Çağdaş dünya ədəbiyyatı. Dramaturgiya. Pyeslər


“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası  Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix26.08.2018
ölçüsü2,69 Mb.
#64854
1   2   3   4   5   6   7   8   9   ...   93

 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
15 
KĠġĠ (geri çəkilərək). Sənə nə lazımdı? 
XANIM. O arvad kimdi elə?.. O, buna necə cürət edib, hə?.. Ağlasığmaz bir Ģeydir… 
(Dili dolaĢa-dolaĢa.) Mənə elə gəlir ki, sadəcə, onun ağlı baĢında deyil… 
KĠġĠ (pıçıltı ilə). Bizim baĢqa əlacımız yoxdur. Sən ki, kömək eləmək istəmədin… 
XANIM (soyuq). Doqquzun yarısına kimi gözləyirəm. (Sərt hərəkətlə çevrilərək, gedir.) 
KiĢi, elə bil, daĢdır, yerində donub qalıb.  
Nökər parikini çıxarıb, elə pariklə də seyrək tüklü baĢının tərini silir. Pariki təzədən 
baĢına qoyur.  
KiĢi saata baxır.  
Qapı açılır və Qız içəri boylanır. 
QIZ (yavaĢdan). O kim idi elə? 
NÖKƏR (onu geri itələyərək). Sakit otur öz yerində… Çağıranda, gələrsən. 
QIZ (diqqətlə KiĢiyə baxaraq). Elə bil ilan idi… Gözləri də ilan gözləriydi… (Ağzını 
əyərək Xanımı yamsılayır.) 
NÖKƏR. Arvadıdır… Tez elə!.. (Onu geri itələyir.) 
QIZ , A-a-a… Arvadıdı…  
Qız kiĢidən gözünü çəkmir və özü də hiss edir ki, bu, KiĢinin xoĢuna gəlmir. 
Buranın sahibi sizsiz, hə? 
KĠġĠ (könülsüz). Bəli. XoĢ gəlmisiz... 
NÖKƏR (sərt). Bəsdir, yoxsa, yox?! Dilotu yemisən? Axı səninlə danıĢdıq ki, heç nə 
soruĢmayacaqsan. 
QIZ (nazla qollarını açıb çevrilərək). Hə, necədi? Qaydasındadı? 
Nökər diqqətlə KiĢiyə baxır. 
KĠġĠ. Xırda əlamətlərin əhəmiyyəti yoxdur… Ancaq yaxĢı olardı ki, sən belini bir az dik 
tutasan… 
QIZ. Fotoda elə sadə görünür ki… 
NÖKƏR. Bu nə dırnaqlardı belə? Qırmızı olmaz! 
QIZ (ürkək). Hə, düzdü!.. Tamam yadımdan çıxıb… (Əsas qapıya tərəf baxaraq, 
yavaĢdan.) Ordadı? 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
16 
KĠġĠ (saata baxaraq). Saat səkkizə iyirmi səkkiz dəqiqə qalır. 
NÖKƏR (Qızı geriyə itələyərək). YaxĢı, bəsdir! Get! Vaxt yoxdur daha! (Qapını qızın 
ardınca örtərək, KiĢiyə baxır.)  
KĠġĠ (gözlərini yayındıraraq). Qalan hər Ģey hazırdı? 
NÖKƏR. Hə… (Barmağı ilə Qız olan otağın qapısını göstərir.) Yarıyır, ya yox? 
Müdirdən xahiĢ etmiĢdim ki, ən qəĢəngini seçsin… Amma bu da, deyəsən, çox 
boĢboğazdı… 
KĠġĠ. Dörd dəqiqədən az qalıb. HazırlaĢmağa baĢlayaq. 
NÖKƏR. BaĢ üstə. 
KĠġĠ. Ġndi gəlirəm. 
Nökər sağ tərəfə gedir.  
Əsas qapının arxasından addım səsləri eĢidilir.  
KiĢi məhzun bir tərzdə baĢını aĢağı salaraq dayanıb.  
YavaĢ-yavaĢ siqaret çəkə-çəkə sol qapıya tərəf baxır və bir neçə addım irəliləyərək 
dayanır. Sonra yenə irəliləyir, amma qapının ağzında dayanır. Nəhayət, qərar verib, 
qapını açır.  
Qız onun qarĢısında dayanıb. 
QIZ (gülümsəyərək). Təəccüb edirsiz? Mən açar deĢiyindən baxırdım.. 
KĠġĠ (naqolay). Təyyarə… buradan… (Tavana iĢarə edərək.) səkkizə iyirmi səkkiz 
dəqiqə qalmıĢ uçur. 
Qız gözlərini ondan çəkmir. 
(Tərəddüdlə.) Təyyarə uçan zaman… 
Təyyarə motorunun get-gedə artan səsi eĢidilir. 
Uçur!.. Nə etmək lazımdır? Bilirsən? 
Qız gözlərini qırpmadan ona baxır.  
KiĢi səksəkə içində tələsik qapını bağlayır, siqareti yerə atıb, ayağı ilə tapdalayır və 
zaldan keçərək, sağ tərəfə gedir.  
YaxınlaĢan motor gurultusu, sonra da addım səsləri eĢidilir… 
 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
17 
2. 
 
Motor səsi sürətlə yaxınlaĢır. 
Zalın elektrik iĢığı gözlənilmədən titrəyərək, sönür. 
Zülmətdir… 
Əsas qapı açılır və Ata içəri girir. 
Təyyarə səsi uzaqlaĢır. 
ATA (həyəcanlı). Uçub gəldilər! ĠĢığa nə olub belə? Burda bir adam var? Nə olub? Bir 
adam var burda, yoxsa, yox? 
NÖKƏRĠN SƏSĠ. Bu saat… Bir dəqiqə… ġamları… 
ATA. ġamları yerinə qoymaq lazımdır! 
Nökər əlindəki cib fanarının iĢığında içəri girir. Zalda dörd dənə ikigözlü Ģamdan var. 
Nökər hər gözə Ģam qoyaraq, səkkizini də bir-bir yandırır. 
Lampalar yanıb? 
NÖKƏR. Yox. Bütün rayonda elektriki keçiriblər. 
ATA. Lənət Ģeytana! Elektrik stansiyasındakı o tiplər qaçıb! 
NÖKƏR. ġəhərin köhnə hissəsində üsyandır. Deyəsən, polis mətəqələrinə də hücum 
ediblər. 
ATA (acıqlı). Təyyarələr Cənuba tərəf uçdular, hə? 
NÖKƏR. Bəli!.. Bəli!.. (Yuxarı baxır.) 
ATA. Yapon hərbi təyyarələridir. 
NÖKƏR (qeyri-müəyyən cavab verməyə məcbur olduğuna görə sıxıla-sıxıla). Hə, yəqin 
siz deyən kimidi… 
ATA. Orda nə mitilənirsən, zəng et! 
NÖKƏR. Telefon iĢləmir… 
ATA (acıqlı). Kadzuxiko hardadı? 
NÖKƏR. Ġcazə verirsiz çağırım? 
ATA. Çağır. 


 
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası 
Yeni Yazarlar və Sənətçilər Qurumu
 

 
www.kitabxana.net
 

 
Milli Virtual Kitabxana 
 
18 
Nökər sağ tərəfə gedir.  
Ata çamadanları bir-bir götürüb, ağırlıqlarını yoxlayır. Onun üçün ağırdır. Sonra birdən 
Ģamların yarısını üfürüb söndürür. 
KiĢi, ardınca da Nökər gəlir. Təəccüblə söndürülmüĢ Ģamlara baxırlar. 
ATA. Havayı yerə yandırmaq lazım deyil. Yarısı bəsdir. Hələ məlum deyil ki, sağ 
qalanları nə gözləyir. (KiĢiyə.) Nə oldu, Kadzuxiko, qərar verdin? 
KĠġĠ. Verdim, vermədim, bunun mənası yoxdur. Sən tamam əminsən ki, bizim dalımızca 
gələcəklər? 
ATA. Əlbəttə! Aerodrom hələ yapon ordusunun əlindədir. 
KĠġĠ. Ancaq deyirlər ki, sabah sovet tank hissələri burda olacaq. Əllitonluq tanklar! 
Bəziləri - bu ev boyda! 
ATA. Deyirəm də, hələ bizim vaxtımız var. YaxĢı, nə olacaq-olmayacaq, sən gərək öz 
qərarını verəsən! 
KĠġĠ. Ata, axı, nə üçün sən tək getmək istəmirsən? 
ATA. Mənim iki yerim var! 
KĠġĠ. Anamı, bacımı baĢlı-baĢına buraxıb necə çıxım gedim? Mən belə qərar verə 
bilmirəm. 
ATA (acıqlı). Heç kim onları baĢlı-baĢına buraxmır!  
KĠġĠ. Yox, belədir! 
ATA. Bir də, axı, kim deyə bilər ki, Yaponiyanın özü burdan təhlükəsizdir? Ġndi orda 
yeməyə də bir Ģey yoxdur. Adamlar otların kökünü çıxarıb yeyir. Ona görə də belə 
fikirləĢmək lazım deyil ki, guya, orda bizi kef-güzəran gözləyir. 
KĠġĠ. Orda bizim ətrafımızda ancaq dostlarımız - yaponlar olacaq. 
ATA. Çox sadəlövhsən, əlbəttə! O dostlara, o yaponlara dözmək mümkün deyil… Onlar 
inqilab etmək istəyirlər… 
KĠġĠ. Ġnqilab burda olacaq. Sən buna inanmırsan? Sovet ordusu elə bura gələcək. 
ATA. Müharibə bitib! Müharibə bitdikdən sonra isə, Cenevrə müqaviləsi qüvvəyə minir. 
KĠġĠ. Nə olsun ki? 
ATA. Beynəlxalq hüquqa əsasən, mülki əhali öz vətəninə göndərilir. Onların tam 
təhlükəsizliyi də təmin olunur. 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə