Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə33/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

 
 
 
 
99 
 5)  Sərvətlərin  qorunmasını  təmin  etmək;  onları  saxlamaq, 
sərvətlərlə  işləyənlərin  məsuliyyətini  yoxlamaq  və  təftiş  etmək; 
sərvətlərin saxlanılmaq üçün qəbulu
 6)  Xarici  valyutalar  üzrə  ödəmə  sənədləri  və  xarici  valyu-
tanın  nağd  ödənilməsi  üzrə  kassa  əməliyyatının  edilməsi;  bank 
kassalarının  xarici  sərvətlərin  qəbuletmə  və  vermə  qaydaları; 
xarici  valyutanın  formalaşdırılması  və  qablaşdırılması  qaydası; 
valyuta  sərvətinin  təftişi  (yoxlanılması);  dəyişmə  məntəqələrinin 
işləmə qaydaları.  
 Nağd  pul  tədavülü  bütün  xüsusi  prinsiplər  əsasında  təşkil 
edilir: 
● müəssisələr, təşkilatlar, idarələr, sahibkarlar nağd pullarını 
banklarda  saxlamalıdırlar  və  bank  kassalarından  limit 
daxilində pul almalıdırlar;  
●  bütün mülkiyyət formalarının subyeklərinin kassalarında 
nəğd pulun limit qalığını bank təyin edir; 
●    nağd  pulun  tədavülü  proqnoz  planlaşdırılmanın  obyek-
tidir; 
●    nağd  pulun  tədavülünün  tənzimlənməsi  mərkəzləşdirilmiş 
qaydada Mərkəzi Bank tərəfindən yerinə yetirilir.  
Nağd  pul  tədavülü  öz  həcminə  görə  nağdsız  pul  tədavü-
lündən  nəzərə  çarpacaq  dərəcədə  azdır,  buna  baxmayaraq  sosial 
iqtisadi plana görə dəqiq təşkilatçılıq xüsusilə vacibdir. Ona görə 
ki, bu tədavül əsasən iqtisadi münasibətlərə xidmət edir. Nağd pul 
tədavülündə  baş  verən  proseslər  bilavasitə  əhalinin  alıcılıq 
qabiliyyətinin və pulun sabitliyinə təsir edir.  


 
 
 
 
100 
 3. 6. Müəsissələrdə kassa əməliyyatının təşkili.  
 
 Nağd  pul  dövriyyəsi  Mərkəzi  Bank  timsalında  dövlət 
tərəfindən  təşkil  olunur  və  aşağıdakı  prinsiplər  əsasında  həyata 
keçirilir: 

 
Bütün  müəssisələr  və  təşkilatlar  nağd  pullarını  (müəyyən 
olunmuş  limit  hissəsi  istisna  olmaqla)  kommersiya 
banklarında saxlamalıdırlar; 

 
Banklar  istənilən  mülkiyyət  formalı  müəssisələr  üçün 
nağd pul qalıqlarının limitlərini müəyyənləşdirirlər; 

 
Nağd pul dövriyyəsi proqnoz planlaşdırmanın obyektidir; 

 
Pul  dövriyyəsinin  idarə  olunması  mərkəzləşdirilmiş 
qaydada həyata keçirilir; 

 
Nağd  pul  dövriyyəsinin  təşkilinin  məqsədi  pul  tədavü-
lünün  sabitliyini,  elastikliyini  və  faydalılığını  təmin  et-
məkdir; 

 
Müəssisə  nağd  pulu  ancaq  ona  xidmət  göstərən  bankdan 
əldə edə bilər.  
Kommersiya  bankı  ilə  muəssisə,  təşkilat,  idarə,  sahibkar 
arasında  kassa  hesabat  xidmətlərinə  görə  bağlanan  müqavilə 
Respublikanın  qanunlarına  və  Mərkəzi  Bank  tərəfindən  təyin 
edilmiş kassa əməliyyatlarının tələblərinə zidd olmamalıdır.  
 Kassa  əməliyyatları    nağd  pulların  kassaya  mədaxil 
edilməsi, kassa limit qalığına riayət edilməsi, nağd pulların təhvil 
verilmə  qaydaları  və  vaxtı,  muəssisə  kassalarından  nağd  pulların 
verilməsi  və  qəbulu  və  kassa  sənədlərinin  rəsmiləşdirirlməsi, 
mədaxilin istifadə qaydaları; nağd pulların məqsədyönlü istifadəsi 
və  qaydası  (idarə  banklarının  kassalarından  alınmışlar);  kassa 
kitabının  aparılma  qaydası  və  nağd  pulların  saxlanılması 
deməkdir.  
 Kassa  ─  əsas  nagd  pul  əməliyyatını  yerinə  yetirən  müəs-
sisənin  struktur  (quruluş)  bölməsidir.  Nağd  hesabla  xidmətın 
reallaşdırılması  hüquqi  və  fiziki  şəxslər  bu  sahədə  xidmət 
göstərilməsi,  mədaxil  kassa  orderləri,  bilet  və  talonların 


 
 
 
 
101 
cəmləşdirilməsi  kassa  aparatı  köməyi  ilə  əldə  olunmuş  nağd  pul 
vəsaiti hesabına yerinə yetirilir.  
Müəssisələrin,  təşkilatların  kassalarında  limit  müqabilində 
nağd  pul  ola  bilər  və  bu  limit  hər  il  bank  tərəfindən  müəyyən 
edilir.  Əgər  müəssisələrə  cari  hesablar  açılıbsa,  kassanın  qalıq 
limiti  günün  sonuna  qalan  nağd  pulun  maksimal  icazə  verilən 
məbləğidir.  Bu  da  iş  fəaliyyətindən,  nağd  pulların  bankdan 
təşkilata  verilməsindən,  inkasasiyanın  daxilolma  vaxtından,  nağd 
pulların qarşılıqlı daşınılmasının azalmasından asılıdır.  
Müəssisələr  və  başqa  kateqoriyalı  təşkilatlar  öz  kassala-
rında,  beş  iş  günündən  artıq  olmayaraq  limitdən  artıq  nağd  pul 
saxlaya  bilərlər.  Bu  pullar  isə  ancaq  əməkhaqqının  ödənilməsinə 
və təqaüdlərin verilməsinə istifadə edilə bilər. Digər tərəfdən üç iş 
günündən  artıq  olmayaraq  vaxta  görə  dividenlərin,  yerli  fermer 
təsərrüfatlarının, yerli idarə və özünüidarə təşkilatlarının və digər 
kənd  yerlərində  yerləşən  kiçik  müəsissələrin  ehtiyaclarının 
ödənilməsində nağd puldan istifadə edilir.  
 Müəssisələrin,  təşkilatların  kassalarına  limitdən  artıq  daxil 
olan nağd pullar növbəti dəfə onların hesabına köçürülməsi üçün 
banklara  təhvil  verilməlidir.  Nağd  pullar:  bankların  gündüz  və 
axşam  kassalarına;  inkassatorla  sonradan  təhvil  verilməsi  üçün, 
müəssisələrin birləşmiş kassalarına; bankların hesabına köçürmək 
üçün rabitə müəssisələrinə təhvil verilə bilər.  
 Əsas iş fəaliyyətinə  görə müəssisələrdə (sahibkarlar) daimi 
pul mədaxili olur. Bu pulu onlar bankla razılaşaraq əməkhaqqının 
ödənilməsinə,  təqaüdlərin,  təminatların  ödənilməsinə,  kənd 
təsərrüfatı  məhsullarının  alınmasına,  əhalidən  tara  və  əşyaların 
alınmasına  sərf  edirlər.  Lakin  onların  öz  kassalarında  nəğd 
pulların,  göstərilən  ödənişlərin  vaxtı  tamam  olmadığı  halda 
ləngitmək hüququndan məhrumdurlar.  
 Digər  müəssisələr  tərəfindən  pul  mədaxilinin  daimi  pul 
gəlirləri  olan  ticarət  müəssisələri  tərəfindən  alınması  müqavilə 
əsasında olmalıdır.  


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə