Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   2   3   4   5   6   7   8   9   ...   14

5

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

olan insana qədər inkişaf etmişsə, bəşər tarixi 

də ibtidai insan icmalarından ən inkişaf etmiş 

insan cəmiyyətinə doğru inkişaf etmiş olmalı 

idi. Bu, elmi əsası olmayan bir fərziyyədir. Və 

bu fərziyyə materialist fəlsəfənin və təkamül 

nəzəriyyəsinin iddialarına əsasən hazırlanmış 

bəşər tarixinin özülünü təşkil edir. 

Təkamülçü alimlər bir hüceyrəlidən çox 

hüceyrəliyə və ondan sonra meymundan 

insana doğru davam edən guya təkamül 

prosesini izah edə bilmək üçün tarixin 

gedişini də uydurmuşlar. Bunun üçün ibtidai 

insanın həyat tərzini açıqlayan “mağara 

dövrü”, “daş dövrü” kimi saxta dövrlər 

uydurmuşlar. “İnsanlar meymunlarla eyni 

kökdən törəmişlər” yalanını müdafiə edən 

təkamülçülər bu iddialarını özlərinə uyğun 

tərzdə sübut etmək üçün araşdırmalar 

aparmağa başlamış və arxeoloji qazıntılar 

zamanı tapdıqları hər daşı və ya ox parçasını 

və ya bir gil qabı bu istiqamətdə şərh etmişlər. 

Halbuki, qaranlıq bir mağarada dərilərə 

bürünərək oturan, danışıq qabiliyyəti olmayan 

yarı insan yarı meymun canlılar sadəcə 

bir təxəyyül məhsuludur. İbtidai insan 

heç vaxt olmamış, daş dövrü heç vaxt 

yaşanmamışdır. Bunlar təkamülçülərin bəzi 

kütləvi informasiya vasitələrinin də köməkliyi 

ilə formalaşdırdıqları gözbağlayıcıdan başqa 

bir şey deyil. 

Bunlar gözbağlayıcıdır, belə ki, biologiya, 

paleontologiya, mikrobiologiya, genetika 

kimi elm sahələri başda olmaqla, ümumi 

elm aləmində baş verən nailiyyətlər bu gün 

təkamül iddiasını tamamilə darmadağın 

etmişdir. Canlı növlərin bir-birilərinə 

çevrilərək təkamülə məruz qalması iddiasının 

əsassız olduğu aydın olmuşdur. Eyni qaydada 

insan da meymunabənzər canlılardan təkamül 

nəticəsində meydana gəlməmişdir. 

İnsan var olduğu gündən bu yana insan-

dır. Var olduğu gündən bu yana yüksək 

mədəniyyətə malikdir. Bu, o deməkdir ki, 

tarixin təkamülü də heç vaxt baş verməmişdir. 

İbtidai insan

heç vaxt 

olmamış, 

daş dövrü 

heç vaxt 

yaşanmamışdır. 

Bunlar 

təkamülçülərin 

bəzi kütləvi 

informasiya 

vasitələrinin 

də köməkliyi ilə 

formalaşdırdıqları 

gözbağlayıcıdan 

başqa bir şey 

deyil. 

İnsan var olduğu 

gündən bu yana 

insandır. Var olduğu 

gündən bu yana 

yüksək mədəniyyətə 

malikdir. Bu, o 

deməkdir ki, tarixin 

təkamülü də heç vaxt 

baş verməmişdir. 



B

əşər tarixini təsvir edən təkamülçülərin 

hər hansı əsərini tədqiq etdiyimiz zaman 

ilk diqqəti cəlb edən məqamlardan biri

insanın uydurma əcdadlarının gündəlik həyatına 

dair təfsilatlı  təsvirlərdir. İstifadə edilən təlqin etmə 

metodundakı əminliyin təsiri ilə mövzu barədə 

məlumatı olmayan insan bütün bu izah edilənlərin 

elmi dəlillərə əsaslandırıldığını fikirləşə bilər. 

Təkamülçü alimlər sanki həmin dövrdə yaşamış, 

müşahidə aparmaq imkanına malik olmuş kimi 

təfsilatlı hekayələr danışırlar: iki ayaq üzərində 

durmağa başlayan uydurma əcdadlarımızın əlləri 

boş qalanda alətlər düzəltməyə başladıqlarını, uzun 

dövrlər ərzində sadəcə daşdan istifadə etdiklərini, 

taxta və daşdan başqa heç bir alətlərinin olmadığını, 

dəmir, mis və tuncdan istifadə etməyi daha sonrakı 

dövrlərdə öyrəndiklərini qeyd edirlər. Lakin bu 

izah edilənlər elmi dəlillərlə deyil, təkamülçülərin 

ön mühakimələrinə uyğun olaraq tapıntıların yanlış 

şərhinə əsaslanan hekayələrdir. 

6

Düşünən İnsan, Sentyabr 2016



www.dasdovru.elmisaytlar.com

TƏKAMÜLÇÜLƏR 

ARXEOLOJİ QAZINTILARI

İZAH EDƏ BİLMİR


Arxeoloq Pol Ban bəşər tarixinin təkamülü 

ssenarisinin bir nağıldan ibarət olduğunu belə ifadə 

edir:

“Elmin necə də böyük hissəsi hekayələrə əsaslanır! 

Hekayə sözünü yaxşı mənada işlədirəm, lakin yenə də 

hekayədir ki, hekayə. Bəşər övladının təkamülünə dair 

ənənəvi ssenarini düşünün: ov etmək üçün od, məskən 

salmaq üçün od, qaranlıq mağaralar, ayinlər, alətlərin 

düzəldilməsi, yaşlanma, mübarizə və ölümlə bağlı 

hekayələri. Nə qədəri sümük və qalıqlara, nə qədəri isə 

ədəbi meyarlara əsaslanır”.

1

 

Pol Banın dəqiq olaraq ifadə etməkdən çəkindiyi 

sualın cavabı açıq aşkar görünür, bəşər tarixinin 

uydurma təkamülü elmi deyil, tamamilə ədəbi 

meyarlara əsaslanır. 

Həqiqətən də, bu hekayələrdə çox cavabsız məqam, 

məntiqi ziddiyyət və pozuntular var. Ancaq təkamülçü 

doqmalarla düşünən bir insan bu ziddiyyətləri görə 

bilməz. Məsələn, təkamülçülər daşın yonulması 

dövründən bəhs edir, lakin həmin dövrə aid alət 

və ya qalıqların necə yonulub forma aldıqlarını izah 

etmirlər.  Təkamülçülərin dinozavrların milçəkləri 

qovarkən qanadlarını inkişaf etdirərək uçmağa 

başladığını irəli sürdüyü halda, milçəyin isə necə 

uçduğunu heç vaxt izah edə bilmədikləri kimi, on 

minlərlə əvvələ aid qalıqların necə düzəldilib formaya 

salındığını izah edə bilmirlər. Mövzunun bu tərəfini 

tamamilə unutmağa və unutdurmağa çalışırlar.  

Halbuki, daşı yonub ona forma vermək çox çətin 

bir işdir. Daşı daşa sürtərək, tarixdən əvvəlki dövrə 

aid qalıqlarda olduğu kimi, mükəmməl dəqiqlikdə və 

sivrilikdə kəsilmiş alətlər əldə etmək mümkün deyil. 

Qranit, bazalt və ya doleritə bənzəyən sərt daşların 

parçalanıb dağılmadan, ağac kütləsi kimi nazik 

kəsilməsi yalnız, polad əyələrin, tokar dəzgahlarının, 

rəndələrin, daş kəsimi və cilalanması üçün istifadə 

edilən digər alətlərin mövcudluğu ilə mümkün ola 

bilərdi. Yenə on minlərlə il əvvələ aid qolbağıların, 

sırğaların, boyunbağıların, kürələrin daşdan istifadə 

etməklə düzəldilmədiyi gün kimi aydındır. Həmin 

əşyalardakı kiçik dəliklər daşla vurularaq açıla 

Bu vaxta qədər tapılmış ən 

qədim 40.000 illik bilərzik 

onu göstərirki, qədim 

insanlar müasir alətlərdə 

olduğu kimi deşməy 

bacarıblar. (Denisova, Rusiya)

7

Düşünən İnsan, Sentyabr 2016



Düşünən İnsan, Sentyabr 2016


Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə