Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

29

Düşünən İnsan, Sentyabr 2016

Darvinistlərin iddialarına görə, bu 

rəsmləri çəkənlər guya ağacdan 

təzəlikcə enən, zehinləri təkmil-

ləşməkdə olan varlıqlardır. Lakin həm 

bu rəsmlərin sənətkarlıq baxımından 

dəyəri, həm də son tədqiqatların 

göstərdiyi nəticələr təkamülçülərin 

bu iddialarını əsassız edir. Sözü 

gedən rəsmləri çəkənlər həm üstün 

estetika anlayışına, həm mütərəqqi 

sənətkarlıq texnikasına, həm də 

tədqiqatların göstərdiyinə görə elmi 

məlumata sahib olan insanlardır.

1. BBC News, 10 yanvar 2002

2. National Geographic, avqust 2001,

səh. 156


3. BBC News, 9 avqust 2000

Mərkəzi Fransada tapılan Lasko 

mağaralarındakı məşhur divar rəsmlərində 

tarixdən əvvəlki dövrə aid (gecə vaxtı) göyün 

xəritəsi kəşf edildi. 16.500 illik tarixə sa-

hib olduğu təxmin edilən xəritə bugünkü 

günümüzdə yay üçbucağı (summer triangle) 

olaraq tanınan üç parlaq ulduzu göstərir. 

Laskodakı cizgilər arasında, ayrıca ola-

raq, Pleyada ulduz kəhkəşanının da xəritəsi 

tapıldı... 1940-cı illərdə kəşf edilən divarlar 

əcdadlarımızın sənət qabiliyyətlərini göstərirdi. 

Lakin bu gün artıq sözü gedən rəsmlərin 

atalarımızın elmi biliklərinin səviyyəsini də 

göstərdiyi aydın olmuşdur.

3

Düşünən İnsan, Sentyabr 2016



Düşünən İnsan, Sentyabr 2016


U

rfa yaxınlığındakı Göbəkli Təpədəki 

qazıntılarda alimlər tərəfindən misilsiz 

və bənzərsiz kimi qiymətləndirilən 

tapıntılar əldə edilmiş, üzərində heyvan təsvirli 

relyeflərin olduğu, diametri 20 metrdən və 

hündürlüyü insan boyundan artıq olan nəhəng 

“T” şəklində sütunlar aşkarlanmışdır. Bu sütunlar 

dairəvi şəkildə düzülmüşdü. Əslində, elm dünyasını 

çalxalayan xüsusiyyət isə bu ərazinin yaşıdır: 11 

min il əvvəl inşa edilmişdir. Təkamülçü iddiaya 

görə, dövrün insanları ibtidai daş alətlərlə bu 

görkəmli abidəni inşa etmişdilər. Bu cür yanlışlığa 

görə, həmin mühəndislik möcüzəsi bundan 11 min 

il əvvəl ən ibtidai vasitələrlə işləyən yığıcılıq və 

ovçuluqla məşğul olan insanların əl işidir. Əlbəttə, 

bu, inanılması mümkün olmayan bir hekayədir. 

Həqiqətən də Göbəkli Təpədə arxeoloji qazıntı 

işlərini aparan qrupa rəhbərlik edən prof. Klaus 

Şmidt (Klaus Schmidt) də bu həqiqəti aşağıdakı 

kimi ifadə etmişdir:

Həmin dövrdə yaşayan insanların sanki bugünkü 

insanlardakı kimi düşünmə qabiliyyəti müşahidə 

edilir. Onlar bizim həmişə fikirləşdiyimiz kimi 

ibtidai insanlar deyil. Onların ağacdan enərək 

mədəniyyət qurmağa çalışan meymunabənzər 

varlıqlar olduqları düşünülməməlidir. Zəka 

nöqteyi-nəzərindən baxsaq, bizə oxşar olduqları 

görünür.

1

Arxeoloq Klaus Şmidt bu nəhəng ölçüdəki 

daşların həmin dövrün şərtlərində necə daşındığını, 

necə formaya salındığını aydınlaşdırmaq üçün 

qazıntı aparan qrupla birgə bir sınaq keçirmişlər. 

Bu sınaqda maşınların köməyi olmadan, sadəcə 

guya tarixdən əvvəlki dövrdə yaşayan insanların 

istifadə etdiyi ibtidai alətlərlə böyük bir qaya 

bloku üzərində işləməyə başladılar və onu çox 

qısa məsafəyə daşımağa cəhd etdilər. Onlar əsl 

abidədəki daşlara nisbətən daha kiçik ölçülü bir 

qaya bloku üzərində işləməyi üstün tutmuşdular. 

Qrupun bir qismi kötük, ip və qol gücü ilə təbii və 

sadə vasitələr düzəldərək daş üzərində işləməyə 

başlamış, digərləri isə əllərində daşlarla e.ə. 9000 il 

əvvəl yaşayan daş ustaları kimi sərt bir yerdə oyuq 

oymağa başlamışlar. (Təkamülçü tarix anlayışına 

görə, həmin günlərdə metal alətlər olmadığına görə, 

daş dövrünün insanlarının sərt və ucu şiş çaxmaq 

daşından istifadə edildiyinə inanırlar.) Daşı oymağa 

URFADA GÖBƏKLİ TƏPƏDƏKİ

SİVİLİZASİYA İZLƏRİ

30

www.dasdovru.elmisaytlar.com




çalışan işçilərin 2 saat boyunca dayanmadan davam 

edən səyləri nəticəsində, ortaya sadəcə bilinməyən 

xətt çıxmışdır. Daşı daşımağa çalışan qrupun 4 saatlıq 

intensiv fəaliyyəti nəticəsində 12 nəfər ağır qaya 

blokunu sadəcə 7 metr hərəkət etdirə bilmişdilər. 

Aparılan bu sınaq nəticəsində tək bir daş çevrənin 

qurulması üçün yüzlərlə işçinin aylarla işləməsi 

zərurətini göstərir. Bu sadə sınaq belə açıq şəkildə 

irəli sürür ki, həmin dövrün insanları təkamülçü 

alimlərin irəli sürdükləri kimi ibtidai şərtlər altında 

deyil, çox böyük ehtimalla olduqca mütərəqqi 

imkanlara sahib idilər. 

Təkamülçü ideyanın digər bir ziddiyyəti də bu 

əsərlərin meydana gəldiyi dövrü “Erkən (akeramik) 

neolit dövrü” olaraq adlan-dırmalarıdır. Bu həqiqətə 

zidd şərhə görə dövrün insanları hələ dulusçuluq 

məmulatlarını hazırlayacaq texnologiyaya sahib 

deyildilər. Bu, o demək olur ki, heykəllər düzəldə 

bilir, nəhəng daşları daşıya bilir, bunları estetik 

nöqteyi-nəzərdən baxımlı edə bilir, bunların 

üzərində heyvan təsvirli relyef işləmələr həkk edə 

bilir, divarları rəsmlərlə bəzəyə bilir, mühəndislik 

və memarlıq elmindən istifadə edə bilir amma, 

hələ dulusçuluq məmulatları düzəldə bilmir? Bu, 

o deməkdir ki,  deyilənlər sadəcə təkamülçü ön 

mühakiməsini müdafiə edə bilmək üçün təkidlə 

söylənən yalandır. Şübhəsiz ki, sözü gedən əsərlər bu 

insanların təxmin ediləndən çox daha mütərəqqi bir 

elmə, texnologiyaya və mədəniyyətə sahib olduqlarını 

göstərir. Bu “T” şəklindəki böyük sütunların necə 

istifadə edildiyinin, həmin yerə necə gətirildiyinin 

bir izahı olmalıdır. Bu da həmin insanların iddia 

edildiyi kimi, ibtidai olmadıqlarını nümayiş etdirir. 

Həqiqətən də, “Bilim ve Teknik” jurnalında dərc 

olunan bir xəbərdə Göbəkli Təpədə əldə edilən 

tapıntıların bəşər tarixinə dair geniş yayılmış 

yanlışlığı aşkara çıxardığı qeyd edilir: “Bu yeni 

məlumatlar bəşər tarixinə dair mühüm bir yanlışlığı 

ortaya qoyur”.

2

 Bu yanlışlıq bəşər tarixinin təkamül 



yalanının doğruluğunu şərh etmək üçündür. 

1. Daş dövrü həyatı, Terra X sənədli filmi, TRT

2. Bilim ve Teknik jurnalı, sentyabr 2000

Düşünən İnsan, Sentyabr 2016

31

Düşünən İnsan, Sentyabr 2016




Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə