Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə15/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   11   12   13   14   15   16   17   18   ...   175

 

33 


–  Yaxşı  görək.  Mən  artıq  sənin  argentinalı  ləhcəni,  demək  olar  ki,  sevirəm.  Buenos-

Ayresdəki kimi. Bu Pedro Mendosa yaxşı fikirləşib – bizi işğal edərək müstəmləkəyə çevirib.  

– Absolyut, – Sibilla çəkməsinin burnuyla daşları gölməçədən-gölməçəyə vuraraq dedi. – 

Horasio, absolyut nədir? 

– Ümumiyyətlə götürdükdə, – Oliveyra dedi, – bu elə bir məqamdır ki, bu vaxt bir şey öz 

maksimal tamlığına, maksimal dərinliyinə, maksimal mənasına çatır və tamamilə maraqsız olur. 

– Baxın, Vonq da gəlir, – Periko dedi. – Çinli lap yosun şorbasına bənzəyir. 

Və  demək  olar  ki,  həmin  dəqiqə  Babil  küçəsinin  tinindən  Qreqoroviusun  çıxdığını 

gördülər,  əlində  həmişə  kimi  kitablarla  dolu  böyük  portfel  vardı.  Vonqla  Qreqorovius  fənərin 

altında  dayandılar  (kənardan  ikisi  bir  duşun  altında  dayanmış  kimi  görünürdülər)  və  təntənəli 

surətdə görüşdülər. Ronaldonun qapısının girişində çətirlərin bağlanması haqqında qısa uvertüra 

səsləndi, 

comment ça va

1

, kibrit yandırın, lampa xarab olub, cinsinizə lənət, 



ah oui c’est vache

2



sonra  dəstələmə  pilləkənlə  qalxmağa  başladılar,  ancaq  ilk  meydançadaca  öpüşə-öpüşə  bir-

birindən ayrıla bilməyən bir cütlüyə rast gəlib dayandılar.  

– 

Allez, c’est pas une heure pour faire les cons



3

, – Etyen dedi.  

– Ta queule, – xırıltılı səs cavab verdi. – 

Montez, montez, ne vous genez pas. Ta bouche, 

mon tresor

4



– 

Salaud


5

, – Etyen dedi. – Bu, Gi-Monodur, mənim yaxın dostum.  

Beşinci  mərtəbədə  onları  Ronald  və  Bəps  gözləyirdi,  hərəsi  əlində  bir  şam  tutmuşdu, 

özləri də ucuz araq iyi verirdilər. Vonq işarə verdi, hamı pilləkənlərdə dayandı; kapella İlanlar 

Klubunun bütpərəst himnini ifa etdi və qonşular özlərini çölə atmamış mənzilə doluşdular.  

Ronald  arxasını  divara  söykədi.  Saçının  kürəni  tonqalı  dama-dama  köynəyi  üzərində 

alovlanırdı.  

– Ev  cır-cındırla  doludur, damn  it.  Axşam saat doqquzda sükut tanrısı  buraya enir, ona 

həqarət  edənə  yazıqlar  olsun.  Dünən  inzibatçı  bizə  öyüd-nəsihət  verməyə  gəlmişdi.  Bəps,  bu 

hörmətli sinyor bizə nə dedi? 

– Dedi ki, «bizdən hamı şikayət edir». 

– Bəs biz nə etdik? – Ronald Gi-Minonu içəri buraxmaq üçün qapını aça-aça dedi. 

– Biz belə etdik, – Bəps əliylə ədəbsiz jest edərək, ağzıyla yaramazcasına kərənayladı. 

– Bəs sənin qızın hanı? – Ronald soruşdu. 

                                                

1

 



 Неъясиниз? (фран.) 

2

 



 Зибилин бири. (фран.) 

3

 



 Тез ол, тез ол, мазаглашмаьа  вахт тапдылар. (фран.) 

4

 



 Галхын, галхын, мане олмайын. Додагларыны вер, язизим. (фран.) 

5

 



 Йарамаз (фран.) 


 

34 


–  Bilmirəm,  yəqin  azıb,  –  Gi  dedi.  –  Elə  bildim,  yuxarı  qalxdı,  bizə  pilləkəndə  elə 

yaxşıydı  ki,  amma  birdən  rəngi  ağardı.  Yuxarı  baxdım,  orada  da  yox  idi.  Cəhənnəmə  ki, 

isveçlidən bundan artıq nə gözləyəsən.  

 

(– 104) 



10 

 

Gecə,  Latın  kvartalının  üzərində  tünd  qırmızı,  yastı  buludlar.  Rütubətli  havada  külək 



yağışın  gecikmiş  damcılarını  çirkli  şüşələri  olan  pis  işıqlanmış  pəncərəyə  çırpır.  Pəncərənin 

qırılmış şüşəsinin biri çəhrayı plastırla yapışdırılıb. Yuxarıda isə qurğuşun su novlarının altında, 

yəqin  ki,  başlarını  nümunəvi  sukeçirməz  olan  qanadlarının  altında  gizlədən  göyərçinlər 

yatışıblar.  Keramikaçı  Bəpsin  və  musiqiçi  Ronaldın  parellepiped  pəncərəli,  araq  və  şam,  yaş 

paltar  və  boyat  şorba  iyi  verən  emalatxanası  həm  də  Klub  idi.    Hörmə  kətillər,  qopaq  vermiş 

konsollar

6

,

  döşəmədə  karandaş  yonqarları  və  qırıq  məftillər,  başı  azca  aşağı  əyilmiş  bayquş 



müqəvvası  və  bütün  bunların  üzərində  pis  yazılmış  və  işlənib  xarab  olmuş  köhnə  fasiləsiz 

fışıltısı, cırıltısı və çıqqıltısı; iyirmi səkkizinci və ya iyirmi doqquzuncu illərdə məhv olmaqdan 

qorxdığını  bağıran  qadın  kollecinin  zərb  alətləri  qrupunun  fortepianonun  müşayiəti  ilə  çığıran 

saksafonun  həzin  səsi. Sonra gitara  başqa  bir şeyə keçərək  bərkdən çalmağa  başladı  və  birdən 

(Ronald  barmağını  qaldıraraq  onlara  işarə  etdi)  kornet  irəli  çıxdı  və  mövzunun  ilk  iki  notunu 

aşağı  salaraq  tramplindəki  kimi  onlarda  dayandı.  Biks  əlini  ürəyinin  başına  vurdu,  mövzunu 

sakitlikdə düşmə kimi dəqiq cızdı. Artıq çoxdan ölmüş ikisi gah qardaş kimi qucaqlaşaraq, gah 

da  müxtəlif  istiqamətlərə  gedərək  çarpışmışlar,  artıq  çoxdan  ölmüş  ikisi  –  Biks  və  Eddi  Linq 

(onu  Salvatore  Massaro  çağırırdılar),  sanki,  «I’m  coming,  Virginia»  mövzusuna  top ötürdülər, 

Virciniya,  yəqin  ki,  Biks  elə  orada  da  dəfn  olunub,  Olivyera  düşündü,  elə  Eddi  Lanq  da,  bir-

birindən bir neçə  mil uzaqda uyuyurlar,  indi toz olublar, heç  bir şey olublar, amma  bir  vaxtlar 

Paris gecələrinin birində bir-birinə qarışmışdılar – gitara kornetə qarşı, cin bədbəxtliyə qarşı – və 

bu, caz idi.  

– Yaxşıdır  burada, istidir, qaranlıqdır. 

– Dəli olmusan, Biks. “Jazz me Blues”u qoy ora. Mənə caz-blyuzu qoy.  

–  Texnika  incəsənətə  bax  belə  təsir  edir,  –  Ronald  valların  içində  eşələnərək  dedi.  – 

Uzunmüddətli    lentlər  ortaya  çıxanadək  artistin  cəmi  üçcə  dəqiqə  çıxış  etmək  imkanı  vardı. 

İndisə  hansısa  Stən  Gets  mikrofonun  qarşısında  düz  iyirmi  beş  dəqiqə  dayanaraq  kefi  istəyən 

qədər ulayıb  nəyə qadir olduğunu göstərə bilir.  Amma zavallı  Biks üçcə dəqiqənin  içində həm 

                                                

6

 

 Консол – дивар  чыхынтысы 




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə