Təsdiq edirəm: Kafedra müdiri İ. N.Şirinzadə “11” sentyabr 2014-cü IL



Yüklə 67,72 Kb.
tarix08.04.2018
ölçüsü67,72 Kb.
#36641

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

İNŞAAT MATERİALLARI KAFEDRASI

MATERİALŞUNASLIQ VƏ MATERİALLAR TEXNOLOGİYASI FƏNNİNDƏN
PROQRAM (SILLABUSU)

Qrup: № 643a

BAKI─2014
AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

İ.N.Şirinzadə

“11” sentyabr 2014-cü il


Fənn proqramı (sillabusu)

Kafedra: İnşaat Materialları

Fənnin adı: Materialşunaslıq və materiallar texnologiyası

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili: 2014/2015. Semestr: payız

Fakültə : İnşaat texnologiya

Qrup : 643a

Tədris yükü: mühazirə 45 saat, laboratoriya 15 saat.

Cəmi - 60 saat.

Kredit: 4

Auditoriya: № 908

Saat: mühazirə - çərşənbə 1600 -1735, (alt həftə) ; cümə axşamı – 1600 -1735, Lab. çərşənbə 1600 -1735 (üst)



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Hüseynova Leyla Heydər qızı, t.e.n., dosent

Kafedranın ünvanı: AzMİU-nun I korpusu, 9-cu mərtəbə

Məsləhət saatları:

E-mail ünvanı: leylahuseynova2013@gmail.com

İş telefonu: 012 539 10 34



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Ağabəyli N.M. İnşaat materialları və məmulatları. Bakı. 2008

2. Ağabəyli N.M. İnşaat materialları fənnindən laboratoriya işləri. Bakı. 2013

4. Fənnin təsviri və məqsədi:

Materialşunaslıq fənni inşaatda istifadə olunan material və məmulatların istehsal texnologiyası, onların fiziki və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında ətraflı məlumat verir. Təbii daş materialların, inşaat keramikası, yapışdırıcı maddələrin, betonların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasının nəzəri əsasları şərh edilir.



İnşaat konstruksiyalarının - dəmir-beton, metal, ağac və plastik kütlə konstruksiyalarının hesablanmasında inşaat materialları və məmulatlarının fiziki və mexaniki xassələrini bilmək mühüm əhəmiyyət kəsb edir ki, bu da gələcəyin memarları üçün müxtəlif təyinatlı binaların layihələndirilməsində əsas köməkçisi ola bilər.

5. Fənnin təqvim planı: 5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

I

Mövzu № 1. Giriş. İnşaat materialları və məmulatlarının inkişaf tarixi haqqında məlumat. Inşaat materiallarının quruluşu və təsnifatı.

2

18.09.14

I

Mövzu № 2. İnşaat materiallarının əsas xassələri. Materialların fiziki xassələri: Sıxlıq və onun növləri; məsaməlilik; nəmlik; suhopma; şaxtayadavamlılıq; sukeçirmə və sukeçirməzlik; istilikkeçirmə və istilik tutumu; odadayanıqlıq və odadavamlılıq.

2

24.09.14

II

Mövzu № 3. Materialların mexaniki xassələri: deformativ xassələr; möhkəmlik və onun növləri; bərklik; sürtülmə və sürtülüb-yeyilmə. Materialların kimyəvi xassələri.

2

25.09.14

III

Mövzu № 4. Dağ süxurlarının təsnifatı və quruluş xüsusiyyətləri. Süxur əmələgətirən minerallar: kvars qrupu; alümosilikatlar qrupu; dəmir-maqnezial silikatları qrupu; karbonatlar və sulfatlar qrupu. Püskürülmüş süxurlar və onların növləri.

2

08.10.14

III

Mövzu№ 5. Çöküntü süxurları və onların növləri. Metamorfik süxurlar. Azərbbaycan Respublikasının təbii daşları. Təbii daş materialların çıxarılması və emal edilməsi. Təbii daş materialların növləri və tətbiq sahələri. Aşınmadan qorunma.

2

09.10.14

IV

Mövzu № 6. Keramik material və məmulatlar üçün xammal. Keramik material və məmulatların istehsalı və onların əsas xassələri. Keramik divar material və məmulatları. Üzlük və xüsusi təyinatlı keramik məmulatlar.

2

16.10.14

V

Mövzu№ 7. Mineral ərintilərdən hazırlanan materiallar və məmulatlar: şüşə və onun istehsalı; şüşənin əsas xassələri; Şüşə materiallar və məmulatlar; Sitallar və posa sitalları.

2

22.10.14

V

Mövzu № 8. Havada bərkiyən yapışdırıcı maddələr: gips və anhidrit yapışdırıcı maddələr; magnezial yapışdırıcı maddələr; maye şüşə və turşuyadavamlı sement; hava əhəngi.

2

23.10.14

VI

Mövzu № 9. Hidravlik əhəng. Portlandsement: klinkerin kimyəvi və mineral tərkibi; portlandsementin istehsalı və əsas xassələri; portlandsementin bərkiməsi və korroziyası; portlandsementin xüsusi növləri.

2

30.10.14

VII

Mövzu № 10. Aktiv mineral əlavələr. Putsolanlı və posalı sementlər. Alüminat sementi. Genişlənən və gərginləşən sementlər.

2

05.11.14

VII

Mövzu № 11. Betonların təsnifatı. Adi beton və onda işlədilən materiallar. Beton qarışığı və betonun xassələri.

2

06.11.14

VIII

Mövzu № 12. Beton tərkibinin layihələndirilməsi. Beton qarışığının hazırlanması, daşınması, qəlibə qoyulması, sıxlaşdırılması və ona qulluq edilməsi. Qış zamanı betonun işlədilməsi. Ağır betonun xüsusi növləri.

2

13.11.14

IX

Mövzu № 13. Yüngül betonlar: məsaməli dolduruculu yüngül betonlar; iriboşluqlu beton; Çoxməsaməli betonlar.

2

19.11.14

IX

Mövzu № 14. İnşaat məhlulları haqqında məlumat. Onlarda işlədilən materiallar. İnşaat məhlullarının xassələri. Daş hörgüsü üçün məhlullar. Bəzək məhlulları. Xüsusi təyinatlı məhlullar. Məhlulların hazırlanması.

2

20.11.14

X

Mövzu № 15. Dəmir-beton haqqında əsas anlayış. Dəmir-beton məmulatlarının təsnifatı və onların nomenklaturası. Dəmir-beton məmulatlarının istehsalı və onların hazırlanması.

2

27.11.14

XI

Mövzu№ 16. Monolit dəmir-beton konstruksiyaları. Monolit dəmir-beton konstruksiyalarında istifadə olunan beton qarışığının beton zavodlarında və avtobeton qarışdırıcılarda hazırlanması, tikinti meydançasına daşınması, qəlibə yerləşdirilməsi və sıxlaşdırılması.

2

03.12.14

XI

Mövzu № 17. Mineral yapışdırıcı maddələrdən hazırlanan süni daş materialları və məmulatları: əhəngdən hazırlanan material və məmulatlar; gipsdən hazırlanan məmulatlar; maqnezial yapışdırıcı maddələrdən hazırlanan material və məmulatlar; asbest-sement məmulatları.

2

04.12.14

XII

Mövzu № 18. İnşaatda işlədilən əsas ağac cinsləri. Ağacın makro və mikrquruluşları. Oduncağın əsas fiziki və mexaniki xassələri. Oduncağın qüsurları.Ağac materialların növləri. Ağac materialların qurudulması. Onların çürümədən və yanmadan qorunması. Həşəratlardan mühafizə.

2

04.12.14

XIII

Mövzu № 19. İstilik-izolyasiya materiallarının təsnifatı və quruluşu. Onların əsas xassələri. Üzvi və qeyri-üzvi istilik-izolyasiya materialları. Akustik materiallar və məmulatlar. Səs izolyasiya materialları.

2

11.12.14

XIII

Mövzu № 20. Üzvi yapışdırıcı maddələrin təsnifatı və tərkibi. Təbii, neft və şist bitumları. Bitumların əsas xassələri. Qatranlar.

2

17.12.14

XIV

Mövzu № 21. Asfalt-betonun təsnifatı. Onda işlədilən materiallar. Asflt-betonun quruluşu əsas xassələri. Damüstü və hidroizolyasiya materialları. Emulsiyalar və pastalar.

2

18.12.14

XV

Mövzu № 22. Polimer materiallar və məmulatlar haqqında məlumat. Polimerlər. Doldurucular və əlavələr. Plastik kütlələrin əsas xassələri. Polimer inşaat materialları.

2

25.12.14

XV

Mövzu № 23. Boya-lak materialları haqqında məlumat. Yapışdırıcı maddələr. Həlledicilır və durulaşdırıcılar. Piqmentlər və doldurucular. Boya tərkibləri.

2

31.12.14

5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

I

Mövzu № 1 - Təbii daş materiallarının sınanılması

Daşın orta və həqiqi sıxlığının təyin edilməsi. Məsaməliyin hesablanması. Kütləyə və həcmə görə suhopmanın təyin edilməsi. Şaxtayadavamlılığın nəzəri surətdə təyin edilməsi. Istilikkeçirmə əmsalının təxmini hesablanması. Təbii daş materiallarının sıxılmada möhkəmlik həddinın təyini.. Sürtülmə, sürtülüb yeyilmə və onların təyin edilməsi



2

17.09.14

III

Mövzu№ 2. Adi gil kərpicinin sınanılması

Kərpicin xarici görünüşünün nəzərdən keçirilməsi və kərpicin xətti ölçülərinin, çatlarının və küncündəki qopuqların təyin edilməsi. Kərpicin səthlərinin və tillərinin əyriliyi.

Kərpicin orta sıxlığının və suhopmasının hesablanması. Şaxtayadavamlılığın nəzəri surətdə təyini.

Kərpicin sıxılmada və əyilmədə möhkəmlik həddinin təyini. Kərpicin sınanılmasndan alınan nəticələrin, standartın tələbləri ilə müqayisə edilməsi.



2

01.10.14

V

Mövzu№ 4. Hava əhənginin sınanılması

Əhəngdəki aktiv maddələrin (CaO+MgO) miqdarının təyini. Əhəngin sönmə müddətinin təyini. Əhəngdəki sönməmiş dənələrin miqdarının təyin edilməsi. Sınaq nəticələrinin mövcud standartın tələbləri ilə müqayisə edilməsi.



2

15.10.14

VII


Mövzu№ 4. Portlandsementin sınanılması

Sement tökülmüş halda orta sıxlığının və həqiqi sıxlığının təyin edilməsi. Sementin narınlığının təyini. Sement xəmirinin normal qatılığının təyini. Sement xəmirinin tutma müddətinin təyini,. Sementin həcminin müntəzəm surətdə dəyişməsinın təyini. Sementin möhkəmliyinin təyini. Sementin möhkəmlik sinfi və markaları.

Sınaq nəticəsində alınan göstəricilərin mövcud standartın tələbləri ilə müqayisə olunması.


2

29.10.14

IX

Mövzu№ 5. Qumun sınanılması

Qumun tökmə orta sıxlığının təyini. Qumun həqiqi orta sıxlığının təyini. Qumun dənəli tərkibinin təyini. Qumun irilik modulunun hesablanması. Qumun nəmliyinin təyini. Qumdakı zərərli qatışıqların – toz, lil və gil hissəciklərinin miqdaqrının yuyub –təmizləmə üsulu ilə təyin edilməsi.Qumun üzvi qatışıqlarla çirklənmə dərəcəsinin təyini.

Qumun sınanılmasından alınan nəticələrin, standartın tələbləri ilə müqayisəsi.


2

12.11.14

XI

Mövzu№ 6. İri doldurucuların sınanılması

Çınqılın tökmə orta sıxlığının və həqiqi sıxlığının təyini. Çınqılın dənəli tərkibinin təyini. Yuyub – təmizləmə üsulu ilə çınqılda toz, lil və gil hissəciklərin miqdarının təyini. Quru və su ilə doydurulmuş haldakı çınqılın xırdalanma gostəricisinin təyini. Çınqılın silindirdə sıxılmasına görə markaları .



2

26.11.14

XIII

Mövzu№ 10. Sement betonların layihələndirilməsi və sınanılması

Betonun layihələndirilməsinin əsas prinsipləri. Betonu təşkil edən ilkin materialların seçilməsi. İstifadə olunan materialların müvafiq standartın tələbləri əsasında yoxlanması və onların əsas göstəricilərinin müəyyən edilməsi.



Mütləq həcmlər üsulu ilə adi beton tərkibinin hesablanması. 1m 3 beton üçün suyun , sementin ,qumun, iri doldurucunun miqdarının və su/sem –nisbətinin hesablanması . Beton qarışığının hesabi orta sıxlığının təyini. Betonun kütləyə və həcmə görə nominal tərkibinin təyini. Betonun çıxım əmsalının hesablanması. Beton qarışığının hazırlanması. Beton qarışığının axarlığının təyini. Beton qarışığının sıxlığınn təyini. Betonun markasının təyini.

2

10.12.14

XV

Mövzu№ 12 Beton qarışığının hazırlanması. Beton qarışığının axarlığının təyini. Beton qarışığının sıxlığınn təyini. Betonun markasının təyini.

2

24.12.14

5.3. Fənn üzrə sərəst işlərin mövzuları

s|s

Mövzunun adı

1.

Tikintidə istifadə olunan çöküntü süxurları

2.

Təbii daş materiallarının əsas növləri və onların inşaatda tətbiq sahələri

3.

Xüsusi əhəmiyyətli keramik materiallar , onların əsas xassələri və tətbiq sahələri

4.

Azərbaycanın qədim memarlıq abidələrində istifadə olunan keramik materiallar

5.

Gips və maqnezial yapışdırıcılar əsasında hazırlanan məmulatlar – gips karton tavaları

6.

Xüsusi təyinatlı sementlər, onların hazırlanma texnologiyası və tətbiq sahələri

7.

Ağ və əlvan sementlərin tikintidə istifadə sahələri

8.

Sement daşının korroziyası və korroziyadan mühafizə tədbirləri

9.

Azərbaycanda sement istehsalında lider – “Holcim Azərbaycan” şirkəti haqqında məlumat

10.

Betonun xüsusi növləri

11.

Məsaməli dolduruculu yüngül betonlar və onların əsas xassələri

12.

Yüngül betonların hazırlanmasında istifadə olunan xammallar və onların əsas xassələri

13.

Hidrotexniki beton

14.

Adi və gərginləşdirilmiş armaturla dəmir-betonun hazırlanma üsulları

15.

Çoxməsəməli betonların hazırlanma texnologiyası və xassələri

16.

Polimer və polimer-sement betonlar

17.

Yüngül betonlarda istifadə olunan doldurucular

18.

Xüsusi təyinatlı məhlullar

19.

Mineral pambıq əsasında hazırlanan istilik izolyasiya materialları

20.

Emal, sulu və emulsiya boyaları

21

Beton üçün kimyəvi əlavələr

22

Piqmentlər

23

Tikintidə istifadə olunan meşə materialları

24

Üzvi yapışdırıcılar əsasında emulsiyalar

25

Müasir tikintidə plastik kütlələrin rolu

6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənnin tədrisi nəticəsində tələbənin əldə etdikləri biliklər:

─ inşaatda istifadə olunan inşaat materialları və məmulatlarının istehsal texnologiyası, onların əsas fiziki, kimyəvi və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında müəyyən biliyə malik olmalıdır;

─ yapışdırıcı maddələrin, betonların, keramik materialların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasını və tətbiq sahələrini bilməlidir.


10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ____________ (Hüseynova L.H.)
11” sentyabt 2014-cü il.
Yüklə 67,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə