Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Vərəm əleyhinə I sıra dərman vasitələrinə aşağıdakılardan hansı aid deyil?



Yüklə 2,43 Mb.
səhifə5/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   2   3   4   5   6   7   8   9   ...   25

267) Vərəm əleyhinə I sıra dərman vasitələrinə aşağıdakılardan hansı aid deyil?
A) Etambutol

B) Kanamisin

C) Pirazinamid

D) Streptomisin

E) İzoniazid
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
268) Vərəm əleyhinə II sıra dərman vasitələrinə aşağıdakılardan hansı aiddir?
A) Klaritromisin

B) Rifampisin

C) İzoniazid

D) Amoksasillin/klavulon turşusu

E) Etionamid
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
269) Vərəm əleyhinə III sıra dərman vasitələrinə aşağıdakılardan hansı aiddir?
A) PAST

B) Kanamisin

C) Amoksasillin/klavulon turşusu

D) Etionamid

E) Sikloserin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
270) Aşağıdakı reseptorların hansının oyanması nəticəsində böyrək damarlarında dilatasiya baş verir?
A) α2 adrenoreseptorların

B) Dopamin D2 reseptorların

C) α1 adrenoreseptorların

D) Dopamin D1 reseptorların

E) β1 adrenoreseptorların
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
271) 61 yaşı dializə gedən kişidə Pseudomonas aeruginosa seprisemiyası inkişaf edir. Bu xəstəyə yalnız aerob Gram neqativ bakteriyalara qarşı təsirli olan, Gram müsbət bakteriyalara təsir etməyən bir antibiotik təyin edilmişdir. Bu xəstənin müalicəsində hansı antibiotik təyin edilmişdir?
A) İmipenem

B) Aztreonam

C) Sefaleksin

D) Gentamisin

E) Sefrtiakson
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
272) Hansı sırada klaritromisinin eritromisindən fərqi duzgün göstərilməyib?
A) Daxilə qəbul zamanı biomənimsənilməsi yaxşıdır

B) Hamiləlik və laktasiya dövründə istifadə edilir

C) Toxumalarda daha yüksək konsentrasiyası yaranır

D) H.pylori-yə və atipik mikobakteriyalara münasibətdə daha aktivdir

E) 6 aylığa qədər uşaqlara təyin olunmur
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
273) Azitromisin daxilə necə qəbul edilməlidir?
A) Yeməkdən 1 saat əvvəl

B) Yemək vaxtı

C) Yeməkdən 1 saat sonra

D) Yeməkdən 20 dəqiqə sonra

E) Yeməklə heç bir əlaqəsi yoxdur
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
274) 1 aydan 12 yaşa qədər olan uşaqlara amoksisillin daxilə necə təyin olunmalıdır?
A) 5-10 mq/kq/gün 2 dəfə qəbul

B) 25-35 mq/kq/gün 4 dəfə qəbul

C) 60-70 mq/kq/gün 3 dəfə qəbul

D) 15-20 mq/kq/gün 2 dəfə qəbul

E) 30-60 mq/kq/gün 3 dəfə qəbul
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
275) Benzilpenisillin 1 aydan 12 yaşa qədər olan uşaqlara parenteral necə təyin olunur?
A) 50-100 TV/kq/gün 2 dəfə

B) 50-150 TV/kq/gün 4 dəfə

C) 250-300 TV/kq/gün 1 dəfə

D) 100-200 TV/kq/gün 4 dəfə

E) 50-100 TV/kq/gün 3 dəfə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
276) Nə üçün yaşlı şəxslərə aminoqlizkozidlərin təyini arzuolunmazdır?
A) Ağız boşluğunun kandidozuna səbəb olmasına görə

B) Nefrotoksik və ototoksik təsirinin olmasına görə

C) Bakteriostatik təsirə malik olmasına görə

D) Hemolitik anemiya yaratmasına görə

E) Yüksək neyrtropeniya yartmasına görə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
277) Ko-trimoksazol sulfametoksazol və trimetopriminin hansı nisbətdə kombinasiyasından ibarətdir?
A) 2/3

B) 3/2


C) 10/4

D) 5/1


E) 2/1
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
278) Ko-trimoksazol necə qəbul olunmalıdır?
A) yemək vaxtı 0.5 stəkan su ilə

B) acqarına 1 stəkan su ilə

C) yeməkdən 25 dəqiqə sonra 1 stəkan turş meyvə şirəsi ilə

D) yeməkdən 10 dəqiqə sonra 25ml su ilə

E) acqarına 1 stəkan süd ilə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
279) Furazolidon yetkin şəxslərə necə təyin olunmalıdır?
A) 0.1 qr 6saatdan bir

B) 3 qr 5 saatdan bir

C) 1 qr 2 saatdan bir

D) 5 qr 6 saatdan bir

E) 0.001 qr 4 saatdan bir
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
280) Aşağıdakılardan hansı əzələ daxili yeridilən peyvəndlərə aid deyil?
A) Poliomielitə qarşı peyvənd

B) Pnevmokoka qarşı peyvənd

C) Hepatit B-yə qarşı peyvənd

D) AGDT qarşı peyvənd

E) Antirabik peyvənd
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
281) Aşağıda hansı antibiotik və onun əlavə təsiri düzgün göstərilməyib?
A) Klindamisin-Psevdomembranoz enterokolit

B) Xloramfenikol-“boz bəbək” sindromu

C) Eritromisin-Xoleostatik hepatit

D) Amikasin-aplastik anemiya

E) Doksisiklin-Psevdotumor cerebri
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
282) Tetrasiklin təyin olunması üçün uşağın ən az neçə yaşı olmalıdır?
A) 10

B) 4


C) 3

D) 8


E) 1
Ədəbiyyat: -TUS Deneme sınavı-2011 yaz dönemi
283) Aşağıdakılardan hansı per os yolla alınan dərmanın biomənimsənilməsinə təsir etmir?
A) Dərmanın portal yolla və ya karaciyərdə metobolizmə uğraması

B) Dərmanın bağırsaqda və bağırsaq divarında metobolizmə uğraması

C) Bağırsaqlardan sorulan maddə miqdarı

D) Dərmanın farmasevtik şəkli

E) Böyrəklərdən atılan miqdarı
Ədəbiyyat: TUS Deneme sınavı-2011 yaz dönemi
284) Bakterial meningitlərin müalicəsində penisillinin (Na) duzu hansı dozada və neçə gün müddətinə təyin olnur?
A) 10 mln TV/gündə 3 dəfə-7 gün

B) 20 mln TV/gündə 6 dəfə-3 gün

C) 5 mln TV/gündə 4 dəfə-10 gün

D) 3mln TV/gündə 3 dəfə-5 gün

E) 4 mln TV/gündə 6 dəfə-14 gün
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
285) Streptococcus agalactiae mənşəli bakterial meningit neçə gün antibakterial preparatlarla müalicə edilməlidir?
A) 21

B) 3-5


C) 7

D) 10-14


E) 14-21
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
286) Xəstədə döş sümüyü arxasında və döş qəfəsinin sol yarısında uzun müddət davam edən intensiv xarakterli ağrı əmələ gəlmiş və arterial təzyiqin səviyyəsi kəskin enmişdir. Bu vəziyyət aşağıdakılardan hansı üçün xarakterik deyil?
A) Aortanın laylanan anevrizması

B) Ağciyər arteriyasının tromboemboliyası

C) Bayılma

D) Kardiogen şok

E) Kəskin miokard infarktı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
287) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Aortal stenoz

B) Pulmonar çatmamazlıq

C) Aortal çatışmazlıq

D) Mitral stenoz

E) Trikuspidal stenoz
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
288) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Mədəciklər arası çəpərin defekti (ağciyər hipertenziyası ilə)

B) Aortal çatışmazlıq

C) Aortanın laylanması

D) Mitral stenoz

E) Qulaqcığın şişləri
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
289) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Aortanın laylanması

B) Trikuspidal stenoz

C) Aortal çatışmazlıq

D) Aortit

E) Ağ ciyər arteriyası qapaqlarının çatmamazlığında
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
290) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Trikuspidal stenoz

B) Pulmonal stenoz

C) Mitral stenoz

D) Pulmonal arteriya qapaqlarının çatmamazlığı

E) Aortal çatışmazlıq
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
291) Aşağıdakı hansı vəziyyətdə sistolik küy eşidilir?
A) Trikuspidal stenoz

B) Aorta qapağının çatışmazlığı

C) Pulmonal arteriya qapaqlarının çatmamazlığı

D) Qulaqcığın şişləri

E) Mitral qapağın prolapsı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
292) Aşağıdakı hansı vəziyyətdə diastolik küy eşidilir?
A) Mədəciklər arası çəpərin defekti

B) Aortit

C) Kəskin mitral requrgitasiya

D) Aortal qapaq çatmamazlığında

E) Aortanın koarktasiyası
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
293) Aşağıdakı hansı vəziyyətdə diastolik küy eşidilir?
A) Mitral çatışmazlıq

B) Qulaqcığın şişlərində

C) Aortal stenoz

D) Trikuspidal çatışmazlıq

E) Ağciyər arteriyası dəliyinin daralması
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
294) Aşağıdakı hansı vəziyyətdə diastolik küy eşidilir?
A) Aortal stenoz

B) Aortanın koarktasiyası

C) Trikuspidal çatışmazlıq

D) Mitral stenoz

E) Mitral qapağın prolapsı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.187.
295) Sağ qulaqcığın hipertrofiyası və dilatasiyası hansı patologiya üçün xarakterik deyil?
A) Aortal çatışmazlıq

B) Ağciyər hipertenziyası

C) Trikuspidal stenoz

D) Üç taylı qapağın çatışmazlığı

E) Ağciyər ürəyi
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
296) Sol qulaqcığın hipertrofiyası və dilatasiyası hansı patologiya üçün xarakterik deyil?
A) Trikuspidal çatışmazlıq

B) Pulmonar arteriya qapaqlarının çatmamazlığı

C) Mitral stenoz

D) Mitral çatışmazlıq

E) Trikuspidal stenoz
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
297) Sol mədəciyin hipertrofiyasının EKQ əlamətinə aid deyil?
A) Sv1 +Rv5 >35 mm

B) Rv1 >7 mm

C) RI+SIII >25 mm

D) RAvL >11 mm

E) Rv5-6 >26 mm
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
298) Sağ mədəciyin hipertrofiyasının EKQ əlamətinə aid deyil?
A) Rv1 >7 mm

B) Rv5-6 <26 mm

C) RavF >11 mm

D) Rv1 +Sv5-6 >10,5 mm

E) Sv5-6 >7 mm
Ədəbiyyat: Ж.Д. Кобалава, , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
299) Hansı aparmalarda (-) T dişinin olması sol mədəciyin aşağı divarının işemiyasını göstərir?
A) I, AVL, V3-4

B) I, AVL, V5-6

C) II, AVL, V1-3

D) II, III, AVF

E) I, AVL, V1-3
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
300) T dişinin (-) olması yaxud amplitudasının azalması nə zaman müşahidə edilmir?
A) Perikarditlərdə

B) Qadınlarda hiperventilyasiya zamanı

C) Hiperkaliemiyada

D) Qara dərililərdə

E) Normada uşaqlarda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
301) T dişinin (-) olması yaxud amplitudasının azalması nə zaman müşahidə edilmir?
A) Kardiomiopatiyada

B) Vaqotoniyada

C) Miokarditdə

D) Miksedemada

E) Amiodaron qəbulu fonunda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
302) T dişinin amplitudasının artması nə zaman qeyd edilir?
A) Miokardın subendokardial işemiyasında

B) Hipokaliemiyada

C) His dəstəsi sol qulaqcığının blokadası zamanı

D) Taxikardiyadan sonra (postaxikardial sindrom)

E) Hipotireozda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
303) ST seqmentinin elevasiyası nə zaman müşahidə edilmir?
A) Kəskin perikarditdə

B) Hipokaliemiyada

C) Döş qəfəsinin deformasiyası zamanı

D) Azan siniri tonusu artan zaman

E) Q dişli kəskin infarktda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
304) ST seqmentinin elevasiyası nə zaman müşahidə edilmir?
A) Hipokaliemiyada

B) Hipotermiyada

C) Bruqada sindromunda

D) Aritmogen sağ mədəcik kardiomiopatiyasında

E) Ağciyərin emboliyası
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
305) ST seqmentinin elevasiyası nə zaman müşahidə edilmir?
A) Sol tərəfli pnevmotoraksda

B) Hipotireozda

C) Bruqada sindromunda

D) Aortanın laylanan anevrizmasında

E) Kokain intoksikasiyasında
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
306) ST seqmentinin depressiyası hansı patologiya üçün daha xarakterikdir ?
A) Azan sinirin tonusunun artmasının

B) Aritmogen sağ mədəcik kardiomiopatiyasının

C) Ağciyərin emboliyasının

D) Miokardın işemiyasının

E) Kəskin perikarditin
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.188.
307) Aşağıda göstərilən patologiyalardan hansında patoloji Q dişi qeyd edilmir?
A) ST seqmentinin elevasiyası olmayan infarktda

B) Ağciyərin emboliyasında

C) Kəskin diffuz miokarditdə

D) Kəskin koronar sindrom abortiv infarktla

E) Takosubo sindromunda
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.189.
308) Tredmil sınağının nə zaman aparılması məsləhət görülmür?
A) His dəstəsi sağ ayaqcığının blokadası zamanı

B) Sakitlikdə ST seqmentinin 1 mm-dən az depressiyası zamanı

C) Sol mədəciyin hipertrofiyası əlamətləri və ST seqmentinin 1 mm-dən az depressiyası olanlarda

D) Kardiostimulyatorlu xəstələrdə

E) Vazospastik stenokardiyada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.191.
309) Tredmil sınağının nə zaman aparılması məsləhət görülür?
A) Aritmiyalarda

B) Miokardın keçici işemiyası zamanı

C) Ağır yanaşı patologiyalar zamanı

D) Dilatasion kardiomiopatiyalarda

E) Ürək çatışmazlığının dekompensasiyası zamanı
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.190, 191.
310) Tredmil müayinəsi nə zamana qədər davam etdirilə bilər?
A) AV blokadalar əmələ gəldikdə

B) Hiss dəstəsi ayaqcıqlarının blokadası əmələ gəldikdə

C) AT və ÜDS- nin submaksimal göstəricilərinə çatana qədər işemiyanın kliniki və EKQ əlamətləri qeyd edilməzsə

D) Yükün artırılması zamanı AT-nin >20 mm c.süt. enməsi zamanı

E) Mədəcik tipli aritmiyalar əmələ gəldikdə
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.190, 191.
311) Aşağıda sadalanan patologiyalardan hansının əmələ gəlməsində genetik dəyişikliklər qeyd edilmir?
A) QT intervalının uzanması zamanı

B) Bruqada sindromunda

C) Hipertrofik kardiomiopatiyada

D) İnfeksion endokarditdə

E) Aritmogen sağ mədəcik kardiomiopatiyasında
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.196.
312) Aşağıda sadalanan patologiyalardan hansının əmələ gəlməsində genetik dəyişikliklər aşkar edilmir?
A) Nunan sindromunda

B) Polimorf mədəcik taxikardiyasında

C) Stenokardiyada

D) Ailəvi qulaqcıq fibrilyasiyasında

E) Sinus düyünü zəifliyi sindromunun bəzi hallarında
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.196.
313) Aşağıda sadalanan preparatlardan hansı xroniki ürək çatışmazlığının əmələ gəlməsinə şərait yaratmır?
A) Hormonal preparatlar (estrogenlər, androgenlər)

B) Qeyri dihidropridin, kalsium antoqanistləri

C) Qlikokortikoidlər

D) Qeyri-steroid iltihab əleyhinə preparatlar

E) Angiotenzin II reseptorların antaqonistləri
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.198.
314) Aşağıda sadalanan preparatlardan hansı xroniki ürək çatışmazlığının əmələ gəlməsinə şərait yaratmır?
A) Antiaritmik preparatlar (amiodarondan başqa)

B) Ca antaqonistləri (verapamil, diltiazem)

C) Trisiklik antidepressantlar

D) Karboanhidrazanın inhibitoru

E) Oral kontraseptivlər
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.198.
315) Xroniki ürək çatışmazlığının əmələ gəlməsində hansı proses baş vermir?
A) Vazopressinin sintezinin artması

B) Renin-angiotenzin-aldosteron sisteminin aktivləşməsi

C) Kallikrein-kinin-prostaqlandin sistemi aktivliyinin azalması

D) Qulaqcıq natriuretik peptidin sintezinin artması

E) Parasimpatik sinir sistemi aktivliyinin artması
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.198.
316) Ürək atımı hansı xəstəlikdə azalır?
A) Anemiyada

B) Xroniki ağciyər ürəyində

C) Beri-beri xəstəliyində

D) Hipertireozda

E) Dilatasion kardiomiopatiyada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.199.
317) Xroniki ürək çatışmazlığının proqressivləşməsinə aşağıdakılardan hansı şərait yarada bilməz?
A) Tromboemboliya

B) Fiziki aktivliyin artması

C) Xörək duzunun qəbulunun azaldılması (≤ 3q/gün)

D) Aritmiyalar

E) Kəskin infeksiya
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.199.
318) Çapma ritmi nədir?
A) II tonun güclənməsi

B) Sistolo-diastolik küydür

C) Patoloji III və ya IV tonu əmələ gəlməsi

D) I tonun güclənməsi

E) Bu ritm sistola zamanı əmələ gəlir
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.199.
319) I funksional sinif xroniki ürək çatışmazlığında xörək duzunun istifadəsi gün ərzində neçə qram olmalıdır?
A) Məhdudiyyət qoymaq lazım deyil

B) 5q/ gündən az

C) 3q/gündən az

D) 3-5q gündə

E) 5-10q/gündə
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.202.
320) II funksional sinif xroniki ürək çatışmazlığında xörək duzunun istifadəsi neçə qram olmalıdır?
A) <1,5 q/gün(az) NaCl

B) 1,5-3q/gün NaCl

C) 5q/gün NaCl

D) 3-5 NaCl

E) 5-10q/gün NaCl
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.202.
321) III funksional sinif xroniki ürək çatışmazlığında xörək duzunun istifadəsi neçə qram olmalıdır?
A) 5-6q/gün NaCl

B) 1-3q/gün NaCl

C) <1q/gün (az) NaCl

D) 3-5q/gün NaCl

E) 7 q/günNaCl
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.202.
322) Aşağıdakılardan hansı əlamət angiotenzin çevirici fermentin inhibitorunun (AÇFİ) yanaşı təsirinə aid deyil?
A) Kreatinin konsentrasiyasının artması

B) Hiperkaliemiya

C) Öskürək

D) Hipokaliemiya

E) Hipotenziya
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.C. Моисеев “Основы внутренней медицины”, 2014, стр.203.
323) Xroniki ürək çatışmazlığının müalicəsində aşağıdakı β-adrenoblokatorlardan hansının istifadəsi məsləhət görülmür?
A) Karvedilol

B) Metoprolol

C) Nebivolol

D) Atenolol

E) Bisoprolol
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.203.
324) β - adrenoblokatorlar hansı qrup antiaritmik preparatlar sırasına aiddir?
A) II

B) I a


C) IV

D) I c


E) III
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
325) Xroniki ürək çatışmazlığının müalicəsində bisoprololun maksimal gündəlik dozası nə qədər ola bilər?
A) 3,75 mq/gün

B) 10 mq/gün

C) 7,5 mq/gün

D) 2,5 mq/gün

E) 5 mq/gün
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
326) Xroniki ürək çatışmazlığının müalicəsində nebivololun maksimal gündəlik dozası nə qədər ola bilər?
A) 2,5-5 mq/gün

B) 5 mq/gün

C) 7,5 mq/gün

D) 10 mq/gün

E) 5-7,5 mq/gün
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
327) Aşağıdakılardan hansı xroniki ürək çatışmazlığının müalicəsində beta adrenoblokatorların təyinatına əks-göstəriş deyil?
A) Bradikardiya (ürək yığılmalarının sayı <50 vurğu/dəq)

B) Ağciyərlərin ağır xroniki obstruktiv xəstəliyi

C) Simptom hipotenziya (sistolik arterial təzyiq <85 mm c.süt.)

D) Obliterasiya edici endarteriit

E) I dərəcəli atrioventrikulyar blokada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
328) Xroniki ürək çatışmazlığının müalicəsində ürək qlikozidlərinin istifadəsi nə zaman əks-göstəriş hesab edilir?
A) WPW (Volf-Parkinson-Uayt) sindromu zamanı

B) Atma fraksiyası <25% olan sinus ritmli xəstələrdə

C) Xroniki ürək çatışmamazlığı səyrici aritmiya ilə ağırlaşdıqda

D) Arterial hipotenziya və ciddi sistolik disfunksiya ilə müşayiət olunan xroniki ürək çatışmazlığında

E) Sistolik disfunksiya ilə müşayiət olunan dilatasion kardiomiopatiyada
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.204.
329) Hidroxlortiazid hansı qrup diuretiklərə aiddir?
A) Osmotik diuretiklərə

B) Tiazid qrupuna

C) İlgək diuretikləri qrupuna

D) Aldosteronun antaqonistlərinə

E) Karboanhidrazanın inhibitorlarına
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.205.
330) Furosemid hansı qrup diuretiklərə aiddir?
A) Tiazid diuretiklərinə

B) Aldosteronun antaqonistlərinə

C) Osmotik diuretiklərə

D) İlgək diuretiklərinə

E) Karboanhidrazanın inhibitorlarına
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.205.
331) Asetazolamid (diakarb) hansı qrup diuretiklərə aiddir?
A) Tiazid diuretikinə

B) İlgək diuretikinə

C) Osmotik diuretikə

D) Karboanhidrazanın inhibitorlarına

E) Aldosteronun antaqonistinə
Ədəbiyyat: Ж.Д. Кобалава , С.В. Моисеев, В.С. Моисеев. «Основы внутренней медицины», 2014, стр.205.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə