Daş dövrünün yaşayış məskənləri


Mirzə Adıgözəl Bəy, Mirzə Camal Cavanşir



Yüklə 32,75 Kb.
səhifə6/6
tarix28.01.2022
ölçüsü32,75 Kb.
#83205
1   2   3   4   5   6
Mədəniyyət tarixi -1 (1)

6. Mirzə Adıgözəl Bəy, Mirzə Camal Cavanşir.

XVIII -XIX əsrlər Qarabağ tarixini əhatə edən üç mənbə daxil edilmişdir. Bunlardan Mirzə Adıgözəl Bəyin “Qarabağnamə”si, Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” və Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair” əsərləri çox az tirajla 1950, 1959, 1961-ci illərdə çapdan çıxmış və indi nadir kitablar sırasına daxil edilmişdir. M.Adıgözəl bəy öz əsərini Azərbaycan dilində, M.C.Cavanşir fars, Ə.Cavanşir isə rus dillərində yazmışlar.

M.Adıgözəl bəy “Qarabağnamə”sinin əlyazmasının son səhifələrində öz tərcümeyi-halından bəhs edərkən, Qarabağda anadan olduğunu yazır. Ancaq hansı ildə anadan olduğunu göstərmir. M.Adıgözəl bəy yazır ki, o, Şuşa şəhərində məktəbdə oxuyarkən Ağa Məhəmməd şah Qacar öz qoşunları ilə Qarabağa daxil olaraq Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri tuta bilməyib Gürcüstana yollandı və Tiflisi tutdu.

Bu hadisələr Şuşanın mühasirəsi 1795-ci ilin yayında Tiflisin İran qoşunları tərəfindən alınması isə həmin il sentyabrın 12-də baş vermişdir.

M.Adıgözəl bəy 1799-1800-cü illərdə Tiflisdə Gürcüstan padşahı nəzdində olan Rusiya nazirinin yanında qulluq edirdi. Adıgözəl bəy rus dilini 1796-1800-cü illər ərzində Tiflisdə yaşadığı zaman öyrənmişdir.

Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsəri tarixi məzmununa görə xüsusilə fərqlənir. M.C.Cavanşir “Qarabağ tarixi” əsərində Pənahəli xan və İbrahimxəlil xan dövrlərini daha dolğun təsvir edir, tarixi hadisələri ardıcıllıqla verir. M.C.Cavanşir öz əsərində Qarabağın ictimai-iqtisadi vəziyyətini, kənd təsərrüfatını,suvarma şəbəkəsini, xanların və onların qohumlarının əmlakını, hərbi qüvvələrini və s. göstərir.



M.Adıgözəl bəy əsərini 1845-ci ildə 65-ə çatdığı zamanda yazmışdır. O əsəri Tiflisin vitse-qubernatoru polkovnik M.Kolyubakinanın xahişi ilə 1845-ci ildə yazmışdır. Əsərdə 1736-cı ildən başlayaraq 1828-ci ilə kimi Qarabağın siyasi tarixi əhatə edilir.
Yüklə 32,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə