CümhuriYYƏTİn təHLÜKƏSİZLİk orqanlari



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə17/48
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50036
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
57
kəşfiyyat sisteminin”
55
 formalaşdırılmasına çalışırdı. Bu məqsədlə 
o, müvafiq plan da təklif etmişdi. Bu plana əsasən, təhlükəsizlik 
orqanlarının fəaliyyəti iki yerə ayrılırdı: 
a) kəşfiyyat
b) əks-kəşfiyyat. 
S.Mehmandarov kəşfiyyat işini bir qədər geniş planda nəzərdə 
tutmuşdu. Belə ki, onun fikrincə, Hərbiyyə Nazirliyinin, Xarici İşlər 
Nazirliyinin və Sərhəd Xidmətinin strukturunda kəşfiyyat işi ilə məşğul 
olan müvafiq bölmələr 
(hərbi attaşe, səfirliklər, həmsərhəd ərazilər) 
yaradılmalı, əks-kəşfiyyat işi ilə isə Daxili İşlər Nazirliyi məşğul olmalı 
idi. Kəşfiyyat və əks- kəşfiyyat qurumları Dövlət Müdafiə Komitəsinə 
tabe edilməli idi. 
Səməd bəy Meymandarov təhlükəsizlik işi ilə məşğul olan ayrıca 
bir qurumun yaradılması fikrindən uzaq idi. O, bu işlə mövcud olan 
üç orqanın məşğul olmasının tərəfdarı kimi çıxış edirdi. Təhlükəsizlik 
məsələləri ilə bağlı S.Mehmandarovun planları həyata keçməsə də, 
bu həyati əhəmiyyətə malik məsələ dövlət rəhbərlərinin daim diqqət 
mərkəzində idi. 
S.Mehmandarovun təklifinə əsasən AXC-nin təhlükəsizlik 
orqanlarının strukturu
Azərbaycanda bolşevizmin təbliği və genişlənməsindən narahat 
olan S.Mehmandarov daxili işlər naziri N.Yusifbəyova yazırdı: 
55   Cəfərov M. Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanları. Bakı, 1997, s. 5. 


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
58
“Bakıda bolşevik istiqamətli, özü də təəssüf ki, müsəlmanlardan 
ibarət bir qrup şəxs bolşevik ideyalarını yaymaq üçün bütün 
vasitələrlə kazarmalara girmək istəyirlər. Bakıda olan hissə, 
xüsusən də piyada qoşunları hələ lazımınca hərbi təlim 
almayıblar, nizam-intizam möhkəm deyil. Ona görə də mən 
bunların Bakıya gəlməsini istəmirdim. Bu gəncləri bolşeviklərin 
dağıdıcı təbliğatından qorumaq və qoşun yerləşən əraziyə kənar 
şəxslərin buraxılmaması məqsədilə polis nəzarətinin qurulması 
üçün sərəncam verməyinizi xahiş edirəm”.
56
Azərbaycanda genişlənən bolşevizm təbliğatı Baş Qərargah rəisi 
M.Sulkeviçi də narahat etdiyindən mümkün müdaxilənin qarşısını 
almaq məqsədilə 1919-cu il 6 aprel tarixdə qarnizon rəislərinə belə 
bir gös təriş vermişdi: “Agentlərin verdiyi məlumatlara görə, bolşevik 
təşkilatları öz nümayəndələrinin Zaqafqaziya dəmir yolunun Qısanka 
stansiyasında keçirdiyi qurultayından sonra aşağıdakı qərara gəlmişlər:
1.  “Könüllülərin Şimali Qafqaza hücumu ilə əlaqədar olaraq 
hərbi hissə və əhali arasında kommunizm təbliğatını 
gücləndirmək, onların ədəbiyyatla təminatı məsələsini Bakı 
təşkilatına həvalə etmək.
2.  Azərbaycan hökumətini əksinqilabi (bəy, mülkədar hökuməti) 
kimi təqdim edən qüvvələr tərəfindən gənc əsgərlərin aqrar 
sahəyə cəlb edilməsi ilə əlaqədar təbliğatına qarşı əhali 
arasında əks təbliğat aparmaq. 
3.  Qoşunlar arasında təbliğat aparmaq məqsədi ilə xüsusi təşkilat 
yaratmaq. 
Bu barədə qoşunlarda aparılan bolşevik təbliğatının 
müşahidəsi üçün bütün tədbirlərin görülməsini, vəzifəsi 
yalnız casusluqla deyil, eyni zamanda bolşevik təbliğatı ilə 
mübarizə olan Baş Qərargahın əks-kəşfiyyat bölməsinin işinin 
yüngülləşdirilməsi məqsədilə bütün baş verənlərlə əlaqədar 
mənə məlumat çatdırılmasını xahiş edirəm”.
57
 
Hərbi Nazirliyin rəhbərliyi Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin 
əldə etdiyi məlumatlara böyük diqqətlə yanaşırdı. Bu bölmə ölkədəki 
hərbi vəziyyəti nəzarətdə saxlamaq, mümkün təxribat-pozuculuq 
hallarının qarşısını almaq məqsədilə rəhbərliyi məlumatlandırmaq 
56   Azərbaycan Respublikası MAİ, f. 894, siy. 10, iş 96, v. 30.
57   Yenə orada, f. 1046, siy. 2, iş 38, v. 22.


CÜMHURİYYƏTİN TƏHLÜKƏSİZLİK ORQANLARI (1918-1920)
59
üçün yerlərdəki hərbi qurumlarla da lazımi ünsiyyət yaratmağa 
çalışır və onların vasitəsi ilə müəyyən informasiyalar əldə edirdilər. 
Bu da bölmədəki kadrların azlığı probleminin aradan qaldırılmasına, 
kəşfiyyat və əks-kəşfiyyat işinin düzgün qurulmasına kömək edirdi. 
AXC-nin həmsərhəd ölkələrdə olan diplomatik nümayəndələri də 
əldə etdikləri əməliyyat xarakterli məlumatları bəzən birbaşa, çox vaxt 
isə Xarici İşlər Nazirliyi vasitəsilə Hərbi Nazirliyə göndərirdi. 
Hərbi Nazirlikdən Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubda 
iki nazirlik arasında bu sahədə əməkdaşlıq aydın görünür: 
“…Xarici 
işlər nazirinə. Mümkün düşmənlər, həmçinin müxtəlif siyasi 
cərəyanlar haqqında (bolşeviklər) məlumatların cəmləşməsi üçün 
bütün alınmış informasiyaların Baş Qərargaha ötürülməsinə 
etiraz etməməyinizi xahiş edirəm… Baş Qərargahı ən çox 
maraqlandıran məsələlər bizimlə həmsərhəd olan dövlətlərin 
qoşunlarının cəmləşməsi, yerdəyişməsi, sayı, komanda heyəti, 
təchizatı, qidalanması, əhvali-ruhiyyəsi, sanitar vəziyyəti və 
sairədir. Baş Qərargah öz növbəsində onun ixtiyarında olan və 
Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan məlumatları 
sizə göndərəcəkdir ki, qarşılıqlı informasiya əsasında bizim 
qonşulara aid olan məsələlər daha dəqiq işıqlandırılsın”.
58
 
Belə qarşılıqlı əməkdaşlıq nəticəsində Azərbaycanın xüsusi xidmət 
orqanları Ermənistanın Bakıdakı diplomatik nümayəndələrinin 
əksəriyyətinin hərbçilərdən ibarət olduğunu aşkarlamışdı. Bu da 
beynəlxalq normalara zidd olduğundan Azərbaycan hökuməti 
Ermənistanın Bakıdakı diplomatik nümayəndəliyində hərbi attaşe 
vəzifəsinin təsis edilməsinə icazə vermirdi. Şübhəsiz ki, ermənilər 
attaşenin yaradılmasına nail olmaqla Azərbaycanda hərbi-siyasi 
vəziyyəti öyrənməyə cəhd edirdilər. 
İngilislərin Azərbaycanda yeritdiyi ikili siyasət də S.Mehmandarovu 
razı salmırdı. Məsələn, ingilis kapitanı Dellinin şimal sərhədində 
Denikinin nümayəndəsi ilə gizli görüşü və kəşfiyyat xarakterli 
məlumatlar toplaması hərbi naziri hiddətləndirdiyindən Nazirlər 
Şurasına yazırdı: “
Tiflisdən qayıdan kimi mən təltif edildiyim I və 
II dərəcəli müqəddəs Mixail və müqəddəs Georgi ingilis ordenini 
sizə göndərəcəyəm  (onların I dərəcəlisini talan vaxtı bolşeviklər 
almışdılar)II dərəcəlisini isə xahiş edirəm ingilislərə qaytarasınız 
və bildirəsiniz ki, bunu gəzdirmək istəmirəm, çünki mən onları 
58   Yenə orada,  f. 970, siy. 1, iş 96, v. 37.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə