Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   15   16   17   18   19   20   21   22   ...   70

43 
 
Cümhuriyyəti ordusunun general və zabit heyəti barədə. Bəzilərinin adını bir yerdə 
çəksək də, yalan-gerçək yazırdıq ki, filankəs yeni gələn şura hakimiyyətini ürəkdən 
alqışlayıb. 
Beləcə,  yetmiş  ildən  çox  bir  müddətdə  yüzlərlə,  minlərlə  oğullarımıza, 
qızlarımıza özümüz öz əlimizlə qara yaxmışıq. Bunların arasında elələri də olub ki, 
indiyə kimi adını heç yerdə çəkməmişik. Hətta yaxın qohumları belə onların adını 
çəkməyə  ehtiyat  ediblər.  Bunu  dövr,  zaman  tələb  edib.  Totalitar  rejimin  ağır 
təzyiqinə məruz qalmış o qohumları bu gün biz günahlandırmaq iddiasında deyilik. 
Bir quruluşda ki, ölüyə Quran oxuyan mollanı Sibirə sürgün edirdilər, onda əmini 
necə  günahlandırmaq  olar  ki,  istilaçı  XI  Qızıl  Orduya  qarşı  vuruşan  qardaşın 
oğlunun adını xatirələrində niyə yazmamısan? Təsəvvür edin ki, «şanlı Qızıl Ordu» 
— deyə, şəninə nəğmələr qoşduğumuz bir vaxtda o əminin aqibəti necə olardı? 
Tam  artilleriya  generalı  Əliağa  Şıxlinski  1942-ci  ildə  qələmə  aldığı 
«Xatirələrim»  kitabının  iyirmi  ikinci  səhifəsində  yazır:  «1896-cı  ildə  briqadanı 
təftiş  edən  dairə  topçu  rəisi  general-leytenant  Baumqarten  mənim  komandamı 
gözdən  keçirərkən  briqada  komandiri  knyaz  Ximşiyevə  göstərib  dedi:  «Bu  zabit 
çox ağıllı adamdır, onu sənə təqdim edirəm». Knyaz Ximşiyev cavab verərək dedi: 
«siz  onu  yungerlikdə  görmüsünüz,  biz  isə  on  ildir  ki,  onun  zabitliyini  görür  və 
lazımınca  qiymətləndiririk».  Bu  təftişin  nəticələri  haqqında  təlim  komandasının 
rəisi  əmrnaməsində  yazırdı:  «Otuz  doqquzuncu  topçu  briqadasının  təlim 
komandası sevindirici bir vəziyyətdədir...». Sonra o, öz əmrində komandanın başqa 
komandalara olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür elan etdi. 
…1895-ci  ildə  mənim  doğma  qardaşım  oğlu,  cavan  zabit  bizim  briqadaya 
keçdi.  Topçu  rəisi  general-leytenant  Parçevski  dedi  ki,  rəislər  bu  zabit  haqqında 
göstəriş  vermək vəzifəsindən  azaddırlar.  Çünki onun  üçün  əmisi Əliağa  Şıxlinski 
kimi bir örnək vardır». 
Min  doqquz  yüz  səksən  üçüncü  ildə  generalın  «Xatirələrim»  kitabını 
yenidən  nəşrə  hazırlayanda  ona  «Qeydlər  və  izahlar»  fəsli  yazmalı  oldum.  İstər-
istəməz  generalın  qardaşı  oğlu,  həmin  cavan  zabitin  taleyi  ilə  maraqlandım.  Bu 
barədə  Bakıda  heç  nə  tapmadım.  Bir  dəfə  Qazaxa  gedəndə  ağbirçəklərdən, 
ağsaqqallardan  soruşdum  ki,  Əliağa  Şıxlinskinin  hərbçi  qardaşı  oğlunun  adı  nə 
olub?  Onlar  da  sorğuma  sualla  cavab  verdilər  ki,  hansı  hərbçi  qardaşı  oğlunu 
deyirsən,  generalın  iki  hərbçi  qardaşı  oğlu  olub:  Cavad  bəy  və  Rüstəm  bəy 
Şıxlinskilər. 
Bəli, ortaya bir çətinlik də çıxdı. 
Eşitdim ki, polkovnik  Rüstəm bəyin qızı Qazaxda  yaşayır.  Zəng eləyib görüşmək 
istədim.  Ədilə  xanımla  telefon  söhbətimiz  görüşməyə  körpü  salmadı.  Mətbuat 
işçilərindən  giley-güzar  elədi.
 
Dedi  ki,  «Dəli  Kür»  filmi  çəkiləndə  bir  rejissor 
bizdən  xeyli  şəkil  apardı,  hələ  də  geri  ala  bilmirik,  hətta,  Əliağa  babamın  ağ  at 
üstündə çəkilmiş yeganə şəkli belə it-bata düşdü. 


44 
 
Haqlı giley idi. Bu söhbətdən sonra mən də Ədilə xanımla görüşməyə inad 
eləmədim.  O,  telefonda  elə  qəmli  danışırdı  ki,  əzizlərinin  nadir  foto  şəkillərinin 
onun üçün nə qədər ağır itki olduğunu çox gözəl başa düşdüm. Bir də hiss elədim 
ki, Cavad bəy Şıxlinski haqqında danışmağa ehtiyat edir... 
Az sonra Şıxlinskilər nəslinin cavan nümayəndəsi ilə tanış oldum. Sözarası 
həmin cavan zabitin adını soruşdum. O, inamla bildirdi ki, Əliağa babamın ehtiyat 
edib  adını  çəkmədiyi  cavan  zabit  Cavad  bəy  Şıxlinskidir.  Onun  dediyinə  inanıb 
«Xatirələrim»  kitabının  iki  yüz  on  birinci  səhifəsinə  belə  bir  izahat  yazdım: 
«Həmin  cavan  zabit  sonralar  general-mayor  rütbəsinə  qədər  yüksələn  Cavadbəy 
Məmmədağa oğlu Şıxlinski olub». 
Generalın yaxın qohumuna inansam da özümdə bir inamsızlıq, narahatçılıq 
vardı.  Arxivlərdə  işləyəndə  Cavad  bəyin  adına  rast  gəlmirdim.  Heç  olmasa 
fotoşəklini  belə  tapa  bilmirdim.  Axtarışlarımın  bəhrəsizliyi  bəzən  belə  bir 
hərbçinin olması haqda məndə şübhə da doğururdu. Digər tərəfdən, general Əliağa 
Şıxlinskinin ensiklopedik biliyinə, dəqiq yaddaşına inanmaya bilmirdim. Generalın 
iki  yüz  səhifəlik  «Xatirələrim»  kitabında  onlarla  hərbçinin  və  müxtəlif  peşə 
adamlarının  vəzifəsini,  ad-familini  dönə-dönə  hərbi  ensiklopediyalarla 
tutuşdurmuşdum.  Səksən  yaşlı  qoca  generalın  yazdığı  kitabda  zərrəcə  səhv  tapa 
bilməmişdim. 
General  xatirələrini  yazanda  1942-ci  il  idi.  Otuz  yeddinci  il  hələ  davam 
edirdi. 1920-ci ildə istilaçı XI Qızıl Orduya qarşı Gəncədə üsyanın fəal başçısı olan 
general  Cavad  bəy  Şıxlinski  İrana  qaçmışdı.  Ona  görə  də  general  onun  adını 
yazmağa cəsarət etməmişdi. 
Bəs  nə  etməli?  Haradan,  necə  öyrənməli,  general  Cavad  bəy  Şıxlinskinin 
fəaliyyətini? Bir tərəfdən də fikirləşirdim ki, onun haqqında yazacağım məqalənin 
dərcinə heç kəs yaxın durmayacaq. 
Qazax  ağsaqqalları  isə  məni  şirnikləndirirmiş  kimi  xeyir-şər  məclislərində 
onu  tərifləyirdilər.  Dəqiq  hərbi  fəaliyyətini  öyrənmək  istəyəndə  «qalsın  gələn 
dəfəyə»  —  deyib,  söhbətin  mövzusunu  dəyişirdilər.  Sözün  tam  mənasında  oxunu 
atıb, yayını  gizlədirdilər. Hiss edirdim  ki,  qorxurlar, ehtiyat edirlər. Onlar hardan 
biləydilər  ki,  dövr  dəyişəcək,  tarixin  qaranlıqlarına  işıq  düşən  gün  gələcək.  İndi 
həmin  vaxt  gəlib,  amma  çox  təəssüf  ki,  o  yaxşı  məlumatlı  kişilər  yoxdu.  Onlar 
general Cavad bəy və onun polkovnik qardaşı Rüstəm bəy haqqında söz-söhbəti də 
özləri ilə  o dünyaya  apardılar. Onlardan  yalnız  biri  —  Abdulla Babanlı  müəyyən 
mətləblərdə mənə kömək etdi. 
Yadımdadır,  elə  oradaca  söhbət  polkovnik  Cahangir  bəy  Şıxlinskidən 
düşdü. Bir neçə ağsaqqal onun 1918— 20-ci illərdəki fəaliyyətindən fəxrlə söhbət 
açdı.  Dedilər  ki,  bu  illərdə  Daş  Salahlı  Məmməd  koxa,  Söyünbəy 
Sübhanverdixanov,  Mədədbəy  Vəkilov,  Əskiparalı  Mikayıl  ağa  Cahangirbəylə 
çiyin-çiyinə  verib  erməni  daşnaklarına,  gürcü  menşeviklərinə  qarşı  vuruşaraq 
torpağımızı qorudular. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə