Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/86
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34998
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   86

 
 
38 
zimatların,  siqnallaşdırma  və  texniki  təhlükəsizlik  vasitə-
lərinin  məcmusu  nəzərdə  tutulur.  İş  yerlərinin  təchizatı 
yalnız o halda daha səmərəli ola bilər ki, o, istehsal prose-
sinin  məzmununa  nəinki  miqdarca,  eyni  zamanda  keyfiy-
yətcə uyğun olsun, yəni müxtəlif əməliyyatların yerinə ye-
tirilməsində canlı əmək sərfi minimumu olmaqla ən yüksək 
əmək məhsuldarlığını təmin etsin. İş yerlərinin təchizatının 
səmərəliliyi  istehsal  –  texniki,  bioloji  və  psixi  –fizioloji 
amillərlə xarakterizə olunur. İstehsal – texniki amillərlə is-
tehsalın təşkili tipi, iş yerinin texnoloji təyinatı, fəhlənin ye-
rinə  yetirdiyi  əmək  funksiyalarının  xarakteri,  ixtisaslaşma 
dərəcəsi və s. aiddir. Bioloji və psixi – fizioloji amillər qru-
puna  isə  antropometrik  (insan  bədənin  müxtəlif  hissələrini 
ölçməkdən ibarətdir), biomexaniki (insan hərəkət fəaliyyə-
tini öyrənmək), psixo – fizioloji, estetik, sanitar – gigiyena 
amilləri,  həmçinin  işin  texniki  təhlükəsizliyi  məsələlərinin 
kompleks  həll  olunmasının  xarakterizə  edən  amillər  daxil 
edilir.  
Fəhlələrə  normal və fasiləsiz iş şəraitinin  yaradılması 
üçün iş yerlərinə müntəzəm xidmət olunmalıdır. Belə ki, iş 
yerlərinə vaxtlı–vaxtında və dəqiq xidmət olunmasının təş-
kili  fəhlələrdən  və  avadanlıqlardan  səmərəli  istifadə  edil-
məsi,  əmək  məhsuldarlığının  yüksəldilməsi  və  maddi  –
enerji ehtiyatlarından qənaətlə istifadə olunması üçün zəruri 
şərtdir. İş yerlərinə xidmətin əsas vəzifəsi  – istehsalat pro-
sesində  mümkün  fasilələrin  və  mexanizmlərin  işindəki  ça-
tışmazlıqların vaxtında qarşısının alınmasından ibarətdir. 
İş yerlərinə xidmət fəhlənin özü tərəfindən və ya xü-
susi  xidmətedici  heyət  tərəfindən  həyata  keçirilə  bilər. 


 
 
39 
Bütün  hallarda,  iş  yerlərinə  xidmətin  təşkili  aşağıdakı 
prinsiplərin  gözlənilməsini  nəzərdə  tutur:  xidmət  prosesi 
planlı xarakter daşımalıdır; xidmət fəal – xəbərdaredici ol-
malıdır;  xidmət  kompleks  xarakter  daşımalıdır;  xidmət 
yüksək keyfiyyətdə həyata keçirilməlidir; xidmət qənaətli 
olmalıdır. 
Müəssisədə  xidmətin  aşağıdakı  funksiyaları  vardır: 
istehsalın hazırlanması, nəqliyyat, alət, sazlaşdırma, təmir, 
enerji,  nəzarət,  tikinti  –  quraşdırma,  təsərrüfat  xidmətləri. 
Göstərilən funksiyaların yerinə yetirilməsi üçün müəssisə-
lərdə müvafiq sex və təsərrüfatlar yaradılır. Belə sex və tə-
sərrüfatlara misal olaraq təmir, energetika, alət, nəqliyyat, 
tikinti – quraşdırma sexlərini, anbar təsərrüfatını və dispet-
çer şöbəsini göstərmək olar.  
 
2.5. Müəssisənin istehsal quruluşunun 
təkmilləşdirilməsi yolları 
 
Qeyd  etdiyimiz  kimi,  müəssisənin  istehsal  quruluşu 
müxtəlif amillərin təsiri altında formalaşır və ona görə də, 
daima dəyişilir, təkmilləşir. Müəssisənin istehsal quruluşu 
o halda mütərəqqi və optimal hesab edilir ki, onun bölmə-
ləri arasında düzgün münasiblik yaradılsın və ən az xərclə 
daha  yüksək  nəticələr  əldə  edilmiş  olsun.  Buna  istehsal 
quruluşunu  daima  təkmilləşdirməklə  nail  olmaq  olar.  Ha-
zırda  istehsal  quruluşunun  təkmilləşdirilməsinin  əsas  isti-
qamətləri aşağıdakılardan ibarətdir: 
a) istehsal bölmələrinin səmərəli ölçüsünün müəyyən 
edilməsi. İstehsalın ölçüsü – müəyyən avadanlıq komplek-
tinin  istehsal  gücüdür.  O,  buraxılan  məhsulun  miqdarı  ilə 
səciyyələnir. Onun mütərəqqiliyi istənilən dərəcədə maşın 
və avadanlıq komplektinin tam  yüklənməsini təmin etmə-


 
 
40 
lidir.  Çünki  ayrı-ayrı  avadanlıq  növləri  müxtəlif  məhsul-
darlığına  (məhsul  buraxma  qabiliyyətinə)  görə  fərqlənir-
lər,  bu  halda  orta  hesabla  bütün  istehsal  avadanlıqlarının 
tam yüklənməsi üçün tələb edilən səviyyə istehsalın istəni-
lən  ölçüsündə  əldə  edilə  bilməz.  İstehsalın  yolverilən  mi-
nimal və optimal ölçülərini fərqləndirirlər. İstehsalın mini-
mal yolverilən ölçüsü müasir avadanlığı lazımi qədər yük-
ləməklə  ondan  istifadə  etməyə  imkan  verir.  Müəyyən 
məhsulun  hazırlanmasında  tətbiq  edilən  texnikanın  səviy-
yəsi  dəyişdikdə  istehsalın  minimal  yolverilən  ölçüləri  də 
dəyişir. Məsələn, elektron texnikasının və proqramlı idarə-
etmənin  inkişafı  və  geniş  tətbiqi  onları  azaltmağa  imkan 
verir.  Əgər  əvvəllər  avtomat  xətt  şəklindəki  avadanlıq 
komplektindən  yalnız  məhsul  buraxılışının  həcmi  böyük 
olduqda istifadə edilirdisə, hazırda proqramla idarə olunan 
maşınların  tətbiqi  ilə  istehsal  sahələri  təşkil  edildikdə  ey-
nicinsli  məhsulun  minimal  yolverilən  buraxılışı  iki  –  üç 
dəfə az ola bilər. İstehsalın ölçüsünün  minimal  yolverilən 
ölçüsündən çox artırılması minimal avadanlıq komplektini 
ikiqat  artırmaqla  əldə  edilir.  Lakin  istehsalın  maksimal 
yolverilən  ölçüdə  artırılması  zamanı  nəinki  texniki,  həm 
də  iqtisadi  hesablamalara  əsaslanmaq  lazımdır.  İstehsalın 
ölçüsünün ən məqsədəuyğun qaydada artırılması əsaslı və-
sait qoyuluşları və məhsulun maya dəyəri üzrə hesablama-
lar  əsasında  müəyyənləşdirilməlidir.  Məhsul  vahidinin  is-
tehsalı  üçün  minimal  gətirilmiş  məsrəfləri  təmin  edən  is-
tehsal ölçüsü optimal ölçü hesab olunur. İstehsalın ölçüsü-
nə  istehsaldaxili  texniki-təşkilati  amillər  çox  böyük  təsir 
göstərir.  
İstehsalın  ölçüsü  müəssisənin  və  onun  vəsilələrinin 
ölçüsünü müəyyənləşdirmək üçün əsas götürülür. Müəssi-
sənin  və  onun  vəsilələrinin  ölçüsü  onlarda  cəmləşdirilmiş 
canlı  və  maddiləşdirilmiş  əməyin  miqdarını  səciyyələndi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə