Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   86

 
 
23 
lın  həcminin  artması  əlavə  hazırlıq,  emaletmə  və  yığma 
sex və istehsalat sahələrinin yaradılmasını tələb edir; 
b) istehsalın ixtisaslaşdırılması və kooperativləşdiril-
məsi  dərəcəsi.  Məlumdur  ki,  yüksək  ixtisaslaşdırılmış  və 
kooperativləşdirilmiş  müəssisələrdə istehsal  quruluşu  uni-
versal müəssisələrdə olduğundan çox sadə olur. Bu onunla 
izah edilir ki, ixtisaslaşdırılmış müəssisələrdə bir çox hissə 
və qovşaqlar, həmçinin yarımfabrikatlar və komplektləşdi-
rici  məmulatlar  kənardan  –  xüsusi  ixtisaslaşdırılmış  za-
vodlardan alındığına görə onların müəssisədə hazırlanma-
sına ehtiyac qalmır və bu da müəssisənin bölmələrinin sa-
yını azaltmağa imkan verir. 
c)  məhsulun  nomenklaturu  az  olduqda  müəssisənin 
istehsal  quruluşu  sadə,  çox  olduqda  isə  mürəkkəb  olur. 
Belə ki, məhsulun nomenklaturu çox olduqda əlavə sex və 
istehsal sahələrinin yaradılması zərurəti meydana çıxır; 
d) istehlak olunan xammal və materialın növü, çeşidi 
müəssisənin  istehsal  quruluşuna  dolayı  yolla  təsir  edir. 
Məsələn,  xammal  və  materialın  ölçüsü  və  forması  anbar 
təsərrüfatının  sayına  və  tərkibinə,  nəqliyyat  vasitələrinin 
növlərinə təsir göstərir
e) maşın və avadanlıqların sayı, tərkibi və yaşı. Təc-
rübə göstərir ki, müəssisənin avadanlıq parkında iş maşın 
və avadanlıqların xüsusi çəkisi artdıqca təmir işlərinin sa-
yının  artmasına,  deməli  müəssisənin  ümumi  quruluşunun 
mürəkkəbləşməsinə səbəb olur; 
f) istehsala texniki xidmətin təşkili səviyyəsi  yüksək 
olarsa,  yəni  istehsala  texniki  xidmət  ixtisaslaşdırılmış 
müəssisələr, sexlər və briqadalar tərəfindən həyata keçiri-
lərsə, onda müəssisədə köməkçi və xidmətedici sex və tə-
sərrüfatların sayı azalır; 


 
 
24 
ə) məhsulun xarakteri və onun hazırlanması texnolo-
giyası nə qədər mürəkkəb olarsa və onun hazırlanması çə-
tin  olarsa,  onda  müəssisədə  əlavə  bölmələrin  yaradılması 
zərurəti yaranır. 
Müəssisənin  istehsal  quruluşu,  qeyd  etdiyimiz  kimi, 
müxtəlif amillərin təsiri altında formalaşır. Odur ki, çalış-
maq lazımdır ki, müəssisənin istehsal quruluşu imkan da-
xilində optimal, səmərəli olsun. Müəssisənin istehsal quru-
luşu o halda səmərəli və optimal hesab edilir ki, onun böl-
mələri  arasında  düzgün  mütənasiblik  yaradılsın  və  bu,  ən 
az xərclə daha  yüksək son nəticələr əldə edilməsini təmin 
etsin.  İstehsalın  son  nəticələri  –  onun  səmərəliliyini,  icti-
mai  tələblərə  və  ehtiyatlara  uyğun  gəlməsini  ifadə  edir. 
Adətən,  xalq  təsərrüfatı,  iqtisadi  rayon,  sahə  və  müəssisə 
səviyyələrində istehsalın son nəticələri fərqləndirilir. 
 
2.2.  Sex və istehsal sahələri, onların növləri, quruluşu, 
prinsipləri 
 
Müəssisədaxili quruluşunda əsas məhsul istehsaledici 
bölmə  sexdir.  Sexin  müəssisədə  rolu  böyükdür,  o,  əsas 
istehsal  –  inzibati  vahididir.  Adətən,  sexdə  eynicinsli  və 
təyinatlı  məhsullar istehsal  edilir  və ona  görə  də bir qayda 
olaraq,  sexlər  texnoloji  proseslərin  vəhdətliyi,  ərazi  bütöv-
lüyü  və  ixtisaslaşdırılması  ilə  xarakterizə  olunur.  Sənaye 
müəssisələrində müxtəlif təyinatlı və xarakterli sexlər yara-
dılır.  Məhsulun  hazırlanmasındakı  iştirakına  görə  müəssi-
sənin  tərkibinə  daxil  olan  sexlər  aşağıdakı  dörd  qrupa 
bölünürlər: a) əsas sexlər – bilavasitə maddi nemətlər isteh-
salı ilə məşğul olurlar. Odur ki, müəssisənin tərkibində əsas 
sexlərin  xüsusi  çəkisi  nə  qədər  çox  olarsa,  bir  o  qədər  də 


 
 
25 
həmin müəssisənin məhsul buraxma qabiliyyəti yüksək olar. 
Əsas sexlərə  misal olaraq, maşınqayırma zavodlarında ha-
zırlıq,  emaletmə  və  yığma  sexlərini;  metallurgiya  kombi-
natlarında – domna, marten, prokat və koks sexlərini; toxu-
culuq fabriklərində – əyirici, toxucu və bəzəkvurma sexləri-
ni  göstərmək  olar;  b)  köməkçi  sexlər  –  bilavasitə  məhsul 
istehsalı ilə məşğul olmur, lakin onlar əsas sexlərin normal  
fəaliyyət  göstərmələri  üçün  bütün  zəruri  şəraiti  yaradırlar. 
Köməkçi sexlərə misal olaraq, alət, təmir, model və qeyri-
standart  avadanlıqlar  hazırlayan  sexləri  göstərmək  olar; 
c)xidmətedici  sexlər  –  də  köməkçi  sexlər  kimi    bilavasitə 
məhsulun  hazırlanmasında  iştirak  etmir,  lakin  onlar  həm 
əsas, həm də köməkçi sex və təsərrüfatların normal fəaliy-
yət  göstərmələri  üçün  bütün  zəruri  şəraiti  yaradırlar.  Xid-
mətedici  sex  və  təsərrüfatlara  misal  olaraq,  nəqliyyat  və 
enerji  sexlərini,  anbar  təsərrüfatını,  eksperimental  sexləri, 
su  təchizatını  və  s.  göstərmək  olar;  d)  əlaltı  sexlər  –  əsas 
sexlərin  istehsal  tullantılarından  təkrarən  istifadə  edilməsi 
məqsədilə yaradılır və onlar müəssisədə hazırlanan məhsul-
ların  maya  dəyərinin  aşağı  salınmasında  mühüm  rol  oy-
nayırlar.  Belə  sex  təsərrüfatlara  misal  olaraq,  tara  hazırla-
yan sexləri, karxanaları, işlənmiş yağların regenerasiyası ilə 
məşğul olan sexləri göstərmək olar. 
Elmi-texniki  tərəqqinin  təsiri  altında  müəssisə    miq-
yasında əmək bölgüsü daha da dərinləşir ki, bu da öz əksi-
ni  sexlərin  quruluşunun  təkmilləşdirilməsində    və  onların 
qurulması prinsiplərində tapır. Əsas istehsalın ixtisaslaşdı-
rılması  səviyyəsindən  asılı  olaraq,  müəssisənin  sexləri 
aşağıdakı üç prinsip üzrə qurulur: 
Texnoloji  prinsip  üzrə  qurulmuş  sexlər  əsasən,  fərdi 
və  kiçik  seriyalı  istehsal  şəraitində  geniş  tətbiq  edilir, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə