“Azad Azərbaycan”. 2010. 17 yanvar. №7. S 20 Yanvar faciəsinə gedən yol



Yüklə 232,7 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü232,7 Kb.
#65407


 “Azad Azərbaycan”.-2010.-17 yanvar.-

 

№7.-S.5.


20 Yanvar faciəsinə gedən yol

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıdan Moskvaya 357,

Vaşinqtona 14, Londona 12, Tehrana 173, Ankaraya 286 zəng edilmişdi

Müstəqilliyimiz  yolunda  millətçi  ermənilərin  və  məkrli  Sovet  imperiyasının  təşkil  etdikləri  hərbi-siyasi

fitvaların  ən  təhlükəlisi  1990-cı  il  yanvar  ayının  20-də  həyata  keçirildi.  Yanvar  faciəsinə  gedən  yol  məkrli.

ziddiyyətli.  mürəkkəb və təhlükəli  olmuş.  erməni mafiyasının fitvaları və  imperiyanın dəstəyi  ilə  planlaşdırılıb.

Qanlı 20 Yanvar faciəsinə gedən yol məhəlli düşüncəli Mixail Qorbaçovun məlum "yenidənqurma". aşkarlıq və

demokratikləşmə  konsepsiyasının  dalğaları  üzərində  qatı  millətçi  ermənilərin  Azərbaycana  qarsı  qərəzli  ərazi

iddiaları imperiyanın geostrateji siyasəti və səriştəsiz respublika rəhbərliyinin səbatsızlığı zəminində başlanıb.

Mixail  Qorbaçovun  yenidənqurma  siyasəti  cəmiyyətə  qəbul  edildikdən  sonra  ermənilərin  ekstremizmi  və

separatizmi leqallaşdırıldı, onların dağıdıcı aksiyalarına aşkarlıq, söz azadlığı və demokratiya pərdəsi altında qanuni

don  geydirildi.  Aydındır  ki,  o  zaman  hələ  güclü  olan  sovet  dövləti  SSRİ  Konstitusiyasının  81-ci  maddəsinin

tələblərinə  əsasən  Azərbaycanın  suveren  hüquqlarını  və  ərazi  bütövlüyünü  müdafiə  etsəydi  regionda  gərginlik

yaranmazdı, qanlı yanvar faciəsi baş tutmazdı.

1960-cı  illərdən  başlayan  gizli  erməni  separatizmi  Qorbaçovun  "Yenidənqurma"  siyasi  kursundan

bəhrələnib  tədricən  leqallaşdı  və  Ermənistanın  dövlət,  səviyyəsinə  qaldırıldı  60-cı  illərdə  hazırlanmış  ssenarilər,

bədii  və  tarixi  əsərlər,  xəritələr  Yerevanda,  Moskvada  işıq  üzü  gördü,  Daşnaksutyun  Partiyası  fəallaşdı,  Silva

Kaputikyanın,  Sero  Xanzadyanın,  Zori  Balayanın  timsalında  yeni  "erməni  imperiyası"  ilə  bağlı  dövlətçilik

ideologiyası və  erməni  soyqırımı haqqında  geniş  miqyasda  ideoloji  təbliğat  başlandı, azərbaycanlılara  və  türklərə

qarşı qəddarlığı ilə məşhur olan qaniçən Andronikin obrazı "Miasum" bayrağına çevrildi, Azərbaycana qarşı ərazi

iddiaları barədə müxtəlif ünvanlara rəsmi müraciətlər, məktublar axını başlandı.

1987-ci  ilin  ortalarında  Yerevanda  başlayan  separatizm  dalğaları  Dağlıq  Qarabağa  yayıldı,  bölgədə

Azərbaycan  bayraqları  yığışdırıldı,  müəssisələrin  adlarını  göstərən  lövhələr  erməniləşdirildi,  azərbaycanlılar

işdən uzaqlaşdırıldı, sıxışdırıldı,  mitinqlər, yığıncaqlar keçirildi, vilayətin Azərbaycanın tərkibindən çıxarılması

çağırışları gücləndi.

Erməni  ideoloqları  və  mafioz  qüvvələri  mərkəzin  hakimiyyət  strukturlarına  soxulan  daşnakların,

ermənipərəst  məmurların,  bazar  prinsipləri  əsasında  ələ  alınmış  yeni  demokratların,  xarici  erməni  lobbisinin  və

kilsələrinin  maliyyə  yardımı və  dəstəyi  ilə  böyük  Ermənistan  dövlətinin  yaradılmasına  xidmət  edən  ümumerməni

deportasiya  və  annesiya  proqrammı  hazırlamışdılar.  Ümumerməni  deportasiya  və  anneksiya  proqramı  iri  həcmi

strateji və taktiki yönümlü aksiyaların keçirilməsini nəzərdə tuturdu.



- əzəli Vətənini tanımayan, çar imperiyasının  geostrateji maraqlarına  müvafiq olaraq Qərbi Azərbaycana

və vahid Qarabağın dağlıq hissəsinə köçürülən ermənilərin bu yerləri özününküləşdirilməsi toponomiza siyasətinin

həyata keçirilməsi;

- Qərbi Azərbaycanda müstəqil erməni dövlətinin yaradılması və Azərbaycanın Qarabağ bölgəsinin dağlıq

hissəsində dağınıq vəziyyət-də məskunlaşan gəlmə ermənilərə milli ərazi muxtariyyətinin verilməsi;

--  müxtəlif  fitvalar  yolu  ilə  Azərbaycanın  Ermənistanla  həmsərhəd  bölgələrinin  yaşayış  məntəqələrinin

qopardılıb ilhaq edilməsi;

-  böyük  Ermənistan  dövlətinin  yaradılması  ideyasının,  təbliğin  bu  istiqamətdə  tarixi,  bədii,  publisistik

yazıların nəşr edilməsi və yayılması;

- qondarma erməni soyqırımının geniş məkanda tanıdılması və qəbul edilməsi;

- bütün ermənilərin qatı millətçi və böyük dövlətçilik şovinizmi ruhunda tərbiyə edilməsi;

- qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi;

-  Şimal  qonşumuzun  dövlət  məmurlarının  yüksək  rütbəli  hərbçilərinin  və  mətbuat  orqanlarının  bazar

prinsipləri üzrə ələ alınması;

-  Stavropolda  erməni  mafiyasının  toruna  düşmüş  Mixail  Qorbaçovun  Kremldə  onu  əhatə  edən  daşnak

qrupunun təzyiqi ilə Ermənistanda formalaşmış separatizmin söz azadlığı pərdəsi altında dəstəklənməsi;

-  1987-ci  ilin  sonunda  Mixail  Qorbaçovun  həyat  yoldaşı  Raisa  Qorbaçovanın  iştirakı  ilə  baş  katibin

iqtisadi  məsələlər  üzrə  məsləhətçisi  akademik  Abel  Aqanbekyanın  Dağlıq  Qarabağın  Ermənistana  verilməsi

haqqında bəyanat verməsi;

- tərkibindən ayrılması haqqında vilayət sovetinin konstitusiyaya zidd qərarının qəbul edilməsi;

-  vəziyyəti  gərginləşdirmək  məqsədi  ilə  Xankəndində  qonşu  azərbaycanlı  yaşayış  məntəqələrinin

sakinlərindən bir neçə nəfərinin qətlə yetirilməsi;

-  1988-ci  ilin  fevral  ayında  -  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibindən  ayrılması  haqqında  vilayət

sovetinin konstitusiyaya zidd qərarın qəbul edilməsi;

-  vəziyyəti  gərginləşdirmək  məqsədi  ilə  Xankəndində  qonşu  azərbaycanlı  yaşayış  məntəqələrinin


sakinlərindən bir neçə nəfərinin qətlə yetirilməsi;

-  1988-ci  ilin  fevral  ayının  sonunda  mərkəzin  xüsusi  xidmət  orqanlarının  dəstəyi  və  iştirakı  ilə  Eduard

Qriqoryanın terrorçu separatist dəstəsi tərəfindən Sumqayıt sindromunun təşkil edilməsi;

 tarixən  formalaşmış  məkrli  erməni  fitvasını  davam  etdirən  soydaşlarını  qurban  vermək,  Azərbaycan

xalqını  vəhşi  qiyafəsində  ictimaiyyətə  təqdim  etmək  və  bu  yolla  gələcək  genişmiqyaslı  hərbi  işğalçılıq  siyasətinə

ideoloji bəraət qazandırmaq;

-  Dağlıq  Qarabağın  azərbaycanlı  yaşayış  məntəqələrini  zəbt  etdikdən  sonra  bütün  bölgəni  və  onun

ətrafında  yerləşən Aşağı Qarabağın  şəhər  və  rayonlarım işğal  etmək  üçün  ideoloji  təminat  yaratmaq  məqsədi  ilə

erməni  ideoloqları  Azərbaycanda  Turanın  islam  fundamentalizminin  genişləndirilməsi,  islam  respublikasının

yaradılması,  dövlət  çevrilişinin  hazırlanması  haqqında  mərkəzə  donoslar  göndərmək,  onu  Azərbaycan  xalqına

qarşı sərt tədbirlər görməyə vadar etmək;

-  erməni  ideoloqlarının  və  mafioz  qüvvələrinin  fitvalarına  və  düşünülmüş  böhtanlarına  əsasən  mərkəzin

Müdafiə  Nazirliyinin  53-cü  diviziyasının  366-cı motoatıcı  polkunun,  Daxili  İşlər  Nazirliyinin  daxili  qoşunlarının

81-ci  hərbi  hissəsinin  Xankəndində  yerləşdirilməsində,  onların  erməni  silahlı  qüvvələri  ilə  birlikdə  Azərbaycana

qarşı döyüşlərdə iştirak edilməsinə nail olmaq;

- Dağlıq Qarabağın idarə edilməsi üçün mərkəzə tabe olan qurumun yaradılması;

Araşdırmalar zamanı məlum olub ki, 20 Yanvar faciəsinə hazırlıq 1988-ci ildə,  SSRİ-nin o  vaxtkı rəhbəri

M.Qorbaçovun  ölkənin  müdafiə  naziri  Dmitri  Yazova  verdiyi  göstərişindən  sonra  başlanıb.  M.Qorbaçov  1988-ci

ilin mart ayının 19-da Təhlükəsizlik Şurasının iclasında regionlarda və respublikalarda rusların şərəf və ləyaqətinin

qorunması üçün  "Narodnaya  volya"  təşkilatının  hərbi  hissələrdə  özəklərinin  yaradılması haqqında  marşal  Dmitri

Yazova göstəriş  verdi. SSRİ müdafiə naziri, M.Qorbaçovun tapşırığına  əsasən 1988-ci ilin iyul ayının 24-də hərbi

hissələrdə  qeyd  edilən  təşkilatların  özəklərinin  yaradılması  haqqında  əmr  imzaladı.  Avqust  ayının  13-də

Təhlükəsizlik Şurasının iclasında bu məsələ yenidən baxıldı və müvafiq qərar qəbul edildi.

1989-cu  ilin  dekabr  ayının  24-də  regionlarda  rus  millətinin  şərəf  və  ləyaqətini  qorumaq  üçün  yaradılan

"Narodnaya volya" təşkilatının tənzimləyici özəklərindən biri Həştərxanın Voladarski yaşayış ərazisində yaradıldı.

Özəyə 1985-1988 - ci illərdə Dağlıq Qarabağda hərbi xidmətdə olmuş kapitan Lüdviq Fyodoroviç Paxomov rəhbər

təyin  edildi  və  ona  Azərbaycan  istiqamətində  "dinc  təlim"də  iştirak  edəcəyi  barədə  göstəriş  verildi.  170  nəfərdən

ibarət olan bu tənzimləyici özəyə hərbi xidmətdə olmuş rus və erməni zabitləri daxil idi.

Voladarskidə  yaradılmış  təlim  düşərgəsində  zabitlər  hazırlıq  keçir,  yeni  silahlarla  tanış  olur,  konkret

tapşırıqlar alır, taktiki döyüşlərə hazırlaşırdılar.

O zaman Azərbaycanda hadisələr nəzarətdən çıxmışdı, ikihakimiyyətlilik hökm sürürdü, qanunlar işləmirdi,

xırda.  silahlı dəstələr  özbaşınalıq  edirdi.  1990-cı ilin  yanvar  ayının  12-də  saat  16:10  dəqiqədə  Bakı ümumqoşun

məktəbinin  zabitləri  adından  polkovnik  D.Savalyev  və  siyasi  şöbənin  rəisi  polkovnik  O.Rusakov  Moskvaya,

təhlükəsizlik şurasına, M.Qorbaçovun və Dmitri Yazovun adına göndərdiyi teleqramda deyilirdi: "Bakıda vəziyyət

Xalq Cəbhəsi tərəfindən idarə edilir. Yığılmış problemləri həll etmək üçün bütün siyasi imkanlar istifadə edilib. Biz

hesab edirik ki, Bakıda ikinci Rumıniyaya yol vermək olmaz".

Armavir şəhərində Livandan gəlmiş  ermənilərdən ibarət  təşkil edilmiş  "iza-din el-kassan" terrorçu  qrupun

xristian  qanadının  liderlərindən  olan  Yusefmotarrekin  başçılıq  etdiyi  41  nəfərli  heyət,  sovet  hərbi  geyimində

hazırlıq keçirdi. Dəstə SSRİ Müdafiə Nazirliyinin sənədlərində "Voennaya deleqasiya" kodu ilə qeydə alınmışdı.

1990-cı ilin  yanvar  ayının  14-də  Armavir  şəhərində  yerləşən  016  saylı hərbi  hissədən  polkovnik  Arkadiy

Fedoseev  Şimali  Qafqaz  hərbi  dairəsinə  göndərdiyi  məktubunda  deyilirdi  ki,  "hərbi  nümayəndələr  əmrə  hazırdır.

Digər  tərəfdən  həmin  ərəfədə  Taqanroqda,  Donetskdə,  Krasnodarda,  Moskva  ətrafında  yerləşən  hərbi  hissələr

Azərbaycan  istiqamətində  yola  düşməyə  hazırlaşırdılar.  Azərbaycana  gəlmək  üçün  hazırlaşan  hərbçilər  arasında

Ermənistandan, Rusiyadan və Livanda yaşayan çoxlu erməni terrorçuları da var idi.

Bütün hazırlıq işlərini gördükdən sonra ölkənin müdafiə naziri, marşal Dmitri Yazovun 1990-cı ilin yanvar

ayının 16-da Azərbaycan rəhbərliyinə göndərdiyi məxfi məktubunda deyilirdi;  "Əmin  edirəm ki,  ordunun  məramı

Xalq Cəbhəsinin hakimiyyətə can atan xadimlərinin təşkilati strukturunu dağıtmaqdan ibarətdir".

O da məlum olmuşdur ki, Azərbaycana qarşı nəzərdə tutulan təhlükəli aksiyaların hazırlanmasında Dağlıq

Qarabağda  və  Bakıda  yaşayan  ermənilərin  liderləri  fəal  iştirak  etmiş,  mərkəzin  xüsusi  xidmətlər  orqanlarının

əməkdaşları  ilə  əlaqə  saxlamış,  onlara  Bakıda  vəziyyət  haqqında  vaxtaşırı  məlumat  vermişlər.  Onlardan  yalnız

birini xatırladaq. Yanvar ayının 19-da axşam saat 19:00-da Dağlıq Qarabağ kommunistlərinin keçmiş başçısı Boris

Geyorkov Bakıdakı mənzilindən Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat idarəsinin rəhbərlərindən

polkovnik Ağayanın və polkovnik Osipyanın iştirakı ilə Moskva ilə danışıqlar aparırdı.

Polkovnik  Ağayan  1993-cü  ilin  sentyabr  ayının  19-da  Moskvada  erməni  diasporunun  rəhbərləri  ilə

görüşündə 1990-cı ilin yanvar gecəsi barədə demişdir ki, "biz həmin vaxt Boris Gevorkovun Bakıdakı mənzilində

idik. Onda o telefonla "Şərqi Büro" ilə danışıq aparırdı.

Politoloq Rövşən Novruz oğlunun məlumatına görə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə

Bakıdan  Moskvaya  357,  Vaşinqtona  14,  Londona  12,  Tehrana  173,  Ankaraya  286  zəng  edilmişdi.  Kimin-kimə

zəng etməsi və nə danışması aydın olmasa da, hər halda məram kimlərəsə məlumdur.

Azərbaycana qarşı ərazi iddialarının separatizm aksiyalarının başlanması haqqında ilk rəsmi siqnalı Mixail




Qorbaçovun  iqtisadi  məsələlər  üzrə  müşaviri  Abel  Qezoviç  Aqanbekyan  verdi.  O,  Parisdə  erməni  diasporunun

nümayəndələri  ilə  görüşündə  mətləbdən  uzaqlaşaraq  bildirdi  ki,  onun  şəxsi  qənaətinə  görə  Dağlıq  Qarabağın

Ermənistana  birləşdirilməsi  bütün  mülahizələr  baxımından  əlverişli və  məqsədə  müvafiqdir.  Bu  bəyanatın  məkrli

mənasının  təhlili  göstərir  ki,  çoxsaylı  milli  və  ərazi-inzibati  bölgələrdən  ibarət  olan  sovetlər  ittifaqının  15

bərabərhüquqlu bir subyektinin ərazisinin müəyyən hissəsinin SSRİ Konstitusiyasının 76-cı maddəsinə zidd olaraq

başqa bir subyektinə verilməsini irəli sürmək böyük cəsarət tələb edirdi.

M.Qorbaçovun  dəstəyinə  arxalanan  erməni  separatçıları  onun  aşkarlıq  siyasətinin  pərdəsi  altında  ölkə

miqyasında  ilk  dəfə  1987-ci  ilin  oktyabr  ayında  Yerevan  şəhərinin  Puşkin  meydanında  Azərbaycana  qarşı  ərazi

iddiaları  ilə  mitinq  keçirirdilər,  soydaşlarının  "qədim"  erməni  torpaqlarının  azad  edilməsi  uğrunda  mübarizəyə

səslədilər.  M.Qorbaçovun  ermənipərəst  mövqeyini  bilən  mərkəzin  xüsusi  xidmət  orqanları daşnakların  separatist

hərəkətlərinə məhəl qoymadılar, ekstremistlərə qarşı tədbirlər görmədilər.

Erməni silahlı qüvvələrinin fəallığı və antiazərbaycan təbliğatının miqyasının genişləndirilməsi göstərdi ki,

Ermənistandan və Dağlıq Qarabağdan çox uzaqda yerləşən Sumqayıt şəhərində 26 erməninin və 6 azərbaycanlının

qətlə yetirilməsi erməni separatistlərinin işğalçılıq siyasətinə, Qarabağın dağlıq hissəsinin ilhaq edilməsinə ideoloji

təminat yaratmaqdan ibarət idi.

Ən əsas məsələ  Sumqayıt hadisələrindən  istifadə  edib  Azərbaycan  xalqının vəhşi  obrazını  yaratmaq  və

beləliklə  də  Qarabağın  Azərbaycanın  tərkibində  qalmasının  qeyri-mümkünlüyünü  mərkəzə  inandırmaq  və

Ermənistana birləşdirmək idi.

20  Yanvar  faciəsi  ərəfəsində  erməni  ideoloqları,  daşnak  mafiyası,  yeni  demokratlar  və  mərkəzin  xüsusi

xidmət  orqanları  sovet  imperiyasının  Azərbaycana  hərbi  müdaxiləsinə  bəhanə  hazırlamaq  və  ona  ideoloji  don

geyindirmək məqsədi ilə 1990-cı ilin yanvar ayının 13-14-də Bakı şəhərində Sumqayıt sindromuna bənzər fitnəkar

aksiya  təşkil  etdilər.  Onlar  bu  dəfə  də  daşnakların  əvvəllər  sınaqdan  keçirdikləri  metodları  işə  salıb,  adi,  sadə

hadisələri  şişirdib  millətlərarası  münaqişələr  səviyyəsinə  yüksəltdilər,  sonra  isə  özlərinin  təşkil  etdikləri

qarşıdurmanı beynəlxalq problemə çevirdilər.

Göründüyü kimi, erməni millətçiləri böyük dövlətçilik ideologiyasının reallaşması naminə istənilən vaxt

soydaşlarını  siyasi  məqsədlərinə  qurban  verməyi  adət  etmişlər.  Bu  xəstəliyin  simptomları  bütün  ermənilərin

fanatikcəsinə qəbul etdikləri təhlükəli "miya-sum" və "böyük Ermənistan" ideologiyasının özəyində yetişmiş və

formalaşmışdır.  Bu  xəstəlikdən  beyinləri  robotlaşmış  erməni  ideoloqları  belə  hesab  edirlər  ki,  "mia-sum",

"böyük Ermənistan" uğrunda mübarizədə qurban gedənlər sağ qalan ən görkəmli ermənidən qiymətlidir.

1990-cı ilin yanvar ayının 19-na qədər Ermənistandan 300 min azərbaycanlı əhalisinin son nəfəsinə qədər

qovulub  çıxarılmasına  baxmayaraq  Bakı  şəhərində  və  respublikanın  bütün  bölgələrində  ermənilər  geniş

mənzillərində  rahat  yaşayır,  gizli  iqtisadiyyat  sahəsində  böyük  bizneslə  sərbəst  məşğul  olur,  varlı  həyat  sürür,

erməni  separatçılarına  aylıq  vergi  verir,  ekstremistləri  dəstəkləyir,  terror  aksiyalarında  iştirak  edir,  ən  vacib

obyektlər  və  hadisələr  haqqında  şəxsi  məlumatlar  toplayıb  Ermənistanın  və  mərkəzin  xüsusi  xidmət  orqanlarına

ötürürlər.

Bakıda  ermənilərin  Azərbaycana  qarşı  açıq-aşkar  təhlükəli  təxribatlar  M.S.Qorbaçovun  Ermənistandan

qovulan  azərbaycanlıların tamamilə  biganəliyi  və  Bakıda  yaşayan  ermənilərin  təhlükəsizliyinin  qorunması barədə

verdiyi  sərt  göstərişlə  əlaqədar  idi.  Ermənistandan  və  .Dağlıq  Qarabağdan,  qovulan  azərbaycanlıların

yerləşdirilməsi  Azərbaycanın  daxili  işi  olmasına  baxmayaraq,  bu  vacib  məsələnin  optimal  və  səmərəli  həllində

cəsarətsizlik,  qorxaqlıq  göstərən  marionet  Əbdürrəhman  Vəzirovun  günahı  bağışlanmazdır.  Əgər  o  vaxtlar

Əbdürrəhman  Vəzirov  cəsarət,  milli  qeyrət  göstərib  Ermənistandan  qovulan  qaçqınları  Dağlıq  Qarabağda

yerləşdirsəydi,  adekvat  cavab  kimi,  Azərbaycanda  yaşayan  ermənilərin  Ermənistana  köçürülməsinə  naiİ  ola

bilsəydi,  çox  güman  ki,  hadisələrin  istiqaməti  dəyişərdi,  20  Yanvar  faciəsinin  qarşısının  alınması  imkanı  yarana

bilərdi.  Təəssüf  ki,  mərkəzin  ermənipərəst  siyasəti  respublika  rəhbərliyinin  təslimçilik  siyasəti  nəticəsində  hərbi

müdaxilə həyata keçirildi, günahsız insanlar qətlə yetirildi.

1990-cı  ilin  yanvar  ayının  13-də  Bakı  səhərində  erməni  mafiyasının  və  mərkəzin  xüsusi  xidmət

orqanlarının hazırladıqları fitnəkar plan belə başladı.  Maraqlıdır ki, həmin günlər Bakıda  SSRİ  DİN-in daxili

qoşunlarının  11  min  500  əsgəri  var  idi.  Lakin  onlar  qəsdən  münaqişəyə  müdaxilə  etmədilər,  qarşıdurmanı

dayandırmadılar, asayişi, sabitliyi bərpa etməyə səy göstərmədilər.

O  vaxtlar  SSRİ  xalq  deputatı seçilən,  yazıçı Anar  Kremldə  M.Qorbaçova  müraciət  edərək  soruşanda  ki,

SSRİ DİN-in məlumatına görə qarşıdurma zamanı beş min adam iştirak edirdi, Bakıda on iki mindən artıq qoşun var

idi,  hər  iştirakçıya  ikidən  artıq  əsgər  düşürdü,  nə  üçün  onlar  qarşıdurmanı  dayandırmadılar,  işə  qarışmadılar.

M.S.Qorbaçov əllərini sinəsinin üstünə qoyub demişdi ki, "Doğrudan da nə üçün ".

1990-cı  ilin  yanvar  ayının  13-də  Bakıda  həyata  keçirilən  məkrli  erməni  sindromu  20  Yanvar  faciəsinə

istiqamətlənən ən təhlükəli siyasi aksiya idi. Olduğu kimi bu dəfə də yaranmış vəziyyətdən həmişə  fitnəkarcasına

istifadə  edən  ermənilər  bir  neçə  soydaşlarını  qətlə  yetirib,  onların  cəsədlərini  dəmir  yol  vağzalının  perronuna,

Bakıda təhsil alan xarici tələbələrin yataqxanalarının girəcəyinə, şəhərdə yerləşən xarici nümayəndəliklərinin önünə

düzdülər,  Azərbaycan  haqqında  düşmən  obrazı  yaratmağa  çalışdılar.  Erməni  ideoloqları  mərkəzin  məmurları  ilə

birlikdə həyata keçirdikləri "sindroma" milli və siyasi xarakter verərək, Azərbaycanda sovet hakimiyyətinin təhlükə

qarşısında  olması  haqqında  Moskvaya  operativ  şifrlə  məlumat  göndərir,  hərbi  kömək  tələb  edirdilər.  Mərkəz

ermənilərin  xəyanətkar  məlumatlarını  alan  kimi  yanvarın  15-də  Sov.İKP  MK  Siyasi  Bürosunun  qərarı  ilə



Azərbaycanın  bir  sıra  bölgələrində  hərbi  vəziyyət  elan  etdi.  O  vaxt  Azərbaycanda  110  minlik  hərbi  hissələrin

yerləşdirilməsinə  baxmayaraq,  yeni  qərara  əsasən  respublikaya  əlavə  66  min  əsgər  və  zabit  göndərildi.  Erməni

mafiyasının fitvası ilə Azərbaycana qarşı kinini, küdurətini, düşmənçilik hisslərini gizlədə bilməyən mərkəz 4 gün

ərzində, 1990-cı ilin yanvar ayının 15-i və 19-da iki dəfə hərbi vəziyyət  elan etdi və təqribən 170 minlik ordu  ilə

respublika əhalisinə divan tutdu.

Mixail  Qorbaçovun  cinayətlərindən  biri  onun  Bakıda  fövqəladə  vəziyyət  elan  edilməsi  və  imperiya

ordusunun  şəhərə  müdaxiləsi  haqqında  imzaladığı  fərmanla  xəyanətkar  oyun  idi.  Yanvarın  18-19-da

imperiyanın bir çox yüksək dövlət  məmurları Bakıda  dövlət  televiziyalarında  imperiya ordusunun şəhərə daxil

olmayacaqları  haqqında  rəsmi  bəyanatlar  verirdilər.  Respublika  televiziyasının  enerji  bloku  partladıldıqdan,

qoşunlar  şəhərə  daxil  olduqdan,  faciə  törədildikdən  sonra  yanvarın  19-dan  20-nə  keçən  gecəni  səhər  saat

5:30-da  radio  Qorbaçovun  fərmanını  elan  etdi.  Halbuki  "mülki  və  siyasi  hüquqlar  haqqında  "  1966-cı  il

beynəlxalq konvensiyasının birinci bəndinə əsasən fövqəladə vəziyyət tətbiq edilməzdən qabaq elan edilməlidir.

Burada məqsəd kriminogen vəziyyəni profilaktika, xəbərdarlıq  və ya çətin  anlarda az itkilər  və sarsıntılar  yolu

ilə nizamlamaqdan ibarətdir.

Sovet imperiyası 1966-cı il beynəlxalq konvensiyanın tələblərini pozaraq, vaxtında elan etmədən fövqəladə

vəziyyəti  tətbiq  etdi,  görünməmiş  vəhşiliyə  rəvac  verdi.  İnsanların  kütləvi  qətlə  yetirilməsini  təmin  etdi,  özünü

qəddarlığı, imperiya xisləti ilə ifşa etdi, ittifaqda zorla birləşdirilən xalqların gözündən saldı.

Ölkənin  Konstitusiyasını, qanunlarını pozan,  Azərbaycana  qarşı açıq-aşkar  hərbi  təcavüzə  başlayan,  onun

ərazilərinin  bir  hissəsini  zəbt  edən,  azərbaycanlıları  Ermənistandan  və  Dağlıq  Qarabağdan  zorla  qovub  çıxaran

erməni terrorçularına dərs verən və öz suveren hüquqlarını qorumağa qalxan Azərbaycan xalqına qarşı hərbi qüvvə

tətbiq edən mərkəzin cinayət hərəkətləri millətin qəzəbinə və etirazına səbəb olmuşdu.



Bütün  bu  cinayət  əməllərinin  müqabilində  hər  bir  azərbaycanlının  qəlbində  imperiyaya  qarsı nifrət  və

qəzəb  atəşi  alovlandı,  cəsarət,  qeyrət,  namus,  qəhrəmanlıq  əzmi  püskürüb  ərşə  qalxdı,  ermənipərəst  Mixail

Qorbaçova  lənətlər  yağdırdı,  onun  səkilləri  küçələrdə  yandırıldı,  bütün  şəhər  evlərinin  pəncərələrindən  qara

matəm  bayraqları  asıldı.  Bakı  şəhərinə  dolusan  67  min  sovet  silahlı  qüvvələrin  timsalında  bütün  imperiya

ordusuna qarşı ümumazərbaycan nifrəti yarandı.

Soyuq  başla  aparılan  araşdırmaların  nəticələri  tam  aydınlıqla  təsdiq  edir  ki,  1987-1989  -  cu  illər-də

ermənilər mərkəzin dəstəyi ilə Azərbaycana qarşı hərbi təcavüzə başlamasaydılar, 20 yanvar faciəsi baş  verməzdi,

insanlar  qətlə  yetirilməzdi,  imperiya  müdaxilə  üçün  bəhanələr  tapa  bilməzdi,  ölkə  miqyasında  19  qaynar  nöqtə

yaranmazdı. Bizim və respublika ictimaiyyətinin sağlam düşüncəli nümayəndələrinin qənaəti belədir.

Qarabağda  erməni  silahlı  qüvvələrinin  qətlə  yetirdikləri  yüzlərlə  günahsız  insanların  sırasına  20  Yanvar

şəhidləri  də  əlavə  edildi.  20  Yanvar  şəhidləri  erməni  mafiyasının  fitvası  ilə  mərkəzin  həyata  keçirdiyi  hərbi

müdaxiləsi zamanı daşnakların əli ilə qətlə yetirildilər.



20 Yanvar qanlı faciəsi əsrlər. qərinələr keçsə də. heç zaman unudulmayacaq. yaddaşımızda yaşayacaq.

cinayətkarlar nifrətlənəcəklər.

İmran CƏFƏRZADƏ

Azərbaycan Dövlət Neft 

Akademiyasının prorektoru,

 professor

Yüklə 232,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə