Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   2   3   4   5   6   7   8   9   ...   14

20

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com

Fransa, İspaniya, İtaliya, Çin, Hindistan 

və Afrikanın müxtəlif bölgələrində, bir sözlə, 

dünyanın müxtəlif yerlərində tapılan bir çox 

mağara rəsmi qədim insanın mədəni səviyyəsi 

haqqında çox vacib məlumatları təqdim edir. Bu 

rəsmlərdə istifadə edilən üslub və boya texnikası 

tədqiqatçıları çaşdıracaq keyfiyyət və üstünlüyə 

malikdir. Darvinist alimlər bu rəsmləri ön 

mühakimə ilə qiymətləndirir, çaşqınlıq içərisində 

olmalarına baxmayaraq, həmin əsərləri təkamül 

hekayələrini bəzəmək üçün qərəzli şəkildə 

şərh edirlər. Müasir insanın bədən quruluşuna 

sahib olmayan varlıqların olduqca ibtidai şərtlər 

daxilində yaşadıqları mağaralarda qorxduqları və 

ya ovladıqları heyvanların şəkillərini çəkdiklərini 

bildirirlər. Halbuki, bu əsərlərdə istifadə edilən 

texnikalar həmin şəkli çəkən sənətkarların çox 

dərin qavrayışa, qavradıqlarını təsirli şəkildə 

əks etdirmək qabiliyyətinə sahib olduqlarını 

göstərir. İstifadə edilən rəngləmə texnikası 

isə heç də təxmin edildiyi kimi ibtidai şəraitdə 

yaşamadıqlarının başqa bir göstəricisidir. Bundan 

əlavə,  mağara divarlarına çəkilmiş bu şəkillər 

dövrün insanlarının mağaralarda yaşadığını 

göstərən bir dəlil deyil. Bu əsərləri meydana 

gətirən sənətkarlar yaxınlıqda bir evdə yaşaya, 

lakin əsərlərini sözü gedən mağara divarlarında 

çəkməyi üstün tutmuş ola bilərdi. Nəyi çəkəcəyini 

hansı hiss və düşüncə ilə seçəcəyi isə sənətkara 

məlumdur. Belə rəsmlər üzrə bir çox şərh verilə 

bilər, lakin veriləcək şərhlərdən həqiqətə ən çox 

zidd olanı isə onların ibtidailikdən təzəcə çıxmış 

varlıqlar tərəfindən çəkilmiş olmalarıdır. Bundan 

əlavə, BBC-nin internet vasitəsi ilə yayımlanan 

elmi səhifəsində yer alan 22 fevral 2000-ci il tarixli 

xəbərdə mağara rəsmləri ilə əlaqədar olaraq 

aşağıdakı sətirlər dərc edilmişdir:

Bunların ibtidai insanlar tərəfindən çəkildiyi 

güman edilirdi... Lakin iki alimin apardığı 

araşdırmalara görə, antik rəssamlarla bağlı bu 

qənaət tamamilə yanlışdır. Onlar bu şəkillərin 

mürəkkəb olduğunu və müasir cəmiyyətin dəlilləri 

olduğunu düşünürlər.

2

1. Roger Lewin, The Origin of Modern 



Humans, W.H. 

2. BBC News, 22 fevral 2000

Kueva de las Manos, Argentina, 15.000 il



21

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

Müasir incəsənət anlayışının bir sıra əsəri də minlərlə il sonra eyni məntiqlə 

dəyərləndirilə bilsəydi, 21-ci əsr cəmiyyətinin ibtidai qəbilə və yaxud inkişaf etmiş 

mədəniyyət olması bir sıra mübahisələrə səbəb ola bilərdi. Bundan 5000 il sonra 

müasir rəssamların tabloları heç bir zərər görmədən tapılsa və müasir dövrümüzə 

aid heç bir tarixi dəlil qalmamış olsa, həmin dövrün insanları dövrümüz haqqında nə 

düşünərdi? Van Qoqun və ya Pablo Pikassonun əsərlərini tapan gələcəyin insanları 

təkamülçü məntiqə görə hərəkət etsələr, müasir cəmiyyətimiz üçün neçə şərhlər 

verərdilər? Mənzərə şəkli çəkən Klod Mone üçün “sənaye hələ inkişaf etməmiş, insanlar 

əkinçiliklə məşğul olurdular” və ya Kandinskinin abstrakt rəsmlərinə “hələ yazıb oxuya 

bilməyən, inkişaf etməmiş insanlar müxtəlif qaralamalarla bir-birini anlayırdılar” 

şərhini vermək hazırkı dövrümüz haqqında onları doğru nəticələrə aparacaqmı?

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016 21

Pablo Pikasso, Salvador Dali və Vasili Kandinskinin əsərləri



22

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com

Pireney yarımadasının Fransaya aid hissəsində 

yerləşən Nio (Niaux) mağarası qədim dövrdə 

yaşayan insanların çəkdikləri biri digərindən effektli 

rəsmlərlə doludur.  Nio mağarasındakı rəsmlər 

1906-cı ildə aşkar edilmiş və o zamandan bu yana da 

təfsilatlı olaraq tədqiq edilir. Mağaranın ən bəzəkli 

hissəsi “Qara salon” olaraq adlandırılan qaranlıq bir 

yerdə yerləşən yüksək bir oyuqdan ibarət küncdür. 

Bizon, at, maral və dağ keçisi rəsmlərinin olduğu 

bu bölümlə əlaqəli olaraq “Müasir insanın mənşəyi” 

kitabında Rocer Levin belə şərh vermişdir: “... 

kompozisiyaların yaradılması zamanı yaradıcılıq 

və şüurun təsiri müşahidə edilir”.

1

Bu rəsmlərlə əlaqədar alimlərin diqqətini cəlb 



edən ən vacib ünsürlərdən biri də istifadə edilən boya 

texnikasıdır. Aparılan araşdırmalar bu rəsmlərdə 

təbii və yerli qaynaqları bir yerə toplayaraq xüsusi 

qarışıqların əldə edildiyini göstərir. Şübhəsiz ki, 

bu ibtidailikdən təzəcə çıxmış varlıqların edə 

bilməyəcəyi düşünmə, planlaşdırma və istehsal 

bacarığının göstəricisidir. Rocer Levin bu boyama 

texnikasını belə izah edir: 

Boyanın düzəldilməsində istifadə edilən maddələr 

(piqmentlər) və mineral aşqarlar, Üst Paleolit 

dövrünün insanları tərəfindən seçilərək xüsusi 

bir qarışıq əldə etmək üçün 5-10 mikronadək 

xırdalanırdı. Qara rəngli boya təxmin edildiyi kimi, 

odun kömürü və manqan 4-oksid idi. Lakin diqqət 

ən çox aşqarlar üzərinə yönəlmişdi. Aşqarlar, yəni 

doldurma materialları daha çox rənglərə canlılıq 

ÜSTÜN BOYA TEXNİKASI

Bizon rəsmi, 17.000 il, İspaniya, Altamira mağarası




23

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

verdiyi kimi, adından da göründüyü kimi, boyanın 

qatılaşmasını da təmin edir. Dörd müxtəlif növü 

olduğu müəyyən edilən bu maddələri tədqiqatçılar 

birdən dördə qədər sıralamışlar: talk, barit, qələvi 

çöl şpatı və biotit (mika) tərkibli qələvi çöl şpatı. Klot 

(Clottes) və həmkarları bu aşqarları özləri də sınaqdan 

keçirmiş və çox effektiv olduğunu görmüşlər.

2

 

Göründüyü kimi, istifadə edilən texnika olduqca 



inkişaf etmişdir. Bu da açıq şəkildə həqiqəti bir 

daha əks etdirir: keçmişdə ibtidai adlandırılan 

hər hansı varlıq yaşamamışdır. İnsan ilk olaraq 

var olduğu gündən bəri düşünmə, danışma, 

anlama, qavrama, qiymətləndirmə, plan qurma 

və istehsal qabiliyyəti olan üstün bir varlıqdır. 

Şəkilləri rəngləmək üçün aşqardan istifadə edən, 

bu aşqarları hazırlamaq üçün talk, barit, qələvi çöl 

şpatı və biotit kimi kimyəvi maddələri birləşdirən 

insanların guya meymunluqdan yeni çıxmış, hələ 

mədəniləşməmiş varlıqlar olduqlarını iddia etmək 

ağıla və məntiqə ziddir. 

1. Roger Lewin, The Origin of Modern Humans, W.H. 

Freeman and Company, New York, 1993, səh. 193

2. Roger Lewin, The Origin of Modern Humans, W.H. 

Freeman and Company, New York, 1993, səh. 193

Qərbi Avstraliya, Bredşou qaya təsvirləri.

Tarix: 17.000 ildən - 70.000 ilə qədər

(təxminən 1.5 milyon təsvir var)



Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə