BuludHeyderEliyev indd



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə22/69
tarix07.07.2018
ölçüsü1,93 Mb.
#53649
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

76
dir. Birincisi, o vaxt orta məktəbin dərsliklərinin üzərində 
türk dili yazılmış, halbuki ali məktəblərdə Azərbaycan dili. 
İkincisi, “Biz “türk” sözünü işlədəndə qonşumuz osmanlı-
lar “osmanlı dili” işlədiblər. Bu söz qoşalaşmayıb (yəni bir 
söz iki millətin adı kimi işlənməyibdir-B.X.). İndi bu saat 
Azərbaycanda “türk dili”, Türkiyədə də “ türk dili” deyilmiş 
olsa, bu türk dillərini hansı cəhətdən fərqləndirəcəyik?” O 
davam edərək deyirdi: “... Əgər biz “türk dili” terminindən is-
tifadə ediriksə, onda gərək biz qonşumuzdan xahiş eləyək ki, (Tür-
kiyə nəzərdə tutulur - B.X.) siz 1299-cu ildə yaradılmış Osmanlı 
imperiyasının  Osman  Qazinin  yaratdığı  imperiyanın  dilini  o 
adla olan, o adla yaradılan dili qəbul edin, biz isə öz türkümüzə 
qayıdaq”. Üçüncüsü, Afad Qurbanov “Azərbaycan türk dili” ifa-
dəsinə də aydınlıq gətirirdi.O, “Azərbaycan türk dili” ifadəsinin 
dolaşıq  bir  ifadə  olduğunu  söyləyir  və  fikrini  belə  əsaslandırır:  
“Azərbaycan türk dili” dedikdə Azərbaycan məkandır, türk 
dili də, bildiyiniz kimi, addır. Belə çıxır ki, “Azərbaycanda 
türk dili” –mənası budur. Onda mən deyirəm “Azərbaycan-
da ləzgi dili”, “Azərbaycanda tat dili”, “Azərbaycanda fars dili”. 
Belə də ad olar? Mənə elə gəlir ki, Azərbaycan dilinə bu şəkildə ad 
qoymaq tamamilə səhvdir”
A.Qurbanovun bu yanaşması maraq doğurur, ona görə 
ki, əraziyə görə bir dilin müxtəlif adları yaranır. Halbuki di-
lin adı o dilin işləndiyi əraziyə görə müəyyən oluna bilməz. 
Yəni ərazi dilin adını təyin edə bilməz, təyinedici sözlə təyin 
olunan söz bir dil adı yarada bilməz. Bu analogiya ilə onda 
digər türk xalqlarının dillərinin adı belə adlanmalıdır: Öz-
bəkistan türk dili, Qırğızıstan türk dili, Türkmənistan türk 
dili, Qazaxıstan türk dili, Tatarıstan türk dili və s. Onda belə 
alınır ki, 23 türk dilinin adı yaşadıqları əraziyə görə bir- bi-
rindən fərqlənməlidir. Dünyada belə bir analogiya yoxdur. 
Yəni  eyni  bir  dil  ailəsinə,  dil  qrupuna  və  yarımqrupuna 


77
daxil olan dillər yayıldığı əraziyə görə fərqləndirilməmiş-
dir. Daha doğrusu, dilin yayıldığı ərazi dili təyinedən söz 
kimi işlənməmiş və təyinolunan sözlə birgə işlənərək yeni 
dil adı yaratmamışdır.
Konstitusiyaya  “Azərbaycan  dili  dövlət  dilidir”  yazmaq 
fikrinin daha düzgün bir mövqe olduğunu qəbul edənlər 
sırasında olanların çox orijinal fikirləri vardı. Məsələn, ta-
rix  elmləri  doktoru,  professor,  arxeoloq  Rəşid  Göyüşov: 
“Maraqlı  burasıdır  ki,  tarixi  baxımdan  da,-  burada  tarixçilər 
oturublar, bilirlər,-“ Azərbaycan dili” termini düzdür. Çünki bu, 
bugünkü termin deyil, bunu çoxdan işlədiblər. XIV əsrdə Azər-
baycan  dilinin  qrammatikası  yazılıbdır  və  geopolitik  baxımdan 
“Azərbaycan dili” termini işlənməsi son dərəcə vacibdir. 
Mən  burada  bir  az  açıq  danışmaq  istəyirəm.  Siz  bilirsiniz 
ki,  Xəzər  dənizinin  Qərb  sahili  başdan-ayağa  kiçik  etnoslardır. 
Böyük Qafqazın şimal hissəsi  kiçik etnoslardır. Kiçik Qafqazın 
bir tərəfi də kiçik etnoslardır. Yəni biz “ türk dili” elan eləyiriksə 
...” Deməli, Rəşid Göyüşov müstəqilliyimizi nəzərə alaraq 
“Azərbaycan dili” terminini geopolitik baxımdan daha düz-
gün termin hesab edirdi. Eyni zamanda “Azərbaycan dili” 
termininin  bugünkü  termin  deyil,  çoxdan  (onun  fikrincə, 
XIV  əsrdən)  işlədilmiş  bir  termin  olduğunu  söyləyirdi. 
Bundan başqa, Rəşid Göyüşov çox həssas bir məsələni də 
nəzərdən qaçırmırdı. Belə ki, Azərbaycanda, onun qonşu-
luğunda  və  dünyada  dilimizin  adı  “Azərbaycan  dili”  kimi 
qəbul olunubdur. Bunu dəyişmək “Azərbaycan dili”ni ləğv 
etmək  kimi  başa  düşülür.  Halbuki  dünya  dilimizin  adını 
“Azərbaycan  dili”  kimi  tanıyır  və  qəbul  edir.  Başqa  sözlə 
desək,  “türk  dili”  ifadəsinin  Türkiyənin,  “Azərbaycan  dili” 
ifadəsinin    Azərbaycanın  dövlət  dili  kimi  olması  hər  iki 
dövlətin müstəqilliyinin atributlarındandır.
Rəşid Göyüşov “Azərbaycan dili” ifadəsini bizim tarixi 


78
nailiyyətimiz, Azərbaycan gerçəkliyini və reallığını əks et-
dirən ifadə kimi qəbul edirdi. Türk dillərinin hər biri arasın-
da mövcud olan fərqləri qəbul etməklə yanaşı, bu fərqlərin 
zamanın, tarixi inkişafın yaratdığı fərqlər olduğunu nəzərə 
çatdırırdı. O deyirdi: “Mən Ankara Universitetində mühazirə 
oxuyanda, Bəxtiyar müəllim, (Bəxtiyar Vahabzadə “Azərbaycan 
dili” ifadəsini deyil, “türk dili” ifadəsini qəbul edirdi - B.X.) tələ-
bələr məni çox çətinliklə başa düşürdü. Amma Təbriz Universite-
tində istədilər mənə tərcüməçi versinlər. Tələbələr özləri hay-küy 
saldılar ki, bizə tərcüməçi lazım deyil. İndi siz deyirsiniz... türk 
dili ilə bizim dilimiz eyni şeydir, bəs onda özbək dili ilə? Məni 
dəvət etmişdilər Kemerovo Universitetinə, gecə səhərə qədər bir 
qoca qarı ilə, türklə söhbət etdim ki, bəlkə bircə kəlmə bunun di-
lindən bir şey başa düşdüm. Bilirsiniz, orada teloutlar, şorlar, xa-
kaslar, altaylar və çoxlu digər türkdilli xalqlar yaşayırlar. İnanın, 
mən onların heç birini başa düşmədim. Axı niyə? Bu xalqın dili 
nə qədər dəyişilər?” Bəli, türk dilinin hər birinin müasir və-
ziyyəti onu göstərir ki, ortaq türk dili mərhələsindən ayrıl-
ma çoxdan baş vermiş və bu da nəticədə xeyli fərqlər üzə 
çıxarmışdır. Bu fərqlər telout, şor, xakas, altay dilləri ilə di-
gər türk dilləri arasında daha çox görünür.
Azərbaycan  Respublikası  EA-nın  akademiki  Cəmil 
Quliyev  “Azərbaycan  dili”  ifadəsinin  dövlət  dili  olmasını, 
“həm elmi cəhətdən, həm tarixi cəhətdən düzgün və müasir döv-
rün tələblərinə uyğun olan, zəruri bir məfhum” hesab edirdi. 
Onun fikrincə, “Azərbaycan dili XX əsrdə Azərbaycan milləti-
nin əldə etdiyi ən böyük sərvətdir, ən böyük qazancdır”. Sonra o, 
“Azərbaycan” sözünün Stalinin verib-verməməsi, bu sözün 
sənədlərdə işlənməsi barədə deyirdi: “Burada bəzi çıxışlarda 
dedilər ki, bizim dilimizi də “Azərbaycan dili” göstərəndə guya 
Stalinin göstərişi ilə bizi ayırıblar, - bu, heç bir tarixi sənədə uy-
ğun deyil”. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə