BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə57/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

210
Mən Yusif müəllimin fikri ilə razıyam ki, bu məsələnin 
müzakirəsini  konkret  reallıqdan  ayırmaq  olmaz.  Bu  real-
lıq isə indi gedən ictimai proseslərdir. Bu ictimai proseslərə 
Azərbaycan dili, Azərbaycan xalqı, Azərbaycan Respubli-
kası, Azərbaycan dövləti, - müstəqil, suveren Azərbaycan 
dövləti eyni qələmdə səslənir. Biz bunu dərk eləsək, indiyə 
qədər etdiyimiz səhvlərin çoxunu düzəldə bilərik.
Mən istəyirəm ki, nəzərinizə çatdıram ki, tarixilik var, 
məntiqlik var. Əgər tarixiliklə, məntiqliklə yekunlaşdırma-
saq,  əgər  tarixin  o  kəşməkəşlərindən,  pillələrindən  gələn 
qayda – qanunlar ümumiləşib bir qanunauyğunluq şəklin-
də qarşıya çıxmasa, onda biz səhvə yol verərik. Bütün bu 
tarixin gedişi göstərir ki, Azərbaycan dili özünün inkişafı 
prosesində formalaşıb, təkmilləşib, indiki hala çatıb, indiki 
hala  düşübdür.  Mən  Cəmil  müəllimin  bir  fikrini  yazdım: 
Bizim xalq bu dili çox əzab - əziyyətlə əldə edib. Bu elə - 
belə  gəlib  meydana  çıxmayıbdır.  Görün  nə  qədər  pillələr 
keçib. Bu xalq bu dili yaşadıb, doğurub, gətirib dünyaya. 
Bundan sonra bu dilin yanına hər hansı bu bir “türk” sözü-
nü əlavə eləsən, bu o deməkdir ki, biz türk dilimizə şübhə 
eləyirik. Ona görə də mən deyirəm ki, bunun yanında qoş-
ma sözə ehtiyac yoxdur.
Burada Həsən bəy Zərdabinin adını çəkdilər. Mən xahiş 
eləyirəm ki, kim Həsən bəy Zərdabini elə - belə qeyd elə-
yib və Həsən bəy Zərdabini bilmirsə, bir daha onun irsinə 
müraciət  eləsin.  Həsən  bəy  Zərdabinin  bütün  məqalələri 
indiki Azərbaycan dilindədir. Axundovun da ona verdiyi 
məsləhəti yadınıza salıram ki, çalış sənin “Əkinçi”nin dili 
mənim komediyalarımın dilinə bənzəsin, sadə olsun. Bir az 
lap  kobud  deyirəm,  qoy  ayrım  dili  olsun,  xalq  başa  düş-


211
sün. İndi mən istəyirəm ki, bu türk dili ilə bağlı Zərdabinin 
mövqeyini  sizə  deyim.  Deyin  görüm,  onu  oxuyanda  hər 
hansı bir məqaləsini tapa bilərsinizmi ki, orada bir “nasıl” 
sözü işlədilmiş olsun? Amma yadınıza salıram ki, XX əsrin 
əvvəllərində, 1910-cu ilə qədər, - Zərdabi 1907-ci ildə rəh-
mətə gedib, - bu məsələ çox qaynar müzakirə olunurdu və 
qəzetlərin  dil  məsələsi  böyük  problemə  çevrilmişdi.  “Fü-
yuzat” var idi. “Şəlalə” var idi, mən onu tədqiq eləmişəm. 
Soruşuram  Azərbaycan  dilçilərindən  “Füyuzat”ı  oxuyub 
başa düşürsünüzmü? “Şəlalə”ni oxuyub başa düşürsünüz-
mü? Amma Zərdabinin “Bizim nəğmələrimiz” məqaləsini 
oxuyanda adam onu döşünə basır ki, görün Azərbaycan di-
lini nə qədər gözəl bilir. Rusca təhsil alsın, birinci sinifdən 
axıra qədər, Azərbaycan dilini bu qədər gözəl bilsin!
Gəlin hərəniz bir dildən yapışmayın, siz bunu elə ümu-
mi bir məxrəcə gətirin. Düzdür, “Azərbaycan” sözünü iş-
lətmir, amma Azərbaycan dilində danışır. Zərdabini mən 
istəyirəm belə başa düşək. Bilək ki, Zərdabi Azərbaycanın 
oğludur  və Azərbaycanı  Moskvada  da  tanıdıb.  Qafqazda 
ruslar var idi, Zərdabi ilə fəxr eləyiblər. Azərbaycan oğlu 
idi. Qadını da bulqarlardan idi – Hənifə xanım Abayevə.
Yəni istəyirəm ki, bunu bilək, - Axundov, Zərdabi, di-
gərləri – Azərbaycan dilini köksündə yaşadıbdır. Mən istə-
yirdim bunu da deyim ki, “Azərbaycan dili”, “Azərbaycan 
xalqı”  anlayışları  müasir  konteksdə  çox  gözəldir  və  mən 
konstitusiya komissiyasının əvvəlki iclasında dediyim sözü 
bir daha təkrar eləyirəm ki, ölkəmizin adı Azərbaycandır, 
Azərbaycan Respublikasıdır, Azərbaycan xalqıdır və dili-
miz də Azərbaycan dilidir. Bunu biz qəti şəkildə bilməliyik. 
Amma bu heç də o demək deyil ki, türk kökümüzü unu-


212
daq, türk dilini bilməyək, türk dilində danışmayaq. Böyük 
ədəbiyyatı  var,  böyük  mədəniyyəti  var,  Tofiq  Fikrəti  var, 
Rza Tofiqi var, gedək onu öyrənək.
H.ə.əliyev:  Konstitusiya  komissiyasının  üzvlərindən 
yenə çıxış etmək istəyən var? Südabə xanım buyursun.
S.Həsənova – Ədliyyə nazirinin birinci müavini, yeni 
konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü: Hör-
mətli  prezident,  hörmətli  müşavirə  iştirakçıları.  Əlbəttə, 
bizim  hər  birimiz  ayrılıqda  öz  kökümüzü,  öz  tariximizi 
danmamalıyıq. Buna baxmayaraq biz, yoldaşların hamısı, 
əksəriyyəti qeyd elədi, mən yeni heç bir şey demirəm, - bi-
zim  mənşəyimiz  həqiqətən  türk  mənşəyidir.  Gəlin  etiraf 
eləyək  ki,  konstitusiyamızda  neçə  illərdir  dövlət  dilimiz 
“Azərbaycan dili” yazılsa da, məgər bizim mərkəzi dövlət 
idarələrində bu dildən istifadə olunmuşdurmu? Biz Azər-
baycan dilində yazıb – pozmuşuqmu? Mən mərkəzi, Bakı 
şəhərini deyirəm. Yox, ona görə yox ki, bunun da obyektiv 
səbəbləri var idi. Biz SSRİ-nin tərkibində idik. İstəsək də, 
istəməsək də bizim müxtəlif yazıların bir ucu gedib çıxırdı 
Moskvaya. Bütün gənc alimlər öz uşaqlarını məktəbə rus 
sektoruna göndərirdilər. İndi beş – altı ildir öz dilimizə ya-
pışıqlıq yaranıb, öz dilimizə məhəbbət oyanıb. Öz uşaqla-
rını rus sektoruna göndərən valideynlər yenidən müəllim 
tutub uşaqlarına Azərbaycan dili öyrədirlər.
Mən  MDB  dövlətlərinin  birində  olanda  öz  dilimizdə 
danışarkən  mənə  dedilər  ki,  siz  danışanda  elə  bil  musiqi 
çalınır. Sizin diliniz necə də nəğməkar dildir! Demək istə-
yirəm ki, indi biz öz dilimizə qayıtmışıq, öz dilimizdə danı-
şırıq, öz dilimizdə yazırıq, öz dilimizdə oxuyuruq. Böyük-
lü– kiçikli bir-birimizi başa düşürük. İndi bu yandan bir şey 


213
atılır ortaya ki, yox, “Azərbaycan dili” olmasın, “Azərbay-
can türkcəsi” olsun və yaxud ümumiyyətlə, “türk dili” ol-
sun. Axı bu özü də elə bir məqamda, elə bir tarixi şəraitdə 
ortaya atılıb ki, bizim mənfur erməni kimi düşmənimiz var. 
Yəqin bu yoldaşlar istəyirlər qoy o ermənilər bizə gülsün-
lər və desinlər ki, “heç bu Azərbaycan milləti ümumiyyətlə 
tarixdə,  yer  üzündə  olmayıb,  bunlar  türklərin  tör–tökün-
tüsüdür qalıblar, belə bir millət olmayıb”. Mən belə başa 
düşürəm ki, məntiq buna gətirib çıxarır. Bir də mən aka-
demiyada keçirilən iclasın, çox təəssüf edirəm ki, hamısına 
baxa  bilməmişəm.  Orada  çıxış  eləyən  yoldaşlardan,  indi 
deyə bilmərəm, hansısa belə bir söz işlətdi ki, konstitusiya-
ya yazaq, yenə elə Azərbaycan dilində danışarıq da. Onda, 
ay yoldaşlar, bəs bu nə oldu ki, mən deyirəm, əvvəl yazır-
dıq “Azərbaycan dili”, danışırdıq, yazırdıq rus dilində. İndi 
də  yazaq  “türk  dili”,  ya  “azəri  türkcəsi”,  amma  danışaq 
Azərbaycan  dilində.  Yoldaşlar,  gəlin  ya  olduğumuz  kimi 
görünək, ya da göründüyümüz kimi olaq. Nə dildə danı-
şırıq? Bizə analarımız Azərbaycan dilində layla çalıb. Biz 
laylalarla böyümüşük. Hər birimizin bir çətin anı, hər bir 
insanın çətin vəziyyəti, faciəli anı olur, Allahı çağırırıq, ana-
nı  çağırırıq.  Biz Azərbaycan  dilində  çağırmışıq  belə  çətin 
vəziyyətlərdə. İndi niyə biz öz dilimizdən imtina eləməli-
yik? Niyə biz öz millətimizi, dilimizi danmalıyıq, özümüzü 
kiməsə, çox üzr istəyirəm, kiməsə yamaq eləməliyik? Çox 
sağ olun.
H.ə.əliyev:  Daha  komissiya  üzvlərindən  görürəm 
çıxış etmək istəmirlər. Qurtardın?
S.Həsənova: Yox, bir sözüm qalıb. Mən səhv eləmirəm-
sə,  Afad  müəllim  Qurbanov  dedi  ki,  akademiyada  keçi-


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə