CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
129
mənim anam Məryəm Məmmədəli qızı ilə ayrıldığından biz ayrıca 
yaşadıq. Bundan sonra Şamçızadə başqası ilə ailə qurdu, hazırda 2 uşağı 
var. Müstəntiqin sonrakı sualına cavabında o bildirmişdi ki, atasının 
əksinqilabi təşkilatla əlaqəsi barədə heç nə deyə bilməz. Şamçızadənin 
dindirilən digər qohumları da onun əksinqilabı millətçi təşkilatla əlaqəsi 
barədə suala “bu barədə heç nə deyə bilmərik” cavabını vermişlər.
Üzücü yoxlama və süründürməçilikdən sonra 1958-ci il mayın 13-
də Şamçızadə Əli Razi oğluna tam bəraət verilmişdir. Azərbaycanın 
ictimai-siyasi həyatında mühüm rol oynayan Ə.R.Şamçızadə əsl 
bəraətini 90-cı illərdə almışdır.
IV. 3. Məmmədtağı Dadaşova qarşı ittihamlar
1919-cu ilin axırlarında Azərbaycanda, eləcə də onun paytaxtı 
Bakı şəhərində vəziyyət gündən-günə daha da gərginləşirdi. Bundan 
məharətlə istifadə edən xarici və daxili qüvvələr əhalinin sıx yerləşdiyi 
yerlərə gələrək maddi vəziyyətləri o qədər də yaxşı olmayan savadsız 
və azsavadlı fəhlələr arasında təbliğat aparır, onların vasitəsilə müstəqil 
Azərbaycanı zəiflətmək və hakimiyyəti ələ almaq istəyirdilər. Ona görə 
də ƏMT bir neçə yerdə özünün bölmələrini yaratmışdı.
Həmin bölmələrdən biri də Balaxanı-Sabunçu rayon bölməsi 
idi. Neft rayonu olduğundan bu ərazilərdə təxribatların törədilməsi, 
fəhlələrin sosial vəziyyəti ilə əlaqədar bolşeviklər tərəfindən gizli 
iclasların keçirilməsi hallarına daha çox təsadüf edilirdi. Belə olduğu 
halda həmin rayona göndərilən hər hansı bir şəxsdən yüksək peşəkarlıq 
və böyük təcrübə tələb olunurdu.
1919-cu il noyabrın 23-də ƏMT-nin rəisi Nağı bəy Şeyxzamanova 
müraciətlə yazılmış ərizədə xahiş olunurdu ki, 
“Məni Azərbaycan 
Respublikası Əksinqilabla Mübarizə Təşkilatında hər hansı bir 
vəzifəyə qəbul edəsiniz. İmza: Dadaşov Məmmədtağı Teymur 
oğlu”.
139
 Nağı bəy Şeyxzamanov tərəfindən imzalanmış əmrlə Dadaşov 
Məmmədtağı Teymur oğlu 1919-cu il noyabrın 25-dən Balaxanı-
Sabunçu bölməsinin rəisi vəzifəsinə təyin edilmişdi. 
Sual doğur: M.Dadaşov kim idi və nə üçün onu gətirib belə bir 
139   DTX-nin arxivi, Dadaşov Məmmədtağının istintaq qovluğu, N PR-38062.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
130
mühüm vəzifəyə qoyurdular? Dadaşov Məmmədtağı Teymur oğlu 
1899-cu ildə Bakı şəhərində anadan olmuşdu. Uşaq yaşlarından 
çevikliyi və ciddiliyi ilə seçilən Məmmədtağı müstəqil Azərbaycan 
Respublikası dövründə fəaliyyətə başlamış, hərbi yunkerlər məktəbinə 
daxil olmuş və həmin məktəbi praporşik rütbəsi ilə başa vurduqdan 
sonra bir müddət milli ordu sıralarında xidmət etmişdi. Dadaşov 
1932-ci il yanvarın 1-də verdiyi ifadəsində bildirirdi ki, “1918-ci ildə 
“Müsavat” yunker məktəbini bitirərək 1-ci Azərbaycan Alayına alay 
yunkeri vəzifəsinə göndərilmişəm və orada 5-6 ay işləmişəm”.
Haqqında bəhs etdiyimiz məsələ ilə əlaqədar 1932-ci il yanvarın 
16-da verilmiş bir şahid ifadəsindən aşağıdakıları öyrənirik: “
Dadaşov 
Məmmədtağı hərbi yunker məktəbini bitirdikdən sonra 
“Müsavat”ın “Dikiy” diviziyasında hansısa komandir vəzifəsində 
işləmişdir. Onun “Dikiy” diviziyasından nə üçün getdiyi mənə 
məlum deyil. 1919-cu il noyabr ayının axırında Dadaşov ərizə 
ilə Şeyxzamanova müraciət edərək bildirdi ki, onu “Müsavat” 
əks-kəşfiyyatında hər hansı bir vəzifəyə götürsün. Şeyxzamanov 
onu həmin dəqiqə Balaxanı-Sabunçu bölməsinə rəis təyin etdi 
və o, həmin vəzifədə 1920-ci ilin fevral ayının axırına kimi işlədi. 
Dadaşov özünü fəal antikommunist kimi aparmış və karyer 
qazanmaq üçün bolşevikləri həbs etmişdir”.
140
 
Dadaşov 1932-ci ildə verdiyi ifadələrindən birində milli ordudan 
azad olunmasının səbəbini belə izah edirdi: 
“1918-ci ildə hərbi 
məktəbi bitirib polka göndərilmişəm və xəstəliyimlə əlaqədar 
olaraq əks-kəşfiyyata keçirilmişəm”.
141
 
Arxiv materiallarından aydın olur ki, o, işlədiyi müddətdə həqiqətən 
AXC-nin müstəqilliyi uğrunda yorulmadan mübarizə aparmışdır. 
Məlumdur ki, Balaxanı-Sabunçu rayonunda işləmək olduqca çətin 
idi. Burada əhali təkcə say etibarilə deyil, həm də milli tərkibinə və 
siyasi baxışlarına görə çox idi. Həmin adamlar arasında yağlı vədlərlə 
hakimiyyəti ələ almaq və Azərbaycana “kommunist cənnəti gətirmək 
istəyən” bolşeviklər, xarici müdaxiləçilər, hər cür fitnə-fəsad törətməyə 
hazır olan erməni daşnakları, böyük ümidlə Çar Rusiyasını yenidən 
140   Yenə orada
141   Yenə orada


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
131
bərpa etmək istəyən denikinçilər də var idi. Bunlar bir daha göstərir ki
Nağı bəy Şeyxzamanov ƏMT-nin Balaxanı-Sabunçu rayon bölməsinə 
M.Dadaşovu rəis təyin etməkdə səhv etməmişdi.
M.Dadaşov işlədiyi müddətdə həm denikinçilərə, həm əhali ara-
sında Azərbaycan Respublikasının və onun rəhbərlərinin əleyhinə 
yönəldilmiş bolşevik təbliğatına, həm erməni daşnaklarına, həm də 
xarici müdaxiləçilərə qarşı inadla mübarizə aparmışdır. Bu mənada M.
Dadaşov tərəfindən ƏMT-nin rəisinin adına yazılmış 3 sənəd xüsusilə 
maraqlıdır. Sənədlərdən birində oxuyuruq: 
“1920-ci il yanvarın 24-
də mən - Əksinqilabla Mübarizə Təşkilatı Balaxanı-Sabunçu ra-
yonunun rəisi Dadaşov bu protokolu aşağıdakı səbəblərdən tər-
tib etmişəm: Mən müəyyənləşdirmişəm ki, Bakı şəhərində (Bor-
zikovski)  Stanislovski küçəsi ev 79/203-də yaşayan milliyyətcə 
erməni David Akopoviç Abramyans Bakı şəhərində məlumat yığ-
maqla məşğuldur və onları Denikinin dəstəsində zabit kimi xid-
mət edən qardaşına 
göndərir. Bundan 
əlavə, Azərbaycan 
hökumətinin əley-
hinə təbliğat aparır 
və şaiyələr yayır ki, 
Denikinin qoşunu, 
eləcə də zabitləri 
İran istiqamətində 
gediblər və oradan 
tezliklə Azərbayca-
na hücum edəcəklər. 
Bu cür şaiyələrlə o, əhalini həyəcanlandırır. Bunları nəzərə alaraq 
qərəra gəldim ki, Abramyansı saxlayım və Sizin sərəncamınıza 
göndərim. İmza: M.Dadaşov 27 yanvar 1920”.
142
 
M.Dadaşov tərəfindən yazılmış digər sənəd də maraq doğurur: 
“1920-ci il fevralın 24-də Sabunçudakı fəhlə kulubunda 
fəhlələrin gizli yığıncağı olarkən bildirilmişdir ki, bolşeviklərin 
3 istiqamətdən - Krasnovodsk, Həştərxan və Rostov 
142   Yenə orada
Müttəhim Dadaşov Məmmədtağı


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə