Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə13/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   9   10   11   12   13   14   15   16   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

36 


bütün bunların – minlərlə görünməmiş əsrarəngiz mənzərələrin üzərindən dənizin üstünə 

günəş ucalır, səmanı parlaq şüalarına qərq edir və dünyanı şölə saçan rənglərə boyayırdı. 

 

Kubu günəşin üzünə baxa bilmədi. Lakin o, günəş şüalarının parlaq rənglərin axını ilə 



dağları, qayaları, sahili və dənizin maviliyində görünən adaları işıqlandırdığını gördü və  

Kubu dizləri üstünə düşərək parlayan dünyanın tanrıları qarşısında baş əydi. Kim idi ki, 

Kubu? O, balaca, çirkli bir heycancığaz idi  və onun bütün solğun, tutqun rənglərə 

boyanmış həyatı qalın meşənin qaranlıq talalarında keçmişdi və o, qorxu və zülmət 

içərisində, meşələrin alçaq tanrılarına tabe olaraq yaşamışdı. Burada isə dünya vardı və 

onun baş tanrısı günəş idi. Və meşədə keçən həyatın uzun və mənfur yuxusu sona çatdı 

və kahin haqqında olan xatirələr unudulub-getdiyi kimi, o meşə həyatının da yaddaşı 

tutqunlaşıb, günəşin şüaları qarşısında əriməyə başladı. 

 

Kubu daşlardan tutaraq dik qayalarla uçuruma doğru, işığa və dənizə doğru düşməyə 



başladı və onun qəlbi azad, yalnız və yalnız günəşə baş əyən insanların işıq içində 

yaşadığı, günəşə tabe torpaqların çağırışında, misilsiz bir xoşbəxtlik içində titrəməyə 

başladı. 

 

Qeyd:  Hekayə 1914-cü ildə qələmə alınmışdır. Mövzusu Hindistana səyahətlə 



əlaqədardır.  

 

Meşə adamları bütpərəstdirlər. 



Kənarda – yəni xarici dünyada. Bu anlayışın ziddiyyətliliyinə diqqət yetirmək lazımdır: 

o, meşə adamlarının təsəvvüründə şər və qaranlıq xaotik qüvvə kimi, onlardan qaçan 

Kubunun təsəvvüründə isə xeyir, işıq, təkallahlılıq rəmzi kimi yer alır. Bu, Hessenin 

digər əsərləri üçün də xarakterikdir. 

 

Tərcümə edəni: Fəridə Paşa 

 

 



 

 

 



 

 

 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

37 


 

Nikolay Leskov 

 

Səfeh 

 

  



 

Kimi axmaq hesab eləmək lazımdır? Adama elə gəlir ki, bunu hamı bilir, amma kimin 

necə bildiyi barədə sorğuya başlasaq, məlum olacaq ki, axmaqlığı hərə bir cür başa düşür. 

 

Bütün sözlərin mənasının izahlarının yer aldığı akademik lüğətə görə, «səfeh» ağlı zəif, 



axmaq, düşünmə bacarığından məhrum, təlxək adamdır... Bu izahı qüvvətləndirmək üçün 

də aşağıdakı misal gətirilir:  "O həmişə səfeh olub, səfeh də qalacaq". "Səfeh – axmaq 

sözünün yumşaldılmış şəklidir". 

 

Bu izahdan daha elmi olanını axtarmağın daha heç bir mənası yoxdur, bu arada həyatda 



da tez-tez belə səfehlər və ya axmaqlarla, bu ləqəbləri qazanmış adamlarla üz-üzə gəlmək 

olur, amma bəzən bu adamlar heç də ağılsız, axmaq, təlxək-zad olmurlar... Bu adamlar 

sadəcə hər şeylə çox maraqlanırlar, mən indi sizə bax, belə bir adam barədə danışacağam. 

 

Bizim kənddə bir kimsəsiz, təhkimli oğlan uşağı – Panka vardı. O, ağa qapısında 



böyüyür, nə versələr, onu geyinir, inəksaxlayan arvad və onun balaları ilə eyni damın 

altını və yeməyi bölüşürdü. Onun işinin adı «hamıya kömək eləmək» idi. Bu, o demək idi 

ki, ağa qapısında istənilən işin qulpundan yapışan adamın ixtiyarı var idi ki, öz işlərini 

Pankaya tapşırsın. Buna görə də o aramsız işləməli olurdu. İnd idə yadımdadı, birdən elə 

olurdu ki, qış günü – bizim qışlar isə adamın iliyini dondurur – səhər oyanıb, pəncərənin 

qabağına yaxınlaşan kimi, görürdük ki, Panka belini əyə-əyə ya saman, ya sünbül 

dərzləri, ya da mal-qara, toyuq-cücə üçün dənli yem daşıyır. Biz təzə qalxırdıq, o isə artıq 

işləyib, əldən düşmüş olurdu, nadir hallarda onun tövləyə söykənib, quru çörək qırağı 

gəvələyib, üstündən su içdiyini görmək olurdu. 

 

Hərdən soruşurduq: 



- Panya, sən niyə quru çörək yeyirsən? 

O isə zarafatsız-zadsız soruşurdu: 

- Bəs, necə yeyim? . 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

38 


- Yanına kələmdən, kartofdan, xiyardan bir şey istə də! 

Panya başını yelləyib, deyirdi: 

- Yox bir!.. Mən elə belə də doyuram, allaha çox şükür! 

 

Beləcə, qurşağının altını bərkidib, təzədən həyətə nəsə bir şey daşımağa yollanırdı. O 



həyətdə iş heç vaxt qurtarmırdı, odu ki, onu durmadan bu və ya başqa işi görməyə 

məcbur eləyirdilər. O, tövlələri, axurları təmizləyir, mal-qaraya yem verir, qoyunları 

suvarmağa aparır, axşamlar isə əlcək hörür və yəqin ki, hamıdan gec yatıb, hamıdan tez 

oyanırdı. Həmişə də hamıdan pis və nazik geyinirdi. Özü də heç kimin ona yazığı 

gəlmirdi, əksinə hamı deyirdi ki: 

 

- Ona nə var e – o, səfehin biridi. 



- Onun səfehliyi nədədi ki? 

- Elə hər şeydə... 

- Məsələn? 

- Nə məsələn? – ode, malsaxlayan arvad əlinə keçən bütün xiyarı, kartofu öz balalarına 

yedizdirir, bu da bir dəfə də şikayət eləmir...Səfehdi! 

 

Biz uşaq olduğumuza görə, belə şeylərdən yaxşı başımız çıxmırdı. Pankanın dilindən heç 



vaxt səfeh söz eşitməsək, hətta hərdən onun mehribanlığını – o hərdən bizə ağacdan 

balaca oyuncaq dəyirmanlar düzəldirdi - görsək də, biz də hamı kimi deyirdik ki, Panka 

səfehin biridi. Heç kim də bu barədə bizimlə mübahisə eləmirdi və tezliklə elə bir hadisə 

oldu ki, bu barədə mübahisə eləməyin daha yeri olmadı. 

 

Bizim bir ciddi, çox ciddi işlər müdirimiz vardı, o hər şeyə görə adamları bərk 



cəzalandırırdı. Bəzən görürdün ki, cığırla gedə-gedə yan-yörəsinə baxır: görsün bir kəm-

kəsir varmı? Gözünə nəsə bir kəm-kəsir dəydisə, o dəqiqə dayanıb, günahkarı yanına 

çağırıb deyirdi: 

 

- Bu dəqiqə kontora get, köməkçimə mənim adımdan denən ki, sənə iyirmi beş qamçı 



vursunlar, əgər biclik eləsən, axşam sənə iki qatını özüm vuracam. 

 

Heç kim ondan günahının əfv olunmağını xahiş eləmirdi, çünki onun belə şeylərdən 



zəhləsi gedirdi və belə hallarda adətən cəzanı artırırdı. 

 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə