ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə11/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

 

40 


kim  götürə  bilər.  Bunu  Əli  Əleyhisalam  istədi,  İmam  Həsən 

istədi, Əyyub Peyğəmbər istədi, İmam Hüseyin getdi götürdü. 

Bunları  qarşıladılar,  onda  Yezit  Şamda  idi.  Şama  get-

dilər ki, ay evin  yıxılsın, oturubsan burda, İmam Hüseyin gə-

lir. Xəlifə keçəcək. İki dənə də uşağ göndərib. Gəldilər bir nə-

fərin  evinə  yığışıb  əyləşmişdilər.  O,  uşağları  tutdular,  hamı 

qaçdı, hərə bir yerə. O uşağları qətlə yetirdilər.  

Bunu  eşidən  İmam  Hüseyin  çox  kədərləndi,  adamlarını 

da  götürüb  Kufəyə  yola  düşdü.  İmam  Hüseyin  Ağa  gəlib 

Kərbəlaya çatdı. Nə qədər istiyir ki, bunun miniyi getsin irəli, 

getmədi. Düşdü aşağı, başını qoydu sinəsinin üstünə dedi:  

– Ay Allah, bura mənim sonumdu, niyə yerimirsən?  

Özü  də  baxıb  gördü  ki,  on  bir  dəstə  qoşun  dayanıb. 

Uşağlar  deyir,  ata,  biz  bu  yolu  gəlib  keçəndə  heç  burda  əriy 

ağacı  yoxdu.  Burda  nə  qədər  əriy  ağacı  var.  İmam  Hüseyin 

bilir, uşağlara demir. Çox qəmlənib oturmuşdu, Allah Salma-

na rəhmət eləsin. Ürəyini o qədər imamlara vermişdi ki, Ima-

mın balaları buna əmi deyirdi. 

Bir gün günəş yerindən çıxmışdı. Əli Əkbər çadırın börün-

də, günçıxana sarı durmuşdu. Yəmən şəhərinin şahına dedilər:  

–  Evin  yıxılmasın,  gör  iki  dənə  çadır  qurulub.  Gecənin 

bir günü keçsə, bizi qıracağlar. Dedi:  

– Qalanını biz qırağ da.  

Dedi:  


– Yox, özüm gedərəm.  

Səhər-səhər  şah  gələndə  gördü  ki,  çadırın  böründə  elə 

bil ay canlanıb. Əgər gecə qaranlığ olsa, işıq verər. Gün hava 

bulud olsa, gün şaxıyar. 

 Bu şahın bir qızı var idi. Dedi:  

– Nə olaydı, bu cavan mənim qızımı alaydı.  




 

41 


Əli  Əkbər  gördü  ki,  şah  gəlir,  yeridi  irəli,  salam  elədi, 

görüşdü.  

Dedi:  

– Sən kimin oğlusan?  



Dedi:  

– Mən İmam Hüseynin oğluyam.  

Dedi:  

– Atan hardadı?  



Dedi:  

– Çadırda əyləşib.  

Gəldi  keçdi  içəri,  salam  eylədi,  görüşdü.  Əli  Əkbər 

atasından haya eliyib içəri daxil olmadı.  

Dedi:  

– Ya Hüseyin, sən kimsən?  



Dedi:  

– Əli oğlu Hüseyinəm.  

Dedi:  

– Nə işdi, belə?  



Dedi:  

– Mənimlə vuruşmağa gəliblər. 

Yəmən şahı dedi:  

– İcazə ver onları bir saatın içində qətlə yetirim.  

Dedi:  

– Yox. Müharibə belədi. Ana oğulsuz qalar, gəlin yarsız 



qalar,  qız  qardaşsız  qalar.  Bəlkə  onlarnan  danışaram,  razıla-

şar. İstəmirəm qan tökülsün.  

Dedi:  

–  Ya  Hüseyin,  bir  qızım  var  onu  bu  cavana  verəcəm. 



İmam  Hüseyin  bilirdi  ki,  günortayacan  Əli  Əkbər  qətlə  yeti-

riləcək.  




 

42 


Dedi:  

– Allah mübarək eləsin. 

Şahın o saat qəlbi şad oldu. Bu sözü gəldi qızına dedi: 

–  Qızım,  səni  bu  cavana  vermişəm.  Günü  Günəş  əvəz 

eliyər, gecəni Ay əvəz eliyər.  

Dedi:  


– Ata, nə o məni gördü, nə mən onu görmüşəm.  

Dedi:  


– Qızım, görməmiş vermişəm səni ona.  

Səhər  oldu,  müharibə  başladı.  Allah  Salmanı  rəhmət 

eləsin. Aldılar əhatiyə uşağları, böyükləri yığdılar ora. Qəmli-

qəmli  oturmuşdu  İmam  Hüseyin  Ağa.  Düşməndən  elçi  gəldi 

dedi, nəyə oturmusan? Nəhlətə gəlmiş dedi, Arvad kimi başı-

vı aşağı salmısan.

 

Gəl, müharibə eliyirəm. Gəl, qan tökməyə.  



Dedi:  

– Yox.  


Dedi:  

– Səni öldürməsəm, getmiyəcəm.  

İmam Hüseyin hazırlaşırdı ki, Əli Əkbər gəldi. Dedi:  

– Ata, meydana mən gedəcəm.  

Dedi:  

– Yox, oğul, özüm gedəcəm.  



Dedi:  

– Ata, sən mənim gözümün qabağında şəhid olsan, mən 

dözə bilmərəm, özüm gedəcəm.  

Dedi:  


– Onda anannan vidalaş, ondan sora get. Əli Əkbər gəl-

di ximələrinə gördü, ana elə qəmli oturub ki. Nə oğulun nitqi 

olmadı  anaya  bir  söz  deməyə,  nə  də  ananın.  Onsuz  da  Əli 

Əkbər gedir. Durdu ayağa dedi:  




 

43 


–  Ya  Əli  Əkbər,  bir  ayağ  saxla.  Sənin  tellərinə  əl  çək-

məmişəm,  oğul,  sənə  toy  eləməmişəm,  əllərə  xına  yaxmamı-

şam,  axı  mən  qəribəm.  Qayda  budu.  Ana  öləndə  onu  məzara 

oğul aparır.  

Ana-bala vidalaşdılar. Əli Əkbər gəldi, getdi meydana.  

Mən aşiq qarğamışa. 

Ya Hüseyin. 

Ya İmam Həsən. 

Ya Imam Hüseyin. 

Qar yağar qar qamışa. 

Sizin o zülümlərinizə. 

Dözərmi qarğamışlar. 

Dedi:  

– Ey uşağ, sən kimin oğlusan?  



Dedi:  

– Mən İmam Hüseyin oğluyam.  

Dedi:  

– Sənin ağzınnan süd iyi gəlir, sən get.  



Dedi:  

– Az danış, biz həmişə fürsəti düşmana vermişik. Əvvəl 

sən başla.  

O ki onnan döyüşən şəxs fırlatdı qılıncı, düşdü  Əli Ək-

bərin başına. Gördü qan gözlərini tutur, əl atdı torpağ götürdü, 

çəkdi  başına  ki,  qan  gəlməsin.  Sora  fırlandı,  onun  başına  bir 

qılınc çəkdi ki, elə bil  yerdən duman qopdu. Göydə  mələklər 

əhsən, dedi.  

Dedi:  

– Sənə demədim uşağsan?!  



Dedi:  

– Haran sancdı?  




 

44 


Dedi:  

– Ürəyimin başı.  

Dedi:  

– Allah sənə lənət eləsin. Sənin alnın möhür görmüyüb. 



Sənin dilin “La İlahə İllAllah” demiyib. Ürəyində Allah xofu, 

Əli xofu yoxdur. Ona görə ürəyin sancdı. 

Orda düşmən pəhlivanı ikiyə parçalandı.  

   


Nuh peyğəmbərin yazısı 

 

Nuh Peyğəmbər bilirsiz ki, ikinci  Adəmdi. Nuhun gəmisi 



qərq  olandan  sonra  onun  qalıqlarını  tapdılar.  Bir  dənə  lövhə 

tapdılar,  onun  üstündə  yazılar  var  idi.  Dünyanın  səkkiz  dənə 

dilçi  alimi  gətirdilər  bunu  oxumaq  üçün,  heç  biri  də  müsəlman 

deyil. Oxudular onu. Nuh Peyğəmbər  yazıb, Ya  Rəbbimsən bu 

beş kimsə üçün bu aləmi yaratmısan. Bu beş kimsəyə görə bizə 

kömək eylə. Olar da Muhəmməd, Əli, Həsən, Hüseyin, Fatimə. 

(O dua yazan var ha, onun yaxşısınada lənət eliyib pisdiyirlər.) 

 

Peyğəmbərin məsləhəti 

 

İbrahim  Peyğəmbər  əsil  bizim  dinimizə  aid  olan 



Peyğəmbərdir.  O,  uşağ  vaxtında  elə  baxıb  səmaya.  Hamı  is-

taiş edib bütlərə, başqa-başqa şahlara, amma o  deyib ki,  mən 

bunu  heç  vaxt  qəbul  edə  bilmərəm.  Göyü,  Yeri  yaradan  var, 

gecəni,  gündüzü  yaradan  var.  Onun  da  əmisi  büt  düzəldirdi, 

İbrahim  də  aparıb  bu  bütləri  satardı  bazarda.  Sonra  boğaza 

gəldi  ki,  mən  nə  vaxta  qədər  inanmadığım  bir  şeyi  eliyirəm. 

Odu  ki,  gətirdi  bütlərin  boğazına  ip  bağladı  başladı,  sürü-

məyə.  Heç  kəsə  xeyri  olmayan,  heç  kəsə  yaramıyan  bütləri. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə