Clubfoot: Ponseti Management [Azeri]



Yüklə 343,72 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix30.12.2017
ölçüsü343,72 Kb.
#18760
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

 



 

 

 



 

 

 



 

 

Ġynələrin dəlikdən keçirilməsi

 

1

 

2

 

İynələr ayaq altında bir-birinə yaxın iki nöqtədən çıxarıldıqdan sonra 



əvvəlcə keçə yastıqcıqdan sonra da düymə dəliklərindən keçirilir [1]. 

Vətərin təsbiti

 

Ayaq dorzifleksiyada ikən sapların ucundan tutub vətəri dəliyə  



tərəf çəkin [2 ox] və düymə üzərində bir neçə dəfə düyünlə- 

yin [3]. 



Əlavə təsbit

 

Sorula bilən qalın tikiş istifadə edərək vətəri keçdiyi dəliyin ət- 



rafında pazabənzər sümüyün sümüküstlüyünə tikin və düymə  

təsbitini gücləndirin. 



Yerli anesteziya

 

Əməliyyat sonrası ağrını azaltmaq üçün yara ətrafına [4] uzun  



3                                                        4

 

müddətli yerli anestetik vurun. 



Dayaqsız neytral vəziyyətdə durması

 

Ayaq dəstəksiz neytral plantar fleksiya [5] və neytral varus-val- 



qusda durmalıdır. 

Yara tikilməsi

 

Yaranı sorula bilən dəri altı tikişlərlə tikin [6]. Yapışqan strip- 



lərlə tikişlər gücləndirilir. 

Gips ilə immobilizasiya

 

Ayağa steril sarğı üzərindən uzun ayaq gips sarğısı tətbiq edin [7]. 



Ayağı abduksiya və dorzifleksiyada tutun. 

Əməliyyat sonrası qulluq

 

Adətən xəstə o gecə xəstəxanada yatırılır. Tikişlər öz-özünə 



sorulur. Altıncı həftədə gips sarğısını və düyməni çıxarın. Uşaq 

bacara bildiyi qədər ağırlığını verərək mobilizasiya ola bilər. 



5

 

ġinalama və müĢahidə

 

Bu prosedur sonrası şinalamaya ehtiyac yoxdur. Vətər köçürülmə- 



sinin nəticəsini görmək üçün uşağı təkrar 6 ay sonra kontrola ça- 

ğırın. Bəzi hallarda ayaq gücünü yenidən əldə eymək və yeriyişi 

normallaşdırmaq üçün fizioterapiyaya ehtiyac olur. 

7

 

6                                                                                                                        7                                                                                                                                                                                               



 

 

 

                                                                                                                          

 

25

 



 

 

 



 

 

ġina Emalı

 

1

 

Ponseti müalicə metodunun nəticələri düzəltməni qorumaq üçün tətbiq edi- 



lən şinalama proqramından asılıdır. İstənilən nəticə üçün uyğun şinaların  

əldə olması vacibdir. 

Şinaların müalicənin tətbiq edildiyi yerlərdə emal edilməsi yaxşı olardı. 

Maliyəti daha uyğun olar və sınmış və ya xarab olmuş şinaların təmir edil- 

məsi daha asan başa gələrdi. 

Belə faydalı proqramın həyata keçirilmə nümünəsi Uqandada görülə bi- 

lər. Michiel Steenbeek [1] yerli olaraq istehsal edilə bilən şina işləyib hazır- 

lamışdır. Bu şina Uqanda və qonşu dövlətlərdə əldə edilə bilər[3]. Bu şina  

tamamilə yerli materyallarla və sadə alətlərlə hazırlanır [2]. 

Materiallar və alətlər

 

Şina emalı üçün materyal olaraq dəri, astar materialı, yastı taxta və əyilə bilən 



dəmir çubuq lazımdır. Şina emalı üçün eyni vaxtda alətlər lazımdır. Alətlərə isə 

dəri tikən maşın [4], metal sumbatası və metal qaynağı daxildir. Uqandadakı şina 

emalı 10$ ABŞ dollarından daha ucuza başa gəlir . 

Təlim

 

Şina emalı üçün uyğun şəxlərə təlim proqramı təşkil etmək lazımdır. Tə- 



lim proqramı üçün ortez və protez tələbləri idealdır. 

Steenbeekin Ģina istehsalı kitabçası

 

2

 

Rəngli şəkillər və bütün boy şina nümunələri göstərilən kitabçanı 



www.global-help.org

 və ya e-poçt: steenbeek.michiel@gmail.com-dan 

əldə edə bilərsiniz. 

3

 

4

 

26

 



 

 

 



Əyripəncəliyin dərəcələndirməsi

 

1

 

Əyripəncəliyin dərəcələndirmə ehtiyacı mübahisəlidir. Əyripəncəliyin 



dərəcələndirilməsində faydalı olan bir neçə təsnifat təklif edilmişdir.  

Bu dərəcələndirmələr xəstəliyin inkişafına, residiv əlamətlərinin gös- 

tərilməsinə və proqnozun müəyyən edilməsinə görə tərtib edilmişdir. 

Pirani  dərəcələndirməsi

 

Əyripəncəliyin Pirani dərəcələndirməsi deformasiyanın ciddi- 



yətinə görə təyin edilir. Xəstəliyin inkişafının müşahidəsi üçün  

dərəcələndirmələr ən yaxşı yoldur. 



Metod

  Əyripəncəlik altı kliniki əlamət nəzərə alınaraq dərəcə- 

ləndirilir. Deformasiyanın ağırlığına görə 0(normal), 0,5(mülayim) 

 və ya 1(ağır) olaraq dərəcələndirilir. Bunlar sadə dərəcələndir- 

mə sistemini əmələ gətirir [1]. Əyripəncəliyi olan xəsətnin hər gəli-  

şində dərəcələndirmə aparın və xəstə anamnezinə qeyd edin. Dərəcə- 

ləndirmənin aparılması deformasiyanın nə qədər düzəldiyinə və axil 

 tenotomiyasına göstərişin nə vaxt veriləcəyinə dair məlumat verir. 



Müalicənin qiymətləndirilməsi

 

Ponseti müalicə metodu tətbiq 



edilərkən dərəcələndirmə qeydləri deformasiyanın düzəlib düzəlmə- 

diyi [2] haqqında məlumat verir. Eyni zamanda əyripəncəliyi əmələ  

gətirən deformasiyaların nə dərəcədə korreksiya edildiyini göstərir. 

Qaynaq

  Bu dərəcələndirmə ilə əlaqədar olan suallarınızı Dr.Shafique  

Piraniyə 

piras@aol.com

 e-poçt adresinə yazaraq öyrənə bilərsiniz. 

Dimeqlio dərəcələndirməsi

 

Dimeqlionun dərəcələndirmə metodu ilə deformasiyanın  



ağırlıq dərəcəsi ölçülür və eyni zamanda əyripəncəliyi əmələ gətirən 

deformasiyaların hər biri ayrıca qiymətləndirilir. 



2

 

27

 



Yüklə 343,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə