Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


İş yerləri, onların səciyyəsi və təsnifatı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   86

 
 
35 
2.4. İş yerləri, onların səciyyəsi və təsnifatı 
 
Maddi  nemətlər  istehsalı  bilavasitə  iş  yerlərində  hə-
yata keçirilir. Ona görə də müəssisə  miqyasında əldə edi-
lən müvəffəqiyyətlər nəticə etibarı ilə iş yerlərində əməyin 
təşkilindən,  onun  səmərəli  təchizatından,  planirovkasın-
dan,  iş  yerlərinə  mütərəqqi  xidmət  sistemindən,  iş  yerlə-
rində  əmək  şəraitindən  və  s.  asılıdır.  Belə  ki,  yaxşı  təşkil 
edilmiş  iş  yerləri  nəinki  az  əmək  sərf  etməklə  daha  çox 
məhsul  hazırlamağa  imkan  verir.  Həmçinin  işçilərin  sağ-
lamlığının mühafizə olunmasına da səbəb olur. 
İş yeri – əmək normalarına və fəaliyyətdə olan digər 
normativ aktlara əsasən  müəyyən olunmuş əməyin tətbiqi 
zonası olub, bir icraçının əmək fəaliyyəti üçün olan vasitə-
lərlə təhciz edilir. Beləliklə, müəyyən əməliyyatı (işi, xid-
məti) icra etmək üçün aqreqat, dəzgah, maşın və material-
larla, alət və tərtibatlarla təchiz edilmiş istehsal meydança-
sının  hüdudlanmış  hissəsinə  –  fəhlənin  əmək  fəaliyyəti 
zonasına – iş yeri deyilir. İş yerinin tipi ilk növbədə onun 
texnoloji  təyinatı  ilə  müəyyən  edilir.  İş  yerinin  düzgün 
təşkili, hər bir iş  yerində elə istehsal şəraitinin yaradılma-
sını tələb edir ki, bu zaman fəhlənin əmək fəndləri və hə-
rəkətləri ən məhsuldar  və ən az  yorucu olsun. Bu tələblə-
rin yerinə yetirilməsi nəticəsində əmək məhsuldarlığı yük-
səlir,  işin  (xidmətin)  keyfiyyəti  yaxşılaşır,  iş  yerlərinin 
düzgün təşkili üçün şərait yaranır. İş yerinin düzgün təşkil 
edilməsi  –  onun  əsas  avadanlıqlarla,  alətlərlə,  texniki  sə-
nədlərlə, intervallarla təchiz edilməsi, işləyənlərə əlverişli 
əmək  şəraiti  yaratmaq  deməkdir.  İş  yerlərinin  təşkili  xü-
susiyyətləri bir çox amillərdən, məsələn, yerinə yetiriləcək 
işin (xidmətin) həcmindən, iş yerinə təhkim olunmuş əmə-


 
 
36 
liyyatların sayı və tərkibindən, iş  yerinə xidmət sistemin-
dən,  əməyin  mexanikləşdirilməsi  və  avtomatlaşdırılması 
dərəcəsindən asılıdır. 
Fəhlələrin  sayına  görə  –  iş  yerləri  fərdi,  yəni  yalnız 
bir  fəhlə  tərəfindən  xidmət  olunan  və  kollektiv,  yəni  bir 
qrup tərəfindən xidmət olunan iş yerinə ayrılır. Fərdi iş yer-
lərinə  əməyin  təşkilinin  fərdi  formaları  uyğun  gəlir.  Lakin 
istehsal  şəraiti  əməyin  təşkilinin  fərdi  formasının  tətbiqinə 
həmişə imkan vermir. Bəzi işlərdə, məsələn, yığma, tikinti – 
quraşdırma, neft – qaz quyularının qazılmasında və s. işlərdə 
yetirilməsi  zərurəti  yaranır.  Belə  hallarda  əməyin  təşkilinin 
kollektiv  (briqada)  forması  tətbiq  olunur  və  ona  görə  də 
həmin iş yerləri kollektiv iş yerləri adlanır. 
İş  yerlərinin  tipi  orada  mövcud  olan  avadanlıqların 
miqdarına görə – iş yerləri dəzgahsız, birdəzgahlı və çox-
dəzgahlı  iş  yerlərinə  bölünür.  Adətən,  birdəzgahlı  iş  yer-
ləri fərdi istehsal şəraitində daha çox tətbiq edilir. İstehsal 
prosesinin  təşkili  xarakterinə  görə  çoxdəzgahlı  iş  yerinin 
əsas avadanlığı işin ümumi ahəngi ilə əlaqədar olur ki, bu 
da kütləvi və iri seriyalı istehsal sahələri üçün xarakterik-
dir.  Çoxdəzgahlı  iş  yeri  iki  yerə:  eyni  cinsli  avadanlıqla 
təchiz olunan iş yerlərinə və müxtəlif cinsli avadanlıqlarla 
təchiz olunan iş yerlərinə ayrılır. 
İş yeri icraçının icra edilən proseslərində əməyin me-
xanikləşdirilmə və avtomatlaşdırılması  səviyyəsinə görə – 
iş  yerləri  üç  qrupa:  əl  əməyinə  əsaslana,  mexanikləşdiril-
miş və avtomatlaşdırılmış iş yerlərinə bölünür. Əl əməyinə 
əsaslanan iş yerlərində əmək prosesləri əllə, mexanikləşdi-
rilmiş iş  yerlərində –  maşın və  mexanizmlər ilə, avtomat-
laşdırılmış  iş  yerlərində  isə  –  avtomatlaşdırılmış  mexa-
nizmlərlə yerinə yetirilir. 


 
 
37 
İxtisaslaşdırılma dərəcəsinə görə  iş yerləri univer-
sal,  ixtisaslaşdırılmış  və  xüsusi  iş  yerlərinə  ayrılır.  Kiçik 
seriyalı  və  fərdi  istehsal  şəraitində  universal  iş  yerləri,  iri 
seriyalı istehsal şəraitində – ixtisaslaşdırılmış iş yerləri və 
kütləvi istehsal şəraitində isə xüsusi iş yerləri uyğun gəlir. 
İş yerlərinin ixtisaslaşdırılması dedikdə, onların hər birinin 
bu və ya digər ümumi əlamətlərinə görə birləşən müəyyən 
qrup əməliyyatların və ya işçilərin təhkim olunması nəzər-
də tutulur. Belə əlamətlərə emal edilən hissələrin  gorunü-
şü (konfiqurasiyası),  emalın texnoloji  yekcinsliyi,  mürək-
kəbliyi və  dəqiqliyi, tətbiq olunan alətlərin oxşarlığı və s. 
aid edilə bilər. 
Yerinə  yetirilən  işlərin  xarakterinə  görə  –  iki  növ  iş 
yerlərini: stasionar (sabit, dəyişməz) və dəyişən iş yerləri-
ni fərqləndirirlər. Stasionar iş  yerləri  məntəqənin və onun 
təchizinin daimliyi ilə, dəyişən iş yerləri isə növbə ərzində 
iş məntəqəsinin dəyişməsi ilə xarakterizə olunur. Dəyişən 
iş yerlərinə misal olaraq, maşınqayırma zavodlarında növ-
bətçi  təmirçi–çilingərlərin,  elektrik  montyorlarının,  saz-
layıcıların iş yerlərini göstərmək olar.  
Yerinə  yetirilən  funksiyalara  görə  –  iş  yerləri  əsas, 
köməkçi və xidmətedici iş  yerlərinə ayrılır. Bu fərq əsas, 
köməkçi  və  xidmətedici  işlərdə  icra  edilən  funksiyaların 
məzmunundan və xidmət zonasından asılıdır. Köməkçi və 
xidmətedici  fəhlələrin  fəaliyyət  dairəsi  əsas  fəhlələrə  nis-
bətən daha geniş olur. 
İş  yerlərində  fəhlənin  əməyinin  məhsuldarlığı  xeyli 
dərəcədə onların səmərəli təchizatından asılıdır. İş yerləri-
nin təchizatı dedikdə, onun məntəqəsində olan əsas texno-
loji və köməkçi avadanlıqların, texnoloji və təşkilati ləva-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə