Cahid kəRİmov maşinqayirma çAŞIOĞLU


EYNİLƏŞDİRMƏ VƏ AQREQATLAŞDIRMA SİSTEMİ



Yüklə 6,88 Mb.
səhifə21/37
tarix12.05.2022
ölçüsü6,88 Mb.
#86853
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
C fakepath lav v sait-Ma mqay rma

EYNİLƏŞDİRMƏ VƏ AQREQATLAŞDIRMA SİSTEMİ

Hazırda eyniləşdirmə və aqreqatlaşdırma dövlət siste­minin layihəsi işlənib hazırlanıb. Bu sistem aşağıdaKıları daxil edir: maşınların, avadanlığın, cihazların və onların elementlərinin eyniləşdirməsinin elmi-metodiK əsaslarını; hissələrin, qovşaqların, aqreqatların, maşınların və ava­danlığın KonstruKsiya edilmə və hesabat metodlarının eyni- ləşdirməsi təsnifatlaşdırmasını və texnologiyasını; maşınla­rın elementlərə səmərəli bölünməsi prinsiplərini, həmçinin aqreqatların, qovşaqların və elementlərin parametriK sıra­larının qurulma metodlarını, onların KonstruKsiya edilmə­sini və aqreqat maşınların və avadanlığın quraşdırılmasını; istehsal proseslərinin və istehsalın təşKilinin elementləri­nin tipləşdirilməsini və standartlaşdırılmasını, maşınların və avadanlığın səmərəli istismar məsələlərini, sahələrarası və sahə eyniləşdirməsinin harmoniK - uzlaşması prinsiplə­rini, unifiKasiyanın və aqreqatlaşdırmanın effeKtivliyinin texniKi-iqtisadi hesabatı və əsaslandırması, həmçinin eyni­ləşdirmə səviyyəsinin qiymətləndirilməsi və xaraKterizə edilmə metodları.

Dövlət eyniləşdirmə və aqreqatlaşdırma sisteminin tətbiq edilməsi aşağıdaKılara imKan yaradacaq: xüsusi ava­danlığın KonstruKsiya edilməsindən standart aqreqatların və qovşaqların seçilməsinə və quraşdırılmasına Keçməyə; yeni maşınların layihələndirmə və mənimsənilmə müddəti­nin azalmasına; həmin istehsal qüvvələrində istehsal həc­minin artmasına və maşınların hazırlanmasının dəyərini 25-30% azaltmağa; xidmətçi personalın miqdarını müvafiq olaraq əKsiltmə, daha yaxşı istifadə edilməsinin hesabına lazım olan maşın parKını 20-25% azaltmağa, xalq tə­sərrüfatını 70-75% eyniləşdirilmiş qovşaqlar və aqre­qatlardan ibarət olan, yeni universal maşın parKı ilə təchiz etməyə; bu, maşınların tə'miri üçün ehtiyat hissələrə və metala olan ehtiyacı KəsKİn surətdə ixtisar edəcəK.

Axırda deməK lazımdır Ki, maşınların aqreqatlaşdırıl- masının və eyniləşdirməsinin müvəffəq yerinə yetirilməsi­nin əsası eyniləşdirilmiş qovşaqlar və aqreqatların, həmin qovşaqların və aqreqatların müstəqil mə'mulat Kimi isteh­salının planlaşdırılması ilə xüsusiləşdirilmiş istehsalıdır.

§ 3. MAŞINQAYIRMADA TEXNOLOJİ


PROSESLƏRİN TİPLƏŞDİRİLMƏSİ VƏ
STANDARTLAŞDIRILMASI

Adətən, hər bir məhsulun texnoloji e'mal və ya yığma prosesi yenidən layihələndirilir, ona görə də istehsalın dəyəri böyüK alınır. Tez-tez belə olur Ki, eyni hissəni müxtəlif zavodlar şəraitində müxtəlif texnoloji proseslər üzrə e'mal edirlər. Zavodların çoxunda texnoloji sənədlərin həcmi yüz minlərlə xəritədən ibarətdir Ki, bunların tərtibinə texnoloqlar öz iş vaxtlarının çox hissəsini sərf edirlər.

İstehsal obyeKtinin hər dəyişilməsində, texnoloji sə­nədlərin bütün həcmi yenidən təKrar olunur. Xırda və se­riyalı xaraKterli istehsal müəssisələrində texnoloji sənədlər predmet qeydiyyatlı işarələnməyə maliKdir və hər məhsul üzrə ayrı saxlanılır. Belə qeydiyyat, analiz üzrə işlərin, onların unifiKasiyası, standartlaşdırması və KonstruKsiya­larda mümKün ola bilən yerdə istifadə edilməsinə imKan yaratmır. Ona görə eyni hissələr dəfələrlə KonstruKsiya edilir, texnoloji proseslər, dəfələrlə layihələndirilir. Qabaqcıl müəssisələrin təcrübəsi və elmi tədqiqatlar belə bir nəticə çıxarmağa imKan verir Ki, göstərilən nöqsanların aradan qaldırılması maşın hissələrinin və yığım vahidləri­nin unifiKasiyası və standartlaşdırılması, onların hazırlan­masının tipləşdirilməsi əsasında ola bilər. Bunun üçün ma­şınların və yığım vahidlərinin təsnifatlaşdırılması, onların rəqəmli işarələnməsi, təsnifatlaşdırma əsasında esgizlərin işarələnmiş saxlanılması əsasdır. Elmi tədqiqatlarla müəyyən edilmişdir Ki, verilmiş tip hissələr üçün səciyyəvi olan əsas KonstruKtiv texnoloji parametrləri saxlamaq şər­tilə, maşınların hər sinfində hissələrin ümumi sa-ymın 70- 80%-i bir məhsuldan digər məhsula cüzi dəyişiKİərlə Keçir.

Texnoloji proseslərin tipləşdirməsi fərdi və xırda seriyalı istehsal şəraitində hissələrin və qovşaqların unifiKasiyasının aparılmasilə sıx əlaqədədir, ona görə Ki, KonstruKtiv müxtəlifliK mütərəqqi tipli texnologiyanın istifadəsini istisna edir. Texnoloji proseslərin tipləşdirməsi hissələrin və qovşaqların təsnifatlaşdırılması və verilmiş tip hissələr və qovşaqlar üçün səciyyəvi olan, ən çox əlamətlərə maliK olan tipli nümayəndələrin müəyyən edilməsinə əsaslanır.

Texnologi proseslərin tipləşdirilməsi və standartlaşdırması iKi qarşılıqlı əlaqədə olan istiqamətlərdə aparıla bilər: a) hissələrin hazırlanma və yığılma

proseslərinin standartlaşdırması və tipləşdirməsi; b) ayrı- ayrı əməliyyatların standartlaşdırılması və tipləşdirməsi. Tipli texnoloji proses mütərəqqi olmalıdır və daim müKəmməlləşdirilmə imKanına maliK olmalıdır.

Tipli texnoloji prosesləri sənaye zavodları ilə birgə elmi tədqiqat institutlarında yaratmaq məqsədəuyğundur. Tipli texnoloji proseslərin işlənib hazırlanmasında eyni zamanda iKi variant yaratmaq lazımdır - perspeKtiv və operativ. PerspeKtiv variant sonraKı illərdə texniKanın və istehsal texnologiyasının müKəmməllişdirilməsini nəzərdə tutur. Operativ varint bu günKü günün texniKasının və texnologiyasının daha mütərrəqqi vəziyyətini əks etdirir.

Vətən və xarici elm və texniKasının ən yeni nailiy­yətlərini, həmçinin zavodlarının praKtiKi nailiyyətlərini əks etdirməK məqsədilə, tipli texnoloji proseslərin hər iKi varantı vaxtaşırı nəzərdən Keçirilməli və düzəldilməlidir.

Qeyd etməK lazımdır Ki, texnoloji proseslərin tipləşdirməsi eyni dərəcədə həm istehsal əməliyyatlarına, həm də məhsulun Keyfiyyətinə nəzarət edilməsinə aiddir.



  1. Yüklə 6,88 Mb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə