Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Bronxial astmanın müalicəsində anti - İgE terapiyası məqsədi ilə nə istifadə edilir?



Yüklə 2,43 Mb.
səhifə3/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   2   3   4   5   6   7   8   9   ...   25

135) Bronxial astmanın müalicəsində anti - İgE terapiyası məqsədi ilə nə istifadə edilir?
A) Loratadin

B) Zafirlukast

C) Motelukast

D) Ketotifen

E) Omalizumab
Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
136) Bronxoektazların aparıcı kliniki simptomu nədir?
A) Selikli bəlğəmlə öskürək

B) İrinli bəlğəmlə öskürək

C) Arıqlama

D) Boğulma tutmaları

E) Qanhayxırma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
137) Bronxoektazların yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən müasir qeyri - invaziv diaqnostika üsulu hansıdır?
A) Angioqrafiya

B) Bronxoskopiya

C) Kompüter tomoqrafiya

D) Rentgenqrafiya

E) Bronxoqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
138) Kartagener sindromunun xüsusiyyətləri hansılardır?
A) Bronxoektazlar, mukovissidoz, orqanların transpozisiyası

B) Bronxoektazlar, sinusit, orqanların transpozisiyası

C) Bronxoektazlar, sinusit,hepatosplenomeqaliya

D) Bronxoektazlar, mukovissidoz, sinusit

E) Bronxoektazlar, mukovissidoz, ağ ciyər seqmentinin və ya payının hipoplaziyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
139) Bronxoektazların əsas auskultativ əlamətlərinə aşağıdakılardan hansı aiddir?
A) Zəif sərt tənəffüs

B) Krepitasiyalar

C) Yayılmış quru xırıltılar, ara bir yaş xırıltılarla

D) Plevranın sürtünmə küyü

E) Müxtəlif həcmli yaş xırıltılar, ara bir quru xırıltılarla
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
140) Bronxoektazların dəqiq, yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən, invaziv diaqnostika üsulu hansıdır?
A) Angioqrafiya

B) Bronxoqrafiya

C) Kompüter tomoqrafiya

D) Rentgenqrafiya

E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
141) Mukovissidoz xəstəliyi tənəffüs orqanlarından başqa hansı sistemi zədələyir?
A) Damar sistemini

B) Sinir sistemini

C) Əzələlə sistemini

D) Həzm sistemini

E) Sümük sistemini
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
142) Mukovissidozun spesifik diaqnostik müayinəsi hansıdır?
A) Bronxodilatasion test

B) Tər testi

C) Bəlğəmin müayinəsi

D) Bronxoqrafiya

E) Qanın müayinəsi
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
143) Emfizema zamanı döş qəfəsində vizual nə müşahidə etmək olar?
A) Kaxektik döş qəfəsi

B) Çəlləkvari döş qəfəsi

C) Döş sümüyünün qıfvari deformasiyası

D) Döş qəfəsi dəyişikliksiz olur

E) Döş sümüyünün qabarması
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
144) Emfizemalı xəstələrin müşahidəsinə hansı terapevtik tədbir daxil deyil?
A) Risk faktorları təsirinin azaldılması

B) Dərman terapiyası

C) Aktiv fizioterapiya

D) Reabilitasiya

E) Uzunmüddətli oksigenterapiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
145) Aşağıdakılardan hansı emfizemalı xəstələrdə ölüm riskini artıran amillərə aid deyil?
A) Daimi oksigen qəbulu məcburiyyəti

B) Aşağı pay emfizeması

C) Yüksək bədən çəkisi indeksi

D) Hemoqlobinin səviyyəsinin aşağı olması

E) Fiziki aktivlik
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
146) Amforik tənəffüs hansı patologiyada eşidilə bilər?
A) Ağciyər absesi

B) Krupoz pnevmoniya

C) Bronxoektazlar

D) Bronxial astma

E) Emfizema
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
147) Ağciyər absesinin rentgenoloji şəkli necə olur?
A) Üçbucaq şəkilli infiltrasiya

B) Nazik divarlı boş dairə

C) Daxilində üfuqi maye səviyyəsi olan dairə

D) Rentgenoloji təyin edilmir

E) Ağciyərin qeyri homogen kölgəliyi
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
148) Ağciyər absesini ilk növbədə hansı xəstəliklə differensasiya etmək tövsiyyə olunur?
A) Tuberkulyoma

B) Ağciyər exinokokkozu

C) Asperqillyoma

D) Ağ ciyər xərçəngi

E) Kavernoz vərəm
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
149) Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin risk faktorları içərisində ilk növbədə aşağıdakılardan hansının rolu daha böyükdür?
A) Genetik meyillik

B) Peşə tozları

C) Oksidləşdirici stress

D) Respirator infeksiyalar

E) Tütün tüstüsü
Ədəbiyyat: “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
150) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin ağırlıq mərhələləri adətən nəyə əsasən müəyyən olunur?
A) Klinik simptomlara əsasən

B) Qanın müayinəsinə əsasən

C) Bəlğəmin müayinəsinə əsasən

D) Rentgenoloji müayinələrə əsasən

E) Spirometriya nəticəsinə əsasən
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
151) Hansı preparatlar ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin müalicəsində mərkəzi rol oynayır?
A) Kortikosteroidlər

B) Bronxolitiklər

C) Antioksidantlar

D) Antibiotiklər

E) Bəlğəm mukokinetikləri
Ədəbiyyat: “Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi üzrə klinik protokol.” Bakı. 2008
152) Hamilə qadınlarda hansı antibiotikin istifadəsi döl üçün tam təhlükəsizdir?
A) Tetrasiklin

B) Seftriakson

C) Ofloksasin

D) Vilprafen (cozamisin)

E) Gentamisin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
153) Membranstabilizatorlarına hansı preparat aiddir?
A) Sadalananların hamısı

B) Na kromoqlikat

C) Ca antaqonistləri

D) Na nedokromil

E) Ketotifen
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
154) Qlisiram preparatı hansı bitkidən alınıb?
A) Biyan kökü

B) Andız


C) Dazıotu

D) Bağayarpağı

E) Çobanyastığı
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
155) Ağciyər arteriyasının hipertenziyasının qiymətləndirilməsində ən informativ qeyri-invaziv müayinə üsulu hansıdır?
A) Exokardioqrafiya

B) Spirometriya

C) Rentgenqrafiya

D) Elektokardioqrafiya

E) Kompüter tomoqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
156) İdiopatik fibrozlaşan alveolitdə, pnevmokoniozlarda ağciyərlərdə gedən fibrozlaşma prosesini ləngidən preparat aşağıdakılardan hansıdır?
A) İzoniazid

B) Prednizolon

C) Delagil

D) Vitamin E

E) Kuprenil
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
157) Hansı bağırsaq paraziti inkişaf dövründə ağ ciyər toxumasını və nəfəs yollarını zədələyir?
A) Strongiloidoz

B) Teniarinxoz

C) Enterobioz

D) Lyamblioz

E) Blastositoz
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
158) Ağ ciyər exinokokkozuna aid rentgenoloji xüsusiyyət nədir?
A) Qeyrihomogen kölgəlik

B) Daxilində üfuqi maye səviyyəsi olan dairə

C) Dairəvi kistanın kənarında oraqvarı işıqlı xəttin olması

D) Nazik divarlı kistoz boşluq

E) Yayılmış infiltrasiya daxilində işıqlı sahələrin olması
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
159) Kəskin respirator infeksiyaların ağırlıq əlaməti hansıdır?
A) Sаdаlаnаnlаrın hamısı

B) Hemorragik simptom

C) İlk dəfə baş vermiş qıcolmalar

D) Tənəffüs çatışmazlığı

E) Parenteral rehidratasiya tələb edən susuzlaşma
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
160) Qrip infeksiyasından sonra yorğunluq, zəiflik və s. postinfeksion asteniya əlamətləri neçə müddət davam edə bilər?
A) 1 ay

B) 1 həftə

C) 2 - 3 həftə

D) 10 gün

E) 3 - 4 gün
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
161) Kəskin respirator infeksiya zamanı hamilələrdə əsasən hərarəti endirmək məqsədilə hansı qeyri - steroid iltihabəleyhinə preparatın istifadəsi nisbətən təhlükəsizdir?
A) Analgin

B) Parasetamol

C) Amidopirin

D) İbuprofen

E) Aspirin
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
162) Hansı profilaktik vasitə qrip infeksiyasına qarşı tam müdafiəni təmin etməyə imkan verir?
A) Şəxsi gigiyenaya riayət

B) Qrip infeksiyasına qarşı tam müdafiəni təmin edən vasitə yoxdur

C) Vitamin C və Exinaseya preparatları

D) Virus əleyhinə preparatların qəbulu

E) Qripə qarşı vaksinasiya
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
163) Qripə qarşı vaksinasiyaya əks-göstəriş?
A) Keçmişdə vaksinə qarşı ağır reaksiyası olanlar

B) 6 aylıqdan kiçik uşaqlar

C) Yüksək hərarətlə müşaiyət olunan xəstəliyi olanlar

D) Sadalananların hamısı

E) Toyuq yumurtasına ağır allergiyası olan şəxslər
Ədəbiyyat: “Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları və qrip üzrə klinik protokol”, Bakı 2008
164) Hansı bronx-ağ ciyər patologiyası döş qəfəsində ağrı ilə müşaiyət ola bilər?
A) Plevrit

B) Pnevmotoraks

C) Sadalananların hamısı

D) Şiş xəstəlikləri

E) Traxeobronxit
Ədəbiyyat: “Döş qəfəsində ağrının differensial diaqnostikası üzrə klinik protokol”, Bakı 2008
165) Bəlğəmli öskürəkdə hansı preparatı təyin etmək tövsiyyə olunmur?
A) Asetilsistein

B) Mukaltin

C) Karbosistein

D) Ambroksol

E) Libeksin
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
166) İnhalyasion kortikosteroidlərin yaratdığı orofaringeal kandidozun qarşısını nə ilə almaq mümkündür?
A) Ağız boşluğunu yaxalamaq

B) Preparatı yeməkdən sonra istifadə etmək

C) Antifunqal preparatları qəbul etmək

D) Preparatı yeməkdən öncə istifadə etmək

E) Preparatları nebulayzerlə qəbul etmək
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
167) İnhalyasion kortikosteroid hansıdır?
A) Beklametazon

B) Ksolar

C) İpratropium

D) Formoterol

E) Terbutalin
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
168) Bəlğəmdə Şarko-Leyden kristalları və Kurşman spiralları hansı xəstəlik üçün xarakterdir?
A) Pnevmoniya

B) Sarkoidoz

C) Mukovissidoz

D) Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

E) Bronxial astma
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
169) Əvvəlcə hansı müayinə olmadan bronxoskopiya aparmaq tövsiyyə olunmur?
A) Qanın müayinəsi

B) Elektrokardioqrafiya

C) Döş qəfəsinin rentgenqrafiyası

D) Bəlğəmin müayinəsi

E) Spirometriya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
170) Ağciyərlərin morfofunksional vahidi nədir?
A) Surfaktant

B) Ağciyər seqmentləri

C) Alveollar

D) Asinus

E) Bronxiollar
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
171) Surfaktant sekresiyasını tormozlayan preparat hansıdır?
A) Androgenlər

B) β - adrenomimetiklər

C) Tiroksin

D) Qlükokortikosteroidlər

E) Estrogenlər
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
172) Surfaktant sekresiyasını artıran preparat hansıdır?
A) Propranolol

B) Atropin

C) Surfaktant lipidləri

D) İnsulin

E) Karnitin
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
173) Bronxial astma üçün xarakter olan əlamətlər varsa, lakin ventilyasiya pozuntuları aşkar edilməyibsə, hansı testin aparılması əhəmiyyətsizdir?
A) Aşner - Danini testi

B) Histaminlə bronxoprovokasion test

C) Metaxolinlə bronxoprovokasion test

D) Bronxodilyatasion test

E) Fiziki gərginlik testi
Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
174) Patoloji materialda sitoloji müayinə zamanı Piroqov-Lanqhans hüceyrələri hansı xəstəlikdə aşkarlanır?
A) Vərəm

B) Pnevmokonioz

C) Pnevmomikozlar

D) Sarkoidoz

E) Histiositoz X
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
175) Aktinomikozun spesifik müalicəsi nə ilə aparılır?
A) Aktinolizat

B) Metronidazol

C) Gentamisin

D) İntrakanazol

E) Amfoterisin B
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
176) İnsanlarda ağciyər vərəminin əsas törədicisi nədir?
A) Mycobacterium bovis

B) Mycobacterium kansasii

C) Mycobacterium avium

D) Mycobacterium africanum

E) Mycobacterium tuberculosis
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
177) Vərəmin hansı klinik forması ÜST təsnifatına görə ağciyərdən kənar vərəmə aiddir?
A) Tuberkuloma

B) Miliar vərəm

C) Birincili vərəm kompleksi

D) Ocaqlı vərəm

E) Vərəmli plevrit
Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
178) Mantu sınağı hansı məqsədlə aparılmır?
A) Vərəm və digər xəstəliklərin differensial diaqnostikası

B) Tuberkulinə individual həssaslığın təyini

C) Vərəm prosesinin aktivliyinin təyini

D) Müalicəyə nəzarət

E) Tuberkulinə qarşı postvaksinal və infeksion allergiyanın differensial diaqnostikası
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
179) Vərəmli xəstə ilə təmasda olmuş kliniki sağlam şəxsdə tuberkulin sınağı mənfi və ya şübhəlidirsə, müvafiq müşahidədən sonra təkrar sınaq nə vaxt aparılmalıdır?
A) 6 aydan sonra

B) 2 aydan sonra

C) 1 aydan sonra

D) 1 ildən sonra

E) 3 aydan sonra
Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
180) Hansı preparatların uzunmüddətli qəbulu fonunda vərəm xəstəliyi yarana bilər?
A) Hipotenziv preparatların

B) Antibiotiklərin

C) Vitaminlərin

D) Kortokosteroidlərin

E) Qeyri - steroid iltihab əleyhinə preparatların
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
181) Birinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?
A) Kapreomisin

B) Sikloserin

C) Amikasin

D) Streptomisin

E) Kanamisin
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
182) İkinci sıra vərəm əleyhinə dərman vasitəsi hansıdır?
A) İzoniazid

B) Rifampisin

C) Etambutol

D) Levofloksasin

E) Pirazinamid
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
183) Vərəmin məhdudlaşmış forması ilə vərəm mikobakteriyasının dərmanlara qarşı qorunmuş həssaslığı olan ilk dəfə aşkar olunmuş xəstələrin müalicə müddəti nə qədərdir?
A) 2 ay

B) 6 ay


C) 1 il

D) 8 ay


E) 4 ay
Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
184) Vərəmin yayılmış forması ilə ilk dəfə aşkar olunmuş xəstələrin müalicə müddəti nə qədərdir?
A) 1 il

B) 4 ay


C) 6 ay

D) 8 ay


E) 2 ay
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
185) İlk dəfə aşkar olunmuş və ya əvvəllər müalicə almış və ağciyərlərdə hər növ yayılma prosesi olan, vərəm mikobakteriyalarının mono- və polidavamlı formaları olan vərəm xəstələrinin müalicə müddəti nə qədərdir?
A) 1 il

B) 8 ay


C) 4 ay

D) 6 ay


E) 2 ay
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
186) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin Ia kateqoriya üzrə təkrar rentgenoloji müayinəsi nə zaman aparılmalıdır?
A) 3 və 12 - ci aylarda

B) 2 və 5 - cı aylarda

C) 3 və 6 - cı aylarda

D) 3 və 8 - ci aylarda

E) 1 və 4 - cü aylarda
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
187) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin II kateqoriya üzrə təkrar rentgenoloji müayinəsi nə zaman aparılmalıdır?
A) 3 və 6 - cı aylarda

B) 1 və 4 - cü aylarda

C) 2 və 5 - cı aylarda

D) 3 və 12 - ci aylarda

E) 3 və 8 - ci aylarda
Ədəbiyyat: “Ağ ciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
188) Qeyri-spesifik iltihabi prosseslərlə spesifik vərəm prossesinin differensial diaqnostikası məqsədilə aparılan ex juvantibus qeyri-spesifik antibakterial müalicədə hansı qrup antibiotiklərin istifadəsi tövsiyyə olunmur?
A) Makrolidlər

B) Sefalosporinlər

C) Aminoqlikozidlər

D) Penisillinlər

E) Antifunqal preparatlar
Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
189) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin Ia kateqoriya üzrə təkrar bəlğəm müayinəsi nə zaman aparılmalıdır?
A) 2 və 5 - cı aylarda

B) 3, 5 və 8 - ci aylarda

C) 2, 6 və 8 - ci aylarda

D) 2, 5 və 6 - cı aylarda

E) 1 və 4 - cü aylarda
Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
190) Vərəm əleyhinə dərman vasitələrinə həssaslığı qorunmuş və streptomisinə qarşı mono-davamlı VM xəstələrin II kateqoriya üzrə təkrar bəlğəm müayinəsi nə zaman aparılmalıdır?
A) 2 və 5 - cı aylarda

B) 2, 5 və 6 - cı aylarda

C) 2, 6 və 8 - ci aylarda

D) 3, 5 və 8 - ci aylarda

E) 1 və 4 - cü aylarda
Ədəbiyyat: “Ağciyər vərəminin kimyəvi terapiyası üzrə klinik protokol”, Bakı, 2011
191) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağ ciyər xərçəngi riski tütün çəkən insanlara nisbətən 70% - dən çox azalır?
A) 5 - 9 il

B) 2 - 4 il

C) 10 - 15 il

D) 5 il


E) 1 il
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
192) Tütünçəkmədən imtina etdikdən neçə il sonra ağciyərlərin funksiyaları tütün çəkməyən insanlarda olduğu vəziyyətə gəlir?
A) 5 - 9 il

B) 1 il


C) 10 - 15 il

D) 2 - 4 il

E) 5 il
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
193) Tütünçəkmədən imtina etmək üçün dərman vasitəsinə aşağıdakılardan hansı aid deyil?
A) Nikotin tərkibli plastır (dəriüstü istifadə üçün)

B) Nikotin tərkibli inhalyator

C) 1%- li Nikotin turşusu inyeksiya şəklində

D) Nikotin tərkibli sorulan həb

E) Nikotin tərkibli saqqız
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
194) Tütünçəkmədən imtina edən pasientlərin müalicəsində hansı dərman vasitələrinin istifadəsi tövsiyyə olunmur?
A) β - blokatorlar

B) Benzodiazepinlər

C) Anksiolitiklər

D) Opioid antaqonistləri

E) Sadalananların hamısı
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
195) Passiv tütünçəkmə nədir?
A) Günə 5-10 siqaret çəkmək

B) Günə 1-2 siqaret çəkmək

C) Siqaretçəkməyənlərin tütünün təsirinə məruz qalması

D) Sadalananların hamısı

E) Ara bir, nadir halda siqaret çəkmək
Ədəbiyyat: “Tütünçəkmədən imtina etmə üzrə klinik protokol”, Bakı, 2012
196) İdiopatik ağciyər hipertenziyasının müalicəsində hansı qrup dərmanlar az və ya effektsizdir?

A) Ca antaqonistləri

B) Prostaqlandinlər

C) Endotelin reseptorlarının antaqonistləri

D) Teofillinlər

E) Antikoaqulyantlar və dezaqreqantlar


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
197) Кəsкin rеspirаtоr infекsiyаlаrın təsnifаtınа hansı (ХBT - 10 üzrə) аid dеyildir?
A) Kəsкin lаringit

B) Kəsкin nаzоfаringit

C) Kəsкin brоnхit

D) Kəsкin еpiqlоtit

E) Kəsкin fаringit
Ədəbiyyat: Yuxari tənəffüs yollarinin kəskin respirator infeksiyalari və qrip üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008 - ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı. 2008
198) Qripin аğır fоrmаsının əlаmətlərinə hansı аid dеyildir?
A) Yumşаq dаmаqdа nöqtəvi qаnsızmаlаr

B) Burun qanaxmaları

C) Hərаrət 38 - 39°C

D) Hаllyusinаsiyаlar

E) Qıcоlmаlаr
Ədəbiyyat: Yuxari tənəffüs yollarinin kəskin respirator infeksiyalari və qrip üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008 - ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı. 2008
199) Yarımsintetik penisillinlərin nümayəndəsi hansıdır?
A) Benzilpenisillinin natrium duzu

B) Fenoksimetilpenisillin

C) Oksasillin

D) Benzatin benzilpenisillin

E) Benzilpenisillin prokain (penisillinin novakain duzu)
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009


200) Sinus bradikardiyası üçün xarakter EKQ?
A) PP və RR intervalının azalması

B) QT intervalının qısalması

C) T dişinin amplitudasının azalması

D) ÜVS < 60

E) PQ intervalının azalması
Ədəbiyyat: V.N. Orlov. “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 il.
201) Sinus taxikardiyası üçün xarakter EKQ?
A) RR və PP intervalının uzanması

B) ÜVS > 90, 1 dəq - də

C) T dişinin amplitudasının artması

D) PQ intervalının uzanması

E) QT intervalının uzanması
Ədəbiyyat: V. N. Orlov. “Elektrokardioqrafiya üzrə rəhbərlik” 2003 il.
202) Sağlam adamlarda qanda xolesterinin optimal konsentrasiyası hansıdır?
A) 6, 2 mmol/l

B) 6 mmol/l

C) 7, 5 mmol/l

D) 7 mmol/l

E) 5 mmol/l
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003г.
203) Aterosklerozun korreksiya edilən risk faktoru hansıdır?
A) İrsi meyillik

B) Cinsin təsiri

C) Arterial hipertenziya

D) Anemiya

E) İrq
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
204) Gərginlik stenokardiyasının əmələ gəlməsinin əsas səbəbi nədir?
A) Mitral qapağın prolapsı

B) Kəskin miokardit

C) Koronar damarların 70 % və daha çox aterosklerotik daralması

D) Xroniki miokardit

E) Dilatasion kardiomiopatiya
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə