ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə7/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   2   3   4   5   6   7   8   9   10   ...   100

 

24 


dilər, deyərdilər, onda toyuğun da payı var. Biz yeyərdik, hə-

mişə süfrəni aparıb həyətə çırpardığ.  

 

*  *  * 


Həyəti süpürüb küncə yığarsan a, o, kifirlikdi.  

  

*  *  * 

Qədimdə  deyərdilər,  süpürgəynən  süpürüb  küncə  yığ-

ma, cinlər yığılar ora. 

 

Aşura, məhərrəmlik 

 

O vaxtı plov bişirərdilər, tökərdilər məcmeyə, aparardılar 



məçid  qabağına.  Məçid  qabağında  tökərdilər  onu  zənbilə, 

aparardılar.  Zənbil  sənbil  deməkdi.

 

Aşura  günü  halva-yuxa 



paylıyardılar.  Şəbeh  tamaşası  olardı. Buların  biri  İmam  Hüse-

yin olarmış, biri Əbəlfəz olarmış. Atın üstündə al qanın içində 

olarmışlar.  Zincir  vurarmışlar.  Ocağın  qabağı  dolu  olarmış. 

Ələmi  aparardılar  gəzdirərdilər.  Mərsiyə  deyərdilər.  Bir  qiya-

mət olurdu. Səhərəcən “Hüseyin” deyə-deyə sinə vurardılar.  

Məhərrəmlikdə  günahdı  oruc  tutmaq.  Aşura  səhəri  xö-

rəy  bişirərdilər.  İmamın  üçün  verərdilər,  yeddisin  verərdilər. 

İmamın  yeddisi  ehsan  verərdilər.  Teş  qoyurduğ,  içinə  su  qo-

yurduğ.  Bir  dənə  qab  qoyurduğ  yanına,  üstünün  qarynan  ör-

türdük.  Qırxınacan  o  teş  qalardı.  O  suyu  içirdilər,  deyirdilər 

kimyədi. Teşdin suyu qalırdı. Məsələn, bu gün anan xəstə ol-

du, gətir  ver  içsin. Uşağın xəstə oldu,  teşdin  suyun  ver  içsin, 

şəfa  tapsın.  Adi  sudan  olurdu.  Yığılan  pulu  verirdik  imamın 

yeddisində imam ehsanı. 

 



 

25 


*  *  * 

Məhərrəmlik ayında kəndimizdəki evlərdə təkiyyə bəzi-

yirdilər.  Kişilər  bu  evə  gedirdi.  Zənənlər  bir  başqa  evə  ge-

dirdi. Ağlıyırdılar ordan dururdular. Kimin qəlbi sınığdı, ölü-

sü  ölüb,  müharibədə  şəhid  olub  gəlmiyib,  o  evlərə,  həyətlərə 

gedirdik.  Yığışırdığ,  gedirdik  qəbirsanlığa,  o  qəbirsanlığın 

dörd tərəfin tolanırdıq, ağı deyirdik, ağlıyırdıq.  

 

*  *  * 

Deer sufrəni gecə çırpmaq olmaz. Əyər çırpasan da tən-

dirxanaya çırpmaq lazımdır ki, evin bərəkəti qaçmasın. Ayağ 

alta çırpmıyasan. 

 

*  *  * 



Baş tükünü  ayağ altina atmaq olmaz. Saçıvı  daradun,  yu-

mırra biyaz üssinə tüpir, qoy bi yerə. Sabah atarsan, gecə olmaz. 



  

*  *  * 

Qız  uşağı  gecə  güzgüyə  baxmaz,  baxtı  bağlanar.  Bi  də 

gecə baxmaq olmaz ki, lapdan xoflanarsan, şəklənərsən. 

 

 

  



*  *  * 

Bizdə belədi, Ay tutulanda vedrəyə döyürlər danq-danq, 

dəmirnən  döyürlər  ki,  Ay  açılsın.  Namazı  var,  iki  rükər  ayət 

namazı  qılırsan.  Şüşəni  qaraldırsan,  hisnən  baxırsan  ki,  Ay 

tutulub, ya da tutulmuyub. 

 

*  *  * 



Yuxu görəndə isə suya danışırsan. Hər adama  yuxu da-

nışmazlar. Arvad görən yuxunu tərsinə yozurlar. 

 



 

26 


*  *  * 

Yağış yağmayanda ehsan verirsən ki, yağış yağsın. 



  

*  *  * 


Uşağın başının altına bıcax qoyurlar ki, qorxmasın. Bu, 

Quranı əvəz edir. 

 

Söyləyicilər: 

Rəfayıl  Vahabov,  doğum  tarixi  1944,  təhsili  ali,  Göylənni 

kəndi 

Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi 



Ələkbər  Ələkbərov,  doğum  tarixi  1928,  təhsili  orta-ixtisas, 

Qızılağac kəndi 

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi 

Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Ərkivan kəndi  

 

Mənsurə  Abdullayeva,  doğum  tarix  1933,  təhsili  yoxdur, 



Qızılağac kəndi 

Gülcahan  Ələkbərova,  doğum  tarixi  1927,  təhsili  yoxdur, 

Qızılagac kəndi 

Gülsüm  Muradova,  doğum  tarixi  1937,  təhsili  5-ci  sinif, 

Xallıcalı kəndi. 

Fatma  Tağıyeva  (Pərzad),  doğum  tarixi  1938,  təhsili  7  illik, 

Gəyəçöl kəndi 

Mövsüm Ağayev, doğum tarixi 1932, təhsili 7 illik, Ərkivan kəndi 

Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırman-

dalı kəndi 

 

Toplayanlar: 

Füzuli Bayat (Gözəlov) 

Çiçək Əfəndiyeva 

Nuridə Muxtarz

adə 



 

27 


2. DİNİ RƏVAYƏTLƏR 

 

İmam Hüseynlə ərəb 

 

Həzrəti İmam Hüseyindən sual edirlər:  



– Ya İmam Hüseyin, özüm acam, kasıbam, vətənnən də 

uzağam. Özüm də borcluyam. Barı mənim borcumu ver.  

Həzrət dedi:  

–  Mən  sənin  borcunu  verərəm.  Ancaq  sənnən  üç  dənə 

sual eliyəcəm, əgər onun üçünü də bilsən, borcunun hamısını 

verəcəm.  Yox,  ikisini  bilsən,  borcun  ikidən  birini  verəcəm. 

Yox, birini bilsən, üçdən birini verəcəyəm.  

Deyir:  


–  Ya  imam  sən  nə  danışırsan?  Mən  hara,  sən  hara,  sən 

elm sahibi, sən İmam oğlu İmam. Mən nə bilirəm.  

(Allah  rəhmət  eləsin  Hacı  Zeynəlabdin  Tağıyevə.  Bir 

gün Hacı Zeynəlabdin Tağıyevin  yanına ruslar, yahudilər, er-

mənilər gələrmişlər ki, bizə xərclik ver. Zeynəlabdin Tağıyev 

çıxardıb  onların  hərəsinə  qızıl  pul  verib.  Müsəlman  gələndə 

gedib şkafı açıb külüng verərmiş, lapatka verərmiş, bel verər-

miş.  Deyir,  biri,  Hacıyat  acığlanır,  deyir,  Hacı  Azərbaycanın 

yeraltı,  yerüstü  sərvətini  erməniyə,  rusa,  cuhuda  verib,  bizə 

vermir. Rəhmətlik deyərdi, mən istəmirəm mənim xəlqim ələ 

baxan olsun, mən istəmirəm mənim xəlqim cibə baxsın. Mən 

istiyirəm  mənim xəlqim öz zəhmətinə alışsın. Çünki insan ki 

öz zəhmətinə qatlaşarsa, özgəsindən üzü kölgəli olmaz. İnsan 

ki  özgə  əlinə  baxarsa,  insan  ki  özgəsindən  nəsə  görəcəksə, 

həmişə ac olar. İnsan gərək zəhmətə qatlaşsın.)

  

İmam Hüseyin Əleyhisəlam dedi:  



 – Mən sənə sual eliyərəm. Üç dənə sual, əgər üçünə də 

cavab versən,

 

borcunun hamısını verərəm.  




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə