliyyət şərtləri və ölçülərinə görə re-
al diferensiasiyası onların müəssisənin idarə edilməsinin
müxtəlif təşkilati strukturlarının formalaşmasına səbəb
olur. Müəssisənin idarə edilməsinin bu və ya başqa təşki-
lati strukturuna uyğun olaraq idarəetmənin maliyyə-iqtisad
bloku – kiçik bir şöbədən tutmuş, idarə, şöbə, büro, qrup
və s. bu kimi struktur bölmələrindən ibarət mürəkkəb
kompleksə qədər çox müxtəlif formalarda təşkil olunur.
270
10.2 Müəssisənin maliyyə resursları, yaranma
mənbələri və onlardan istifadə
Müəssisələrə maliyyə resursları istehsal vasitələri əl-
də etmək, maliyyə ehtiyatları yaratmaq, işçi qüvvəsini işə
cəlb etmək, büdcə və mal göndərənlərlə hesablaşmaq,
bank borclarını ödəmək (aldıqları kreditlər üçün) və s.
məqsədlər üçün lazımdır. Maliyyə resursları yaratmaq və
onlardan istifadə etmək – müəssisələrin istehsal-təsərrüfat
və digər fəaliyyət növlərinin ayrılmaz tərkib hissəsidir. Bu
o deməkdir ki, hər bir müəssisənin maliyyə vəziyyəti bila-
vasitə onun fəaliyyətinin nəticəsindən asılıdır.
Müəssisələrdə istehsal proqramının müvəffəqiyyətlə
yerinə yetirilməsi, əmək məhsuldarlığının artırılması və
məhsulun maya dəyərinin aşağı salınması onların maliyyə
vəziyyətinin yaxşı olmasının həlledici şərtidir. Digər tərəf-
dən istehsal proqramının yerinə yetirilməsi və müəssisənin
ahəngdar və bir qərarda fəaliyyət göstərməsi xeyli dərəcə-
də onun maliyyə vəziyyətindən asılıdır. Belə ki, əgər
müəssisənin maliyyə vəziyyəti yaxşıdırsa, ona çatası pul
vəsaitləri vaxtında onun hesablaşma hesabına daxil olarsa
və ondan öz təyinatına görə istifadə edilərsə, onda həmin
müəssisə öz öhdəliklərini də vaxtında yerinə yetirmək im-
kanına malik olur və bu zaman müəssisə maliyyə çatışma-
mazlıqları kimi mənfi hallarla qarşılaşmır.
Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə
resursları, əsasən, aşağıdakı mənbələr hesabına yaradır:
a) təsisçilərin pulu və maddi payları;
b) məhsulun (işin, xidmətin) satışından əldə etdikləri
gəlirlər;
v) bank kreditləri;
271
q) qiymətli kağızların satışından əldə edilən pul və-
saiti;
d) banklarda saxladıqları pullar üçün alınan dividentlər;
e) hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə və-
saitləri və s.
İstehsal və digər fəaliyyət növlərini həyata keçirər-
kən müəssisələrdə maliyyə çətinlikləri əmələ gələrsə, on-
ların aradan qaldırılması üçün kreditlərdən istifadə edilir.
Kreditləşdirmənin iki növünü: uzun müddətli və qısa müd-
dətli növlərini fərqləndirirlər.
Uzunmüddətli kreditlər, adətən, investisiya qoyuluşu,
yeni texnikanın tətbiqi, istehsalın mexanikləşdirilməsi və
avtomatlaşdırılması, texnoloji maşın və avadanlıqların
modernləşdirilməsi, məhsulun keyfiyyətinin yaxşılaşdırıl-
ması, mövcud istehsalın genişləndirilməsi, yenidən qurul-
ması və yeni texnika ilə silahlanma səviyyəsinin yüksəl-
dilməsi və s. üçün verilir.
Qısamüddətli kreditləşdirmə isə əsas etibarilə tapşı-
rıqların, sifarişlərin yerinə yetirilməsi gedişatında dövriyyə
vəsaitlərinə əlavə tələbat olduğu hallarda həyata keçirilir.
Maliyyə planı – müəssisənin istehsal, təchizat, satış
və maliyyə fəaliyyətinin nəticələrini dəyər ifadəsində əks
etdirir. Maliyyə planı iki hissədən: gəlir və xərc hissədən
ibarət olaraq rüblərə bölünməklə illik plan işlənib hazırla-
nır. Gəlirin və daxil olan vəsaitlərin cəmi xərcin, büdcə
ayırmaları və ödəmələrinin cəminə bərabər olmalıdır (bu-
na difesitsiz, kəsirsiz maliyyə planı deyilir). Müəssisənin
maliyyə resursları dedikdə, onun öz maliyyə öhdəliklərini
yerinə yetirməsi, cari xərcləri və öz istehsalının genişlən-
dirilməsi ilə əlaqədar olan özünün pul vəsaitləri və borc
272
alınmış (kənardan daxil olmuş) vəsaitlərin məcmusu nə-
zərdə tutulur.
Müəssisənin maliyyə resursları yaranma mənbəyinə
və mənşəyinə görə xüsusi və cəlb edilmiş (borc) vəsaitləri-
nə bölünürlər. Müəssisələr müxtəlif mülkiyyət, təşkilati-
hüquqi və təşkilati-iqtisadi formalarda olduqlarından, on-
ların xüsusi vəsaitlərinin yaranma mənbələri də xeyli dərə-
cədə fərqlənir.
Müəssisələrin xüsusi vəsaitləri, əsasən, aşağıdakı
mənbələrdən formalaşır:
-
mülkiyyətçi tərəfindən verilən kapital – onun əsas
hissəsini təşkil edən nizamnamə fondu (səhmlərin satışından
gələn vəsaitlər, mülkiyyətçi və təsisçilərin pay vəsaitləri);
-
hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli
maliyyələşdirmə, ianələr, xeyriyə vəsaitləri və s.).
-
müəssisənin yaratdığı ehtiyatlar (ehtiyat kapitalı,
əlavə kapital və yığılmış mənfəət);
Cəlb edilmiş vəsaitlərin əsas mənbələri isə aşağıda-
kılardır:
a)
bank kreditləri;
b)
borc vəsaitləri;
c)
istiqrazların və başqa qiymətli kağızların satışın-
dan daxil olan vəsaitlər;
d)
kreditor borcları;
e)
hesablanması ilə köçürülməsi vaxtı arasındakı
müddətdə əmələ gələn büdcəyə olan öhdəliklər;
f)
firma və ya müəssisənin əmək haqqı üzrə borc öh-
dəlikləri;
g)
yaranma vaxtı ilə ödəmə vaxtı arasındakı fərq nə-
ticəsində sosial sığortaya və sosial təminat orqanlarına
borclar.
Dostları ilə paylaş: |