DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

 

32 


Ə.Həsənovla  özəl  münasibətləri  də  var.  T.Rüstəmxanlı  Ə.Həsənovun  həyat  yoldaşı  Sona  Vəliyeva  ilə 

rəfiqəlik  edir.  Sona  Vəliyeva  şairədir.  Onun  sonuncu  şeirlər  kitabının  ön  sözünün  müəllifi  də  başqası 

deyil,  T.Rüstəmxanlının  həyat  yoldaşı,  xalq  şairi  Sabir  Rüstəmxanlıdır.  T.Rüstəmxanlı  S.Vəliyevanın 

həyat  yoldaşı  Ə.Həsənova  həsr  etdiyi  "Qaragilə"  şeirini  türkiyəli  milliyətçi  müğənni  Əhməd  Şəfəqin 

ifasında səsləndirib. Musiqisi Ə.Şəfəqə, sözləri isə S.Vəliyevaya aid olan "Qaragilə" mahnısına xüsusi 

disk  çıxarılıb  və  bu  diskin  maliyyəsini  T.Rüstəmxanlı  verib.  Türkiyədə  işıq  üzü  görən  diskin 

Azərbaycanda geniş təqdimatı olub. Və bundan sonra Azəri-Türk Qadınlar Cəmiyyətinin Heydər Əliyev 

sarayında  təqdimatı  olub.  Təqdimatda  S.Vəliyeva  və  Ə.Həsənov  iştirak  ediblər.  Təqdimatdan  sonra 

S.Vəliyeva ölkə mətbuatına müsahibə verib və "Qaragilə" şeirini həyat yoldaşı Ə.Həsənova həsr etdiyini 

deyib.  Məhz  bu  hadisədən  sonra  isə  Əhməd  Şəfəq  Əli  Həsənovun  dəstəyilə  “Tərəqqi”  medalına  layiq 

görülüb.  Təbii  ki,  bu  haqda  "Xural"da  yazılar  dərc  olunub.  Və  bu  yazıların  dərcindən  sonra 

T.Rüstəmxanlı bizdən inciyib. 

Çox  ciddi  şübhələrim  var  ki,  əgər  G.Əhmədova  ilə  bu  şər  alınmasaydı,  Ə.Həsənov  bu  rolu  ifa  etmək 

üçün T.Rüstəmxanlıdan istifadə edəcəkdi. Onun həm də belə işlərdə təcrübəsi var. 



311.3.2 (TƏKRAR RÜŞVƏTALMA) 

 Hakimiyyət 311.3.3 və 311.3.4-cü maddəni Gülərin əli ilə üzərimə yükləsə də, qısa müddət sonra bunun 

da bir işə yaramayacağını dərk etdi. Və hər ehtimala qarşı Ə.Həsənov daha üç "iş" tapdı. Bu epizodun 

əsas  oyunçusu  Akif  Məmmədov  və  onun  şahidləridir.  A.Məmmədov  "Kurort"  ASC-nin  sabiq 

direktorudur. Onun qanunsuz fəaliyyəti ilə əlaqədar 2006-2008-ci illərdə müxtəlif yazılar yazmış və bu 

səbəblə də məhkəmə çəkişməsi  keçirmişik.  A.Məmmədov həm  mülki qaydada, həm  də xüsusi ittiham 

qaydasında məni məhkəməyə verib, sonra isə ərizəsini geri götürüb, yəni barışmışıq. Son dəfə nə zaman 

görüşdüyümüzü  xatırlamıram.  Heç  son  illər  onun  haqqında  nəsə  yazmamışıq  da.  İşin  maraqlı  tərəfi 

ondadır  ki,  A.Məmmədov  Ə.Həsənovun  doğmaca  qudası,  Azərbaycan  Həmkarlar  Konfederasiyasının 

sədri,  deputat,  "Ülfət"  qəzetinin  sahibi  Səttar  Mehbalıyevin  iş  ortağıdır.  Uzun  illər  S.Mehbalıyevin 

tabeçiliyində  çalışıb.  İndi  də  onun  qarşısında  tabeçilik  münasibətləri  var.  A.Məmmədovun  işi  də 

G.Əhmədovanın  işi  kimidir.  Orada  da  bir  şahid  var  ki,  birbaşa  Ə.Həsənovun  təkərində  fırlanır.  Bu 

mənim  həmyerlim,  uşaqlıq  "dost"um,  "Xəmsə"  restoranının  sahibi  Mürvət  Həsənlidir.  M.Həsənli 

Ə.Həsənovla  KİVDF icraçı  direktoru V.Səfərlinin vasitəsilə tanış olub.  Müxtəlif vaxtlarda təmənnasız 

olaraq  KİVDF-nin  tədbirlərini  keçirib.  M.Həsənli  19.12.2011-ci  ildə  mənim  əleyhimə  istintaqa  ifadə 

verib. Nə qəribədir ki, 29.12.2011-ci ildə KİVDF "Xəmsə"də tədbir keçirib. Baş rolda isə Ə.Həsənov. 

Səhih məlumatlarım var ki, mənim həbsimdən əvvəl ən azı 5 dəfə Ə.Həsənov "Xəmsə"də görünüb və 

mənim  həbsimin  detalları  müzakirə  olunub.  Həm  M.Həsənlidən  mənim  əleyhimə  informasiya  alıblar, 

həm də ona mənim üzümə durmağı müqabilində vəzifə və  yeni obyekt  - imtiyazlar vəd olunub. Hətta 

"Gülüstan"  sarayını  işlətməyin  müqabilində  ondan  külli  miqdarda  pul  tələb  edib  və  alıblar.  Sadəcə, 

Prezident "Gülüstan" sarayının sahibini şəxsən tanıdığından Ə.Həsənovun planı pozulub. 

Yəni  A.Məmmədovla  M.Həsənli  Ə.Həsənov  üçün  lap  göydəndüşmə  olub.  Bu  qrupu  "ələ  verən" 

M.Həsənli olub. Bunu həm A.Məmmədov, həm də X.Muxtarov ifadələrində təsdiq etdilər. 

Akif Məmmədov işində qalan 2 şahid - Xanoğlan Muxtarov və Vüqar Məmmədov isə sadəcə Mürvətin 

təqdimatında Ə.Həsənovun karvanına qoşulublar. V.Məmmədov ölkədən qaçıb getsə də və məhkəməyə 

ifadə  verməsə  də,  Mürvət  öz  ömrünə  yazdığı  qara  ləkəni  onun  da  ömrünə  saldı.  Təəssüf  ki, 

V.Məmmədov  da  həm  mənim  həmkəndlimdir,  həm  də  dostum  olub.  Türkiyəyə  də  mənimlə  bəhsə 

girərək oxumağa gəlib. Vüqarın atası da atamla dost olub. İndi Vüqarın atası o dünyada - mənim atamın 

üzünə necə çıxacağını, oğlu isə bu dünyada - mənim üzümə necə çıxacağını düşünür. 

V.Səfərli  Ə.Həsənov  üçün  necə  əl  telefonu  funksiyasını  icra  edirsə,  X.Muxtarov  və  V.Məmmədov  da 

M.Həsənli üçün elədir. Onlar da Mürvətin "əl telefonları"dır. 

Sabir Tarverdiyev hakimiyyətyönümlü Milli Dövlətçilik Partiyasının sədridir. İqtidarın iş adamlarından 

biridir və birbaşa Əli Həsənova bağlıdır. Bu işə də birbaşa onun direktivləri ilə daxil olub. S.Tarverdiyev 

məhkəmədə  də  etiraz  etdi  ki,  ona  mənim  üzümə  durmaq  üçün  çox  ciddi  təpkilər  olub.  Onun  mətbuat 



 

33 


xidmətinin  rəhbəri  isə  Sabirin  fikirlərinə  şahid  durub.  Hər  yalançının  mütləq  və  ən  azı  bir  şahidi 

olmalıdır axı. 

S.Tarverdiyev  başqa  bir  xətlə  də  Ə.Həsənovdan  asılıdır.  Onun  2  qəzeti  MŞ-nın  üzvüdür  və 

S.Tarverdiyev hər ay Əflatun Amaşova "xüsusi haqq" göndərir və bunu hər yerdə deməkdən çəkinmir. 

Ə.Həsənov  bu  məsələyə  xüsusi  diqqət  edir.  Həm  S.Mehbalıyevin  "Ülfət"  qəzeti,  həm  M.Həsənlinin 

"Xəmsə" qəzeti, həm S.Tarverdiyevin "Araz" və "Meridian" qəzetləri MŞ-nın üzvüdür və bəziləri hətta 

MŞ-nın  təsisçilərindəndir.  Bu  da  təsirin  bir  növüdür.  Yuxarıdakı  T.Rüstəmxanlı  olayı  da  belədir. 

Ə.Həsənov  həm  T.Rüstəmxanlının,  həm  də  onun  həyat  yoldaşı  S.Rüstəmxanlının  QHT-lərini 

maliyyələşdirir.  Bir  ailədən  2  QHT  Ə.Həsənovun  təsirində  olan  Azay  Quliyevin  DDŞ-sindən  maliyyə 

alır. 


311.3.2-nin  3-cü  üzəduranı  Aydın  Heydərovdur.  A.Heydərov  isə  S.Tarverdiyevin  xalası  oğludur  - 

doğmaca. Ə.Həsənovun bir zəngi ilə xalası oğlunu xalaoğlu işə qoşub, vəssalam... 

Maraqlıdır ki,  A.Heydərov KQMİ-yə 7 il bundan əvvəl  MŞ-ya  göndərdiyi ərizəni  təqdim  edib.  Aydın 

olur ki, bunu A.Heydərov yox, MŞ edib. Yəni Ə.Həsənov inhisarında olan MŞ-dan 7 il əvvəlin ərizəsini 

çıxarıb və KQMİ-yə göndərib. Saxtakarlığın bu miqyasda olanına yalnız R.Mehdiyev və ya Ə.Həsənov 

gedə bilərlər. 

A.Heydərovun  sürücüsünə  gəlincə,  onu  mən  tanımadım.  O  da  məni  tanımadı.  İstintaqa  ifadə  verən 

sürücü  ilə  məhkəməyə  gələn  sürücü  arasında  o  qədər  fərq  var  idi  ki,  sonradan  şəxsiyyət  vəsiqəsinə 

baxarkən onu hakimlər və prokuror da tanımadılar. 

Beləcə, Ə.Həsənov mənim işimdəki üzəduranların hamısı ilə birə-bir əlaqədə olub və onların hamısını 

şəxsən təlimatlandırıb. Çünki 311.3.3, 311.3.4 və sonradan əlavə olunan 311.3.2-ci maddələrində olan 

"şahid"lərin hamısını PA-nın şöbə müdiri şəxsən tanıyır. 

Bütün bu çətinliklərə baxmayaraq, siyasi hakimiyyət bunların da fakt olmadığını gördü. S.Tarverdiyev 

Gəncənin icra başçısı E.Vəliyevin adından danışır, halbuki onunla "Xural"ın məhkəmə prosesi olub və 

məhkəmənin qanuni qüvvəyə minmiş hökmü var. Eləcə də A.Heydərovla məhkəmə çəkişməmiz olub və 

A.Heydərov xüsusi ittiham qaydasında şikayətini geri götürüb. Neyləməli? Ə.Həsənov daha bir ittiham 

uydurmalı idi. Bu da vergi oldu. 

                                      PA VERGIDƏN - 213.1-CI MADDƏDƏN MƏDƏT UMUR 

Bu  qədər  yalançı  şahidlərə  baxmayaraq,  Ə.Həsənov  və  istintaq  yenə  rahat  ola  bilmədi.  Onların 

sərəncamında kifayət qədər üzəduran var idi, amma mötəbər sübutları kifayət etmirdi. Hətta müstəntiqin 

özünün  mənə  etirafına  görə,  ilk  günlər  təxminən  100  nəfərə  qədər  üzəduran  siyahısı  hazırlasalar  da, 

sonradan  bu  plandan  imtina  olunub.  İstintaq  100-dən  çox  adamdan  1.500.000  -  2.000  000  manat  pul 

yükləmək istəyirmiş boynuma. 

Bütün bu komplo teorilərinin alınmadığını görən hakimiyyət və onun diqtəsi ilə çalışan istintaq ənənəvi 

susdurma  metodundan  istifadə  edir:  Vergi  ilə  çökdürmək!  Onlara  elə  gəlir  ki,  vergi  ilə  bizi  sıradan 

çıxarmaq daha  asan olacaq. 306.2, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrindən kar  aşmayacağını  bilə-

bilə,  bilərək  bu  dəfə  vergini  işə  salmağa  qərar  verdilər.  14.11.2011-ci  ildə  müstəntiq  Qabil  Qasımov 

təqdimatla müraciət etdi və KQMİ-nin heç bir hüquqi ixtiyarı olmaya-olmaya məhkəmə tərəfindən vergi 

yoxlaması  təyin  etdi.  Bu  isə  istintaqı  o  qədər  bərbad  duruma  saldı  ki,  işin  içindən  özləri  də  çıxa 

bilmədilər. Əlli min saxtakarlıq edərək, min hoqqadan çıxaraq, guya ödəmədən  yayınan 7.300 manata 

yaxın  məbləğ  açkarladılar  ki,  bunu  da  müstəntiqin  özünün  dəvət  etdiyi  ekspert  4.000  manata  qədər 

endirdi. Müstəntiq hey "bu bizim yanlışımızdır" deyirdi... 

                                                     

 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə