Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   2   3   4   5   6   7   8   9   10   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
22 
ATA. Daha artıq nifrət? Mənim heç vecimə də deyil. Mən daha öyrəncəliyəm. 
KĠġĠ. Olsun, daha artıq nifrət edərəm. Nə qədər bacarıramsa, o qədər… Ġndi mənə də 
dərman veriləcək? 
ATA (gözlənilmədən). Yagi, Tosikonu çağır! 
KĠġĠ. Nə etmək istəyirsən? 
ATA. Tosiko özü təsdiq eləsə ki, sənin qorxuların əbəsdi, razı qalarsan? Tez elə, Yagi, 
onu çağır! 
NÖKƏR. BaĢ üstə… (Tələsik sol tərəfə gedir.) 
ATA (əsəbi halda o baĢ-bu baĢ var-gəl edir). Qaranlıqdır… Həddən artıq qaranlıqdır… 
(Əvvəl söndürdüyü Ģamları yandırır.)  
KĠġĠ. Ata, sən nə üçün beləcə tək-tənha olmaq istəyirsən? 
ATA. Tək-tənha?.. Hm… mənim fikrimdə heç vaxt belə bir Ģey olmayıb. 
Nökər ilə Qız sol tərəfdən gəlirlər. 
KiĢi gərginlik içində gah atasına, gah da Qıza baxır. 
Ata əvvəlcə bir az həyəcanlıdır, ancaq sonra sakitləĢir. 
NÖKƏR. Gəldik. 
ATA. Tosiko, mən sənin fikrini bilmək istəyirəm. Qəti cavab ver. Məncə, söhbətin nədən 
getdyini sənə deməyə ehtiyac yoxdur?.. 
QIZ. Bəyəm mənim fikrimin bir əhəmiyyəti var?  
NÖKƏR (tələsik onun sözünü kəsir). ġ-Ģ-Ģ… 
ATA. Hərənin öz fikri olmalıdır… Eybi yox, de, çəkinmə… 
Qız susur. 
Niyə dinmirsən? Nə desən də mən sənə acıqlanmayacağam. Atanla kim getməlidir ki, 
hamıya yaxĢı olsun? (Get-gedə qızıĢaraq.) Tez elə, cavab ver. Ġndi dayanıb fikiləĢməyin 
vaxtı deyil. Nəyi gözləyirsən? Bəlkə sən özün mənimlə getmək istəyirsən? Məncə, bu 
həddən artıq pis… 
KĠġĠ (onun sözünü kəsərək acı). Bu oldu hədə-qorxu gəlmək. 
ATA. Niyə bir söz demirsən? 
KĠġĠ. Bəyəm, onun beləcə susmağı əməlli-baĢlı cavab deyil? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
23 
ATA. Sizi bir az ac saxlamaq olsaydı, onda bilərdiz! 
KĠġĠ. Biz onsuz da acıq də. Anbarda altmıĢ kisə qənd var, amma bizi nəinki ona əl 
dəyməyə, heç baxmağa da qoymurlar. 
ATA. Bu necə insandır?! DanıĢığı baĢdan-ayağa rəzalətdir! Ala açarı. (Cibindən çıxardığı 
bir dəstə açarın içindən birini seçib Qıza verir.) Orda nə varsa - hamısı sizə qalır. 
Qiymətlər dəlicəsinə artır. Anbardakılar indi əməlli-baĢlı xəzinədir. Götür açarı. 
Qız susur. 
(Gözlənilmədən qıĢqırır.) Sənə deyirəm ki, götür, Tosiko! Nə dayanmısan Ģalban kimi?! 
Qız əlləri ilə üzünü tutub sol tərəfə qaçır. 
Axmaq! 
KĠġĠ. Bu nə oyundu, çıxarırsan?... Sən öz rolunu qoyun dərisi geymiĢ canavardan da pis 
oynayırsan!.. 
ATA (heç kimə müraciət etmədən). Sizin buna haqqınız yoxdur… Sizin heç biriniz 
mənim əleyhimə gedə bilməzsiz… 
Sol tərəfdə, elə bil, yerə nəsə ağır bir Ģey düĢür, sonra qıĢqırıq səsi eĢidilir. 
Nökər o tərəfə qaçıb, qapını taybatay açır. 
Qız yerə sərilib. 
KĠġĠ. Nə olub? 
NÖKƏR. Deyəsən, dərmanı içib… 
ATA. Həmin dərmanı? 
NÖKƏR. Hə… 
ATA. Axmağa bax də!.. Ona kim əmr etdi ki, ölsün? 
KĠġĠ (Nökərə). Gəl, onu götürək. 
KiĢi ilə Nökər Qızın qollarından, ayaqlarından tutub qaldıraraq, onu divanda uzadırlar. 
ATA. Bəlkə, həkim çağıraq? 
KĠġĠ. Gecdir! 
ATA. Hm… Ġndi peĢmançılıq çəkirsən? 
KĠġĠ. PeĢmançılıq? 
ATA. Əlbəttə!.. Bu sənin özbaĢınalığının nəticəsidir! Bu - intiqamıdır. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
24 
KĠġĠ (hiddətlə). Belə çıxır ki, təqsirkar mənəm, hə? 
ATA. Yəqin… Çünki sən həmiĢə tərəddüd içindəsən…  
KĠġĠ. Ata, sən doğrudan belə fikirləĢirsən? Tosikonun həyatı bahasına olsa belə, təki 
məni məcbur edəsən, hə?.. Sən hətta buna qadirsən? 
ATA (qıĢqırır). Sənin bu sözlərin məni boğaza yığıb! Tosiko ona görə öldü ki, səni azad 
etsin. Get, yığıĢ! Bəsdir hamının canını çəkdin! 
KĠġĠ. Tosiko ümidsizlikdən öldü. 
ATA. ÜmidsizləĢən mənəm! (Qızı göstərərək.) Yagi, nə lazımsa, et. 
Uzaqdan ritm ilə vurulan təbil səsi gəlir. Ġnsanların hay-küyü, güllə, partlayıĢ səsləri 
eĢidilir. 
(Təəccüblə.) Bu nədir belə? 
KĠġĠ. Üsyançılar yaxınlaĢır. 
NÖKƏR (pərdəni aralayaraq pəncərədən baxır). Yanğındı… Bir, iki, üç… 
ATA (əzgin). Nə üçün bizim dalımızca gəlmirlər?! Yagi, gör, yenə Ģtaba zəng edə 
bilirsən?! 
Nökər gedir. 
KĠġĠ (pəncərədən baxaraq). Lap yaxınlaĢıblar, parkın yanındadırlar. Elə bil, qarıĢqa 
sürüsüdü… FiĢəng atırlar… Ona bax, bir oğlan da orda dama çıxıb, onlara əl eləyir, yəqin 
baĢçılarıdı. (Geri çönərək.) Ata, gəl bax - əsil cəhənnəmdi. 
Ata heç yerindən də tərpənmir. 
Bura, elə bil teatrın parteridir. Öz gözlərinlə görə bilərsən ki, sənin sevimli qayda-
qanunların necə tarmar olur. FiĢəngləri partladırlar, eĢidirsən? Elə bil, hamısı dəli olub. 
Onlar soyğunçuluqla, zorla həmin qayda-qanunların onurğasını gəmiriblər. YaxınlaĢırlar, 
lap az qalıb. 
NÖKƏR (gələrək). Telefon yenə də iĢləmir… 
KĠġĠ. Nə edək, ata? Nökərlərə əmr edək ki, aĢağıda müdafiəyə hazırlıq görsünlər, yoxsa 
qaçmağa hazırlaĢaq? Bizim bina hər tərəfdən görünür. Nə edək? Tez əmr ver! Doğma 
qızının intiharı da təsir etməyən sənin kimi bir adam üçün bu nədir ki?.. Möhkəm ol, ata!  
KiĢi atasının yaxasından yapıĢıb bərk silkələyir. 
ATA (qəflətən). Tosikonu çağırın! 
KĠġĠ. Tosikonu?.. Tosiko artıq meyitdir!.. Görmürsən?.. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə