44
- məhsul göndərmələri və istehsal olunan məhsulun
iştirakçılarını seçmək və öz məhsulları üçün qiymətlər
müəyyənləşdirmək;
- sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətdən
(təsərrüfat hesablı gəlirdən) müvafiq qaydada gəlir vergisi
verdikdən sonra qalan mənfəətdən (gəlirdən) sərbəst istifa-
də etmək;
- xarici-iqtisadi münasibətlərdə iştirak etmək və s.
“Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının
qanununa, əsasən, sahibkarın aşağıdakı vəzifələri vardır:
- işə qəbul edilən vətəndaşlarla müqavilə bağlamaq;
- işçilərin ictimai və siyasi partiyalarda birləşməsinə
mane olmamaq;
- işçilərə Azərbaycan Respublikasının qanunvericili-
yi ilə müəyyən olunmuş əmək haqqının minimum məblə-
ğindən az olmayan səviyyədə əmək haqqı vermək;
- dövlət sığorta fonduna müəyyən olunmuş qaydada
və məbləğdə ayırmalar ödəmək;
- qanunvericilikdə müəyyən olunmuş həcmdə vergi-
lər ödəmək;
- işçilərə bağlanmış müqavilələrə müvafiq iş şəraiti
yaratmaq və onu daima yaxşılaşdırmaq və s.
Sahibkarlar təsis təşkilatı formasından asılı olaraq,
tam və ya məhdud şəkildə əmlak məsuliyyəti daşıyırlar.
Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar
rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada
müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. Bununla bə-
rabər, sahibkarlıq fəaliyyətinin inkişafına köməklik göstər-
mək məqsədilə dövlət müəyyən təminatlar verir, sahibka-
rın hüquq və qanuni mənafeyini müdafiə edir.
45
“Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının
qanununda sahibkarlıq fəaliyyətinin dayandırılması və ona
xitam verilməsi qaydalarından da danışılır. Bu qanunda
göstərilir ki, sahibkarlıq fəaliyyətinin dayandırılması haq-
qında qərarı sahibkarın özü qəbul edə bilər. Lakin bəzi
səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırıl-
ması barəsində təqdimat vermək hüququna malikdir. Sa-
hibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı da
sahibkar özü və ya müvafiq rayonun məhkəməsi qəbul edə
bilər. Sahibkar vəfat etdikdə onun əmlakı varisinə keçir.
Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyəti-
nə aşağıdakı hallarda xitam verilir: a) bağlaşmanın müd-
dəti başa çatdıqda; b) tərəflərin razılığı olduqda; c) məhkə-
mənin qərarı çıxarıldıqda; d) bağlanmada nəzərdə tutul-
muş digər hallarda.
Ümumiyyətlə, “sahibkar” və “sahibkarlıq fəaliyyəti”
haqqında müxtəlif fikirlər və anlayışlar mövcuddur.
“Sahibkar” ifadəsi iki sözün birləşməsindən –“sahib” və
“kar” sözlərindən əmələ gəlmişdir. “Sahib” sözü ərəb di-
lində olub “yiyə”, “mülkiyyətçi” deməkdir. “Kar” ifadəsi
isə fransız sözü olub, “fəaliyyət”, “iş” mənasını daşıyır.
“Sahibkar” ifadəsini ilk dəfə olaraq, Qərb iqtisadiyyatında
fransız iqtisadçısı R.Kantilyon (1680-1734) tərəfindən iş-
lədilmişdir. O, mənfəət götürmək məqsədilə məhsulu di-
gərlərindən müəyyən qiymətə alaraq, bazarda özünə xeyir-
li qiymətə satmağa çalışan adamları “sahibkar” adlandır-
mışdır. Onun fikrincə, sahibkarlıq fəaliyyəti müxtəlif növ
əmtəələr və tələblə təklif arasında münasibət yaratmağa
xidmət edir.
Sahibkarlıq fəaliyyəti haqqında fikirlər A.Smitin
(1723-1790) iqtisadi nəzəriyyəsində də öz əksini tapmış-
46
dır. Belə ki, o, sahibkarı öz istehsalını planlaşdıran və
təşkil edən, onun nəticələri üçün risk edən mülkiyyətçi
kimi nəzərdə tutur. Daha sonralar sahibkarlıq fəaliyyətinin
geniş anlayışı fransız iqtisadçısı J.B.Sey (1767-1832)
tərəfindən verilmişdir. O, sahibkarı risk etməsinə baxma-
yaraq, mənfəət götürmək məqsədilə hər hansı bir məhsul
istehsal edən və satan şəxs kimi qələmə verirdi. Lakin o,
özündən əvvəlki iqtisadçılardan fərqli olaraq, sahibkarlıq
fəaliyyətinin klassik nəzəriyyəsini yaratmış və həmin
nəzəriyyə bu gün də öz əhəmiyyətini itirməmişdir.
Sahibkarlıq haqqında böyük həcmdə və istiqamətdə
iqtisadçı alimlər fikirlər söyləmiş, onlar, əsasən, inkişaf
mərhələsinə görə dörd qrupa ayrılır:
-
kommersiya ideyasını həyata keçirmək və mənfə-
ət götürmək məqsədilə iqtisadi risk edən mülkiyyətçilərin
fəaliyyətləri;
-
yeni ideya yaranması və mənimsənməsini keyfiy-
yətcə yeni növ məhsulların işlənib, hazırlanmasını, isteh-
salın inkişafının perspektiv amillərinin əldə edilməsini, is-
tehsalçılar tərəfindən xidmətin yeni üsullarının və yeni in-
vestisiya tətbiqinin yeni sahələrinin tapılması üzrə axtarış-
ların aparılması və onları həyata keçirənlərin fəaliyyətini;
-
sahibkarlıq subyektin bazar iqtisadiyyatı şəraitin-
də qanunvericiliyə uyğun şəkildə həyata keçirilib, mənfə-
ət əldə edilməsinə yönəldilmiş fəaliyyəti;
-
öz fikirlərini reallaşdırmaq və sosial-iqtisadi sə-
mərəyə nail olmaq üçün yeni kombinasiyaları həyata keçi-
rən təsərrüfatçılıq subyektlərinin risklə əlaqədar olan tə-
şəbbüskarlıq fəaliyyətini aid edirlər.
47
3.2. Sahibkarlıq fəaliyyətinin sahələri
Sahibkarlıq maddi nemət və xidmət tələbatlarını ödə-
mək üçün ixtisaslaşan məqsədyönlü əmək fəaliyyəti dairə-
sidir. Müasir şəraitdə sahibkarlıq fəaliyyəti bazar iqtisa-
diyyatı əsasında qurulur. Sahibkarlıq fəaliyyətinin təşkili
sahələrinin düzgün müəyyənləşdirilməsindən ibarətdir.
Bunun üçün sahibkarlıq fəaliyyətinin subyekti elə olmalı-
dır ki, o, mövcud ehtiyatlardan daha səmərəli istifadə et-
məklə istehsalın yüksək son mərhələsinə nail olmasını tə-
min edə bilsin. İstehsalın konkret şəraitindən asılı olaraq,
sahibkarlıq fəaliyyətinin formalaşdırılmasında əməyin el-
mi təşkilinin tələbləri, fiziologiya, psixologiya və gigiyena
tövsiyələri, mühəndis texnologiyası və texniki estetikanın
tələbləri nəzərə alınmalıdır.
Müasir tələblərə cavab verərək, dünya ölkələrinin
təcrübəsi göstərir ki, sahibkarlıq fəaliyyətinin subyekti sa-
hələri kimi məhsul istehsalı, onların satışı və ya müxtəlif
növ xidmətlər göstərilməsi formasında həyata keçirilən iq-
tisadi fəaliyyət növləri çıxış edə bilər. Bazar iqtisadiyyatı
şəraitində hər kəs özünə peşə seçməkdə tam azadlığa ma-
lik olduğu üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda
tam azaddır, lakin hər bir adam – sahibkar müəyyən məb-
ləğdə kapitala, əmlaka malik olmalıdır. Bununla belə,
“sahibkarlıq” fəaliyyətinin adi “təsərrüfatçılıq”, ”biznes”
və “kommersiya” fəaliyyətindən fərqlənir.
Təsərrüfatçılıq fəaliyyəti istehsal ehtiyatlarının əvvəl
texnika və texnologiyasının mövcud səviyyəsində olduğu
kimi, yəni heç bir yenilik risk etmədən həyata keçirilir,
halbuki, sahibkarlıq fəaliyyətinin məzmununu təşəbbüs-
karlıq və yenilikçilik təşkil edir və müəyyən risk ilə əlaqə-
dardır. Risk sahibkarlıq fəaliyyətində əsas rol oynayır.
Dostları ilə paylaş: |