Demonstration page



Yüklə 1,23 Mb.
səhifə100/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   ...   96   97   98   99   100   101   102   103   104
Komputer şəbəkələri və şinləri

INTERNET TEXNOLOGİYALARI


İlk kompyuter şəbəkələri faylların ötürülməsi üçün birləşdirilmiş kompyuterlərdən ibarət idi. Maşınlar arası əlaqəni yaratmaq üçün əməliyyat sisteminin tərkibinə lazımi proqram təminatı əlavə olunurdu. Hal-hazırda şəbəkələr vasitəsi ilə kompyuterlərin əlaqələndirilməsi geniş istifadə olunur. Müasir sistemlərin əksəriyyəti, misal üçün, beynəlxalq axtarış sistemləri, iri kompaniyaların mühasibat sistemləri və bəzi kompyuter oyunları paylanmış sistemlərdir (ing. distributed system), yəni onlar ayrı-ayrı kompyuterlərdə yerləşən proqramlardan ibarətdir. Ona görə də, bu cür paylanmış sistemlərin idarə olunması üçün şəbəkə tipli proqram təminatı olmalıdır.




    1. Şəbəkələrin təsnifatı və topologiyası


Kompyuter şəbəkələri lokal (LAN – local area networks), qlobal (WAN – wide area networks), fərdi (PAN – personal area networks) və şəhər şəbəkələr (MAN – metropolitan area networks) olurlar. Lokal şəbəkə adətən, bir neçə kompyuterin bir kompleks şəklində birləşməsindən ibarətdir. Məsələn, universitetdə və ya digər müəssisələrdə istifadə edilən kompyuterlər lokal şəbəkə kimi təşkil olunurlar. Qlobal şəbəkə isə ayrı-ayrı şəhərlərdə və ya müxtəlif qitələrdə yerləşən kompyuterlərin birləşməsidir. Fərdi şəbəkə bir insan üçün nəzərdə tutulub. Misal olaraq, kompyuteri, mausu, klaviaturanı və printeri birləşdirən simsiz (wireless) şəbəkəni göstərmək olar. Şəhər şəbəkələr, adətən, müəyyən binaları və fərdi evləri birləşdirirlər. Onların əsas məqsədi kabel televiziyası vasitəsilə seçilmiş kanalların və sürətli İnternetin verilməsidir.


Şəbəkələr açıq (ing. open network) və ya qapalı (ing. closed network) olur. Internet açıq şəbəkələrə aiddir. İnternet vasitəsi ilə informasiyanın ötürülməsi müəyyən standartlarla, daha dəqiq, TCP/IP adlanan protokollarla həyata keçirilir. Müəyyən kompaniyaların (korporativ) şəbəkələri qapalı olur, çünki bu şəbəkə yalnız kompaniyanın işçilərinə xidmət göstərir.
Şəbəkəyə daxil olan kompyuterlərin birləşməsindən asılı olaraq, şəbəkələrin birləşməsi, yəni topologiyası aşağıdakı kimi ola bilər:

      1. Halqavari birləşmə. Bu şəbəkədə kompyuterlər bir-biri ilə halqa şəklində birləşirlər;

      2. Şinli birləşmə. Bu şəbəkədə kompyuterlər şin adlanan bir ötürücü xətt üzərində birləşirlər;

      3. Ulduzvari birləşmə. Bu tipli şəbəkədə bütün kompyuterlər Hab adlanan bir qurğuya birləşirlər;

      4. Qarışıq birləşmə. Bu tipli şəbəkədə kompyuterlər ixtiyari şəkildə bir-biri ilə birləşirlər. Qlobal şəbəkələr adətən, qarışıq şəbəkələrdir, lokal şəbəkələr isə ya halqavari, ya da şinli olurlar.


a) Halqavarı birləşmə


b) Şinli birləşmə






c) Ulduzvari birləşmə


d) Qarışıq birləşmə






Şəbəkələrin topologiyası

Qeyd etmək lazımdır ki, kompyuterlərin bir-biri ilə birləşməsi naqilsiz (simsiz) da ola bilər (wireless). Naqilsiz şəbəkələrin sayı getdikçə artır. Radiosiqnalların ötürülmə texnologiyası şinli şəbəkələrin yaradılmasında istifadə oluna bilər. Bu halda şin əvəzinə naqillərdən deyil, radio ötürücüsünün müəyyən tezliyindən istifadə edilir (məsələn, wi-fi texnologiyası).


Bəzən iki mövcüd şəbəkəni birləşdirmək lazım gəlir. Əgər bu şəbəkələr eyni topologiyalıdırsa, onda onları körpü (ing. bridge) adlanan əlaqələndirici qurğu vasitəsi ilə birləşdirmək olar. Məsələn, iki şinli topologiyalı şəbəkəni körpü vasitəsi ilə birləşdirmək olar. Nəticədə daha iri şinli şəbəkə yaranmış olur.



Körpü vasitəsilə şəbəkələrin birləşdirilməsi


Lakin, çox vaxt bir-birinə uyğun olmayan fərqli topologiyalı şəbəkələri birləşdirmək lazım gəlir. Məsələn, ulduzvari topologiyalı şəbəkənin xarakteristikaları şinli şəbəkənin


xarakteristikalarına uyğun gəlmir. Bu halda inter-şəbəkə adlanan (ing. internet) şəbəkələrin şəbəkəsi yaradılır. Başlanğıc şəbəkələr öz strukturunu saxlayırlar və müstəqil şəbəkələr kimi fəaliyyət göstərməyə davam edirlər. Onlar sadəcə olaraq, məlumatları öz aralarında ötürə bilirlər.


İki şəbəkənin inter-şəbəkəyə birləşməsi marşrutizator (ing. router) vasitəsi ilə həyata keçirilir. Marşrutizator hər iki şəbəkəyə aid olan əlaqələndirici kompyuterdir. Marşrutizatorun yerinə yetirdiyi funksiyalar körpünün funksiyalarından qat-qat mürəkkəbdir, çünki o, bir-birinə uyğun olmayan şəbəkələri birləşdirir.




Marşrutizator vasitəsilə birləşən şəbəkələr




    1. Yüklə 1,23 Mb.

      Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə