DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 

22 


düşündü və mənimlə razılaşdı. Təxminən başqa bir müsahibə dərc olundu. R.Mehdiyev və onun bütün 

işlər  üzrə  köməkçisi  Əli  Həsənov  məndən  S.Təbrizlinin  müsahibəsinin  əslini  istədilər.  Bunun  üçün 

adamlarını  göndərdilər,  minnətçi  saldılar.  Mənim  "ağıllı  oğlan"  olduğumu  və  "onların  komandası"nda 

çalışa biləcəyimi dedilər. Onlara çox sərt cavab verdim. "Mən Azərbaycana hansı xəyanəti etmişəm ki, 

Ramiz Ənvər oğlu məni öz komandasında görür" deyə. Beləcə, məndən istədikləri bu dəfə də alınmadı. 

Bir  müddət  sonra  səhih  öyrəndim  ki,  "dinləmə  qurğusu"nu  ifşa  etməklə  R.Mehdiyevi  xeyli 

əsəbiləşdirmişəm. Sən demə, mənim otağımı dinləməklə PA və DİN idbar bir plan hazırlayırmışlar və 

bu şou ilə onlar ciddi ajiotaja nail olmağı planlaşdırıblar. Sən demə, içərisində Sirus Təbrizlinin, Nemət 

Pənahlının,  Rahim  Qazıyevin  və  digərlərinin  yer  aldığı  qurama  bir  "çevriliş  şousu"  hazırlanırmış. 

Beləliklə,  R.Mehdiyev  bir  qurğu  ilə  bir  neçə  düşmənini  sıradan  çıxaracaq,  məni  də  onların  gözünə 

qatacaq,  "Xural"ı  da  bu  şouya  qurban  verəcəkdi.  Beləcə,  mən  daha  bir  iblisanə  əməli  ifşa  etdim  və 

ölkəni bir neçə dəyərli insanın həbsindən xilas etdim. Amma rejim Neməti yalnız 8-9 ay sonra şərləyib 

tuta bildi. Rahim Qazıyev və Sirus Təbrizli isə bu şərdən qurtula bildilər. 

Daha bir məqam ondan ibarət idi ki, bizim "dinləmə qurğusu"nu təqdim etdiyimiz və inandığımız DİN, 

sən  demə,  bizi  dinləyən  və  bizə  torba  tikən  qurumun  ta...  kəndisi  imiş.  Bu  PA-nı  çox  əsəbləşdirdi.  O 

qədər ki, indiyə qədər mənə və "Xural"a dözüm nümayiş etdirən PA və onun şöbə müdiri bütün dözüm 

limitini  bitirdi.  R.Mehdiyev  son  20  ildə  ilk  dəfə  olaraq  bir  həftəlik  qəzetin  baş  redaktorunu  və  qəzeti 

məhkəməyə verdi və bu onu göstərdi ki, azad söz və əslində azad medianın əsl ünvanı haradır.  

                                                ƏLI HƏSƏNOVUN KİVDF-SI 

Müstəqil  mətbuata  ən  böyük  pislik  gətirən  qurumlardan  biri 

də  Kütləvi  İnformasiya  Vasitələrinə  Dövlət  Dəstəyi  (əslində 

Köstəyi)  Fondudur.  Bu  qurum  Prezident  yanındadır  və  onun 

sərəncamı  ilə  yaradılıb.  Yarandığı  günlərdə  mətbuatın, 

xüsusilə müstəqil mətbuatın ümidlənməsinə səbəb olsa da, az 

keçmədi  ki,  KİVDF-nin  əsl  siması  ortaya  çıxdı.  KİVDF-nin 

icraçı direktoru təyin edilən Vüqar Səfərli ilk gündən müstəqil 

mətbuata  düşmən  kəsildi.  Prezident  fərmanına  görə  ayrılan 

pullar yalnız müstəqil və partiyalı olmayan qəzetlərə verilməli 

idi.  Belə  də  gözləyirdik.  Amma  Əli  Həsənov  dövlət  adından 

KİVDF-yə  də  müdaxilə  etdi  və  elə  ilk  müsabiqədəncə 

məqsədin məkrli olduğu anlaşıldı. Keçmiş qəzet çeşidləyicisi olan, ömründə bir yazısı dərc olunmayan, 

mübarizənin  və  azad  sözün  nə  demək  olduğunu  bilməyən,  qəssab  təfəkkürlü  və  baqqal  düşüncəli  bu 

adam  çox  keçmədi  ki,  medianın  tam  mənada  düşməni  olduğunu  sübut  etdi.  Onun  Tanrısı  puldur  və 

mətbuat əhlini də o gözdə görməyə başladı. İlk müsabiqənin nəticələri ümumiyyətlə açıqlanmadı və bu 

istiqamətdəki  bütün  tələblər  qulaqardına  vuruldu.  Əli  Həsənovun  qudası  Səttar  Mehbalıyevin 

Konfederasiyasının  qəzeti  olan  "Ülfət"  qəzeti  belə  müsabiqənin  qaliblərindən  biri  oldu.  99  %  qayıdışı 

olan  qəzetlər  irəli  çəkildilər,  tirajı  və  satışı  yüksək  olan  mətbu  qurumlar  kənarda  saxlanıldı.  Biz  bu 

istiqamətdə  mübarizəni  şiddətləndirdik.  PA  səlahiyyətlilərinə,  Prezident  İlham  Əliyevə  dəfələrlə 

müraciət edtik, araşdırmalar apardıq, Vüqar Səfərlinin qəssab xislətini ifşa edən materiallar dərc etdik və 

ölkə  ictimaiyyətinin  bilgilənməsini  təmin  etdik.  Vüqar  Səfərli  o  qədər  irəli  getdi  ki,  hətta  qəzetlərdən 

"şapka"  belə  toplamağa  başladı.  Arxası  güclü  idi  və  əsas  hamisi  Əli  Həsənov  idi.  Ona  görə  də  onun 

kəsdiyi başa sorğu-sual yox idi. Vüqar Səfərli KİVDF adlı mütəşəkkil dəstə vasitəsi ilə yalnız özlərinə 

aid olan qəzetlərə pul ayırmağa başladı. Bu siyahıda Əli Həsənovun və həyat yoldaşı Sona Vəliyevanın 

10-a qədər tirajı olmayan və satışı olmayan qəzetləri də var. Təbii ki, üç-beş digər oliqarxlara aid olan 

qəzetlər  də.  Biz  tənqidimizi  artırdıqca,  Əli  Həsənov  bu  dəfə  Vüqar  Səfərlini  də  bizim  üzərimizə 

istiqmətləndirdi.  Biz  normal  haqqımızı  tələb  etdikcə,  bunlar  bizi  susdurmağa  daha  çox  vaxt  və  diqqət 

ayırmağa başladılar. Beləcə, günlərin bir günündə “Xaç ata”ları Ramiz Mehdiyevdən cəmi bir ay sonra 

bu dəfə Vüqar Səfərli bizi məhkəməyə verdi. O da R.Mehdiyev kimi 10.000 manat təzminat tələb edirdi. 

Məhkəmə  R.Mehdiyevin  10.000  manatlıq  cərimə  tələbini  yerinə  yetirdiyi  kimi  Vüqarın  da  tələbini 

yerinə  yetirdi.  Amma  qismən  -  500  manat.  Əli  Həsənovun  diqtəsi  isə  500  manatı  Apellyasiya 

Məhkəməsində 5.000 manata qaldırdı.  



 

23 


TƏZYIQLƏR DALĞASINA MƏTBUAT ŞURASI QOŞULUR 

Məhkəmələr  Ramiz  Mehdiyevin  10.000  manatlıq  tələbini 

nəfəs  almadan  təmin  etdilər.  Bu  məhkəmədə  biz  həm  də 

cənab  akademikin  yalançı  olduğunu  öyrənmiş  olduq.  Çünki 

onun  vəkili  Anar  Bağırovla  anlaşdıq  ki,  biz  təkzib  veririk, 

qarşı  tərəf  də  cərimədən  imtina  edir.  Biz  sözümüzün  ağası 

olduq - təkzibi dərc etdik. Bu təkzib R.Mehdiyevin vəkili ilə 

razılaşdırıldı,  hakim  tərəfindən  qəbul  edildi.  Amma  Ramiz 

Mehdiyev  sözünün  ağası  olmadı,  bizi  aldatdı  və  10.000 

manatlıq cərimənin əsirinə çevrildi.  

Bu  arada  Vüqar  Səfərlinin  də  cərimə  tələbi  5.000  manata 

qaldırıldı. 2010-cu ili bu qovğalarla yola verdik və 2011-ci il "Xural" qəzeti üçün çox uğurlu il oldu. Bu 

il "Xural" böyüdü, Oxucuların sayqısını qazandı və tirajını artırdı. 

2011-ci  ildə  gündəlik  nəşrə  başlamağa  qərar  verdik.  İyul-avqust  aylarında  planlamalara  başladıq. 

Bizimlə birlikdə Əli Həsənov da hərəkətə keçdi və bizim gündəlik qərarımız PA-nın yuxusunu qaçırdı. 

Gündən-günə güclənən müstəqil "Xural", fəaliyyətini yenidən bərpa edən Redaktorlar Birliyi, mətbuatın 

yeni axtarışlara keçməsi Əli Həsənovun şər makinasını hərəkətə keçirdi və Mətbuat Şurasına bir gündə 6 

(!!!)  “şikayət”  daxil  oldu.  Hər  şey  o  qədər  aydın  idi  ki.  Və...  savaşa  savaşla  qərar  verdik.  Geri 

çəkilmədik.  Başımızı  mətbu  gilyotinə  qoyduq  -  Ə.Həsənovun  gilyotininə.  "Xural"  gündəlik  nəşrə 

hazırlıqları  tamamlayanda  Mətbuat  Şurası  bizi  "qara  siyahıya"  saldı.  Bu,  Ramiz  Mehdiyevin,  Əli 

Həsənovun  -  Azərbaycan  hakimiyyətinin  müstəqil  mediaya  qarşı  siyasəti,  baxışı  idi.  Bizimlə  normal 

dillə, yazı ilə, sözlə bacara bilmədilər və dövlətin inzibati resurslarını əllərində cəmləyərək zora, qeyri-

hüquqi yollara baş vurdular. "Xural" MŞ-nın üzvü deyildi. MŞ sıradan bir QHT-dir və bu QHT-nin üzvü 

olmamışdıq.  Üzvü  olmadığımız  bir  QHT  Ramiz  Mehdiyev-Əli  Həsənov  cütlüyünün  məkrli  planını 

tətbiq  edir  və  bizi  cəzalandırırdı.  Sentyabrın  15-də  MŞ-nın  iclasına  dəvət  olunduq,  amma  onun 

toplantısına  mən  yox,   mənim  MŞ-ya  ünvanladığım  məktub  qatıldı.  Sentyabrın  16-da  "Xural"ı  "qara 

siyahı"ya təqdim etdilər və "Xural" gündəlik nəşrə başlayan gün - sentyabrın 19-da, 2011-ci ildə MŞ-nın 

"qara siyahısı"na düşdü. Azərbaycan mətbuatının tarixi bu cür tərbiyəsizlik, namərdlik, arxadan zərbə və 

nakişilik  görməmişdi.  Bütün  çətinliklərə  sinə  gərərək  10  il  fəaliyyət  göstərən,  nəhayət,  ölkədə  ikinci 

olaraq  hər  gün  -  həftədə  7  dəfə  nəşrə  başlayan  bir  qəzet  Əli  Həsənovun  balaca  maraqlarına  boyun 

əymədiyinə  görə  cəzalandırılmaq  istənirdi.  Bizi  "qara  siyahı"ya  daxil  etdikləri  tarixdə,  1  ay  sonra 

üzümüzə duracaq işbazların qəzetlərini də MŞ-ya üzv edirdilər...  



GÜNDƏLIK "XURAL" 

 Yox,  bu  da  keçmədi.  Məhkəmələr,  məhkəmə  cərimələri, 

hədə-qorxular,  şantajlar  keçmədi.  Sonda  "Xural"ı  "qara 

siyahı"ları  ilə  qorxutmaq  istədilər,  o  da  alınmadı.  Mətbuat 

Şurasının  bu  bərbad  qərarı  başda  Əli  Həsənov  olmaqla 

mətbuatı çökdürmək istəyənlərin hamısının üzünü qara etdi. 

Biz  heç  nəyə  baxmayaraq,  inadla  gündəliyə  keçdik  və 

mətbuat  gündəminə  bomba  kimi  mövzularla  gəldik.  19 

sentyabrda  başlanan  yol  19  oktyabra  qədər  -  1  ay  davam 

etdi. 1000 tirajla fəaliyyətə başladıq, on gündən sonra 1500 

tiraja,  iyirmi  gündən  sonra  2000  tiraja,  25  gündən  sonra 

2200  tiraja  qalxdıq.  Sürətlə  böyüyən  tirajı  ayın  sonunda 

3000  tiraja  çatdırmağı  qərarlaşdırdıq.  Bu  mətbu  şəbəkəyə 

qarşı mübarizəni dərinləşdirmək məqsədi ilə 21.09.2011-ci 

ildə  Prezident  İlham  Əliyevə  müraciət  etdim  və  ondan 

görüş  istədim.  26.09.2011-ci  ildə  gündəlik  "Xural" 

Azərbaycan  mətbuatının  tarixində  ilk  dəfə  olaraq 

“promosyon”a  başladı.  Artıq  hər  "Xural"  alan  Oxucu 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə