Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə18/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   14   15   16   17   18   19   20   21   ...   175

 

39 


–  Yox,  daha  çox  anam  gəlir,  –  Qreqorovius  dedi.  –  Əsasən  Qlazqodan  gəlir.  Mənim 

ingilis anam hərdənbir zühur edir, ancaq qarabasma kimi yox, bir az islanıb ləkə düşmüş xatirə 

kimi, bax belə. Alka-zeltseri içən kimi çıxıb gedir, vəssalam. Bəs sizdə? 

– Haradan bilim. – Sibilla səbirsizlik etməyə başladı. – Burada musiqi var, yaşıl şamlar 

yanır, Horasio hindli kimi küncdə oturub. Mənsə atam haqqında danışmalıyam… Bir neçə gün 

qabaq evdə oturub Horasionu gözləyirdim, artıq gecə düşmüşdü, yataqda oturmuşdum, bayırda 

bir  yağış  yağırdı  ki,  tut  ucundan  göyə  çıx,  eynilə  bu  valdakı  musiqini  xatırladırdı.  Oturub 

Horasionu  gözləyə-gözləyə  necə  olursa  yorğan-döşəyə  baxıram  və  yorğan  elə  qəribə  durub  ki, 

birdən mənə elə gəlir, atam arxasını mənə çevirərək başını bürüyüb yatıb. O, həmişə çox içəndə 

belə  yatardı.  Hətta  yorğanın  altından  ayaqları  da  görünürdü,  əllərini  də,  elə  bil,  sinəsinə 

qoymuşdu. Tüklərim biz-biz oldu, qışqırmaq istədim, təsəvvür edirsiniz necə qorxurdum, yəqin 

siz də nə vaxtsa belə qorxmusunuz… İstədim, evdən bayıra qaçım, ancaq qapı elə uzaqdaydı ki, 

lap koridorun axırında. Hələ qapının dalında dəhliz da vardı, qapı isə elə hey aralanır, aralanırdı, 

çəhrayı  yorğan  isə  xışıldayır,  atamın  xorultusu  eşidilirdi.  Hiss  edirdim  ki,  bu  dəqiqə  əlini 

yorğanın altından çıxaracaq, burnunu da,  mismar kimi  iti  burnunu, axı  bütün  bunları  mən sizə 

niyə  danışıram,  hə,  elə  qışqırdım  ki,  səsimə  alt  mərtəbədəki  qonşu  qaçıb  gəldi  və  məni  çayla 

doydurdu, sonra Horasio da gəldi və isterikadan çıxmam üçün mənə nəsə verdi. 

Qreqorovius  onun  saçlarını  sığalladı,  Sibilla  isə  başını  aşağı  saldı. 

«

Hazırdır,  –  Dizzi 



Gillepsin ən  yüksək trapesiyada qoruyucu tor olmadan etdiyi  məşqləri  izləməkdən  imtina edən 

Oliveyra düşündü, – hazırdır, belə də gözləmək lazım idi. Ondan ötrü dəli-divanədir, baxan kimi 

bəlli olur. Dünya qədər köhnə bir oyun. Yenidən bu köhnəlib əskiyə dönmüş situasiyaya giririk 

və  əzbər  bildiyimiz  rolu  axmaqcasına  yenidən  öyrənirik.  Əgər  onun  başına  mən  belə  tumar 

çəksəydim, o, mənə özünün Argentina dastanını danışar və hər ikimiz dərhal yumşalardıq, hələ 

kefli olsaydıq, gör nələr olardı, görünür, bircə yol var  – evə getmək, orada isə onu ehtiyatla və 

nəvazişlə yatağa uzandırıb hər bir düyməsini və hər bir «şimşəyini» tələsmədən, üsulluca açaraq 

sakitcə  soyundurmaq,  o  isə  istəmir,  istəyir,  istəmir,  peşman  olur,  əllərilə  üzünü  örtür,  ağlayır, 

birdən  qucaqlayır  və  sanki,  nəsə  çox  böyük  bir  şey  təklif  etməyə  hazırlaşaraq  tumanını 

soyundurmağa kömək edir  və çəkmələrini döşəməyə elə atır ki, etiraz kimi görünür, əslindəsə, 

son,  həlledici  ehtirasa  təhrik  edir.  Bu  –  şərəfsizlikdir,  şərəfsizlik.  Sənin  ağzını  əzmək  lazım 

gələcək,  Osip  Qreqorovius,  mənim  zavallı  dostum.  Xüsusi  istəyim  olmadan,  həm  də  peşman 

olmadan, Dizzinin bu dəqiqə üfürdüyü kimi, təəssüflənmədən, həm də istəmədən, qətiyyən arzu 

etmədən, Dizzi kimi». 

– Bu ki zir-zibildir, – Oliveyra dedi. – Bu zir-zibili məndən uzaq tutun. Əgər bir də bu 

savadlı meymuna qulaq asmaq zorunda qalsam, mənim ayaqlarım bir də bu Kluba dəyməyəcək. 




 

40 


– Bop cənabın xoşuna gəlmədi, – Ronald acı-acı dedi. – Bircə dəqiqə gözləyin, biz sizə 

Pol Uaytmendən bir şey qoyarıq. 

– Kompromis variant təklif edirəm, – Etyen dedi. – Bütün fikir ayrılıqları şəraitində belə 

heç kəs Bessi Smitə etiraz etməz, Ronald, əzizim, o gözəl göyərçini bürünc qəfəsdən çıxar. 

Ronaldla Bəps hırıldaşdılar, ancaq niyəsi o qədər aydın olmadı və Ronald köhnə disklərin 

arasında  valı  axtardı.  İynə  dəhşətlə  fışıldadı,  sonra  lap  dərində  nəsə  xırıldadı,  elə  bil,  qulaqla 

səsin arasına bir neçə qat pambıq qoyulmuşdu, sanki

,

 Bessi üzü hansısa səbətdən götürülən kirli 



ağla  sarınmış  vəziyyətdə  oxuyurdu,  səsi

,

  sanki



,

  elə  hey  əsgiyə  ilişib  boğulurdu,  o,  qeyzsiz  və 

kədərsiz  oxuyurdu: 

“I canna  be somebody’s  baby doll”

1

,

  oxuyur  və  dözümə  çağırırdı,  küçənin 



tinində, qarılarla dolu evin önündə oxuyan səs, “ to be somebody’s baby doll»”, budur, bu səsdən 

coşqunluq və ehtiras yağır və o boğulur: “I canna be somebody’s baby doll…»” 

Oliveyra ağzını yekə bir araq qurtumuyla yandıraraq əlini Bəpsin çiyninə qoydu və rahat 

şəkildə  ona  söykəndi.  «Vasitəçilər»,  –  o,  sakitcə  tüstü  burumlarına  dalaraq  düşündü.  Valın 

qurtarmasına yaxın Bessinin səsi tamamilə nazildi, indi Ronald yəqin ki, bakelit diski  (əgər o, 

doğrudan da, bakelit idisə) çevirəcək və bu pozulmuş dairə “Empty Bed Blues»”i və Birləşmiş 

Ştatların  hansısa  uzaq  guşəsində  iyirminci  illərin  gecələrindən  birini  yenidən  canlandıracaq. 

Ronald  gözlərini  yumaraq  və  əllərini  dizlərinin  üzərinə  qoyaraq  musiqinin  ritminə  uyğun 

yüngülcə  dingildəyirdi.  Vonqla  Etyen  də  gözlərini  qapamışdılar,  otaq  demək  olar  ki, 

qaranlıqlaşmışdı;  yalnız  köhnə  valın  üzərindəki  iynənin  xışıltısı  eşidilirdi  və  Olivyera  bütün 

bunların,  həqiqətən,  baş  verməsinə  inana  bilmirdi.  Nə  üçün  o  zaman,  orada,  nə  üçün  indi, 

Klubda,  bu  axmaq  yığıncaqda  Bessi  onu  oxuyanda  bu  blyuz  belə  səslənir?  «Onlar  – 

vasitəçilərdir»,  –  o,  Bəpslə  birlikdə  yırğalanaraq  yenidən  düşündü.  Bəps  artıq  əməlli-başlı 

keflənmiş  və  Bessini  dinləyərək  ağlayırdı,  bütün  bədəni  gah  ritmə  uyğun,  gah  da  onun  əksinə 

titrəyərək ağlayırdı, boş yataq, sabahkı gün, gölməçələrdə şappıldayan başmaqlar, kirayə haqqını 

ödəməyə  pul olmayan otaq, qocalmaq qorxusu, yatağın ayaq tərəfindəki güzgüdə əks olunan kül 

rəngli  dan  yeri  haqqında  blyuzdan  (ah,  bu  blyuzlar  həyatın  bitib-tükənməyən  kədəridir) 

ayrılmamaqçün  hönkürtüsünü  boğaraq  ağlayırdı.  «Onlar  vasitəçidirlər,  bizə  başqa  bir  irreallığı 

göstərən irreallıq, eynən rəsmdəki müqəddəslərin barmaqlarıyla bizə səmanı göstərdiyi kimi. Ola 

bilməz  ki,  bütün  bunlar  mövcud  olsun  və  biz,  həqiqətən,  burada  olaq  və  mən  Horasio  adlı 

biriyəm. Bu qarabasma, iyirmi il qabaq avtomobil qəzasında ölmüş zənci qadının səsi – mövcud 

olmayan  zəncirin  halqalarıdır;  biz  bura  haradan  gəlmişik,  bu  gecə  bura  necə  yığışmışıq,  əgər 

illüziya ilə deyil, hansısa oyunun bəlli və ciddi qaydalarına əməl etmədən hansısa qeyri-müəyyən 

kart paylayanın əlindəki kart dəsti deyiliksə…» 

– Ağlama, – Oliveyra Bəpsin qulağına tərəf əyildi. – Ağlama, Bəps, bütün bunlar yoxdur. 

                                                

1

 

 Щеч кясин ойунъаьы олмаг истямирям. (инэ. тящр. ол.) 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə