Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə13/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   9   10   11   12   13   14   15   16   ...   175

 

29 


(– 7)  

 

 



 

 

 

Mən sənin dodaqlarına toxunuram, barmağımı ağzının kənarlarıyla gəzdirirəm və onu elə 



çəkirəm  ki,  sanki

,

  mənim  əlimdən  çıxıb,  beləcə,  sənin  ağzın



,

  sanki


,

  ilk  dəfə  açılır  və  göz 

vurmağım  yetər ki, dərhal yumulsun, sonra isə hər şeyi yenidən başlayırıq, mən hər dəfə sənin 

ağzını  yenidən doğulmağa  məcbur edirəm, öz arzuladığım kimi,  sənin, sifətində  mənim əlimlə 

seçilmiş  və  çəkilmiş  ağzın,  sənin  ağzın,  uca  azadlığın  iradəsiylə  seçilmişlərdən  biri,  mənim 

seçimim, öz əlimlə sənin sifətində çəkmək üçün etdiyim seçim, tam təsadüfən eynilə sənin ağzın 

kimi (mən bunun necə baş verdiyini anlamağa çalışıram) alınan ağız öz əlimlə çəkdiyim ağzın 

altından mənə gülümsəyir. 

Sən mənə baxırsan, yaxından baxırsan mənə, lap yaxından, biz təpəgöz oyunu oynayırıq, 

bir-birimizə  baxırıq  –  üzlərimizi  yaxınlaşdıraraq;  gözlərimiz  böyüyür,  böyüyür  və  getdikcə 

yaxınlaşır,  bir-birinə  vintlənir:  təpəgözlər  bir-birinə  baxırlar,  nəfəsimiz  təntiyir  və  ağızlarımız 

görüşür,  bir-birinə  girir,  bir-birimizin  dodaqlarımızı  ehmalca  dişləyərək,  dilimizi  yüngülcə 

dişlərimizə dirəyərək və qədim, tanış və  sakitlik qoxan ağır, qırıq-qırıq nəfəsimizlə bir-birimizi 

qıdıqlayaraq. Mənim əllərim sənin saçlarını axtarır, onların dərinliyinə dalaraq sığallayır və biz 

elə  öpüşürük  ki,  sanki,  ağızlarımız  qeyri-müəyyən  ətir  saçan  çiçəklərlə,  yaxud  diri,  çırpınan 

balıqlarla dolub. Birdən hansımızsa dişləsə belə, bunun ağrısı da şirindir və eyni anda udqunaraq 

havanı  bir-birimizdən  alsaq  və  hansımızsa  bu  öpüşdən  boğulsa  belə,  bu  ani  ölüm  də  gözəldir. 

Bizim ağzımızın suyu da birdir və bu, ikimizin də daddığımız yetişmiş dadlı meyvədir və mən 

hiss edirəm ki, sən mənim içimdə necə də titrəyirsən, gecə sularında titrəyən ay kimi.  

 

(– 8) 

 

 



 

Axşamüstü biz Mejisseriyə, sahilə balıqlara baxmağa getmişdik. Mart ayı idi, bəbir ayı, 

sarı  rəngli  günəşin  artıq  qızdırdığı  və  qızılı  şəfəqlərini  günbəgün  artıraraq  baxdığı  etibarsız, 

məkrli ay. Sürahinin qırağındakı səkidə bizə pulsuz heç nə verməyə hazırlaşmayan bukinistlərə 

əhəmiyyət  vermədən  akvariumu  (biz  asta-asta  gəzişir,  bütün  akvariumların  günəşin  şüaları 

altında  parıldayacağı  anı  gözləyirdik)  və  yüzlərlə  çəhrayı  və  qara  balıqların  quş  kimi  sıxılmış 




 

30 


havadan asılı qaldığını görəcəyimiz anı gözləyirdik. Mənasız sevinc ruhumuza hakim kəsilmişdi 

və sən nəsə oxuya-oxuya məni küçə boyu dartaraq buxarlanan balıqlar aləminə aparırdın.    

Akvariumların  nəhəng  qədəhlərinı  küçəyə  çıxarırlar,  budur,  turistlərin,  maraqdan 

çatlayan  uşaqların  və  ekzotik  mənzərələr  kolleksiyası  toplayan  sinyorların  izdihamı  içərisində 

günəş suyu və havanı əridib qarışdırır, çəhrayı və qara quşlar isə kiçicik hava boşluğunda zərif 

rəqslər  edirlər  –  ağır,  soyuq  quşlar.  Biz  onlara  baxıb  əylənirdik,  gözlərimizi  şüşəyə  o  qədər 

yaxınlaşdırırdıq  ki,  burnumuz  ona  dirənirdi  (bu  hərəkətimiz  su  kəpənəklərini  tutan  əl  torlarıyla 

silahlanmış  köhnə  alverçiləri  qəzəbləndirdi)  və  hər  dəfə  balığın  nə  demək  olduğu  haqda 

təsəvvürümüz  azala-azala,  bu  bilgisizlik  yoluyla  onlara,    özlərini  anlamayan  balıqlara  daha  da 

yaxınlaşırdıq; biz akvariumların ətrafına dolanır və onlara lap çox, eynilə Nef körpüsündən sonra 

ikinci çadırda yaşayan alverçi rəfiqəmizə yaxınlaşdığımız qədər yaxınlaşırıq. Yadındadır, o, sənə 

deyirdi:  «Soyuq su onları öldürür, soyuq su kədərlidir…»   Yadıma  mehmanxanadakı  xidmətçi 

qadın düşdü, o, mənə ayıdöşəyinə  necə qulluq etməyi öyrədirdi:  «Ona  yuxarıdan su tökməyin, 

dibçəyi su doldurulmuş qaba qoyun, əgər o, su içmək istəyirsə, içəcək, istəmirsə, içməyəcək…» 

Bir  də    haradansa  oxuduğum  anlaşılmaz  bir  şey  düşdü  yadıma,  guya,  balıq  akvariumda  tək 

qalanda darıxmağa başlayır, amma akvariuma güzgü qoyan kimi sakitləşir… 

Biz ən qəribə və şıltaq balıqların satıldığı dükanlara girdik, orada termometrli və qırmızı 

qurdları  olan  xüsusi  akvariumlar  satırdılar.  Bir  balığa  550  frank  verməyəcəyimizə  əmin  olan 

alverçilərin getdikcə artan qəzəbinə ucadan təəccüblənərək özümüz üçün onların hərəkətlərinin, 

sevgilərinin  və rəngbərəng  formalarının sirrini açmağa  başladıq. Biz  maye şokolad və  portağal 

əzməsi kimi  rütubətli və yumşaq günlərdə çimərək sirrin içinə girmək arzusuyla köməyə çağıran 

metafora  və  analogiyalardan  sərxoş  olurduq.    Balıqlardan  biri  eynilə  Cottoya  bənzəyirdi, 

yadındadırsa, digər  ikisi də  yəşəm daşından qayrılmış  itlər kimi oynaşırdılar, üçüncüsü  isə, elə 

bil,  bənövşəyi  buludun  kölgəsiydi…  Biz  formalarda  yaşayan,  üçüncü  ölçüdən  məhrum  həyat 

kəşf  etmişdik,  bu  formaların  yox  olmasını  və  güclə  seziləcək  çəhrayı  zolağa  çevrilərək  suyun 

içində  hərəkətsiz  qalmasını  müşahidə  edirdik,  kaş  ki,  bizə  tərəf  dönəydilər.  Üzgəcini  hərəkət 

etdirsə,  möcüzə  yenidən  burada olacaq,  budur onlar – gözləri,  bığları, üzgəcləri, qarnından  isə 

arabir şəffaf ifrazat lenti çıxaraq arxasınca üzür, hər şey heç cür qırılan deyil, boş şeydir, ancaq 

o, qəflətən bu mükəmməl məxluqu təmiz obrazlar aləmindən qoparıb bizimlə bir sıraya qoyur və 

onu, yeri gəlmişkən, o günlərdə dilimizdən düşməyən çox böyük sözlərdən biriylə bağlayır. 

 

(– 93) 

 

 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə