Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Arterial təzyiqinin hansı səviyyədə olması təsnifata əsasən I - hipertenziya hesab edilir?



Yüklə 2,43 Mb.
səhifə22/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   17   18   19   20   21   22   23   24   25

1390) Arterial təzyiqinin hansı səviyyədə olması təsnifata əsasən I - hipertenziya hesab edilir?
A) Sistolik (SAT) 130 - 139, diastolik (DAT) 85 - 89 mm.c.st

B) Sistolik (SAT) < 120, diastolik (DAT) < 80 mm.c.st

C) Sistolik (SAT) 120 - 129, diastolik (DAT) 80 - 84 mm.c.st

D) Sistolik (SAT) 140 - 159, diastolik (DAT) 90 - 99 mm.c.st

E) Sistolik (SAT) 160 - 179, diastolik (DAT) 100 - 109 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
1391) Arterial təzyiqinin hansı səviyyədə olması təsnifata əsasən II-hipertenziya hesab edilir?
A) Sistolik (SAT) 140-159, diastolik (DAT) 90-99 mm.c.st

B) Sistolik (SAT) <120, diastolik (DAT) < 80 mm.c.st

C) Sistolik (SAT)130-139, diastolik (DAT) 85-89 mm.c.st

D) Sistolik (SAT) 120-129, diastolik (DAT) 80-84 mm.c.st

E) Sistolik (SAT) 160-179, diastolik (DAT) 100-109 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
1392) Arterial təzyiqinin hansı səviyyədə olması təsnifata əsasən III – hipertenziya hesab edilir?
A) Sistolik (SAT) ≥ 180, diastolik (DAT) ≥ 110

B) Sistolik (SAT) < 120, diastolik (DAT) < 80 mm.c.st

C) Sistolik (SAT) 120 - 129, diastolik (DAT) 80 - 84 mm.c.st

D) Sistolik (SAT) 160 - 179, diastolik (DAT) 100 - 109 mm.c.st

E) Sistolik (SAT) 140 - 159, diastolik (DAT) 90 - 99 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 8
1393) Hansı şkalanın köməyi ilə insultun xəstəxanaya qədərki,mərhələdə qiymətləndirilməsi mümükündür?
A) Qlazqo

B) Sinsinatti

C) Apqar

D) Silverman

E) Duboviç
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 23
1394) Xəstədə beyin qan dövranının kəskin pozulması güman edilirsə, antihipertenviz terapiya aparılmasına hansı halda icazə verilir?
A) Sistolik (SAT) > 180, diastolik (DAT) > 105 mm.c.st

B) Sistolik (SAT) 160 - 179, diastolik (DAT) 100 mm.c.st

C) Sistolik (SAT) < 120, diastolik (DAT) < 80 mm.c.st

D) Sistolik (SAT) 120 - 129, diastolik (DAT) 80 - 84 mm.c.st

E) Sistolik (SAT) 140 - 159, diastolik (DAT) 90 - 99 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 22
1395) Beyin qan dövranının kəskin pozulması güman edilən xəstənin stasionara çatdırılmasının optimal müddəti nə qədərdir?
A) 3 saat

B) İlk 2 saat

C) 2 saatdan sonra

D) 3, 5 saatdan sonra

E) 4 saatdan sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 22
1396) İnsultlu xəstələrdə bədən temperaturu hansı dərəcədə olduqda temperaturu aşağı salınmalıdır?
A) 37,3 0

B) 37,1 0

C) ≥37,5 0

D) 37 0


E) 36,80
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
1397) İnsultun başlanmasından 24 - 48 saat ərzində təyin edilən aspirinin başlanğıc dozasını göstərin:
A) 50 mq

B) 250 mq

C) 325 mq

D) 100 mq

E) 650 mq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
1398) İnsultdan sonra pulmonar emboliya və dərin venaların trombozunun qarşısını almağa yönəldilmiş tədbirlər planına hansı aid deyil?
A) Xəstənin erkən mobilizasiyası

B) Antitrombotik preparatların təyini

C) Elastiki corablardan istifadə

D) Ayaqlara aşağı vəziyyət vermək

E) Erkən rehidratasiya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 34
1399) Şəkərli diabetli xəstələrdə insult riskini azaltmaq məqsədilə qan təzyiqi hansı səviyyədə saxlanılmalıdır?
A) > 169 / 90 mm.c.st

B) < 130 / 80 mm.c.st

C) 150/100 mm.c.st

D) 140 / 90 mm.c.st

E) 135 / 85 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
1400) Qanda xolesterinin səviyyəsi yüksək olan xəstələr hansı qrupa aid preparatları qəbul etməlidirlər?
A) Statinlər

B) Aminoqlikozidlər

C) Adremomimetiklər

D) Makrolidlər

E) Qlükokortikoidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
1401) Kaptopril hansı qrup preparatlara aiddir?
A) Ftorxinolonlara

B) Metilksantinlərə

C) β adrenoblokatorlar

D) Qlükokortikoidlərə

E) AÇF inhibitorlarına
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1402) Aşağıdakı preparatlardan hansı AÇF inhibitorlarına (angiotenzin çevirici fermentin) aiddir?
A) Nifedipin

B) Hipotiazid

C) Perindopril

D) İndapamid

E) Bromkriptin
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1403) Etamzilat hansı qrup preparatlara aiddir?
A) Ca antoqonistlərinə

B) Antikoaqulyantlara

C) AÇF - inhibitorlarına

D) Prokoaqulyantlara

E) Statinləri
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
1404) Stivens - Conson sindromu aşağıdakı preparatlardan hansının əlavə təsiri kimi meydana çıxa bilər?
A) Karbamazepin

B) Pirasetam

C) Fenobarbital

D) Lamotridjin

E) Amantadin
Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-72
1405) İşemik insultun ikincili profilaktikası məqsədilə ilk seçim preparatı kimi hansı qrup antihipertenziv preparatlara üstünlük verilməlidir?
A) Ca - antoqonistlərinə

B) AÇF - inhibitorlarına

C) β adrenoblokatorlar

D) Ftorxinolonlara

E) Antiaqreqantlara
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
1406) Meningitə xas olmayan nevroloji simptom hansıdır?
A) Trusso simptomu

B) Brudzinski(yuxarı) simptomu

C) Mendel simptomu

D) Brudzinski(orta) simptomu

E) Kerniq simptomu
Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol,”Bakı-2009,səh 15
1407) Hansı refleks meningeal reflekslərə aid deyil?
A) Babinski refleksi

B) Rossolimo refleksi

C) Bauer refleksi

D) Qordon refleksi

E) Oppenheymer refleksi
Ədəbiyyat:Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Meninqitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı 2009, s.16
1408) Aşağıdakılardan hansı III dərəcə arterial hipertenziyaya aiddir?
A) SAT 160 mm c.süt, DAT 108 mm c.süt

B) SAT 150 mm c.süt, DAT 106 mm c.süt

C) SAT 192 mm c.süt, DAT 100 mm c.süt

D) SAT 179 mm c.süt, DAT 109 mm c.süt

E) SAT 170 mm c.süt, DAT 104 mm c.süt
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1409) Aşağıdakılardan hansı təcrid olunmuş arterial hipertenziyaya aiddir?
A) SAT 170 mm c.süt, DAT 130 mm c.süt

B) SAT 150 mm c.süt, DAT 80 mm c.süt

C) SAT 180 mm c.süt, DAT 110 mm c.süt

D) SAT 200 mm c.süt, DAT 120 mm c.süt

E) SAT 130 mm c.süt, DAT 70 mm c.süt
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanin diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1410) Xəstənin arterial təzyiqi 150/90 mm c.süt-dur. Yanaşı orta ağırlıqda II tip şəkərli diabeti vardır. Düzgün diaqnoz hansıdır ?
A) Arterial hipertenziya I dərəcəli, aşağı əlavə risk

B) Arterial hipertenziya I dərəcəli, yüksək əlavə risk

C) Arterial hipertenziya I dərəcəli, orta əlavə risk

D) Arterial hipertenziya I dərəcəli, çox yüksək əlavə risk

E) Arterial hipertenziya II dərəcəli, yüksək əlavə risk
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1411) Xəstənin anamnezində “Q” dişli miokard infarktı keçirtməsi faktı var, AT 140/104 mm c.süt.-dur. Düzgün diaqnoz hansıdır?
A) Arterial hipertenziya II dərəcə, yüksək əlavə risk

B) Arterial hipertenziya I dərəcə, yüksək əlavə risk

C) Arterial hipertenziya II dərəcə, çox yüksək əlavə risk

D) Arterial hipertenziya II dərəcə, orta əlavə risk

E) Arterial hipertenziya I dərəcə, çox yüksək əlavə risk
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1412) Aşağıdakılardan hansı arterial hipertenziyalı xəstələrdə subklinik orqan zədələnməsi deyil?
A) Qanda ümumi xolesterininin 5 mmol/l (190mq/dl)-dən çox olması

B) Mikroalbuminuriya (30-300 mq/24saat)

C) ExoKQ-də sol mədəciyin hipertrofiyası əlaməti

D) EKQ-də Sokolov-Lion göstəricisinin 38 mm çox olması

E) Topuq bazu AT 0,9 azdır
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1413) Aşağıdakılardan hansı subklinik orqan zədələnməsini göstərir?
A) Qan plazmasının yüksək sıxlıqlı lipoproteidlərin səviyyəsi1 mmol/l az olması

B) Qan plazmasında qlükozanın səviyyəsinin 6,9 mmol/l (125 mmol/dl) olması

C) Qan plazmasında triqliseridlərin səviyyəsinin 1,7 mmmol/l (150mq/dl) çox olması

D) Qan plazmasında kreatininin miqdarının mülayim artması

E) Qan plazmasında ASLP-XS 3 mmol/l çox
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1414) Arterial hipertenziyalı (AH) xəstələrdə dərman müalicəsi aşağıdakılardan hansında dərhal başlanmalıdır?
A) I dərəcəli AH, heç bir risk amili yoxdur

B) Yüksək normal AH subklinik orqan zədələnməsi varsa

C) I dərəcəli AH, 1-2 risk amili varsa

D) II-III dərəcəli AH

E) Yüksək normal AH, 3 risk amildən çox varsa
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1415) Aşağıdakı hallardan hansında aşağı dozada iki antihipertenziv dərman kombinasiyası ilə müalicəni başlamaq lazımdır?
A) Yüksək normal AH 1-2 risk faktoru varsa

B) I dərəcəli AH ürək-damar riskinin yüksək olması zamanı

C) II dərəcəli AH heç bir risk faktoru yoxdur

D) I dərəcəli AH 1-2 risk amili ilə olarsa

E) II dərəcəli AH 1-2 risk faktoru varsa
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1416) AÇF inhibitorlarının təyininə mütləq əks göstəriş hansıdır?
A) Bir tərəfli böyrək arteriyasının stenozu

B) Kaliumum qan zərdabında səviyyəsinin <4 mmol/l olması

C) Xroniki böyrək çatmamazlığının başlanğıc mərhələsi

D) Hamiləlik

E) Müalicədən əvvəl xəstələrdə quru öskürəyin olması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1417) Aşağıdakılardan hansı rasional (faydalı) kombinasiya deyil?
A) ARB + tiazid diuretikləri

B) AÇF inhibitoru +ARB (angiotenzin reseptorlarının blokatorları)

C) AÇF inhibitoru + tiazid diuretikləri

D) AÇF inhibitoru + kalsium antaqonistləri

E) ARB +kalsium kanalı blokatorları
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol, Bakı 2009
1418) Ürəyin işemik xəstəliyinin risk amilinə aşağıdakılardan hansı aid deyil?
A) Arterial hipertenziya

B) Podaqra

C) Tütün çəkmək

D) Piylənmə

E) Qadın cinsinə malik olmaq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1419) Aşağıdakılardan hansı qeyri-sabit stenokardiyanın meyarıdır?
A) Yoxuş qalxarkən baş verən stenokardiya

B) Başlanğıcdan sonra iki ay ərzində aktivliyi məhdudlaşdıran yeni əmələ gələn ciddi stenokardiya

C) Bir mərtəbəyədək qalxarkən baş verən stenokardiya

D) Tox qarına hərəkət edərkən baş verən stenokardiya

E) Düz yolla adi sürətlə 100-200 m məsafə gedərkən baş verən stenokardiya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1420) Qeyri koronar səbəblərdən sadalananların hansında anginoz ağrılar ola bilər?
A) Metabolik sindrom

B) Ürəyin qapaq xəstəlikləri, hipertrofik obstruktiv kardiomiopatiya

C) Orta ağırlıqlı xəstəxanadan kənar pnevmoniya

D) Hipotireoz

E) Şəkərli diabet
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1421) Stenokardiyanın diaqnostikasında ən informativ funksional müayinə hansıdır?
A) ExoKQ müayinə

B) 12 aparmalı EKQ müayinə

C) Farmakoloji stress testlər

D) Fiziki yük sınaqlarının təsir üsulları ilə kombinasiyası

E) Veloerqometriya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1422) Hansı dərman preparatı sabit stenokardiyalı xəstələrdə proqnozu yaxşılaşdırmır?
A) Antitrombotik dərmanlar

B) β-adrenoblokatorlar

C) Nitratlar

D) AÇF inhibitorları

E) Statinlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1423) Sabit stenokardiyalı xəstələrdə revaskulyarizasiyaya göstəriş nədir?
A) β-blokatorlarla optimal müalicəyə baxmayaraq nəzarət olunmayan simptomlar

B) Uzun təsirli nitratlar,β-blokatorlarla kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar

C) Uzun təsirli nitratlar, kalsium antaqonistlər və β-blokatorlarla kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar

D) Uzun təsirli nitratlar, trimetazidinlə kombinə olunmuş terapiyaya baxmayaraq nəzarət olunmayan simptomlar

E) Kombinə olunmuş optimal medikamentoz müalicəyə baxmayaraq nəzarət olunmayan simptomlar
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sabit stenokardiyanın diaqnostika və müalicəsinə dair klinik protokol, 2009
1424) Qaraciyərin qeyri-alkoqol steatohepatitli xəstələrdə billiar durğunluq olarsa seçim preparat hansıdır?
A) Ursodezoksixol turşusu

B) Silimarin tərkibli hepatoprotektorlar

C) Spazmolitiklər

D) Adometionin

E) Essensial fosfolipidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
1425) Qaraciyərin alkoqol hepatitinin seroloji markeri hansıdır?
A) Qamma qlutamiltransferaza

B) Qələfi fosfotaza

C) Antinuklear anticism

D) Alaninaminotransferaza

E) Aspartataminotransferaza
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
1426) Alkoqol mənşəli hepatitlər zamanı qlükokortikoidlərin təyininə göstəriş hansıdır?
A) ALAT və ASAT səviyyələrinin qan zərdabında qalxması

B) Qələvi fosfatazanın səviyyəsinin yüksəlməsi

C) Madrey indeksi >32

D) Qan zərdabında γ-qlutamintrasferazanın (QQT) səviyyəsinin yüksəlməsi

E) Qan zərdabında ALAT, ASAT, QQT-nin səviyyəsinin qalxması
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
1427) Vilson xəstəliyi zamanı spesifik oftalmoloji əlamət hansıdır?
A) Skleraya qansızmalar

B) Büllur qişanın bulanması

C) Hər iki gözün buynuz qişasının kənarlarında Kayzer-Fleyşner həlqələri

D) Buynuz qişada eroziv dəyişikliklər

E) Irit, iridodsiklit
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Xroniki hepatitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol, 2011
1428) Stenokardiya diaqnozunu qoyduqda aşağıda göstərilənlərdən hansına böyük əhəmiyyət verilir?
A) Şikayətlərinin xarakterinə və anamnezə

B) Aşağı ətraflarda ödemlərin əmələ gəlməsinə

C) Səyrici aritmiyanın törəməsinə

D) Hiss dəstəsinin sağ ayaqcığının blokadasının olmasına

E) Ürəyin auskultasiyasına
Ədəbiyyat: Ağayev M.M. “Daxili xəstəliklər”I cild, Bakı, 2006 s.160
1429) Molsidominin tətbiqinə bunlardan hansı əks göstərişdir?
A) Arterial hipotenziya

B) Xroniki ağ ciyər ürəyi

C) Ağ ciyər hipertenziyası

D) Stenokardiya tutmalarının profilaktikası və kupaj edilməsi (qarşısının alınması)

E) Xroniki ürək çatışmazlığı (kombinə edilmiş terapiya tərkibində)
Ədəbiyyat: Ализаде И.Г., Караева Н.Г. Ишемическая болезнь сердца: Стенокардия- 234 вопроса и ответа. Баку, Мутарджил 2010, ст.64-65
1430) Koraksanın tətbiqi üçün göstəriş nədir?
A) Kardiogen şok

B) Sinus bradikardiyası

C) Sinoatrial blokada

D) Səyrici aritmiya

E) Sinus taxikardiyası
Ədəbiyyat: Ализаде И.Г., Караева Н.Г. Ишемическая болезнь сердца: Стенокардия - 234 вопроса и ответа Баку, Мутарджил 2010, ст.85
1431) Miokard infaktı zamanı hansı halda β-adrenoblokatorların təyini əks göstərişdir?
A) II dərəcəli artioventrikulyar blokada

B) Mədəcik ekstrasistoliyası

C) Supraventrikulyar ekstrasistoliya

D) Qlaukoma

E) Səyrici aritmiya
Ədəbiyyat: Ağayev M.M. “Daxili xəstəliklər”I cild, Bakı, 2006 s.179
1432) Aşağıda miokard infarktı zamanı qəfləti ölüm törədə bilən səbəblər göstərilib. Hansı hal bu səbəblərə aid deyil?
A) Asistoliya

B) Ürək əzələsinin sürətli çırılması

C) Qulaqcıqların fibrillyasiyası

D) Ağciyər arteriyası kötüyünün tromboemboliyası

E) Mədəciklərin fibrillyasiyası
Ədəbiyyat: Ağayev M.M. “Daxili xəstəliklər”I cild, Bakı, 2006 s.231
1433) Cavan kişidə daban mahmızı, ikitərəfli sakroileit, baldır-pəncə və diz oynaqlarının asimmetrik artriti aşkar edilib. Ehtimal edilən diaqnoz hansıdır?
A) Revmatoidli artrit

B) Psoriatik artrit

C) Reyter sindromu

D) Osteoartroz

E) Bexterev xəstəliyi
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.318-338.
1434) Aşağıda qeyd olunanlardan hansı dermatomiozit üçün patoqnomonik (mütləq) xarakter daşıyır?
A) Poykilodermiya

B) Alopesiya

C) Dərinin açığ sahələrinin eriteması

D) Hotron sindromu

E) Reyno sindromu
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко “Клиническая ревматология”, Москва, 1989
1435) Əllərin kontrakturası, Reyno sindromu, ayrı-ayrı falanqaların osteolizi, ezofaqoskleroz, dərinin atrofiyası hansı xəstəliyin əlamətləridir?
A) Dermatomiozit

B) Sklerodermiya

C) Revmatoidli artrit

D) Miksedema

E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко “Клиническая ревматология”, Москва, 1989, ст.175-193
1436) Ahıl və qoca yaşlarda hansı xəstəliyin təsadüf edilməsi xarakterik haldır?
A) Hemorragik vaskulit

B) Giqanthüceyrəli temporal arteriit (Xorton xəstəliyi)

C) Qeyri-spesifik aorta-arteriit (Takayasu xəstəliyi)

D) Düyünlü periarteriit

E) Qudpasçer sindromu
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.234-236
1437) 10 il ərzində revmatoidli artritdən əziyyət çəkən xəstədə inkişaf edən proteinuriyanın (sutkada 2q qədər) ən çox ehtimal olunan səbəbi aşağıdakılardan hansıdır?
A) Pielonefrit

B) Böyrək damarlarının trombozu

C) Qlomerulonefrit

D) Böyrəklərin amiloidozu

E) İnterstisial nefrit
Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.318-338
1438) Nazik bağırsağın selikli qişasının biopsiyası aşağıda qeyd olunan xəstəliklər üçün qiymətli diaqnostik metoddur, birindən başqa. Bu xəstəlik hansıdır?
A) Qlüten xəstəliyi

B) Onikibarmaq bağırsaqın xora xəstəliyi

C) Sklerodermiya

D) Kron xəstəliyi

E) Uippl xəstəliyi
Ədəbiyyat: А.В.Тополянский, В.И.Бородин. «Внутренние болезни». Москва, 2012, стр.548-564
1439) Uzun müddət mədə xorası xəstəliyindən əziyyət çəkən 35 yaşlı xəstədə birdən epiqastral nahiyyəsində kəskin ağrılar əmələ gəldi, taxikardiya qeydə alındı və A/T aşağı düşdü. Rentgenoloji tədqiqat xəstənin qarın boşluğunda qazın olduğunu aşkar etdi. Hansı patoloji hal barədə düşünmək lazımdır?
A) Miokard infarktı

B) Mədə xorasının perforasiyası

C) Mədə-bağırsaq qanaxması

D) Nazik bağırsaqda fistulanın əmələ gəlməsi

E) Xoranın mədəaltı vəzə penitrasiyası
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008,стр.144
1440) Hepatomeqaliya, hiperqlikemiya, dərinin hiperpiqmentasiyası, qan zərdabında dəmirin miqdarının artması aşağıdakı halın hansı üçün xarakterikdir?
A) Hemoxromatoz

B) Böyrəküstü vəzin hiperfunksiyası zamanı

C) Vilson-Konovalov xəstəliyi zamanı

D) Qara ciyərin sirrozu

E) Virus etiologiyalı xroniki hepatit
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008
1441) Ezofaqoqastroduodenal qanaxma üçün aşağıda qeyd olunan hansı hal xarakterik deyil?
A) Hemodinamika göstəricilərinin pisləşməsi

B) Hemoqlobin səviyyəsinin aşağı düşməsi

C) Xəstənin ümumi vaziyyətinin pisləşməsi

D) Leykositlərin sayının artması

E) Al qanla qusma
Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008
1442) Mədənin rentgenоqrafiyası zamanı antral hissədə taxça simptomu qeyd edilmişdir. Taxçanın diametri 2,5 sm, kənarları girintili-çıxıntılıdır, xora ətrafı selikli qişanın relyefi atipik görünür, lokal peristaltika itib. Bu hansı hal üçün xarakterikdir?
A) Mədənin antral hissəsinin fəsadsız xorası

B) Başlanğıc mərhələsində eroziyaya uğramış mədənin xərçəngi

C) Mədənin papilloması

D) Penetrasiya edən xora

E) Maliqnizasiya olunmuş xora
Ədəbiyyat: S.N.Alimetov, X.İ.Qurbanova Mədə-bağırsaq sistemi xəstəlikləri. I hissə Bakı -2011, s.162
1443) Kəskin ürək çatışmazlığı zamanı istifadə edilən və müsbət inotrop təsirə malik olan dərman vasitələrinin hansı biri fosfodiesteraza III inhibitorlarına aiddir?
A) Milrinon

B) Dopamin

C) Levosimendan

D) Dobutamin

E) Norepinefrin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə protokol. Bakı, 2010
1444) Aşağıda qeyd olunanlardan hansı biri kəskin ürək çatışmazlığı zamanı istifadə olunan müsbət inotrop təsirli dərman vasitələrinə aid deyil?
A) Milrinon

B) Hidralazin

C) Dobutamin

D) Enoksimon

E) Dopamin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə protokol. Bakı, 2010


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə