DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

30 


beləcə məni şərləyib həbs etdirdi. Halbuki bir daha vurğulayıram, mən bu şantaj haqqında nə az, nə də 

çox, düz 42 gün əvvəl ictimaiyyəti məlumatlandırmışdım. 



                                          311.3.3 VƏ 311.3.4-CÜ MADDƏLƏR DƏ YETMƏDI 

 KQMİ  G.Əhmədovanın  şəri  və  ərizəsi  ilə,  eyni  zamanda  saxta  yolla  əldə  olunmuş  qeyri-qanuni  səs 

yazısını əsas götürərək məni həbs etsə və haqqımda CM-nin ən ağır maddəsi ilə cinayət işi qaldırsa da, 

eyni  ilə  306.2-ci  maddədə  olduğu  kimi  iddianın  şər-şəbədə  olduğunu  hamıdan  gözəl  özləri  bilirdilər. 

Məni  həbs  etmişdilər,  haqqımda  311.3.3  və  311.3.4-cü  maddələrlə  saxta  və  siyasi  ittiham  elan 

etmişdilər, amma dəqiq bilirdilər ki, bu ittiham absurddur. Və mən onları bu ittihamın altında basıb dəfn 

edəcəyəm. Rahat deyildilər və əlavə ittiham elan etməli idilər.  

                                                     BAX 311.3.2-CI MADDƏ BELƏ ÇIXDI 

 311.3.3  və  311.3.4-cü  maddələrdən  bir  kar  aşmayacağını  gözəl  başa  düşən  istintaq  R.Mehdiyev  və 

Ə.Həsənov  şəbəkəsinin  istəklərinə  boyun  əyərək  həbsimdən  bir  həftə  keçmədi  ki,  mənə  311.3.2-ci 

maddə  ilə  (təkrar  rüşvət  alma)  yeni  ittiham  elan  etdilər.  2007-2008-ci  illərin  ağrısı,  "modelyer" 

göndərdikləri günlərin acısı, otağıma dinləmə qurğusu quraşdırdıqları  günlərin xiffəti hələ qalmışdı. O 

təcrübədən  çıxış  edirdilər  və  üzümə  2007-  2008-ci  illərdə,  hətta  daha  gerilərdə,  2005-2006-cı  illərdə 

məhkəmələrimiz olan və yekunlaşan adamlar qoyulurdu. Elə adamlar ki, mən onlarla təxminən elə 5-6 

ildir  ki,  görüşmürəm.  Bunların  içində  normal  münasibətim  olanlar  da,  həmkəndlilərim  və  uzaqdan-

yaxından  qohumluq  münasibətlərində  olduğumuz  adamlar  da  vardı.  Bu  dəfə  öz  hesablarınca  "yaxşı" 

işləmişdilər.  Məni  tanıdığım  adamlar  tərəfindən  vururdular.  Bu  Əli  Həsənovun  həyatının  ən  iblisanə 

qərarlarından biri idi. Mən onun bəlkə də bütün həyatının ən böyük oyunu olmalı idim. Amma olmadı. 

Beləliklə, Akif Məmmədov, Aydın Heydərov və Sabir Tarverdiyev absurd və olmayan iddialarla üzümə 

qoyuldular.  Guya  ki,  mən  onlardan  nə  zamansa  rüşvət  tələb  etmişəm.  Nə  zaman?  2006-2007-2008-ci 

illərdə! Bəs bu illərdə bu adamlar harada idilər?  

                                         RAMIZ MEHDIYEVLƏ ƏLI HƏSƏNOVUN ŞAHIDLƏRI 

Mənim  həbsimin  əsas  memarı  PA  rəhbəri  R.Mehdiyevdir.  Yalnız  o  məni  məhkəməyə  verəndən  və 

cərimələdəndən sonra bu ssenari işə düşüb. Əsas sifarişçi də odur. R.Mehdiyevin sifarişini Əli Həsənov 

icra  edib  və  onun  memarı  olduğu  cinayət  işini  o  "tikib".  Ona  görə  də  zərərçəkənlər  və  üzəduranlar 

arasında  tək  bircə  nəfər  də  yoxdur  ki  R.Mehdiyev  və  Əli  Həsənov  dəstəsindən  kənar  olsun.  Baş 

zərərçəkən R.Mehdiyevin özüdür. 10.000 manat tələbi ilə "Xural"ı müsadirə etdirən, tifaqımızı dağıdan 

da  odur.  Sadəcə,  Ədliyyə  Nazirliyinin   açdığı  cinayət  işindən  R.Mehdiyevin  adı  çıxarıldı.  Çünki 

zərərçəkən qismində tanınsa R.Mehdiyev istintaqa ifadə verməli və məhkəmə proseslərində iştirak edib 

şəxsən üzümə durmalı idi. Bunu şəstinə sığışdırmadı və Azərbaycan qanunlarına hörmət eləmədi. Məni 

məhkəməyə verən, cərimələdən R.Mehdiyev məni öz rəhbərliyində olan idarə tərəfindən də həbs etdirdi. 

KQMİ  birbaşa  R.Mehdiyevə  tabedir  və  məndə  olan  informasiyalara  görə,  ilk  əvvəl  bunu  etmək 

istəməyiblər və deputatı başqa qurumlara göndəriblər. Sadəcə, digər hüquq mühafizə orqanları bu həbsi 

həyata  keçirib  öz  reputasiyalarını  korlamaq  istəməyiblər.  Belə  olan  halda  bütün  "zərərçəkən"  və 

"şahid"lərin də R.Mehdiyevin adamları olması təbiidir... Elə deyilmi? 

"Zərərçəkən"lərdən  KİVDF-nin  icraçı  direktoru  Vüqar  Səfərli  və  Ağabəy  Əsgərov  birbaşa  Əli 

Həsənovun  kurasiyasındadır.  Hətta  2008-ci  ildəki  məhkəməmiz  dövründə  A.Əsgərovla  bütün 

mərhələlərdə anlaşıb barışsaq da, birbaşa A.Əsgərova telefon açan Ə.Həsənov buna maneçilik etmişdi. 

Yalnız  bundan  sonra  razılaşdırılmış  təkzib  mətnini  dərc  etsək  də,  A.Əsgərov  yenidən  cığallığa 

başlamışdı.  Vüqar  Səfərlini  isə  ictimaiyyət  o  qədər  Əli  Həsənovun  adamı  bilir  ki,  hətta  ona  "Əli 

Həsənovun əl telefonu" deyənlər də var. Əli Həsənovla Vüqar Səfərli KİVDF-ni şirkət kimi işlədirlər. 

Prezidentin  yaratdığı  bu  qurum  müstəqil  mətbuata  kömək  etməli  ikən,  tam  korrupsiya  bataqlığında 

boğulur.  Dövlət  büdcəsindən  ayrılan  pulun  tam  yarısı  Vüqarla  Əlinin  cibinə  gedir.  Bizim  bu  haqda 

silsilə  yazı-araşdırmalarımız  olub.  V.Səfərli  ilə  Əli  Həsənovu  digər  ticarət  sahələri  də  bağlayır.  Onlar 

birlikdə ev - bina tikintisi ilə məşğul olurlar və ticari maraqları var. 



 

31 


Nüşabə  Ələsgərli  adlı  müğənni  də  digər  müğənnilər  kimi  bunların  himayəsindədir.  Onu  bu  işə 

Ə.Həsənov "Xəmsə" restoranının sahibi Mürvət Həsənlinin əli ilə qoşub. 

Şahidlərə  gəlincə,  G.Əhmədova  məsələsi  artıq  bütün  dünyaya  aydındır.  Amma  bütün  dünyaya  aydın 

olmamışdan mən bilir və hayqırırdım ki, bu deputat R.Mehdiyevin siyahısından təyin olunub parlamentə 

və onun tapşırığı ilə üzümə durub. Zaman göstərdi ki, G.Əhmədova təkcə R.Mehdiyevin dəstəsində yer 

almaqla kifayətlənməyib, o, həm də R.Mehdiyevin adından deputat kreslosunu satan və onların pulunu 

torbalara yığıb ona - R.Mehdiyevə gətirən, rüşvətdaşıyandır. Yəni Gülər R.Mehdiyevə o dərəcədə yaxın 

adamdır ki, onun adından ciddi dövlət vəzifələrini satışa çıxarmaq, ona qiymət qoymaq, o pulu almaq və 

gətirmək səlahiyyətləri var və bunu tək də eləmir. Məşhur videoda görünür ki, o, bunu R.Mehdiyevin 

qızı  və  kürəkəni  ilə  birlikdə  edir.  O  da  məlumdur  ki,  G.Əhmədova  BDU-da  psixologiya  kafedrasında 

dərs deyir və R.Mehdiyevin qızı orada onun müdirəsidir. Gülərin qəzetinin və sahib olduğu informasiya 

resurslarının  isə  Mehdiyevə  aid  olduğunu  və  Əli  Həsənovun  kuratorluğunda  fəaliyyət  göstərdiyini  isə 

deməyə  ehtiyac  yoxdur.  Mən  onun  qəzetinin  Mehdiyevin  təsisçiliyində  fəaliyyət  göstərdiyini  2011-ci 

ilin sentyabr ayından yazmışam və həmin cədvəli məhkəməyə də təqdim etmişəm. 

Yəni  bu  cinayət  işində  G.Əhmədova  təsadüfi  seçilmiş  adama  oxşamır.  O  birbaşa  R.Mehdiyevin  və 

Ə.Həsənovun  tapşırığı  ilə  hərəkət  edib.  İstintaqın  qərar  verməsinə  baxmayaraq  Gülərin  telefonuna 

gələn-gedən  zənglərin  siyahısı  çıxarılmayıb.  SMS  məzmunları  götürülməyib.  Dəfələrlə  vəsatətlər 

verməyimə baxmayaraq, məhkəmə bunu etmədi. Elə olsaydı, Gülərin R.Mehdiyev və Ə.Həsənovla bu 

məsələdə necə birgə fəaliyyət göstərdikləri üzə çıxa bilərdi. Nə istintaq, nə də məhkəmə buna maraqlı 

olmadı.  Çünki  həm  istintaq,  həm  də  məhkəmə  R.Mehdiyevin  adı  çəkiləndə  nəfəs  almaqdan  belə 

çəkinirlər.  Hər  nə  işdirsə,  bu  ölkədə  İlham  Əliyevdən  daha  çox  R.Mehdiyevdən  qorxurlar  və  mən  bu 

fakta mətbu fəaliyyətim dövründə də rast gəlmişdim. Bəlkə bu, həm də ona görədir ki, Gülər və bu dəstə 

adam oğurluğunda da ittiham olunurlar? Bu haqda hələlik bir söz deyə bilmərəm. 

Hətta bəzən mənə elə gəlir ki,  Gülərin mənimlə normal  münasibət  yaratması  da xüsusi plan daxilində 

olub.  Redaksiyaya  elə  qəribə  adamlar  gəlib  və  az  qala  onlarla  niyə  dostluq  eləmək  istəmədiyim  üçün 

mənimlə davaya çıxanlar olub ki, biz onları "Xural"dan zorla qovmuşuq. Bizə yaxınlaşmaq, kollektivə 

daxil olmaq üçün çox çalışanlar olub. Hətta Ə.Həsənovun şahidlərindən biri olan Mürvət Həsənli mənim 

Anama  zəng  edib  şikayət  etmişdi  ki,  “Əvəz  mənimlə  niyə  dostluq  eləmir?”  Beləcə,  məlum  olur  ki, 

mənim və "Xural"ın yolunu kəsə bilməyənlər, hüquqi mübarizədə uduzan və uduzacaqlarını bəri başdan 

bilən  hökumət  səlahiyyətliləri  məndən  -  məni  şərləməklə  yaxa  qurtarmaq  istəyiblər.  Ola  bilər  ki, 

planlarında başqa variant - məni öldürmək də olub, amma hər halda məni həbs etdirməklə bu plandan 

imtina etdikləri görünür. 

Gülərin şahidinə və şahidlərinə  gəlincə, onları iki  yerə ayırmaq lazımdır. Gülərin şahidləri və Gülərin 

yanında  Əli  Həsənovun  şahidi.  G.Əhmədovanın  şahidləri  oğlu  Toğrul  Əhmədov,  rəfiqəsi  Rüxsarə 

Axundova və işçisi Zaur Mirzədir. Bu şahidlər qanunla da yalançı şahidlərdir. Çünki adı çəkilən Toğrulu 

ilk dəfə məhkəmədə gördüm, Rüxsarə xanımı məhkəməyə qədər cəmi bir dəfə görmüşəm, Zaur Mirzə 

ilə isə bu məsələ ilə bağlı heç bir söhbətimiz olmayıb.  Bu şahidləri nə istintaq, nə də məhkəmə şahid 

qismində tanımamalı idi. Bu haqda dəfələrlə vəsatətlər də qaldırdım. Amma görünür, yalançıya şahidlər 

lazım imiş. 

Ə.Həsənovun Gülərin yanındakı yalançı şahidi Tənzilə Rüstəmxanlı haqqında isə ayrıca söhbət açmağa 

ehtiyac var. 

G.Əhmədova  istintaqa  ifadəsində  Tənzilə  Rüstəmxanlını  özünün  yaxın  rəfiqəsi  adlandırsa  da, 

T.Rüstəmxanlı  məhkəmədə  bunu  inkar  etdi  və  onu  şahid  göstərdiyi  üçün  hətta  Güləri  tənqid  də  etdi. 

Amma  ibtidai  istintaqa  verdiyi  ifadəni  də  təsdiq  etdi.  Gülərə  yol  göstərdiyini  və  mənim  həbsimdə 

maraqlı olduğunu sübut etdi. Bəs niyə? Bu sualın cavabı R.Mehdiyev və Ə.Həsənovun dəstəsində yatır. 

T.Rüstəmxanlı  çoxdandır  R.Mehdiyev  şəbəkəsi  ilə  çalışır.  Onun  adı  zaman-zaman  hakimiyyətin 

müxalifətə  yönəlik  planlarında  yer  alıb.  İndi  onun  Gülər  Əhmədovanın  şahidi  kimi  mənim  həbsimdə 

maraqlı olması da Mehdiyev komandasında olmağından qaynaqlanır. Bundan başqa, T.Rüstəmxanlının 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə