Daş dövrünün yaşayış məskənləri


A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində Cənubi Qafqaz tarixinə dair məlumatlar



Yüklə 32,75 Kb.
səhifə2/6
tarix28.01.2022
ölçüsü32,75 Kb.
#83205
1   2   3   4   5   6
Mədəniyyət tarixi -1 (1)

A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində Cənubi Qafqaz tarixinə dair məlumatlar.

“Gülüstani-İrəm” əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmircan kəndində anadan olmuşdur. Abbasqulu aga Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından. tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s.elmləri öyrənir. 1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə qədər yüksəlir. A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olmuşdur. A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın qabaqcıl və qüdrətli bir ölkə olduğunu dərindən başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətləndirmişdir. 1847-ci ildə vəfat edən A. Bakıxanov hərbi və mülki xidmətlərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi fəaliyyətə həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yaradıcılığında islam dininin təsirindən qurtarmamış, onun dünyanı dərk etməsi idealistcəsinə olmuşdur. Şübhə yoxdur ki, A. Bakıxanovun idealist dünyagörüşü onun mənsub olduğu iri feodal sinfinin ideolojisi ilə sıx surətdə əlaqədardır.

A. Bakıxanov “Gülüstani-İrəm” əsərini yazarkən təqribən yuzdən artıq məxəzdən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbnələsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.

A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dovrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinçi addım olmuşdur.

“Gülüstani-İrəm”in mətnində anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən mənbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, ”Gülüstani-İrəm”in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.

“Gülüstani-İrəm" əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim devrlərdən başlayaraq 1813-cü il “Gülüstan müqaviləsi”nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddimə, beş fəsil və nəticədən ibarətdir. Əsərin müqəddimə hissəsində müəllif Şirvan və Dağıstan xalqlarının mənşəi haqqında məlumat verir. O, islam dininin, istifadə etdiyi şərq məxəzlərinin, eyni zamanda ozünün idealist görüşləri əsasında ümumiyyətlə xalqların, xüsusilə Şirvan və Dağıstanda yaşayan xalq və tayfaların mənşəini təhrif edilmiş bir tərzdə izah etməyə çalışmışdır. “Gülüstani-İrəm” əsərində müəllif tərəfindən buraxılan əsaslı nöqsanlardan biri də, Azərbaycan tarixinin dövrlərə bolünmə məsələsidir. A. Bakıxanov, “Gülüstani-İrəm”in müqəddiməsində gorüldüyü kimi, Azərbaycan və Dağıstan xalqlarının tarixini iqtisadi, ictimai və siyasi quruluşa görə deyil, xarici işğalçıların istila və hakimiyyət dövrlərinə görə tərtib etmişdir.

A. Bakıxanov “Gülüstani-İrəm” əsərində əsas etibarilə siyasi hadisələrin təsvirinə artıq yer vermişdir. O, xalqın iqtisadi və ictimai həyatına və onun tarixi inkişaf məsələlərinə fikir verməmişdir. Heç şübhə yoxdur ki, şərq tarixçilərinin təsirindən tamamilə öz yaxasını qurtara bilməyən A. Bakıxanov bundan irəli gedə bilməzdi.

Butun bu nöqsan və qüsür cəhətlərə baxmayaraq, A. Bakıxanov tərəfindən Azərbaycan tarixinə həsr edilən “Gülüstani-İrəm” əsərinin bir çox müsbət cəhətləri də vardır.

“Gülüstani-İrəm”ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsaduf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla “Gülustani-İrəm” əsərini yazmışdır. Xüsusilə onun XVIII əsrə və XIX əsrin 13 -cu ilinə qədər Azərbayçan tarixi haqqında verdiyi məlumat diqqəti daha çox cəlb edir. A. Bakıxanov burada Şimali Azərbaycana aid siyasi hadisələri ətraflı surətdə təsvir etmişdir. Əsərdə təsvir edilən hadisələr ilə əlaqədar olaraq Ermənistan, Gürcüstan, Türkiyə və sairə haqqında məlumat verilir. hadisələrin təsvirini 1813-cu ildə Rusiya və İran arasında bağlanan “Gülüstan müahidəsi”nə qədər çatdırır. A. Bakıxanovun bu dövr haqqında verdiyi məlumat, başqa mənbələrin verdiyi məlumata nisbətən daha mükəmməl və daha zəngin olub, əsərdə xüsusi yer tutur.

O, rus mədəniyyəti ilə tanış olmuş, rus tarixçilərinin əsərlərini öyrənmiş və öz əsərini yazarkən onlardan istifadə etmişdir. A. Bakıxanov farsca yazdığı "Gülüstani-İrəm" əsərini rus dilinə də tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə "Qafqaz" qəzetində çap olunmuşdur. Tam bir halda isə yalnız Sovet hakimiyyəti dövründə, "Azərbaycan Tədqiq və Tətəbbə' Cəmiyyəti" tərəfindən Bakıda 1926-cı ildə nəşr edilmişdir. Lakin əsrin bu çapında bəzi dəyişikliklər və bir çox nöqsanlar vardır. Xüsusilə coğrafi və şəxsi adların düzgün qeyd edilməməsini göstərmək lazımdır.

Türkmənçay müqaviləsinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. O, “Qüdsi” təxəllüsü ilə şeirlər yazmışdır.




Yüklə 32,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə