CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
123
Sual:  Daha sonra quraşdırdığınız şeiri harada demisiniz və ya 
oxumusunuz?
Cavab: Heç harada mən oxumamışam və deməmişəm. 
Sual: “Koba” və ya “Kuba” sözü necə yazılır onu göstərin. Hazırda o 
şeir hardadır və kimə həsr edilmişdir?
Cavab: Şeirdə həmin söz belə yazılmışdır (istintaq işində “Koba” sözü 
əski əlifba ilə Şamçızadənin dəsti-xətti ilə yazılıb göstərilmiş və imza ilə 
təsdiq edilmişdir - C.Q.). Həqiqətən onun kimə ithaf edildiyini bilmirəm 
və harada olduğunu xatırlamıram”.
Dindirmə zamanı da Əli Razi əksinqilabi millətçi təşkilatla əlaqəsini 
boynuna almır. Bu isə onun vəziyyətini daha da ağırlaşdırırdı. XDİK 
əməkdaşları Şamçızadəni ifşa etmək üçün müxtəlif şahidlərdən ifadə 
alır və onun özünü qohumları və dostları ilə üzləşdirir, əksinqilabi 
millətçi fəaliyyətdə olduğunu boynuna qoymağa çalışırdılar. 
Bəzi şahidlər verdiyi ifadələrində onun həqiqətən millətçi olduğunu 
qeyd etsələr də, o, bunları rədd edir, heç bir əksinqilabi millətçi işlə 
məşğul olmadığını bildirirdi. Şahidlərdən biri 11.08.1937-ci ildə 
verdiyi ifadəsində Əli Razini erməniləri sıxışdırdığına və Yazıçılar 
İttifaqının Kirovabad filialında onlara qayğı ilə yanaşmadığına görə, 
başqa sözlə, millətçilikdə ittiham edirdi: 
Sual:  Əli Razi Şamçızadənin Yazıçılar İttifaqının rəhbəri işlədiyi 
zaman millətçi baxışlarını hiss edirdinizmi?
Cavab: Bu suala mən belə cavab verə bilərəm ki, Əli Razinin Yazıçılar 
İttifaqına rəhbərliyi dövründə Kirovabad şəhərində çoxlu gənc erməni 
olmasına baxmayaraq, bizim ittifaqda yalnız bir erməni var idi. Əli Razi 
erməni yazıçıları ilə heç vaxt maraqlanmırdı və onların hazırlanması 
barədə məsələ qaldırmırdı. Lakin Əli Razi Yazıçılar İttifaqından gedəndən 
sonra onlarla erməni gənci ittifaqa daxil oldu”.
Bu idi Azərbaycan ziyalısının düşdüyü vəziyyət. Özündən öncə 
özgəni sevmə dərsini keçirdilər onlara. Azərbaycan ziyalısı o günə 
salınmışdı ki, Yazıçılar İttifaqında say etibarilə özündən çox ermənini 
görmək istəyirdi. Ona görə də Şamçızadənin atmadığı bu addımları 
millətçi baxış kimi pisləyirdilər. Hansı ki, həmin illərdə ermənilər 
bütün sahələr üzrə müxtəlif vəzifələrdə, xüsusilə də hüquq-mühafizə 
orqanlarında kifayət qədər yerləşdirilmişdi və çörəyini yediyi 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
124
azərbaycanlıları kütləvi surətdə məhv edirdilər. Təsadüfi deyildir ki, 
M.C.Bağırov da vaxtilə ermənilərə inandığını, Azərbaycan xalqının 
taleyini onlara etibar etdiyini gec də olsa etiraf edirdi: 
“Mənim əsas 
səhvim odur ki, Beriyaya və onunla bağlı olan və onun düşmən 
mövqeyini müdafiə edən, orqanlarda birgə iş üzrə onunla uzun 
illər boyu əlaqədə olan Sumbatov, Borşev, Qriqoryan, Markaryan 
və başqalarına göz yummuşam, onların iç üzünü tanımamışam. 
Mən onlara inanaraq XDİK orqanlarını onlara etibar etmişəm. 
Bu işdə xalqın qarşısında günahlarım o qədər böyükdür ki, məni 
güllələmək azdır, asmaq azdır, məni şaqqalamaq, parça-parça 
etmək lazımdır”.
137
 
XDİK əməkdaşları fiziki güc işlətməklə bir neçə şahidi onun 
əksinqilabi millətçi təşkilatda fəaliyyəti ilə bağlı ifadə verməyə məcbur 
etdilər. Əli Razi özünü müqəssir bilməsə də, şahidlərin verdiyi ifadələrlə 
kifayətlənən XDİK Kirovabad şəhər şöbəsinin əməliyyat müvəkkili 
DT serjantı 1937-ci il noyabrın 10-da belə bir qərar hazırladı. Qərar 
Kirovabad şəhər şöbəsinin rəisi Qamrekeli ilə razılaşdırıldı:
1. 
Behbudov Musa Abasqulu oğlu
2. 
Məmmədov Qara Haqverdi oğlu
3. 
Babayev Məmməd Əhməd oğlu
4. 
Mir Cəfər Mir Abdülhəsən Mir Məmməd oğlu
5. 
Şamçızadə Əli Razi Yəhya oğlu
6. 
İsmayılov Məmməd Hüseyn oğlu
7. 
Abramov Nikolay Yakovleviç 
8. 
Məmmədzadə Əyyub Məmmədəli oğlu.
Xüsusi konvoyla Bakı şəhərinə Azərbaycan SSR XDİK-in 
sərəncamına göndərildi. Beləliklə, adları çəkilən şəxslər Gəncə 
şəhərindən Bakıya gətirildi. 
Ə.R.Şamçızadə burjua-millətçi təşkilatın üzvü olduğunu boynuna 
almadığından istintaq zamanı bu məsələyə yenidən qayıtdılar. 
Gəncədən Bakı şəhərinə gətirilmiş Şamçızadə 1937-ci il noyabrın 
13-də verdiyi ifadəsində yenə də əksinqilabi millətçi təşkilatın üzvü 
olmadığını bildirdi:
“Sualİstintaqa məlumdur ki, siz Kirovabad şəhərindəki əksinqilabi 
137   Mir Cəfər Bağırovun məhkəməsi. Bakı,1993, s.115.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
125
millətçi, üsyançı təşkilatın üzvüsünüz. Bunu boynunuza alırsınızmı?
Cavab:  Xeyr, boynuma almıram. Mən əksinqilabi millətçi, üsyançı 
təşkilatın üzvü olmamışam.
Sual:  Siz həqiqəti demirsiniz. İstintaqa dəqiq məlumdur ki, Siz 
əksinqilabi millətçi, üsyançı təşkilata daxilsiniz. İstintaq sizdən tələb edir 
ki, düzgün ifadə verəsiniz. 
Cavab: Təkrar edirəm, mən – Əli Razi Şamçızadə əksinqilabi millətçi, 
üsyançı təşkilata daxil olmamışam.
Sual:  Həqiqəti inkar etməklə siz istintaqı azdırmağa çalışırsınız. 
İstintaq sizə təklif edir ki, inadınızdan əl çəkib düzgün ifadə verəsiniz.
Cavab:  Mən həqiqəti deyirəm. Mən əksinqilabi millətçi, üsyançı 
təşkilatın üzvü olmamışam və bu əksinqilabi təşkilatın fəaliyyəti barədə 
heç nə bilmirəm. 
Sual: Sizi necə bir əksinqilabi millətçi, üsyançı təşkilatın üzvü kimi öz 
həmfikirləriniz ifşa edir. Nə üçün siz inad edirsiniz?
Cavab:  Bir daha təkrar edirəm, mən əksinqilabi millətçi, üsyançı 
təşkilatın üzvü olmamışam. İmza”.
Bu dindirmədən düz on gün sonra Əli Razini yenidən sorğu-suala 
tutdular. Həmişə olduğu kimi yenə də müstəntiq onun əksinqilabi 
millətçi təşkilatda iştirakını təkidlə soruşurdu. Bu dindirmə zamanı o 
özünün əksinqilabi millətçi təşkilatda iştirakını boynuna aldı. Bundan 
sonra Əli Razi bir neçə dəfə dindirildi və nəhayət, Bakı şəhərində 
1937-ci il noyabrın 29-da istintaqın başa çatdığı Şamçızadəyə elan 
olundu. O, istintaqa əlavə heç nə deməyəcəyini bildirdi.
Beləliklə, Şamçızadənin işi SSRİ Ali Məhkəməsi Hərbi 
Kollegiyasının Səyyar Sessiyasının sərəncamına göndərildi.
Əli Razi Şamçızadənin işi üzrə Bakı şəhərində yanvar ayının 
5-də hazırlıq iclası keçirildi. Hazırlıq iclasında qərara alındı ki, 
Şamçızadə Əli Razi Yəhya oğlu Azərbaycan SSR CM-in 64, 70 və 
73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilsin, 
işinə şahidsiz, ittihamçısız və müdafiəçisiz bağlı məhkəmə iclasında 
baxılsın.
1938-ci il yanvarın 7-də, Bakı şəhərində, sədr İ.T.Nikitçenko, üzvlər 
V.İ.İyevlov və P.E.İşenko, katib L.H.Kuduryavçev olmaqla SSRİ Ali 
Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası ilə bağlı iclası öz 


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə