BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə58/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

214
rilən  iclasda  onun  adı  çıxış  eləyənlərin  siyahısında  ikinci 
olmasına  baxmayaraq,  ona  söz  verilməyib.  Bu  baxımdan 
mən xahiş eləyərdim ki, orada iclasda sədrlik eləyən hör-
mətli akademikimiz Bəkir müəllim konstitusiya layihəsinin  
23-cü maddəsinə öz münasibətini bildirsin.
H.ə.əliyev: Bəkir müəllim, daha bildirməlisən. Bəkir 
müəllim orada əziyyət çəkib, rəhbərlik eləyib, indi istəyir-
siniz ki... Buyurun, Bəkir müəllim.
b.nəbiyev  –  EA-nın  ədəbiyyat,  dil  və  incəsənət  böl-
məsinin  akademik  katibi:  Hörmətli  prezident,  möhtərəm 
müşavirə iştirakçıları. Mən elə bilirəm ki, ayın 30-da olan 
yığıncaqda  Azərbaycan  dilinin  Azərbaycanın  dövlət  dili 
olması haqqında təklifi irəli sürən bir adam olmayıb, bura-
da Ramiz müəllimin verdiyi məlumatdan gördünüz ki, 15 
nəfər olub. Bu 15 nəfərin hamısına da mən söz vermişəm. 
Beləliklə  də,  bir  adama  söz  verməməyim  hələ  mənim  bu 
məsələyə münasibətdə özgə bir mövqe tutmağıma dəlalət 
eləmir.  O  ki,  qaldı Afad  müəllimə  söz  verməməyimə,  öz 
aramızda  gəlin  etiraf  eləyək,  mənim  həyatımda  ölkənin 
rəhbərinin  iştirak  elədiyi  iclası  aparmaq  birinci  dəfə  idi. 
Mən  çox  həyəcanlı  idim.  Və  mən  çox  sevinirəm  ki,  bircə 
xətaya yol vermişəm, o da bundan ibarətdir. Afad müəllim, 
mən buna görə üzr istəyirəm.
H.ə.əliyev: Eybi yoxdur. 
b.nəbiyev: Hörmətli prezident, indi ki, mən bura çıx-
mışam, - yəni mən danışmaq fikrində deyildim, elə hesab 
eləyirdim ki, bir halda ki, orada yığıncağı aparmışam, bu 
mənim qənaətimdir, - icazə verin, bir arayış verim. Bu ara-
yışı da verməyə hörmətli şairimiz Nəriman Həsənzadənin 
nitqindəki bir detal məni vadar eləyir.


215
O,  çox  gözəl  şairdir,  tariximizi  də  çox  gözəl  bilir.  Bir 
sıra tarixi pyeslərin müəllifidir. Lakin burada gətirdiyi ta-
rixi  bir  faktda  balaca  bir  yanlışlıq  oldu.  Halbuki  o  faktın 
bizim üçün çox böyük əhəmiyyəti var. Orada Əbül – üla 
Gəncəvidən yox, bizim böyük şairimiz, böyük alimimiz Xə-
tib Təbrizidən söhbət gedir. Xətib Təbrizi XI əsrdə yaşamış 
Azərbaycan filoloqu, Azərbaycan şairidir. Onun haqqında 
mərhum Azərbaycan alimi, gözəl ərəbşünas filoloq Malik 
Mahmudov iki kitab çap elətdirib – 1982-ci, 1983-cü illərdə. 
Kitablardan  birinin  adı  belədir:  “Piyada  Təbrizdən  Şama 
qədər”. Piyada Təbrizdən Şama qədər elm dalınca gedən 
bu  şairin,  filoloqun  adı  Xətib  Təbrizidir.  Onun  bir  xatirə-
si həmin alimin kitabında öz əksini tapır. Müxtəsər məz-
munu bundan ibarətdir: deyir, mən kor filosof şair Əbül – 
Üla Məərinin dərsində oturmuşdum. Məscidin hücrəsində 
dərs keçirdik. Bir də gördüm ki, təbrizli qonşularımdan bir 
neçə adam girdi məscidə. Mənim qanım qaynadı. Çoxdan 
həmyerlilərim  haqqında  heç  bir  məlumat  almamışdım. 
Ona görə müəllimdən izn istədim ki, bəs, bəlkə mən gedim 
həmyerlilərimlə danışım. O, mənə icazə verdi. Mən təfər-
rüatları demirəm. Deyir ki, mən onun özünün eşitdiyi bir 
məkanda, yəni ondan yəqin bir – iki metr aralı təbrizli qo-
humlarımla, tanışlarımla söhbət elədim, qurtardım. Onlar 
dağılışdılar,  getdilər.  Əbül  –  üla  Məəri,  o  filosof  məndən 
soruşdu: Ya Xətib, sən o adamlarla hansı dildə danışırdın? 
Mən  cavab  verdim  ki,  azərbi  dilində  danışırdım.  Bizim 
tərəflərdə, yəni Təbrizdə və onun ətrafında bu dildə danı-
şırlar. Dedi ki, mən sizin dilinizi bilmirəm. Amma onu çox 
məmnuniyyətlə dinlədim. Sonra mənim bu iki gözdən kor 
müəllimim bizim danışdığımız sözləri eynilə elə təkrar elə-


216
di, indiki anlayışla desək, maqnitofon lenti kimi. Mən onun 
bu hafizəsinin qarşısında heyrət elədim. Bax, mətləb bu cür 
olubdur.
Mən bunu xüsusilə ona görə qeyd elədim ki, Heydər 
Əliyeviç,  bu  məsələnin  təxminən  bir  min  il  tarixi  var.  Bu 
yazıçı  –  Xətib  Təbrizi  930-cu  ildə  anadan  olubdur.  Əgər 
930-cu ildə anadan olan yazıçı – şairin dilindən mənbələrə, 
ərəb  mənbələrinə  əsasən  bizim  mərhum  professor  Malik 
Mahmudov bu mətləbi deyibsə bizə, onun qəbri nurla dol-
sun və bizim komissiya üzvləri bir daha bilsinlər ki, “Azər-
baycan  dili”  anlayışdır  “azərbi”,  oradakı  o  “can”  sözünə 
siz fikir verməyin, ona görə ki, dilin inkişafında şəkilçinin 
artırılması tamamilə təbii şeydir.
İndi  mən  soruşuram:  “azərbi”  və  Təbrizdə  danışılan 
dil. Daha bu, Şotlandiyada danışılan dil deyil ki! Bu, təmiz 
ana dilimiz, o zamankı mərhələsində danışılmış bir dildir. 
Diqqətiniz üçün sağ olun.
H.ə.əliyev:  Sağ  olun.  Sabir,  buyur.  Sabir  ikinci  dəfə 
danışır.
S.rüstəmxanlı: Təklifim var, hörmətli prezident.
H.ə.əliyev: Yaxşı.
S.rüstəmxanlı: Mən qısaca bir təklif vermək istəyirdim. 
Hörmətli prezident və hörmətli müşavirə iştirakçıları. Bəkir 
müəllimin bu sözü məni məcbur elədi bir misalı da mən çə-
kim. 1300 il əvvəl Məhəmməd peyğəmbərin vaxtında, yəni 
onun zamanında yaşayan və onun yaxın silahdaşlarından 
birindən  soruşublar  ki,  bu  Azərbaycan  nə  məmləkətdir? 
Peyğəmbərin həmin silahdaşı deyib ki, Azərbaycan qədim-
dən türklərin yaşadığı bir dövlətdir. Bunu bütün tarixçilər 
də, bütün filoloqlar da bilir. Ona görə istənilən tərəfdən – 


217
həm Azərbaycan dili tərəfdarlarının, həm də türk dili tərəf-
darlarının burada nə qədər istəsəniz dəlil gətirməyə imkanı 
var – bir-birini bəyənən, bir-birini qəbul eləyən və bir-birini 
inkar eləyən. Taleyimizin tarixi belə gətirib.
Mənim  fikrim  nədir?  Hörmətli  prezident,  burada  bə-
ziləri elə başa düşür ki, dilin dəyişilməsindən söhbət gedir. 
Guya biz “türk dili” deyəndə Osmanlı türklərinin dilini qə-
bul eləyirik. Tamam ayrı bir söhbət gedir, ayrı bir məsələ-
dir.  Mən  sizdən  üzr  istəyirəm,  qoy  heç  kim  inciməsin  və 
burada yenə sizə müraciət edirəm. Siz Azərbaycan xalqının 
taleyində,  tarixində  çox  ciddi  rol  oynamış  bir  adamsınız. 
Siz  Azərbaycanda  hakimiyyət  başına  gələndə  mənim  23 
yaşım var idi. Bütün ömrümüz sizin dövrünüzdə keçib və 
sizin Azərbaycan üçün nə işlər gördüyünüzü biz hamımız 
bilirik. Məhz sizin vaxtınızda Azərbaycanda elə mədəniy-
yət məsələləri qaldırılıb ki, on illərlə ona heç kim toxuna 
bilməyib qorxusundan. Məhz sizin vaxtınızda Azərbaycan-
da repressiya qurbanlarının haqqı bərpa olunub, o cümlə-
dən Hüseyn Cavid Sibirdən qaytarılıb öz Vətəninə və onun 
haqqı  özünə  verilib.  Məhz  sizin  vaxtınızda  bizim  bir  çox 
unudulmuş yazıçılarımızın, şairlərimizin haqqı qaytarılıb, 
yubileyləri keçirilib, qəbirlərinin üstündə məqbərələri, abi-
dələri qurulub. Məhz sizin vaxtınızda Azərbaycan varlığı 
bir daha xatırlanıb, “Azərbaycan” sözü dünyada gur səslə-
nib və Azərbaycanın mənəvi yaddaşı dirilib, Azərbaycanın 
yaddaşı qaytarılıb özünə. Keçmişimizə qorxusuz baxa bil-
mişik.
Mən bugünkü müzakirəni sizin gördüyünüz işlərin da-
vamı hesab eləyirəm. Elə hesab edirəm ki, bu gün siz bu 
məsələyə məhz ona görə bu cür ciddi vaxt ayırırsınız ki, siz 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə