DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

28 


Amma  heyhat!  Müstəntiq  Qabil  Qasımov  bir  müddətlik  gözləmədən  sonra  "deputat  Gülər  Əhmədova 

sizdən - ondan hədə-qorxu ilə pul tələb etməyinizə görə müraciət edib" deyəndə, oynanılan bu iblisanə 

oyunun  yeni  detalları  mənə  aydın  oldu.  Bəli,  məni  303,  306.2-ci,  147  və  148-ci  maddələrlə  həbs  edə 

bilməyən hakimiyyət,  məni  şərləməyə qərar vermişdi.  Bir şansım o idi ki,  digər həmkarlarımın  üzünə 

küçə  fahişələri  qoyurdularsa,  mənim  üzümə  parlament  deputatı  qoymuşdular.  Təbii,  əgər  buna  təsəlli 

demək mümkündürsə...  

G.Əhmədova  münasibətimiz  olan  onlarla,  yüzlərlə  Oxucumuzdan  biri  olub.  Son  illər  münasibətimiz 

yüksələn  templə  inkişaf  edib.  Tez-tez  redaksiyaya  gəlib,  mətbu  məsələlərdə  fikir  mübadiləsi  aparıb, 

debatlarımıza,  dəyirmi  masalarımıza  dəvət  etmişik,  iştirak  edib.  Amma  haqqında  çoxlu  tənqidi 

məlumatlar da dərc etmişik. Bu məlumatlar 2008-ci ildən və ondan əvvəldən də olub. Bu da çox təbiidir. 

Yadımdadır  ki,  ilk  qarşıdurmamız  Respublika  Uşaq  Fondu  ilə  bağlı  olmuşdu.  Əməkdaşlarımız 

G.Əhmədovadan müsahibə almaq istəmiş, Respublikada Uşaqların vəziyyətinin nə yerdə olduğu haqda 

araşdırmalar aparmış, Gülər xanım bundan qəzəblənmişdi. Təxminən 2003-2004-cü illər idi... 

2008-ci ildə isə G.Əhmədovanın qəzeti olan "Mərkəz" 14 fevral Valentin günündə canfəşanlıq etdiyinə 

görə,  onu  sərt  tənqid  etmişik  və  parlamentin  üzvündə  Valentin  sevgisinin  səbəbini  araşdırmağa 

başlamışıq. Ancaq son illərdə G.Əhmədova ilə ciddi toqquşmalarımız olmamış, hətta G.Əhmədova 30 

İyun tədbirlərində iştirak etmiş, özünü millətimizin əziz bayramının tərəfdarı kimi göstərmişdi. Bir dəfə 

- 2010-cu ilin sonunda Türkiyədə səfərdə olmuş və elə o səfərdə də barışmışdıq. Gülər xanım yalançı və 

gopçu olduğuna görə münasibətlərimiz həmişə ziqzaqlı olub. Mən mənə bircə dəfə ciddi yalan danışan 

adamla münasibətləri kəsirəm. Düzdür, o, hələ mənə ciddi yalan danışmamışdı, amma hiss edirdim ki, 

yalan  onun  həyat  kredosudur.  Münasibətlərimiz  həmişə  məsafəli  olub.  Xüsusən,  Ramiz  Mehdiyevin 

cəriməsi  icraya  yönələndə  bir  neçə  dəfə  əlaqə  saxlayıb,  münasibətləri  yoluna  qoymaq  üçün  öz 

təkliflərini verib. Bəzilərindən istifadə etmişəm, bəzilərindən isə yox. Amma 2011-ci ilin əvvəllərindən 

G.Əhmədovanın rəhbərlik etdiyi "Mərkəz" qəzetində bəzi problemlər meydana çıxmağa başladı.  Onun 

baş  redaktorunu  tanıyırdım  və  hətta  Nigar  Almanqızını  baş  redaktor  təyin  edəndə  məndən  fikrimi  də 

soruşmuşdu və mən müsbət istiqamətdə fikir bildirmişdim. Problem elə də böyük deyildi. Sadəcə, Gülər 

xanım  hər  dəfə  olduğu  kimi  indi  də  kollektivin  maaş-qonorarlarını  vermirdi.  Hansısa  səbəblərdən  baş 

redaktorla  da  problem  yaratmışdı  və  aralarında  münaqişə  baş  vermişdi.  Hər  iki  tərəf  məni  tanıdığına 

görə  mənə  şikayətlənirdi.  Bir-biri  haqqında  olmazın  şeylər  danışırdılar  və  mən  tanıdığım  insanların 

arasında  bu  miqyasda  münaqişə  olmasını  istəmirdim.  2011-ci  ilin  yayında  -  iyulun  əvvəllərində 

Antalyaya istirahətə getdim - bir həftəlik. Həm Nigar, həm də Gülər razılaşdılar ki, mən gələndə oturub 

problemlərini həll edirlər. Mən gələndə Nigarı Bakıda tapmadım, Gülər isə telefonlarıma cavab vermədi. 

Onun telefonuna Əhməd Şahidov cavab verirdi və bütün israrlarımıza baxmayaraq, Gülər xanım xəttə 

çıxmırdı.  

Bu  arada  "Mərkəz"in  kollektivinin  aparıcı  simaları  mənimlə  görüşdülər  və  dəstək  istədilər.  Onların 

səsini  Gülərin  israrlı  çalışmaları  batırırdı.  Mən  həmkarlarıma  dəstək  sözü  verdim  və  Gülərin  onların 

maaş  və  qonorarlarını  ödəməsi  üçün  əlimdən  gələni  edəcəyimə  söz  verdim.  Bu  arada  Nigar 

Almanqızından xəbər çıxdı... 

O  artıq  Türkiyədə  imiş  və  Gülərin  təqiblərindən  qaçıbmış.  Gülər  onu  və  qardaşını  işdən  çıxarandan 

sonra  Sumqayıtda  yaşayan  ata-anasının  evinin  həndəvərinə  silahlı  qoçular  yerləşdiribmiş  və  onları 

hədələyirmiş.  Nigarın  atasının  ürəyi  xəstə  idi  və  neçə  dəfə  əməliyyat  olunmuşdu.  Və  təbii  ki,  Nigar 

danışmaq,  olanlar  haqqında  ictimaiyyəti  məlumatlandırmaq,  deputatın  mafiya  qaydaları  ilə  adamları 

hədələdiyini  söyləmək  istəyirdi.  Və  Nigar  bu  məsələlərdən  bəhs  edən  bir  müsahibə  göndərdi  və 

müsahibə çox gec gəldiyi üçün səhifəyə qoya bilmədim və anonsunu verdim. Anonsda G.Əhmədovadan 

yox, N.Almanqızından bəhs olunurdu. Yalnız bu anonsun dərcindən və digər xəbərlərdən sonra  Gülər 

mənə zəng elədi və ofisinə çay içməyə dəvət etdi. Onun israrlı təkliflərinə baxmayaraq, Gülərin ofisinə 

getmədim  və  redaksiyaya  dəvət  etdim.  Gülər  elə  həmin  gün  -  yanlış  xatırlamıramsa,  bazar  ertəsi,  8 

avqust  2011-ci  ildə  redaksiyaya  gəldi.  Əməkdaşlar  məni  gözləyirdilər  və  deputatı  tək  qəbul  etməli 

oldum. Mənimlə tək görüşmək istədiyini xahiş etmişdi. Hər halda dövlət adamı, 15 ilin deputatı,  YAP 

Siyasi Şurasının üzvü idi Gülər Əhmədova və mən bilsəydim ki, o R.Mehdiyevin planının tərkib hissəsi 

kimi gəlir yanıma, onu qəbul etməzdim. Münasibətlərimiz yazılara görə nisbətən sərinləsə də, onu tək 



 

29 


qəbul etdim. Mən o zamanlar heç kimlə tək görüşmürdüm və tanımadığım adamlar gələndə redaksiya 

heyətini  yanıma  dəvət  edirdim.  Gülər  Əhmədova  oturan  kimi  təkliflərə  başladı  və  ondan  yazı 

yazmamağın müqabilində mənə rüşvət təklif etdi. Əsla və israrla qəbul etmədim. Ondan yazılacaq yazı-

xəbərlərdə  onun  da  rəyinin  alınacağını  bildirdim.  Amma  Gülər  israrla  "Xural"ın  aylıq-illik  xərclərini 

soruşurdu.  Bir  ara  elə  düşündüm  ki,  Gülər  əməliyyatdadır  və  indicə  masanın  üzərinə  pul  qoyacaq, 

əməliyyat qrupu otağa daxil olacaq. G.Əhmədova çox həyəcanlı idi və hiss etdi ki, ondan şübhələndim. 

Tez də durub çıxdı. Tələsik redaksiyanı bağlayıb məni çayçıda gözləyən həmkarlarımın yanına tələsdim. 

Onlara ilk sözüm bu oldu:  



"DEYƏSƏN, GÜLƏR SƏSIMI YAZMAĞA GƏLMIŞDI..." 

Zatən  həmkarlarım  Gülərin  verilən  anonsla 

bağlı  yanıma  gəldiyini  bilirdilər.  Beləcə, 

Güləri  birtəhər  başımdan  edib  redaksiyadan 

çıxarandan  təxminən  beş  dəqiqə  sonra  ən  azı 

beş  nəfərə  onun  səsimi  yazmasından  və  məni 

şantaj etməyə  gəldiyindən bəhs  etdim.  Bir,  ya 

iki  gün  keçmədi  ki,  mənə  informasiya  daxil 

oldu  ki,  mənim  ətrafımda  ciddi  oyunlar 

hazırlanır.  Mənə  konkret  məlum  oldu  ki,  bu 

oyunların  bir  parçası  da  Gülərdi.  Mən  zatən 

bunu təxmin eləmişdim. 

Bir  həftə  keçdi.  Bu  həftə  müddətində 

G.Əhmədova  ölkənin  müxtəlif  ranqlı  tanınmış  adamları  vasitəsi  ilə  mənə  telefon  etdirir,  haqqındakı 

yazı-xəbər,  müsahibənin  dərcinin  dayandırılmasını  xahiş  edirdi.  Heç  kimin  telefonunu  götürmədim  və 

Gülərlə görüşməməyə qərar verdim. Gülərin telefon zəngləri növbəti cümə günü yenidən başladı və mən 

təkcə cavab verməməklə kifayətlənmədim, eyni zamanda əməkdaşlarıma və mənə yaxın olan adamlara 

da  Gülərdən  və  onun  zənglərindən  uzaq  olmağı  tapşırdım.  Hamıya  açıq-açıq  xəbərdarlıq  etdim: 

"Gülərdən  ehtiyatlı  olun.  Biz  hakimiyyətin  qurduğu  əməliyyatın  içindəyik.  Hər  an  baş  verə  biləcək 

hadisələrdən məni xəbərdar edin." Bu qadın tam çılpaqlığı ilə başını itirmişdi. Dalbadal mənə mesajlar 

yazır, redaksiyaya  gəlmək istədiyini bildirir, mənə qızıl dəstini verə biləcəyini söyləyir, avtomobilinin 

sənədlərini  girov  qoyacağını,  özünün  danışıb  özünün  müəyyənləşdirdiyi  hansısa  məbləğ  pulu  mənə 

vermək üçün vaxt istəyirdi. Yeganə qərar o idi ki, bu qadına heç bir cavab verməyim və vermədim də. 

Elə bu məqamda mənə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu zəng elədi. Təbii ki, onun 

telefonunu  götürdüm.  Rauf  bəy  Gülərin  ondan  xahiş  elədiyini  və  onu  qəbul  etməyimi  rica  etdi.  İlkin 

olaraq  telefonunu  götürməyimi  xahiş  etdi.  Həmkarımın  sözünü  yerə  salmadım  və  Gülərlə  danışdım. 

Telefonu  açan  kimi  eyni  sözləri  təkrar  etdi  və  yenə  Güləri  birtəhər  yola  verəsi  oldum.  "Xural"ın 

gündəlik nəşrə hazırlaşdığı məqamda informasiya aldım ki, Əli Həsənov Ramiz Mehdiyevin xeyir-duası 

ilə Gülərdən və onun  yazdırdığı səsimdən istifadə planları qurub. Zatən KİVDF və MŞ artıq "Xural"a 

hücuma keçmişdi. Vüqar Səfərli 5.000 manatı icraya yönəltmiş, MŞ "Xural"ı "qara siyahı"ya salmışdı. 

Mən  hər  zaman  Əli  Həsənovun  planlarını  alt-üst  etmişəm.  İndi  də  etdim  və  sentyabrın  18-də  Gülərin 

məni şantaj etdiyini cəmiyyətə açıqladım. 



                                                       Gülər Əhmədova şantaj edir! 

 Həbsimdən düz 42 gün əvvəl Gülərin yanıma gəldiyini, məni pul verməklə şantaj etdiyini, hakimiyyətin 

məni  Gülər  vasitəsilə  həbs  eləmək  planlarının  olduğunu  açıqladım.  Həm  "Xural",  həm  də  "Azadlıq" 

qəzetlərində bu məsələ ilə bağlı açıqlamam, müsahibəm  yayımlandı və çox keçmədən  Əli  Həsənovun 

himayəsində  olan  "Olaylar"  qəzeti  və  eyniadlı  agentliyi  Gülərin  mənə  cavablarını  dərc  etdi.  Gülər 

mənim  yanıma  gəlməyini  sərt  bir  dillə  inkar  etdi.  Hətta  G.Əhmədova  mənim  psixoloqa  ehtiyacım 

olduğunu bildirdi (Mən çox sonra Gülərlə Elşad Abdullayevin videoçarx məsələsindən öyrəndim ki, o, 

həm  də  BDU-da  psixologiyadan  dərs  deyirmiş.)  Prokurorluq  və  hüquq  mühafizə  orqanları  KİV-də 

yazılan  bu  yazılardan  sonra  dərhal  hərəkətə  keçməli  ikən,  bunu  etmədilər  və  R.Mehdiyevin  şəbəkəsi 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə