Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə11/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   7   8   9   10   11   12   13   14   ...   175

 

25 


damarlarını saxladı və yarpağın yaşıl hörümçəkvari kölgəsi onun dərisinin üzərinə düşdü. Etyen 

yarpağı onun əlindən alıb gözünə tutdu və  işığa  baxdı. Onlar  məhz  belə şeylərə görə Sibillaya 

heyran olur, onunla kobud rəftar etdiklərinə görə utanırdılar. Sibilla  isə  bundan  istifadə edərək 

bir şüşə də pivə və əgər mümkünsə, bir az da kartof qızartması istəyirdi. 

 

(– 71) 

 

 

İlk  dəfə  bu,  Valett  küçəsindəki  mehmanxanada  oldu,  onlar  qatarlara  girib  çıxa-çıxa 



şəhərdə  avaralanırdılar.  Naharadan  sonrakı  yağış  həmişə  kədər  gətirir,  nəsə  etmək  –  bu  çiskin 

yağışdan,  pis  qoxuyan  rezin  plaşlardan  harasa  qaçıb  gizlənmək  lazım  idi.  Bu  zaman  Sibilla 

Oliveyraya sığındı, onlar çaşqın-çaşqın  baxışdılar və əlbəttə ki, OTEL. Budur, qoca qarı sınıq-

salxaq 


kontorkasından

5

  dil  tökərək  onları  salamlayır,  məsələ  aydındır,  belə  darıxdırıcı  havada 



başqa nəylə məşğul olmaq olar. Qarının hər addımda dayanıb sağlam ayağından qat-qat yoğun 

olan  xəstə ayağını sürüyərək  yuxarı dırmaşmağına baxmaq olduqca kədərliydi. Beləcə, o pillə-

pillə  dördüncü  mərtəbəyə  qalxdı.  Qaşıqaşı  şorbasının  qoxusu  gəlir,  dəhlizdəki  xalının  üzərinə 

kiminsə  tökdüyü  göy  ləkə  qoşa  qanada  bənzəyirdi.  Otağın  qırmızı  rəngli  cırılıb-yamanmış 

pərdələrinin arxasında iki pəncərəsi vardı; tutqun işıq zolağı mələk kimi çarpayının baş tərəfində 

üzərinə yaşıl örtük salınmış yastığa doğru əyilmişdi.   

Oliveyra  qapı  sürgüsünü  yoxlayarkən  Sibilla  məsumca  pəncərənin  qarşısında  dayanıb 

özünü küçəyə baxırmış kimi göstərərək kiçik səhnəcik oynamağa hazırlaşırdı. Yəqin ki, onun bu 

cür sərgüzəştlərlə bağlı hazır sxemi vardı, ancaq, bəlkə də, hər şey həmişə məhz bu cür olurdu: 

çanta  masanın  üzərinə  qoyulur,  siqaretlər  çıxarılır  və  qadın  küçəyə  baxa-baxa  dərindən  qullab 

vuraraq  çəkir,  divar  kağızlarıya  bağlı  fikir  söyləyir  və  gözləyir,  açıq-aşkar  gözləyir,  kişinin  öz 

rolunu  yüksək  səviyyədə  oynamasına  imkan,    təşəbbüs  göstərməsinə  vaxt  verərək  vacib 

proseduru  yerinə  yetirir.  Birdən  qəhqəhə  çəkib  gülürlər,  bütün  bunlar  necə  də  mənasızdır.  Və 

küncə atılmış sarı örtük formasız kukla kimi divarın dibində büzüşürdü.     

İndi onlar örtüyü, divarları, lampaları, pərdələri müqayisə edərək əylənirdilər; 

cinquieme 

arrondissement

1

dəki



  otel  nömrələri onlara 

sixieme


2

d

əki nömrələrdən yaxşı gəldi, 



septieme

3

dəki 



nömrələr  isə  onlara  düşmürdü:  gah  qonşu  otaqda  divarı  döyür,  gah  da  su  borularını 

danqıldadırdılar. Tropmanın əhvalatını da Oliveyra Sibillaya elə o vaxt danışdı. Sibilla ona bərk-

                                                

5

 



 Конторка – айаг цстя вя йа отуруб ишлямяк цчцн щцндцр маса 

1

 



 Бешинъи даиря (фран.) 

2

 



 Алтынъы(фран.) 

3

 



 Йеддинъи (фран.) 


 

26 


bərk qısılaraq qulaq asdı; Turgenevin hekayəsini oxumaq lazım idi, ağılasığmazdır, iki ilə (nəyə 

görəsə  məhz  iki  ilə)  o  nə  qədər oxuya  bilərdi;  başqa  bir  vaxt  o,  Petio  haqqında  danışdı,  sonra 

Vaydmann,  Con  Kristi  haqqında  –  oteldə,  nədənsə,  cinayətlər  haqqında  danışmaq  istəyirdi  – 

ancaq  bəzən  Sibillanın  ciddilik  azarı  tuturdu  və  gözlərini  tavana  zilləyərək  soruşurdu  ki, 

doğrudanmı, siyena rəssamlığı Etyenin dediyi kimi çox möhtəşəmdir və yaxud bir az qənaət edib 

Hüqo  Volfun  vallarını  və  əsərlərini  (bunları  o  hərdənbir  zümzümə  edər,  unutduğundan  və  ya 

hirsləndiyindən yarıda kəsərdi) almaq olmazmı. Sibilla ilə sevişmək Oliveyranın xoşuna gəlirdi, 

çünki  Sibilla  üçün  dünyada  bundan  vacib  heç  nə  yox  idi,  bir  də  ona  görə  ki,  –  bunu  anlamaq 

çətindir,  –  o, sanki, özünü  aşağıda  hiss edirdi, duyduğu  həzzin altında  və öz anını gözləyərək 

uzatmaq üçün var gücüylə ondan yapışırdı, – bu, yuxudan ayılan kimi adının nə olduğunu deyə 

bilmək  kimi  bir    şeydi,  –  sonra  isə  o,  bir  qədər  düşkünləşir  və  bu,  dünyada  hər  cür 

mükəmməllikdən  qorxan  Oliveyranın  çox  xoşuna  gəlirdi.  Ancaq  o,  öz  xatirələrinə,    haqqında 

düşünməyə  dumanlı  zərurət  duyduğu  hər  şeyə  qayıtdıqda,  amma  düşünə  bilmədikdə  Sibilla 

ürəkdən  əzab  çəkir  və  onu  uzun-uzadı  öpüşlərə  qərq  edərək,  yeni  nəvazişlərə  həvəsləndirməli 

olurdu; artıq yeni, razı qalmış Sibilla, sanki, onun gözündə yenidən yüksəlib ona tam hakim olur 

və  dəli heyvana dönərək, baxışlarını boşluğa zilləyərək, əllərini arxasına qoyaraq mistik qorxu 

yayır  və  dağdan  yuvarlanan  heykəl  kimi  sürüşən  zamandan  dırnaqlarıyla  yapışaraq  boğulur, 

xırıldayır, durmadan inildəyir, inildəyirdi. Bir dəfə gecə Sibilla dişləriylə onun çiynindən yapışıb 

qanatmışdı,  çünki  yanında  uzansa  da,  ondan  uzaqlaşmış,  düşüncələrə  dalmışdı,  birdən  onların 

arasında sözsüz nəsə baş verdi, hansısa razılıq yarandı və Oliveyraya elə gəldi ki, Sibilla onun 

ölümünü gözləyir, ancaq gözləyən o özü deyil, onun aydın şüuru deyil, içində gizlənən və onun 

məhvini tələb edən  hansısa qara qüvvədir, – göy üzünə yayılmış ölüm gecənin bütün ulduzlarını 

məhv  edir  və  ulduzsuzlaşmış  dünyaya  onun  bütün  suallarını  və  qorxularını  qaytarır.  Lakin  bir 

dəfə o, özünü mifoloji matador kimi hiss etdi, onun üçün öküzü öldürmək onu dənizə qaytarmaq 

deməkdir,  dənizsə  səmaya  qaytarmalıdır.  Yalnız  bircə  dəfə  o,  Sibillanı  təhqir  etdi;  bu,  onların 

sonralar  heç  vaxt  xatırlamadıqları  uzun  gecənin  birində  olmuşdu,  o,  Sibilla  ilə  Pasifaya  kimi 

rəftar  etdi,  sonra  isə  ondan  elə  bir  şey  tələb  etdi  ki,  belə  şeyi  ancaq  küçə  fahişəsindən  tələb 

edirlər, daha sonra isə ulduzların yanına qaldırdı, onu qan qoxuyan ağuşuna sıxaraq qarnının və 

belinin  kölgəsini  içinə  çəkdi  və  anladı  ki,  kişi  qadını  yalnız  belə  hiss  edə  bilər,  dərisi,  saçları, 

ağzının  suyu  və  iniltiləriylə  onu  parça-parça  edərək  viran  qoydu,  gözəllik  dolu  güc-qüvvətini 

bitirib-tükəndirdi  və  mələfənin,  yastığın  üstünə  tulladı  və  onun  siqaret  közünün  bu  gecə  bu 

mehmanxana  nömrəsinə  yenidən  qaytardığı  göstərici  önündə  xoşbəxtlikdən  necə  ağladığını 

dinlədi. 

Sibilla bunu hər şeyin zirvəsi saysa da, sevgi oyunlarında yüksəklik axtarsa da və özünü 

qurban versə də, Oliveyra birdən narahatlıq hiss etdi.  Hər şeydən çox qorxduğu minnətdarlığın 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə